Streets of Rage 2 (yap. ベア・ナックル 怒りの鉄拳 3, ing. Bare Knuckle III, azərb. Küçələrin qəzəbi 3) — Sega oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan, döyüş oyunudur. Videooyun birinci oyunun davamıdır. Oyundakı səslənən saundtreklər Yuzo Oqiyə məxsusdur. Həmin bəstəkar Sonic the Hedgehog, Streets of Rage və Streets of Rage 2 videooyunları üçün musiqiləri bəstələmişdir. Oyun "Beat 'em up" ing. Hamıdan döy janrındadır. İlk anons tarixi ABŞ-də 17 mart 1994 olmuşdur. Videooyun ilk iki hissədən yeni personajların əlavə edilməsi, personajların daha da sürətli olması, banditlərin və yeni Bossların əlavə edilməsi, raunddların uzun olması ilə fərqlənir.
Streets of Rage 3 | |
---|---|
Hazırlayan | Sega |
Yayımlayan | Sega (AM7)[1] |
Seriya | Streets of Rage |
Anons tarixi | 17 mart 1994 |
Buraxılış tarixləri | 18 mart 1994 |
Janrlar | Fighting |
Bəstəkar | |
Texniki məlumat | |
Platformalar |
Sega Mega Drive Microsoft Windows |
Oyun rejimi | çoxnəfərli oyun, birnəfərli oyun[2], kooperativ oyun[d] |
İnterfeysin dili | ingilis dili[2] |
Daşıyıcı | oyun kartrici[d], rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | geympad, sensor ekran |
"Cənab İks" iki məğlubiyyətindən sonra özünü dirçəltmək üçün "RoboCy Corporation" kampaniyasının əsasını qoyur. Həkim Zan robot düzəltmədə ən yaxşı mütəxəssislərdən biridir. Zan insana bənzər robotlar (Android) düzəltməklə məşğul olur. Həmin Androidlər şəhərdəki polisləri əvəz edə bilər. Bu səbəbdən banditlər Həkim Zanı bu işə cəlb edirlər. "Cənab İks" adi idarə panelinin köməyi ilə şəhəri idarə etmək istəyir. Bu məqsədlə "Cənab İks"in əmri ilə şəhərin müxtəlif yerlərinə qumbaralar qoyulur ki, polislərin diqqəti yayılsın və qəddar planını həyata keçirsin.
Həkim Zan "Cənab İks"ın planını başa düşür və hər nə olursa olsun, sindikatların qarşısını almaq istəyir. Zan Bleyz ilə əlaqə yaradaraq, ona hər şey haqqında danışır. Bleyz isə köhnə dostları Aksel Stoun və Adam Hanterlə əlaqə yaradaraq, onları birləşməyə dəvət edir ki, sindikat qruplarının həyatlarına birdəfəlik son qoysunlar. Aksel razı olur. Lakin Adam polis vəzifəsinə görə öz yerinə qardaşı Eddi Skeyti göndərir.
Oyunun sonunda oyunçu İqrek (Y) Bossuna qalib gəlir. Amma iqamətgah partlamaq üzrədir. Bu zaman oyunçunu indicə partlayacaq binadan Vertolyotla Adam xilas edir. Beləcə, şəhər dəhşətli faciədən xilas olur.
"Streets of Rage 3" ilk iki hissədən personajlarının sürətli olması ilə fərqlənir. Həmçinin, oyunda çit-kodlardan istifadə edərək oyunu üç Bossdan biri ilə oynamaq olar (Boss Eş, Şiva və Ru). Homoseksual olan Boss Eş personajı Qərbi Avropa ölkələrindən çıxarılmışdır. Lakin Yapon versiyasında onu çi-kartricin köməyi ilə açmaq olar. Çit-kodların köməyi ilə oyunda Boss Şiva və Boss Ru (və ya Kenquru) personajlarını açmaq olar. Amma Bosslardan olan Şiva və Ru silah ilə döyüşə bilmir.
Videooyun oyunçunun seçdiyi rejimdən asılı olaraq sonluq dörd cür qurtarır. Bu sonluqlar aşağıdakılardır:
Birinci hissədən fərqli olaraq bu hissədə raundlar daha uzundur. Raundlar əvvəlkindən fərqlidir. Bu oyunda çoxlu çit-kodlar vardır ki, həmin çit-kodlarla müxtəlif personajları oynamaq mümkündür. Videooyunun birinci hissəsində olan Bosslar Mona və Liza bu hissədə də iştirak edirlər. Bu oyun əvvəlki hissələrindən fərqli olaraq oyundakı raundların sayı yeddidir.