Das Boot, 1979-cu ildə çəkilmiş və 1981-ci ildə efirə çıxmış İkinci Dünya Müharibəsindəki bir U-96 adlı tip 7 sinifindəki Alman U-bot heyəti haqqında olan epik döyüş filmidir. 55-ci Akademiya Mükafatlarında Das Boot ən yaxşı rejissor da daxil olmaqla altı mükafata namizəd göstərildi. Bu günə qədər film, bir Alman filmi üçün ən çox Akademiya Mükafatı nominasiyaları rekordunu əlində saxlayır.
Sualtı qayıq | |
---|---|
alm. Das Boot | |
Janr | dram filmi[1][2][…], roman ekranlaşdırması[d], tarixi film, müharibə filmi |
Əsas mövzu | İkinci Dünya müharibəsi |
İcraçı prodüser | Mark Deymon |
Baş rollarda | |
Distribütor | Constantin Film[d], Netflix |
İlk baxış tarixi | 17 sentyabr 1981[4], 10 fevral 1982[5], 1981 |
Müddət | 149 dəq.[6], 209 dəq., 293 dəq. |
Büdcə | 32.000.000 Alman markı |
Gəlir | 11.487.676 $[7][8], 84.970.337 $[8] |
Ölkə | |
Dil | alman dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Şimal dənizi[9], Atlantik okeanı[9] |
IMDb | ID0082096 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmdə heç bir təbliğat elementi yoxdur. Alman dilində çəkilən təxminən 3,5 saatlıq filmin rejissoru Wolfgang Petersendir. Alman dənizçilərinin müharibə dövründəki həyatının psixoloji vəziyyətini əyani vizualla təsvir edir.1980-ci ildəki premyerasında dövrün məşhur insanları filmin sonunda Wolfgang Petersonu ayaqda alqışlamışdırlar. Digər müharibə filmlərində olmayan bir element bu filmə daxil edilmişdir; Müharibənin humanitar ölçüsü ortaya qoyulmuşdur.
İkinci Dünya Müharibəsində xidmət edən U-96 tipli bir Alman sualtı qayığı Atlantik okeanında normal patrul dövrüyyəsinə çıxır. Gəmidəki ekipaja əlavə olaraq bir zabit də sualtı qayıqda baş verənləri qeyd etmək üçün ekspedisiyada iştirak edir.
Gəmi normal gedişində olduğu zaman, destroyerlərin mühafizəsi olmadan okeanda üzən 5 gəmidən ibarət bir donanma ilə qarşılaşır. Bir az tərəddüd etdikdən sonra kapitan hücum əmri verir. Ancaq o anda hücumdan əvvəl görə bilmədikləri bir destroyerin onlara hücum etdiyini görürlər. Okeanın dibinə dalaraq xilas olmağa çalışsalar da, destroyer onları buraxmır. Müxbir məmur hər şeyin bitdiyini və xilas üçün yerlərinin olmadığını düşünərək yuxuya gedir. Oyandıqda hər şeyin normala döndüyünü və destroyerdən xilas olduqlarını görür. Bu hadisədən sonra qərargah tərəfindən, əsas bazaları olan La Rochelle əvəzinə Cəbəllütariqdən keçərək İtaliyanın La Spezia limanına qayıtmaq əmri alırlar. Daha əvvəl İkinci dünya müharibəsində bitərəf olan İspaniyada tədarük üçün Alman gəmiləri ilə görüşəcəkdilər. Ancaq Cəbəllütariq Boğazı daimi olaraq İngilis gəmiləri və təyyarələri tərəfindən nəzarət altındadır və bu boğazdan keçmək əslində sualtı qayıq üçün intihar deməkdir. Həm kapitan, həm də ekipaj bunu bilir.
Boğazdan keçərkən U-96 İngilis təyyarələri və gəmiləri tərəfindən görülür. Kapitan sürətlə hərəkət edib qaçmağa çalışarkən sualtı qayıq vurulur və batmağa başlayır. Gəmi dibə oturur və çox ziyan görür. Ekipaj gəmini təmir edir və yenidən üzməyə başlayırlar. Və dibdən xilas olurlar.
Nəhayət, onların əsas bazası olan La Rochelle geri dönməyə qərar verirlər və qarşılama mərasiminin başlanğıcında İngilislərin hava hücumlarına məruz qalır. Hücum bitdikdən sonra müxbir U-96 ekipajının çoxunun öldüyünü görür. Kapitan son dəfə batan gəmisinə baxır və o da ölür.
Aktyor/Aktrisa | Rol |
---|---|
Jürgen Prochnow | Dənizaltı komandiri Heinrich Lehmann-Willenbrock |
Herbert Grönemeyer | Müxbir zabit |
Klaus Wennemann | Şef |
Hubertus Bengsch | 1 Nömrə |
Martin Semmelrogge | 2 Nömrə, Kripto zabiti |
Bernd Tauber | Səfər zabiti |
2014-cü ildə orijinal mini seriya Almaniyada Blu-ray formasında “Original Kəsilməmiş Versiya” adı ilə istəkdən asılı olaraq İngiliscə audio və altyazı ilə bazara çıxarıldı.
Həm “Rejissorun seçimi”, həm də “Original Kəsilməmiş Versiyası” üçün yeni ingiliscə dublyajları istehsal edildi və orijinal ikidilli aktların əksəriyyətini özündə cəmləşdirdi. Bu dublyajlar bütün DVD və Blu-ray versiyalarına daxil edilmişdir.