Streets of Rage (yap. ベア・ナックル 怒りの鉄拳, ing. Bare Knuckle: Furious Iron Fist, azərb. Küçələrin qəzəbi) — Sega oyun kompaniyası tərəfindən 1991-ci ildə yaradılan, döyüş oyunudur. Bu oyun Avropa ölkələrində "Streets of Rage" adı ilə tanınır. Videooyunun 2 davamı da mövcuddur. Oyundakı səslənən saundtreklər Yuzo Oqiyə məxsusdur. Həmin bəstəkar Sonic the Hedgehog videooyunu üçün musiqiləri bəstələmişdir. Oyunun əvvəlində polislər haqqında məlumat verilərkən "Streets of Rage" saundtreki səslənir. Oyun "Sega Mega Drive" kompyuterlərindəki oyunlarının satışına görə 4-cü yeri tutur. Oyun "Beat 'em up" ing. Hamıdan döy janrındadır. Oyun Sega Game Gear üçün 1992-ci ildə, Sega Master System üçün 1993-cü ildə , Sega CD 1993-cü ildə üçün istehsal edilmişdir. İlk anons tarixi Yaponiyada 2 avqust 1991 olmuşdur.
Streets of Rage | |
---|---|
Hazırlayan | Sega |
Yayımlayan | Sega (AM7)[1] |
Seriya | Streets of Rage |
Anons tarixi | 2 avqust 1991 |
Buraxılış tarixləri | 2 avqust 1991 |
Janrlar | Fighting |
Bəstəkar | |
Texniki məlumat | |
Platformalar |
Sega Mega Drive Microsoft Windows |
Oyun rejimi | çoxnəfərli oyun, birnəfərli oyun[2], kooperativ oyun[d] |
İnterfeysin dili | ingilis dili[2] |
Daşıyıcı | oyun kartrici[d], rəqəmsal distribusiya |
İdarəetmə | geympad, sensor ekran |
Oyundakı hadisələr böyük şəhərdə baş verir. Bu şəhərdə hakimiyyəti demək olar ki, qəddar cinayətkar almışdır. Həmin cinayətkar gündən-günə daha da güclənir. Bu isə şəhər üçün çox qorxuludur. Ona görə ki, artıq polislər və hakimiyyətdə olan şəxsiyyətlər cinayətkarların əlindədirlər. Şəhərdə oğurluq halları adi bir işə çevrilmişdir. Hətta gündüz küçədə gəzmək belə qorxulu idi. Polislər cinayətkarlarla bacara bilmirdi.
Polislər cinayətkarların idarəsi altında olmalarına baxmayaraq, onlardan 3 cavan polis: Aleks Hanter, Aksel Stoun və Bleyz Fildinq cinayətkar dünyasına müharibə elan edirlər. Bu işdə onlara bəzi polislər kömək edirlər. Bu üç polislərin silahları yoxdur. Lakin hər biri müxtəlif dərəcədə döyüşmək qabiliyyətinə malikdirlər. Onlar küçədəki cinayətkar dəstəsi ilə vuruşaraq, insanları böyük fəlakətdən xilas edəcəklər.
Oyunda 2 cür sonluq vardır: Pis və Yaxşı. Əgər oyunçu oyunu bir nəfərli oynayırsa və Bossa qalib gələrsə, onda oyun yaxşı sonluqla bitəcəkdir. Amma oyunçu oyunu iki nəfərli oynayırsa, onda oyunun sonu pis və ya yaxşı sonluqla qurtara bilər. İki nəfərli oyunçu sonuncu raunddakı Bossu görən zaman Boss onlara Mafiya bandasını təklif edir. Bu zaman iki nəfərdən biri ona qoşulur. Digəri isə onunla razılaşmır. Bu səbəbdən Boss onlara bir-biri ilə döyüşməyi təklif edir. Əgər Boss ilə razılaşan polis qalib gəlsə, oyun pis sonluqla quraracaqdır. Əks halda oyun yaxşı sonluqla bitir.