Türk-İran ənənəsi

Türk-İran ənənəsi (fars. فرهنگ ایرانی-ترکی‎ ) və ya Türk-Fars ənənəsi[1] — IX–X əsrlərdə XorasanMavəraünnəhrdə (indiki Əfqanıstan, İran, Özbəkistan, Türkmənistan, Tacikistan, QırğızıstanQazaxıstanın kiçik hissələri) yaranmış özünəməxsus mədəniyyət.[2]

Sonrakı əsrlərdə Türk-İran mədəniyyətinə mənsub xalqlar qonşu vilayətləri zəbt etməklə daha da davam etdirilmiş, nəticədə Cənubi Asiya, Orta AsiyaTarım hövzəsi, həmçinin Qərbi Asiyanın böyük hissələrinin hakim və elit təbəqələrinin üstünlük təşkil edən mədəniyyətinə çevrilmişdir.[2]

Türk-İran ənənəsi islam mədəniyyətinin bir variantı idi.[3] İslamın fəzilət, daimilik və mükəmməllik anlayışları ictimai məsələlər, eləcə də başçı elita olan müsəlmanların dini işləri haqqında diskussiyaya səbəb olmuşdur.[1]

Müsəlmanların İranı fəth etməsindən sonra Sasanilərin dili olan Pəhləvi fars dili xilafətin şərq torpaqlarında idarəetmə vasitəsi kimi VIII əsrə qədər geniş şəkildə istifadə edilməyə davam etmişdir.[1]

Siyasi baxımdan Abbasilər tezliklə buraya nəzarəti itirməyə başlamış və bu, iki böyük uzunmüddətli nəticəyə səbəb olmuşdur. Birincisi, Abbasi xəlifəsi Mötəsim xilafətdə türk muzdlularınınməmlük qullarının varlığını xeyli artırmışdır. Nəticədə onlar ərəblərifarsları ordudan, dolayısıyla siyasi hegemonluqdan sıxışdırıb çıxararaq Türk–İran simbiozu erasını başlatmışdılar.[4]

İkincisi, Xorasandakı Tahirilər faktiki olaraq müstəqil idilər, lakin sonra Sistandan olan Səfərilər şərq torpaqlarını azad etmiş, çox keçməmiş onların yerinə müstəqil Samanilər gəlmişdir. Hər halda, onlar xəlifəyə tam ehtiram göstərmişdilər.[1]

  1. 1 2 3 4 Robert L. Canfield Arxivləşdirilib 2010-06-10 at the Wayback Machine, Turko-Persia in historical perspective, Cambridge University Press, 1991
  2. 1 2 Canfield, Robert L. Turko-Persia in Historical Perspective. Cambridge, United Kingdom: Cambridge University Press. 1991. səh. 1 ("Origins"). ISBN 0-521-52291-9.
  3. Hodgson, Marshall G. S. 1974. The Venture of Islam. 3 vols. Chicago: University of Chicago Press
  4. Bernard Lewis, "The Middle East", 1995, p. 87