Suxoy Su-24 (NATO kod adı: Fencer) — 1970 və 1980-ci illərdə Sovetlər Birliyinin hər cür hava şəraitində istifadə edilə bilən ən inkişaf etmiş havadan hücum təyyarəsi. İki kreslolu, iki motorlu təyyarə Rusiyanın ilk inteqrasiya edilmiş rəqəmsal naviqasiya/hücum sistemi ilə təchiz edilmiş təyyarəsidir. Su-24-ün konfiqurasiyasında F-111 ilə oxşarlıqlar var.[3] Keçmiş Sovet respublikaları hava qüvvələri və eləcə də başqa bir neçə ölkədə hazırda istifadə edilir.
Suxoy Su-24 | |
---|---|
Tipi | hücum təyyarəsi, bombardmançı |
Hazırlayan | Suxoy Dizayn Bürosu[d] |
İstehsalçı | Suxoy[d], Novosibirsk Aviasiya İstehsalat Birliyi[d] |
İlk uçuş | 17 yanvar 1970 |
İstismara verilmə tarixi | 4 fevral 1975 |
İstismarçılar | |
Vikianbarda əlaqəli mediafayllar |
1961-ci ildə Suxoy Su-7b nin xidmətə daxil olma səbəbi Suxoyun hər bir hava şəraitində nöqtə hava hücumlarını dəstəkləyəcək bir model inkişaf etdirmək ehtiyacından yaranmışdı.[3] S-28 və S-32 üzərində aparılan ilkin araşdırmalar Suxoy Su-7 dizaynının bu vəzifə üçün lazımlı bütün avionik sistemləri daşımaq üçün çox aşağı olduğunu ortaya qoydu. OKB-794 konstruktor bürosuna yeni təyyarənin əsasını təşkil edən Puma kod adlı inkişaf etmiş bir naviqasiya/hücum sistemi yaratmaq tapşırıldı. 1962 və 1963-cü ildə Suxoy 2 ədəd Tumansky R-21 F-300 turboreaktiv mühərrikiylə təchiz edilmiş, 2 pilotlu bir S-6 prototipini istehsal etdi. Prototip araşdırıldı ancaq Puma avadanlığının inkişaf etdirilməsi istiqamətində əskikliklərdən ötəri hər hansı bir sifariş verilmədi. 1964-ci ildə Suxoy S-58 M üzərində işə başladı. Təyyarənin Suxoy Suxoy Su-15 önləmə təyyarəsinin bir modifikasiyası olması düşünülməkdə idi. Eyni dövrdə aktuallaşan Sovet Hava Qüvvələrinin tələbləri qısa uçuş zolaqlarına enmə-qalxma qabiliyətinə (ing. short take-off and landing(STOL)) sahib bir alçaq hündürlükdə hücum təyyarəsi tələbini doğurdu. Tələb olunan əhəmiyyətli bir xüsusiyyət düşmən hava müdafiə sistemlərini keçə bilmək üçün uzun müddət ərzində alçaq hündürlükdə səsdən yüksək sürətlə uçabilmə qabiliyyəti idi. Bu ehtiyaclara cavab verə bilmək üçün təyyarənin naviqasiya üçün 2 ədəd Tumansky R-27F-300 forsaj turboreaktiv və STOL qabiliyyəti üçün 4 ədəd Kolesov RD-36-25 turboreaktiv istifadə etməsi müəyyən edilirdi. Böyük Orion radar antennası geniş bir ön kəsiyi tələb etdiyindən pilot kresloları yan-yana yerləşdirildi. 6 motorlu dizaynı test etmək üçün ilk Su-15 prototipini S-58VD uçan laboratoriyasına çevrilib 1966-1969 illəri arasında uçuruldu.
Təyyarə 24 Avqust 1965-ci ildə T-6 kod adıyla rəsmi olaraq qeydiyyatdan keçib. İlk prototip May 1967-ci ildə tamamlandı və 2 İyulda Sergey Vladimiroviç İlyuşin tərəfindən uçuş həyata keçirildi. İlk uçuş sınaqları Oktyabr 1967-ci ildə montaj ediləcək olan 4 qaldırma mühərriki olmadan keçirildi. Eyni dövrdə R-27 motorları Lyulka AL-21F ilə dəyişdirildi. S-58VD üzərində edilən STOL testləri qısa-uçuş zolağı performansı üçün lazımlı olan qaldırma mühərriklərinin normalda yanacaq üçün istifadə ediləcək sahənin böyük hissəsini örtərək əhəmiyyətli dərəcədə uçuş məsafəsi itkisinə səbəb olduğunu göstərdi. Bundan başqa təyyarənin STOL-dan normal uçuşa keçərkən idarəsinin çətin olması gövdə altına daşıyıcı təchizat yerləşdirilməsinə mane olurdu. 7 Avqust 1968-ci ildə OKB rəsmi olaraq T6 üçün dəyişən qanad bucaqlarını araşdırmaqla vəzifələndirildi. Nəticədə meydana çıxan T-6-2I ilə 17 Yanvar 1970-ci ildə ilk olaraq İlyuşin tərəfindən uçuş həyata keçirildi. Hökumətin təyyarə üzərində etdiyi sınaqlar təyyarə üzərində olduqca kompleks sistemlərin olması səbəbiylə 1974-cü ilə qədər davam etdi. Hər cür hava şəraitində tapşırıq yerinə yetirə bilmə qabiliyyəti hədəfinə Orion-A hücum radarı, Relyef ərazi radarı və Orbita-10-58 hədəf komputeri ilə birlikdə işləyə bilən Puma naviqasiya / hücum sistemi sayəsində çatıldı. Heyəti üçün Zvezda K-36D katapult kresloları da yerləşdirildi. İlk istehsal modelində 31 dekabr 1971-ci ildə V.T. Vylomov tərəfindən uçuş həyata keçirildi və 4 Fevral 1975-ci ildə T-6 Su-24 adıyla rəsmi olaraq xidmətə qəbul edilib.
Su-24, 69 ° dönə bilən kiçik ölçülü dəyişən bucaqlı qanad quruluşuna malikdir. Qanadların dörd bucaq nizamı vardır: Cəhd və eniş üçün 16 °, fərqli irtifalarda seyr üçün 35 ° ilə 45 ° və aşağı-hündürlükdə manevrlər üçün 69 ° minimum en-uzunluq nisbəti. Dəyişən bucaqlı qanad təyyarəyə Sukhoi Su-17-yə nisbətən qalxma ağırlığı daha çox olmasına baxmayaraq 230 km / s (143 mi / s) kimi daha aşağı eniş sürətinə icazə verən qüsursuz bir STOL performansı təmin edər. Yüksək qanad yüklənməsi sabit bir aşağı-hündürlükdə uçuşu və minimal külək təsirini təmin edir. Su-24 hər biri 109.8 kN itələmə təmin edən iki ədəd Saturn / Lyulka AL-21F-3A forsaj mühərrikə malikdir.
Su-24-ün sabit silahı gövdə altına quraşdırılmış, 500 güllə tutumlu ardıcıl atəş açan bir ədəd Qryazev-Shipunov GSh-6-23 topudur. 'Fencer'-də bu silah istifadə edilmədiyi vaxtlarda bir qapağın arxasındadır. Qanad bağlantısında iki ədəd, xarici qanad altında iki ədəd fırlanan pilon, gövdəyə quraşdırılmış dörd ədəd olmaq üzrə müxtəlif nüvə silahları da daşıya bilən ümumi 8,000 kq (17,600 lb) tutumlu səkkiz ədəd silah daşıyıcı mövcuddur. Ümumiyyətlə, müdafiə məqsədli iki ya da dörd ədəd Molniya R-60 infraqırmızı mərmi daşınır.
Sovetlər 1984-cü ildə Su-24-ləri Əfqanıstanda və 1990-cı illərdə Çeçenistan müharibəsində istifadə edirdilər. Su-24 təxminən 1400 ədəd istehsal edilmişdir. Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Özbəkistan və Ukraynada hal-hazırda çox sayda Su-24 istifadə olunur. 321 ədəd Rusiya Hərbi Hava Qüvvələrində 94 ədəd Rusiya Donanmasında olmaq üzrə təxminən 415 ədəd Su-24 hələ də Rusiya tərəfindən istifadə edilməkdədir.[4]
Su-24-lərin Rusiya tərəfindən 2008 Cənubi Osetiya müharibəsində Gürcüstan hədəflərinə qarşı istifadə edildiklərinə dair hesabatlar var.[5] Moscow Defense Brief jurnalı iki ədəd Su-24-ün Gürcüstan yerdən hava müdafiə qüvvəsi tərəfindən vurulduğunu bildirmişdir.[6] 19 dekabr 2008-ci ildə bir Su-24M bombardman təyyarədən cənub-qərb Rusiyada Voronej şəhəri yaxınlığında qəzaya uğradı. Rusiya Müdafiə Nazirliyi ilk gələn məlumatlara görə qazanın uçuş kontrollarındaki bir qəzadan qaynaqlandığını və pilotların atlayaraq təyyarədən azad olduğunu bildirmişdir.[7]
Rusiya iqtisadiyyatının şəraitindən asılı olaraq Su-24-lərin Suxoy Su-34 və ya daha üstün bir təyyarə ilə dəyişdirilməsi planlaşdırılır.[8]
Su-24 silahlanmasına daxildir:
İdarə olunan raket silahına X-23 tipli "hava-səth" tipli taktiki idarə olunan raketlər və X-28 və X-58 raketləri daxildir.
Bombardman silahları 1500, 500, 250 və 100 kq-lıq idarə edilməyən Aviasiya bombalarından ibarətdir: