Sukhoi Su-30 (rus. Сухой Су-30; NATO kod adı: Flanker-C) — 2 mühərrikli, iki yerlik supermanevrli qırıcı təyyarə. İstənilən hava şəraitində, hava-hava və hava-yer və yerüstü dəstək missiyalarını həyata keçirmək üçün nəzərdə tutulmuşdur.
Su-30 | |
---|---|
| |
Tipi | Çoxməqsədli qırıcı |
Hazırlayan | Suxoy Dizayn Bürosu[d] |
İstehsalçı | KnAAPO, İrkut korporasiyası |
Baş konstruktor | Suxoy |
İlk uçuş | 31 dekabr 1989 |
İstismara verilmə tarixi | 1996-cı il |
Status | İstismarı davam edir |
İstismarçılar |
Rusiya ÇXR |
İstehsal ili | 1992 - davam edir |
Buraxılış sayı | 540+[1] |
Vahidinin qiyməti | Su-30MK2: 37.5 milyon ABŞ $ (2012)[2] |
Baza modeli | Su-27 |
Variantları |
Su-30MKI Su-30MKK Su-30MKM |
Vikianbarda əlaqəli mediafayllar |
S-30 proyekti Sukhoi kompaniyasının öz daxilində Su-27-ni yeniləmək planının nəticəsidir. Yaranan yeni təyyarəyə Su-30 adı rəsmi olaraq 1996-cı ildə Müdafiə Nazirliyi tərəfindən təyin olundu. Flanker (Su-27) ailəsinə aid olan təyyarələrdən yalnız Su-27, Su-30, Su-34 və Su-35 təyyarələrinin Müdafiə Nazirliyi tərəfindən seriyalı istehsalına sifariş verilmişdir. Digər təyyarələr yalnız, məsələn Su-37 prototip mərhələsini keçməyiblər.
Adlandırmada fərq olsa Su-30 digər "Flankerlər" kimi öz baza təyyarələrinə — Su-27 təyyarəsinə struktur cəhətdən demək olar ki identikdirlər, yəni oxşardırlar.
Su-30 iki rəqib kompaniya tərəfindən müxtəlif brendlərdə istehsal edilir, lakin hər iki kompaniya – KnAAPO və Irkut, Suhkoi şirkətinə aiddir. KnAAPO Çin, İndoneziya, Uqanda, Venesuela və Vyetnama satılan Su-30MKK, Su-30MK2 versiyalarını istehsal edir. KnAAPO Su-35 proyektinin ilkin mərhələsində iştirak etdiyi üçün hər iki təyyarə orijinal Su-35 təyyarəsinin iki yerli versiyalarıdır. Çin ona satılan versiyanın köhnə, lakin daha yüngül radarlarla təchiz olunmasını sifariş verdi. Nəticədə öncələr radarın ağır olmasına görə önə qoyulmuş "qulaq qanadlar" dizayndan çıxarıldı. Bu da öz növbəsində yükgötürmə qabiliyyətinin artmasına gətirib çıxardı.
Çin versiyası daha çox hava-hava missiyaları üçün nəzərdə tutulsa da, yerüstü hədəflərə də hücum edə bilməsi onu Amerikan F-15E-ə bənzədir.
İrkut Kompaniyası isə vaxtilə Sovet Hava Hücumundan Müdafiə qoşunlarına xidmət edirdi. "Flanker" proqramının ilkin mərhələlərində Su-27 təyyarəsinin təlim versiyasının — Su-27UB-nin dizaynı İrkut korporasiyasına həvalə edilmişdi. Bundan əlavə olaraq İrkut Hindistana onun üçün ayrıca dizayn olunmuş Su-30MKI versiyasını da təklif etdi. Yerüstü hədəfləri vurmaq bacarığından əlavə təyyarəyə hava-hava döyüşlərində də üstünlük əldə etməsi üçün "qulaq qanadları"ı və mühərrikin çıxışının idarə edilməsi (Thrust vectoring) funksiyaları da əlavə edildi.
Orijinal Su-27 "Flanker"in uçuş məsafəsi yaxşı olsa da, Hava Hücumundan Müdafiə qüvvələrinə daha uzaq məsafəli, həm hava-hava, həm də hava-yer təyyarələri lazım idi. Buna görə də Su-27-nin daha təkmil versiyası kimi Su-27PU proqramına start verildi. Su-27PU isə sonradan Su-30 nomenklaturası ilə adlandırıldı.
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus bir neçə Su-30SM Suriyada hökumət qüvvələrinə dəstək vermək və terrorçu qruplaşmalara hava zərbələrinin endirilməsi məqsədilə istifadə edilmişdir. Bu qırıcılar 2015-ci ilin sentyabr ayında Suriyanın Latakiya şəhəri yaxınlığında yerləşən Basel əl-Əsəd beynəlxalq hava limanına gətirilmişdir. 2015-ci ilin dekabr ayının sonlarında Suriyaya məxsus Xmeymim hərbi hava bazasında 16 ədəd Su-30SM döyüş təyyarəsi yerləşdirilmişdir. Su-30SM qırıcıları Rusiyanın hücum və strateji bombardmançı təyyarələrini müşayiət etmək məqsədilə buraya gətirilir. Sonradan əməliyyatlar zamanı yerdəki hədəflərə zərbə vurulmasında da istifadə edilmişdir. 21 mart 2017-ci il tarixində Həma şəhərində həyata keçirilən yeni hücum əməliyyatı ərzində Rusiya HHQ-nin Su-30SM döyüş təyyarələri idarə olunmayan hava-yer tipli raketlərlə üsyançıların mövqelərinə zərbə endirmişdir.
2016-cı ilin fevralında Rusiya ilə Belarus arasında açıqlanmayan sayda Su-30 qırıcılarının alqı-satqısı ilə bağlı ilkin razılıq əldə edilmişdir.[3]
2016-cı ilin fevralında İran müdafiə naziri Rusiya ilə açıqlanmayan sayda Su-30 qırıcılarının satın alınması ilə bağlı danışıqların getdiyini açıqlamışdır.[4]