Piçay Sundararajan , ən çox tanınan adı ilə Sundar Piçay [5] [6] [7] (10 iyul 1972 [1] , Maduray [d] , Tamilnad [4] ) — hind əsilli amerikan biznes meneceri .[8] [9] O, Alphabet və onun törəmə şirkəti Google -un baş icraçı direktorudur (CEO).[10]
Piçay karyerasına materialşünas olaraq başlayıb. McKinsey & Company menecment konsaltinq firmasında qısa müddətdə işlədikdən sonra 2004-cü ildə Google-a qoşuldu[11] və burada Google Chrome və ChromeOS daxil olmaqla, Google-un müştəri proqram məhsulları dəsti üçün məhsulun idarə edilməsi və innovasiya səylərinə rəhbərlik edirdi, həmçinin Google Drive -da böyük məsuliyyət daşıyırdı. Bundan əlavə, o, Gmail və Google Maps kimi digər proqramların tərtibatına nəzarət etməyə davam edirdi. 2010-cu ildə Piçay həmçinin Google-un yeni video kodeksi olan VP8 -in açıq mənbə olduğunu elan etdi və yeni video formatı olan WebM -i təqdim etdi. Chromebook 2012-ci ildə buraxıldı. 2013-cü ildə Piçay Android -i öz nəzarət etdiyi Google məhsulları siyahısına əlavə etdi.
Piçay, əvvəllər CEO Larri Peyc tərəfindən baş məhsul rəhbəri təyin edildikdən sonra 10 avqust 2015-ci ildə Google-un növbəti CEO-su olmaq üçün seçildi. 24 oktyabr 2015-ci ildə Google şirkətlər ailəsi üçün yeni holdinq şirkəti olan Alphabet -in formalaşması başa çatdıqdan sonra yeni vəzifəyə qədəm qoydu. 2017-ci ildə "Alphabet"in İdarə Heyətinə seçildi.[12]
Piçai 2016[13] və 2020-ci[14] illərdə Time jurnalının Time 100 siyahısına daxil edilib.
Piçay Hindistanın Tamilnad ştatının Maduray şəhərində[15] [11] [16] tamil ailəsində anadan olub. Anası Lakşmi stenoqraf , atası Requnata Piçay isə Britaniya konqlomeratı olan GEC -də elektrik mühəndisi idi. Onun atasının da elektrik komponentləri istehsal edən zavodu var idi.[17] [18]
Piçay təhsilini Çennai şəhərinin Aşok Nagar bölgəsindəki Cavahar Vidyalaya Böyük Orta Məktəbində[19] başa vurub və XII sinifi Mədrəs Hindistan Texnologiya İnstitutunun Vana Vani məktəbində oxuyub.[20] [21] O, Hindistan Xaraqpur Texnologiya İnstitutundan metallurgiya mühəndisliyi üzrə məzun olub və bu institutun görkəmli məzunudur.[22] Stenford Universitetində materialşünaslıq və mühəndislik üzrə magistr dərəcəsinə və müvafiq olaraq Sibel Scholar və Palmer Scholar adına layiq görüldüyü Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində biznes menecmenti üzrə magistr dərəcəsinə sahibdir.[23] [5] [24] [25]
↑ 1 2 Sundar Pichai // Munzinger Personen (alm.) .
↑ Who is Google CEO Sundar Pichai? .
↑ Sundar Pichai; man who runs Chrome at Google . 2011.
↑ 1 2 The rapid climb of Sundar Pichai to technology peak: From school days to Silicon Valley (ing.) . // The Economic Times The Times Group , 2015.
↑ 1 2 "Happy Birthday Sundar Pichai: Here are 5 videos of Google's CEO that reveal his other side" . The New Indian Express. April 16, 2021 tarixində arxivləşdirilib . İstifadə tarixi: April 16, 2021 .
↑ "Factbox: New Alphabet chief started at Google, made name with Android" . Reuters (ingilis) . December 4, 2019. December 5, 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: April 16, 2021 .
↑ "Sundar Pichai: Latest Sundar Pichai News, Designation, Education, Net worth, Assets" . The Economic Times (ingilis) . April 16, 2021 tarixində arxivləşdirilib . İstifadə tarixi: April 16, 2021 .
↑ Melinda C. Shepherd, Sundar Pichai — Britannika Ensiklopediyası . "Sundar Pichai, in full Pichai Sundararajan, (born June 10, 1972, Madras [now Chennai], Tamil Nadu, India), Indian-born American executive who was CEO of both Google, Inc. (2015– ), and its holding company, Alphabet Inc. (2019– )."
↑ "I'm An American Citizen But India is Deeply Within Me: Google's Sundar Pichai" . India.com (ingilis) . 2023-07-07 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2023-07-07 .
↑ "Sundar Pichai" . blog.google (ingilis) . 2022-05-30 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-05-31 .
↑ 1 2 "Sundar Pichai | Biography, Google, & Facts" . Encyclopedia Britannica (ingilis) . April 18, 2021 tarixində arxivləşdirilib . İstifadə tarixi: April 20, 2021 .
↑ Helft, Miguel. "Google CEO Sundar Pichai Appointed To Alphabet Board Of Directors" . Forbes (ingilis) . April 16, 2021 tarixində arxivləşdirilib . İstifadə tarixi: April 16, 2021 .
↑ Nye, Bill. "Sundar Pichai: The World's 100 Most Influential People" . TIME.com. January 19, 2021 tarixində arxivləşdirilib . İstifadə tarixi: April 16, 2021 .
↑ "Sundar Pichai: The 100 Most Influential People of 2020" . Time. September 24, 2020 tarixində arxivləşdirilib . İstifadə tarixi: September 23, 2020 .
↑ Vaitheesvaran, Bharani; Elizabeth, Shilpa. "The rapid climb of Sundar Pichai to technology peak: From school days to Silicon Valley" . The Economic Times . August 12, 2015. February 3, 2016 tarixində arxivləşdirilib . İstifadə tarixi: January 12, 2016 .
↑ Charlie, Adith. "Google gets new parent Alphabet; Sundar Pichai becomes CEO of Google" . VCCircle . August 11, 2015. March 6, 2018 tarixində arxivləşdirilib . İstifadə tarixi: March 6, 2018 .
↑ "What Is The Caste Controversy That Google Finds Itself In?" . www.india.com (ingilis) . 2023-04-07 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2023-08-18 .
↑ "Androids and Brahmins | Deccan Herald" . 2022-06-19. June 19, 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2023-08-18 .
↑ "From Chennai to California: Google CEO Sundar Pichai's back breaking efforts towards success" . India Today. December 20, 2016. September 9, 2021 tarixində arxivləşdirilib . İstifadə tarixi: September 9, 2021 .
↑ "Sundar Pichai, a quiet boy" . The Hindu.
↑ "School mates talk about Sundar Pichai" . The Hindu. August 14, 2015 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: August 14, 2015 .
↑ "Chennai's Sundar Pichai is dark horse" . indiatimes.com. February 2, 2014. March 6, 2015 tarixində arxivləşdirilib . İstifadə tarixi: October 26, 2014 .
↑ Lakshman, Narayan. "The rise and rise of Sundar Pichai" . The Hindu. August 11, 2015. March 31, 2016 tarixində arxivləşdirilib . İstifadə tarixi: August 11, 2015 .
↑ Siebel Scholars Arxivləşdirilib mart 21, 2013, at the Wayback Machine . Siebel Scholars. Retrieved on August 23, 2013.
↑ Cooper, Charles. "Sundar Pichai:Seven prominent Indian-origin people in global IT world" . CNET. March 13, 2013. October 18, 2013 tarixində arxivləşdirilib . İstifadə tarixi: March 14, 2013 .
Tərəfdaşlar İnsanlar