Syuy Syubo

Syuy Syubo (çin. 瞿秋白; 29 yanvar 1899[1][2][…]18 iyun 1935[1][2][…]) — 1920-ci illərin sonlarında Çin Kommunist Partiyasının lideri.

Syuy Syubo
çin. 瞿秋白
Doğum tarixi 29 yanvar 1899(1899-01-29)[1][2][…]
Vəfat tarixi 18 iyun 1935(1935-06-18)[1][2][…] (36 yaşında)
Vəfat səbəbi güllə yarası[d]
Təhsili
  • Şərq Zəhmətkeşlərinin Kommunist Universiteti[d]
Fəaliyyəti siyasətçi, yazıçı, jurnalist, ədəbiyyat tənqidçisi, tərcüməçi
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Syuy Syubo Tsanqzhou şəhərində, Szyansuda anadan olub. Ailəsi Qinqquo zolağının (青果 巷) üzərində yerləşən Tianxianq (天香楼)-da yaşayırdı. Syuynun atası Syuy Şivey (瞿世玮) vaxtilə zadəgan olan bir ailədə anadan olub. Rəssamlıq və qılıncoynatma bacarıqlarına yiyələnən Syuy siyasətə və biznesə maraq göstərmirdi. Syuynun anası dövlət məmurunun qızı olan Jin Xuan (金 璇) poeziya sahəsində çox bacarıqlı idi. Ailənin ən böyük uşağı olan Syuynun özündən başqa beş qardaşı və bir bacısı var idi. O, gənc olarkən ailəsi dayısının evində yaşayırdı və qohumları tərəfindən maddi dəstək görürdü. Syuynun atası müəllim kimi işləsə də, tiryək asılılığı səbəbindən ailəsini təmin edə bilmirdi. 1915-ci ildə isə anası artan çətinliklərə və borclara görə intihar etdi.[3]

1916-cı ildə Syuy Hankoya getdi və əmisiuşağının dəstəyi ilə ingilis dilini öyrənmək üçün Uhan Xarici Dili Məktəbinə daxil oldu. 1917-ci ilin yazında işə müraciət etmək üçün Pekinə getdi, lakin ümumi dövlət qulluğu imtahanından keçə bilmədi. Sadə bir universitet təhsilini ödəmək üçün kifayət qədər pulu olmayan Syuy Çin Xarici İşlər Nazirliyinin (俄文 专修 馆) nəzdində yeni qurulan Rus Dili İnstitutuna daxil oldu, çünki ödəniş tələb etmirdi. İnstitut həmçinin ona təqaüd təklif etdi, hətta məzun olduqdan sonra onu bir işlə təmin edəcəyinə söz verdi.[3]

Kommunist Partiyasında iştirakı

[redaktə | mənbəni redaktə et]

Syuy oxuduğu Dil institutunda çox çalışdı, həm fransız, həm də rus dilini öyrəndi və boş vaxtını Buddist fəlsəfəsi və klassik Çin dilini öyrənməyə sərf etdi. Bunların Hər ikisi onun uşaqlıqdan bəri inkişaf etdirdiyi maraqları idi. Pekin Universitetində kampusun baş kitabxanaçısı olan Li Dazhao tərəfindən marksist təhlilin müzakirələri keçirilirdi. Syuynun orada iştirakı onun inqilabçı dairələrlə ilk əlaqələrinin yaranmasına təkan oldu. Belə ki, Gələcək kommunist lider və Çinin sədri Mao Tszedun da bu görüşlərdə iştirak edirdi. Sonralar Syuy Pekin qəzetində "Səhər Xəbərləri" nin jurnalisti kimi işə başlamış və Moskvaya müxbir kimi göndərilmişdi baxmayaraq ki, bu onun dövlət qulluğunda olan karyerasını təhlükə altına salacaqdı. Syuy Bolşevik İnqilabı dövründə və sonrasında Rusiyadakı həyat haqqında Moskvadan məlumat verən ilk çinlilərdən idi, o burada həyat şərtlərinin sərtliyini müşahidə etmişdi. Rusiyada olarkən o Tolstoyun nəvəsi Sofya ilə Yasnaya Polyanadakı (Lev Tolstoyun doğulduğu ev) Lev Tolstoyun evinə baş çəkdi, Leninin bir qrup nümayəndə ilə görüşdüyünün şahidi oldu, Feodor Çaliapinin Aleksandr Puşkinin şeirlərinə bəstələnmiş musiqisini dinlədi və Pyotr Kropotkinin cənazəsində iştirak etdi.[4]

1923-cü ilin yanvarında Syuy o dövrdə Çin Kommunist Partiyasının lideri Tsen Duxiunun Rusiyadan geri qayıdıb ona qoşulması təklifini qəbul etdi. Qayıdandan sonra Çin Kommunist Partiyasının təbliğatı işinə baxan Syuy 1927-ci ildə Tsen Duxiunun süqutundan sonra Çin Siyasi Bürosunun Sədri və partiyanın de-fakto lideri oldu. 11 dekabr 1927-ci il Quanqzhou üsyanı kimi üsyanlar təşkil etdi.[5]

1928-ci ilin aprelində Syuy bir daha Moskvaya getdi və iki il Çin Kommunist Partiyasının nümayəndəsi kimi çalışdı. 1930-cu ildə Çin Kommunist Partiyasının Rusiyadakı nümayəndəsi vəzifəsindən kənarlaşdırıldıqdan sonra Syuy mərkəzi rəhbərlikdən kənarlaşdırılmaq üçün Çinə qayıtdı. Bütün bunlar inqilabın necə aparılacağına dair güclü bir mübahisə ilə əlaqədar idi. İşdən çıxarıldıqdan sonra syuy Şanxayda bir yazıçı, həm də tərcüməçi olaraq çalışdı, Mao Dun, Lu Sin ilə birlikdə ədəbi fəaliyyətlə məşğul oldu və solçu mədəni hərəkatın liderləri ilə dərin dostluq əlaqələri qurdu.

1934-cü ildə vəziyyət getdikcə təhlükəli olmağa başlıyırdı və Syuy artıq Şanxayda qala bilmədi, buna görə Szyansi əyalətinin Juytsin şəhərindəki Kommunistlərin Mərkəzi İnqilab Baza Bölgəsinə getdi. Qırmızı Ordu məşhur "Uzun Mart" yürüşünü başlayanda Syuy döyüşə rəhbərlik etmək üçün cənubda qaldı. 1934-cü ildə Fucyen, Tsanqtinqdə həbs olunan Syuy bir il sonra Homindan partiyası tərəfindən edam cəzasına məhkum edildi. Həbs edildiyi müddətdə Syuyni təslim olmağa vadar etmək üçün müxtəlif vasitələrdən istifadə edən KMT hökuməti tərəfindən işgəncələrə məruz qaldı, lakin inanclarında israrlı idi və heç zaman fikrindən dönmədi. 18 iyun 1935-ci ildə Syuy "The İnternationale" (himn), "Qırmızı Ordu nəğməsi" mahnılarını oxuyaraq və "Yaşasın Çin Kommunist Partiyası", "Yaşasın kommunizm" və digər şüarlar səsləndirərək edam yeri olan Zhonqşan parkına doğru irəliləyirdi. Zhonqşan parkındakı kiçik bir təpəyə çatdıqdan sonra Syuy ot üzərində oturmaq üçün bir yer seçdi, gülümsündü və edamçıya işarə etdi: "bura çox yaxşıdır!". Qətlə yetiriləndə Syuy 36 yaşında idi.[6] Həbs olunduğu müddətdə Syuy siyasi düşüncəsini ifadə etmək üçün "Lazım olduğundan daha artıq sözlər" adlı bir kitab yazdı. Kitab ölümündən sonra xeyli mübahisələrə səbəb oldu.

Syuy Mədəniyyət İnqilabı dövründə "xəyanətkar" kimi ağır tənqid olundu. Yalnız 1980-ci ildə Mərkəzi Komitə ona bəraət verdi və bu gün o Çin Kommunist Partiyası tərəfindən çox yüksək qiymətləndirilir. Doğma şəhəri Tsanqzhouda onun muzeyi var. Çində sol ədəbi hərəkata dair tədqiqatlar (1968-ci ildə nəşr olunmuş) onu "yumşaq qəlbli kommunist" kimi təsvir edir. Syuy eyni zamanda rəsmi olaraq qəbul edilən və Çin Kommunist Partiyasının himni kimi istifadə edilən "The İnternationale"ı Çin dilinə tərcümə etdi. Böyük Çin ziyalılarından biri və Çində inqilabi hərəkat ruhunu quran ilk Kommunist Partiyasının üzvlərindən biri idi. O, eyni zamanda duygusal bir şair kimi də yaddaşlarda qalıb.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Qu Qiubai // Encyclopædia Britannica (ing.).
  3. 1 2 "Qu Qiubai - The First Chinese to Translate "The Internationale"". 21 Jan 2012 – 22 Dec 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-29.
  4. Spence, Jonathan. The Gate of Heavenly Peace. Penguin Books. 1981. 178.
  5. Thomas Kampen. Mao Zedong, Zhou Enlai and the Evolution of the Chinese Communist Leadership. Nordic Institute of Asian Studies. 1999. səh. 34. ISBN 87-87062-76-3. 2012-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  6. "瞿秋白 (无产阶级革命家)". 20 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-29.