Sumqayıtın görməli yerlərinin siyahısı

Sumqayıtın görməli yerlərinin siyahısıAzərbaycan Respublikasının Sumqayıt şəhərinin turizm potensialı ilə bağlıdır.

Adı Yaranma tarixi Haqqında Şəkil İstinadlar
Sumqayıt bulvarı 2016 Sumqayıt şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvardır. [1]
Nəsimi adına Mədəniyyət və İstirahət parkı 1967 Sumqayıt şəhərinin ən böyük mədəniyyət və istirahət parkıdır.
Sumqayıt Tarix Muzeyi 1967 Sumqayıt şəhərinin ən böyük muzeyidir.
Sumqayıt kanyonu Sumqayıtçayın aşağı axarlarında, çayın Qaraboğaz düzənliyindən keçən hissəsində yerləşən təbiət abidəsi [2][3]
Sumqayıt Dövlət Dram Teatrı 1968 Sumqayıtda fəaliyyət göstərən professional teatr.
Qağayı abidəsi 1964 Sumqayıt şəhərinin girəcəyində Bakı-Quba yolunun üzərində ucaldılmış abidə. Abidə 24 ədəd üst-üstə spiral şəklində qoyulan daş və onların üzərində olan qağayı qanadlarından ibarətdir.
Sülh göyərçini abidəsi 1978 Sumqayıt şəhərində memarlıq abidəsi, şəhərin əsas rəmzlərindən biri. Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir.
Hacı Məcid hamamı XVI əsr Sumqayıt şəhərinin Corat qəsəbəsində, Səməd Vurğun küçəsindən 60-70 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir.
Hacı Əmrulla hamamı XVII əsr Günbəzli hamam olub, Sumqayıt şəhərinin Corat qəsəbəsi mərkəzindən keçən Sülh küçəsində, Corat cümə məscidinin qarşı tərəfində yerləşir.