Streets of Rage 2 (video oyun, 1992)

Streets of Rage 2 (yap. ベア・ナックル 怒りの鉄拳 2, ing. Bare Knuckle II: The Requiem of the Deadly Battle, azərb. Küçələrin qəzəbi 2‎) — Sega oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan, döyüş oyunudur. Videooyun birinci oyunun davamıdır. Oyundakı səslənən saundtreklər Yuzo Oqiyə məxsusdur. Həmin bəstəkar Sonic the HedgehogStreets of Rage videooyunları üçün musiqiləri bəstələmişdir. Oyun "Beat 'em up" ing. Hamıdan döy janrındadır. İlk anons tarixi ABŞ-da 20 dekabr 1992 olmuşdur. Videooyun ilk hissədən yeni personajların əlavə edilməsi, personajların sürətli olması, banditlərin və yeni Bossların əlavə edilməsi, raunddların uzun olması ilə fərqlənir. Oyuna Maks Thander və Eddi "Skeyt" Hanter (Yaponiyada Semmi Hanter) kimi yeni personaj əlavə edilmişdir.

Streets of Rage 2
Hazırlayan Sega
Yayımlayan Sega (AM7)[1]
Seriya Streets of Rage
Anons tarixi 20 dekabr 1992
Buraxılış tarixləri 20 dekabr 1992
Janrlar Fighting
Bəstəkar
Texniki məlumat
Platformalar Sega Mega Drive
Microsoft Windows
Oyun rejimi çoxnəfərli oyun, birnəfərli oyun[2], kooperativ oyun[d]
İnterfeysin dili ingilis dili[2]
Daşıyıcı oyun kartrici[d], rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d]
İdarəetmə geympad, sensor ekran
Rəsmi saytı

"Streets of Rage" oyunundan bir il keçmişdir. Qəhrəmanlar Adam Hanter, Aksel Stoun və Bleyz Fildinq "Cənab İks" və onun sindikatları üzərindəki qələbəni qeyd etmək üçün onların sevimli gecə klubunda qeyd edirlər. Onlar döyüşdə baş verən xatirələri yada salırlar. Bu hadisədən bir il keçmişdir. Artıq Aksel və Bleyz şəhəri tərk etmişlər. Aksel günün yarısını cangüdənlik etməklə, Bleyz isə rəqs öyrətməklə məşğuldur. Adam isə şəhərdə yenidən polis vəzifəsində çalışır və çox da böyük olmayan evə balaca qardaşı ilə bir-yerdə yaşayır.

Sabahısı gün Aksel Adamın kiçik qardaşı Eddi "Skeyt" Hanterdən Adam haqqında zəng gəlir. Eddi məktəbədn evə qayıdan zaman görür ki, evdəki əşyalar dağılmış və qardaşı yoxa çıxmışdır. Divarda isə Adamın "Cənab İks"in ayağı altına düşməsi şəkli vurulmuşdur. Deməli, banditlər yenidən şəhərə qayıdaraq bütün küçələri əvvəlki kimi hakimiyyətləri altına salmaq istəyirlər. Döyülmək və oğurluq gündüz vaxtı baş verir. Şəhərdə əvvəlkindən daha da çox Haos baş verirdi.

"Cənab İks" və onun sindikatlarının şəhərə qayıtdıqlarını başa düşən Eddi və Aksel qisas almaq üçün vaxt itirmədən bu barədə Bleyzə danışırlar. Bleyz Adamı xilas etmək üçün onlara kömək etməyə hazırdır. Adamın kiçik qardaşı Eddi "Skeyt" Hanter, Akselin dostu peşəkar güləşçi Maks Thander, Aksel və Bleyz yola çıxırlar. Onların yolu şəhərin küçələrindən "Cənab İks"in səhralı adasına aparır.

Oyunun sonu birinci hissəsinin sonundan fərqli olaraq yalnız yaxşı sonluqla bitir. Bu sonluqda Qəhrəmanlar təərəfindən "Cənab İks" məğlub edilir və Adam xilas olunur. Bu hadisədən sonra beş qəhrəman birgə Vertolyotla adanı tərk edirlər.

Dörd personaj

Birinci hissədən fərqli olaraq bu hissədə raundlar daha uzundur və yeni personajlar əlavə edilmişdir. İlk üç raundda isə iqlim dəyişilmələrindən duman və yağış müşahidə olunur. Bosslardan olan Zamza və Güləşçi oyunun ilk hissəsindəndir. Digər Bosslar isə oyunun ikinci hissəsinə əlavə edilmiş yeni Bosslardır. Raundlar nisbətən əvvəlkindən fərqlidir.

  • Raund 1: Daxili şəhər: Güclü bandit Boss Barbon.
  • Raund 2: Düzəldilməsi başa çatdırılmayan körpü: Uçan bandit Cet.
  • Raund 3: Əyləncə parkı: Oyunun ilk hissəsindən olan Boss Zamza.
  • Raund 4: Beyzbol stadionu: Oyunun ilk hissəsindən olan Boss Güləşçi.
  • Raund 5: Gəmi: "Ayı" ləqəbində ağır çəkidə olan boksçu.
  • Raund 6: Cənab X-ın şəxsi adası: Boss Zamza və Cet klonlarının ordusu
  • Raund 7: Sursat zavodu: Raundda Boss: İki robot
  • Raund 8: Qüllənin baş iqamətgahı: Bu raund sonuncu raunddur. Qəhrəman sonda banditlərin başçısı olan Cənab İks ilə qarşılaşır.
  • Mak Hanter — oynanılan personajdır. Güclü güləşçidir. Oyunun ən güclü personajıdır.
  • Aksel — oynanılan personajdır.
  • Bleyz — oynanılan personajdır.
  • Skeyt — oynanılan personajdır. Müxtəlif akrobatik hərəkətlər edir.
  1. "Mobygames Mikito Ichikawa credits". Moby Games. 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-23.
  2. 1 2 Steam. 2003.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]