Streptokokk faringit və ya streptokokk anginası, A qrupu streptokokkların səbəb olduğu badamcıqlar da daxil olmaqla boğazın arxa hissəsinin infeksiyası.[1] Ümumi simptomlara qızdırma, boğaz ağrısı, badamcıqların qızarması və boynun ön hissəsində genişlənmiş limfa düyünləri daxildir. Başağrısı və ürəkbulanma və ya qusma da baş verə bilər.[2]
Bəzi insanlarda skarlatinda olduğu kimi səpgilər əmələ gəlir. Simptomlar adətən infeksiyaya məruz qaldıqdan 1-3 gün sonra başlayır və 7-10 gün davam edir.[3][2]
Streptokokk anginası hava damcı yolu ilə — danışarkən, öskürərkən və ya asqırdıqda, üzərində damcı olan əşyalara toxunaraq ağız, burun və ya gözlərə toxunmaqla yayılır. Yoluxmuş yaralara toxunmaqla birbaşa yayıla bilər. A qrupu streptokok ilə yoluxmuş dəri ilə təmasda da yayıla bilər. Bəzi insanlar simptomlar olmadan bakteriya daşıyıcısı ola bilər.[2]
Qarşısının alınması əlləri tez-tez yumaq və yemək qablarını paylaşmamaqdır.[2] Xəstəliyə qarşı peyvənd yoxdur.[1]
Antibiotiklərlə müalicə yalnız diaqnozu təsdiqlənmiş xəstələrə tövsiyə olunur.[4]
İnfeksiyaya yoluxmuş şəxslər qızdırma yox olana qədər və müalicəyə başladıqdan sonra ən azı 12 saat başqa insanlardan uzaq durmalıdırlar. Ağrı parasetamol (asetaminofen) və ibuprofen kimi qeyri-steroidiltihab əleyhinə dərmanlar (QSİƏP) ilə müalicə olunur.[5]
Streptokokk angina uşaqlarda ümumi bakterial infeksiyadır.[6] Uşaqlar arasında tonzillitin (angina) 15-40%-nin [7] və böyüklər arasında 5-15%-nin səbəbidir.[8]
Xəstəliyə daha çox qışın sonu və yazın əvvəlində rast gəlinir.[9] Potensial ağırlaşmalara revmatik qızdırma və peritonsilyar abses daxildir.[1][6]
Streptokokk faringitin tipik əlamətləri və simptomları boğaz ağrısı, 38 °C-dən (100 °F) yüksək temperatur, badamcıqlarda irin və boyunda böyük limfa düyünləridir.[9] Digər simptomlara aşağıdakılar daxildir: baş ağrısı, ürəkbulanma və qusma, qarın ağrısı,[10]əzələağrısı və ya skarlatinformalı döküntülərdir.[9]
Simptomlar adətən infeksiyaya məruz qaldıqdan 1-3 gün sonra başlayır və 7-10 gün davam edir.[9]
Boğazı göstərən geniş açılmış ağız. Boğaz infeksiyası A qrupu streptokokkları üçün pozitiv kultivasiya edilmişdir.Ağ ekssudatlı iri tonzillərə diqqət yetirin.
Boğazı göstərən ağız geniş açılıb. Yumşaq damaqda kiçik qırmızı ləkələrə diqqət yetirin. Bu, streptokok faringitində nadir, lakin yüksək spesifik bir tapıntıdır.[9]
Boğazın arxa hissəsində ağ eksudatla örtülmüş böyük badamciklər dəsti. 8 yaşlı uşaqda tipik badamcıq ekssudatı ilə streptokokk faringitin müsbət halı.
Streptokokk anginaya β-hemolitik A qrup streptokok (GAS və ya S. pyogenes) səbəb olur.[11] İnsanlar A qrupu streptokokkların əsas təbii daşıyıcısıdır.[12] A qrupu olmayan β-hemolitik streptokoklar və fusobakteria kimi tanınan digər bakteriyalar da faringitə səbəb ola bilər.[9]
Yoluxmuş şəxslə birbaşa və ya yaxın təmasda yayılır, ona görə orduda və məktəblərdə rast gəlindiyi kimi sıxlıq, ötürülmə sürətini artırır.[13][14]Tozda olan qurubakteriyalar yoluxucu deyil, baxmayaraq ki, diş fırçaları və ya oxşar əşyalar üzərində nəmli bakteriyalar 15 günə qədər qala bilər.[13]
Diaqnozu qoymağa kömək etmək üçün bir sıra qiymətləndirmə sistemi mövcuddur; lakin onların istifadəsi qeyri-dəqiqlik səbəbindən mübahisəlidir.[15] Dəyişdirilmiş Zentor meyarları beş kriteriyadan ibarətdir və yekun bal streptokokk infeksiyası ehtimalını göstərir.[9]
1 bal heç bir müalicəyə, əkməyə ehtiyac olmadığını və ya başqa yüksək risk faktorları, məsələn, xəstəliyə yoluxmuş ailə üzvü varsa əlavə testlərə ehtiyac olduğunu göstərə bilər.[9]
Amerika Yoluxucu Xəstəliklər Cəmiyyəti müntəzəm antibiotik müalicəsini tövsiyə etmir və antibiotikləri yalnız müsbət testdən sonra verildikdə məqsədəuyğun hesab edir.[8]
Üç yaşdan kiçik uşaqlarda müayinə tələb olunmur, çünki A qrupu streptokokk və revmatik qızdırma nadir hallarda rast gəlinir (əgər uşağın ailə üzvlərində bu xəstəlik yoxdursa).[8]
Boğazdan götürülmüş əkmə 90-95% həssaslıqla streptokokk faringitin diaqnostikasında qızıl standartdır.[16][9] Streptokokku müaynə etmək üçün sürətli testdən də istifadə etmək olar.[9] Sürətli test tez olsa da, boğaz əkini ilə demək olar ki, eyni spesifikliyə (98%) malikdir.
Revmatik qızdırmanın nadir olduğu bölgələrdə xəstəliyi istisna etmək üçün streptokokk üçün mənfi sürətli test kifayətdir.[17] Yetkinlərdə mənfi RADT nəticələri diaqnozu istisna etmək üçün kifayətdir. Ancaq uşaqlarda nəticəni təsdiqləmək üçün boğazdan götürülmüş əkin tövsiyə olunur.[8]
Əhalinin müəyyən bir faizi hər hansı bir zərərli nəticə vermədən boğazda streptokokk bakteriyalarını daim "daşıyır".
Streptokokk faringitin simptomları digər xəstəliklərlə üst-üstə düşdüyündən klinik diaqnoz qoymaq çətin ola bilər.[9] Qızdırma və boğaz ağrısı ilə yanaşı öskürək, burun axıntısı, ishal və qızarmış, qıcıqlanmış gözlər streptokokk faringitdən daha çox viruslu anginanı xatırlayır.[9] Boğaz ağrısı, qızdırma və badamcıqların böyüməsi ilə birlikdə limfa düyünlərinin açıq şəkildə şişməsi yoluxucu mononükleoz ilə müşahidə edilə bilər.[18]
Tonsillektomiya tez-tez boğaz infeksiyası olan xəstələr üçün (ildə üç dəfədən çox) profilaktik tədbir ola bilər.[19] Lakin faydası azdır və görülən tədbirlərdən asılı olmayaraq, epizodların sayı zamanla azalır.[20][21][22] A qrupu streptokokkları üçün müsbət testi olan faringitin təkrarlanan epizodları da xroniki daşıma və təkrarlanan virus infeksiyaları ilə əlaqələndirilə bilər.[8] Müalicəyə məruz qalmış, lakin simptomları olmayan insanlar üçün tövsiyə edilmir.[8] Daşıyıcı olan insanların müalicəsi tövsiyə edilmir, çünki yayılma və ağırlaşma riski azdır.[8]
Müalicə olunmayan streptokokk faringit adətən bir neçə gün ərzində yox olur.[9]Antibiotiklərlə müalicə kəskin xəstəliyin müddətini təxminən 16 saat qısaldır. Antibiotik müalicəsinin əsas səbəbləri kəskin revmatik qızdırma, titrəmə və retrofaringeal abses kimi ağırlaşmaların riskini azaldır.[9]
Antibiotikləri xəstəliyin simptomları başlayan kimi 9 gün ərzində qəbul edildikdə kəskin revmatik qızdırmanın qarşısı alınır.[11]Revmatikqızdırma xroniki revmatik ürək xəstəliyinə keçə bilən otoimmün xəstəlikdir.[23]
Qeyri-steroid antiinflamatuar preparatlar və parasetamol (asetaminofen) kimi ağrı kəsici dərmanlar boğaz ağrısı ilə əlaqəli ağrıların müalicəsinə kömək edir.[24] Lidokain də faydalı ola bilər.[25]
Steroidlər ağrıya kömək edə bilsə də,[11][26] onlar müntəzəm olaraq tövsiyə olunmur.[8]Aspirinyetkininsanlar üçün istifadə edilə bilər, lakin Reye sindromu riski səbəbindən uşaqlara tövsiyə edilmir.[11]
Müvafiq antibiotiklər xəstəliyin simptomlarını və yoluxuculuğunu orta hesabla 3-5 günlük müddətini təxminən 1 günə qədər azaldır.[28] Onlar ilk növbədə revmatizm və peritonsilyar abses kimi nadir ağırlaşmaları azaltmaq üçün təyin edilir. Antibiotik müalicəsi üçün arqumentlər mümkün yan təsirləri nəzərə alınmaqla tarazlaşdırılmalıdır,[13] və antimikrobiyal müalicənin dərmana mənfi reaksiyaları olan və ya ağırlaşma riski az olan sağlam yetkin insanlara təyin edilməsi məqsədəuyğundur.[29] Faringit üçün antibiotiklər onun yayılmasına görə gözləniləndən daha tez-tez təyin edilir.[30]
Eritromisin və digər makrolidlər və ya klindamisin penisillinə qarşı şiddətli allergiyası olan insanlar üçün tövsiyə olunur.[9][8] Birinci nəsil sefalosporinlər daha zəif allergiyası olan insanlar üçün istifadə edilə bilər. Bəzi sübutlar sefalosporinlərin penisillindən üstün olduğunu göstərir.[31][32] Bu son nəsil antibiotiklər revmatik ürəkxəstəliyinin aşağı nisbətləri olan bölgələrdə istifadə edildikdə standart 10 günlük penisillinlə müalicəylə müqayisədə 3-7 gün ərzində qəbul edildikdə oxşar təsir göstərir.[33]
Boğaz ağrısı simptomları adətən müalicədən asılı olmayaraq 3-5 gün ərzində yaxşılaşır.[28] Antibiotik müalicəsi fəsadların və infeksiyanın ötürülmə riskini azaldır, uşaqlar antibiotik qəbulundan 24 saat sonra məktəbə gedə bilərlər.[9] Yetkin insanlarda ağırlaşma riski azdır.[8] Uşaqlarda kəskin revmatik qızdırma əksər inkişaf etmiş ölkələrdə nadir hallarda baş verir. Lakin bu Hindistanda, Afrikada və Avstraliyanın bəzi bölgələrində qazanılmış ürək xəstəliklərinin əsas səbəbidir.
Hər il ABŞ-da 11 milyon insana streptokokk faringiti əhatə edən daha geniş xəstəliklər kateqoriyası olan faringit diaqnozu qoyulur. Uşaqlarda tonzillitin (boğaz ağrısı) 15-40%-nin, böyüklərdə isə 5-15%-nin səbəbidir. Xəstəlik adətən qışın sonunda - yazın əvvəlində geniş yayılır.[36]
↑Harris, AM; Hicks, LA; Qaseem, A. "Appropriate Antibiotic Use for Acute Respiratory Tract Infection in Adults: Advice for High-Value Care From the American College of Physicians and the Centers for Disease Control and Prevention". Annals of Internal Medicine. 164 (6). 19 January 2016: 425–34. doi:10.7326/M15-1840. PMID26785402.
↑Shaikh N, Leonard E, Martin JM. "Prevalence of streptococcal pharyngitis and streptococcal carriage in children: a meta-analysis". Pediatrics. 126 (3). September 2010: e557–64. doi:10.1542/peds.2009-2648. PMID20696723.
↑Brook I, Dohar JE. "Management of group A beta-hemolytic streptococcal pharyngotonsillitis in children". J Fam Pract. 55 (12). December 2006: S1–11, quiz S12. PMID17137534.
↑Lindbaek M, Høiby EA, Lermark G, Steinsholt IM, Hjortdahl P. "Predictors for spread of clinical group A streptococcal tonsillitis within the household". Scand J Prim Health Care. 22 (4). 2004: 239–43. doi:10.1080/02813430410006729. PMID15765640.
↑Smith, Ellen Reid; Kahan, Scott; Miller, Redonda G. In A Page Signs & Symptoms. In a Page Series. Hagerstown, Maryland: Lippincott Williams & Wilkins. 2008. 312. ISBN978-0-7817-7043-9.
↑Lean, WL; Arnup, S; Danchin, M; Steer, AC. "Rapid diagnostic tests for group A streptococcal pharyngitis: a meta-analysis". Pediatrics. 134 (4). October 2014: 771–81. doi:10.1542/peds.2014-1094. PMID25201792.
↑Hildreth, AF. "Evidence-Based Evaluation And Management Of Patients With Pharyngitis In The Emergency Department". Emergency Medicine Practice. 17 (9). September 2015: 1–16, quiz 16–7. PMID26276908.
↑Pichichero, M. "Comparison of European and U.S. results for cephalosporin versus penicillin treatment of group A streptococcal tonsillopharyngitis". European Journal of Clinical Microbiology & Infectious Diseases. 25 (6). June 2006: 354–64. doi:10.1007/s10096-006-0154-7. PMID16767482.
↑van Driel, ML. "Different antibiotic treatments for group A streptococcal pharyngitis". The Cochrane Database of Systematic Reviews. 9. 11 September 2016: CD004406. doi:10.1002/14651858.CD004406.pub4. PMID27614728.
↑Altamimi, Saleh. "Short-term late-generation antibiotics versus longer term penicillin for acute streptococcal pharyngitis in children". Cochrane Database of Systematic Reviews (8). 15 August 2012: CD004872. doi:10.1002/14651858.CD004872.pub3. PMID22895944.