Sufiyan Şəmsətdin oğlu Povarisov (rus. Суфиян Шамсутдинович Поварисов, başq. Суфиян Шәмсетдин улы Поварисов; 29 avqust 1924, İleş rayonu – 3 iyul 2016, Ufa) — sovet və rus tatar[1] yazıçısı, filologiya elmləri doktoru, professor, Başqırdıstan xalq yazıçısı (2011). Başqırdıstan Respublikası (1992) və Tatarıstan Respublikası (2004) əməkdar elm xadimi, Rusiya ali təhsili fəxri işçisi (1997). Böyük Vətən Müharibəsi iştirakçısı. Başqırdıstan və Rusiya Yazıçılar birliklərinin üzvü.
Sufiyan Povarisov | |
---|---|
Doğum tarixi | 29 avqust 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyul 2016 (91 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, dramaturq, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | tatar[1], rus |
İstiqamət | sosialist realizmi |
Janrlar | nəsr, povest, hekayə, şeir, poema, pyes, roman, xülasə |
İlk əsəri | "Xoşbəxtlik" şeiri (1953) |
Mükafatları |
O, İleş rayonunun Tupeyevo kəndində anadan olmuşdur.
Məktəbdə yeddi sinfi bitirdikdən sonra kolxozda işləməyə başlamışdır. 1942-ci ilin avqust ayında Qırmızı Ordu sıralarına çağrılaraq 469-cu minaatan alayının hesablama komandiri kimi xidmət etmişdir. Alay ilə Ukrayna, Belarusiya, Rumıniya, Macarıstan, Çexoslovakiya, Almaniya ərazilərində döyüşlər aparmışdır. 1945-ci ilin may ayını Drezdendə qarşılamışdır.
1951-ci ildə Kazan Dövlət Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsinə daxil olmuşdur.
İnstitutu bitirdikdən sonra 1955–1958-ci illərdə Tatarıstanın Aktanış rayonunda yerləşən Barsukov məktəbinin direktoru vəzifəsində çalışmışdır. 1958-ci ildən "Kızıl Tan" adlı tatar qəzetinin əməkdaşı oldu, 1960-cı ildə isə Başqırd Dövlət Universitetində dilçilik problemləri üzrə işləməyə başladı.
S. Povarisovun "Xoşbəxtlik" (rus. «Счастье») adlı ilk şeiri 1953-cü ildə nəşr edilmişdir. O, həmçinin üç lirik şeir də yazmışdır. "Məgər düşünmürəm", "Order", "Şikayət" adlı hekayələr, "Sevirəm səni həyat", "Sümbül", "Gənclik illəri", "Ölümsüzlərin yolu", "Sənə inanıram!", "Biz yenə görüşəcəyik" pyeslər və "Səfillərin taleyi".
O, tatar ədəbiyyatının klassiki Alimcan İbrahimov haqqında trilogiya romanların müəllifidir: "Peyğəmbərin şəfəqi", "Göyün yeddinci qatında", "Faciə". Onun dram janrında da əsərləri var. Abituriyentlərin həyatına həsr olunmuş "Cırtdan ulduz" komediyası, satış işçiləri barədə olan "Toy hədiyyəsi" və "Doğma kəndin sübhləri" dram əsərləri, "Söz", "Yeni melodiya", "Gözəl xanım" və s. pyeslərin müəllifidir.
Alim kimi ədəbi tatar dilində olan bədii əsərlərin tədqiqi və dilin stilistikasına böyük töhfə vermişdir.
Sufiyan Povarisov 40-a yaxın kitabın və 300 elmi məqalənin müəllifidir. 2011-ci ildə "Başqırdıstan Respublikasının Xalq Yazıçısı" fəxri adına layiq görülmüşdür.[2]
Əhməd Zəki Vəlidi adına Milli Kitabxanada rəqəmsallaşdırılmış əsərləri