Türk-monqol ənənəsi — XIV əsrdə Asiyada Qızıl Orda və Çağatay xanlığının hakim elitaları arasında yaranmış etnomədəni sintez. Bu xanlıqların hakim monqol elitaları nəhayət fəth etdikləri və hökm sürdükləri türk əhalisinə assimilyasiya olundular və beləliklə də türk-monqollar kimi tanındılar. Bu elitalar monqolların siyasi və hüquqi institutlarını saxlamaqla tədricən islamı (tenqrizm kimi əvvəlki dinlərdən), eləcə də türk dillərini qəbul etdilər.[1]
Türk-Monqollar Monqol xanlıqlarının süqutundan sonra bir çox islamçı varis dövlətlər qurdular, məsələn, Qızıl Ordadan sonra Qazax və Tatar xanlıqları (məs, Krım xanlığı, Həştərxan xanlığı, Kazan xanlığı) və Orta Asiyada Cığatay xanlığını davamçısı olan Teymurilər imperiyası. Türk-Monqol şahzadəsi və Teymurun böyük nəvəsi olan Babur (1483–1530) Hindistan yarımadasının demək olar ki, hamısını idarə edən Böyük Moğol İmperiyasını qurdu. Türklər və tatarlar da Məmlük sultanlığı dövründə siyasi və hərbi hakimiyyəti həyata keçirərək Misirin bir hissəsini idarə edirdilər.[2][3][4][5][6]
Bu türk-monqol elitaları o dövrdə Orta Asiya müsəlmanları arasında üstünlük təşkil edən türk-fars ənənəsinin himayədarı oldular. Sonrakı əsrlərdə türk-monqol mədəniyyəti qonşu bölgələrə daşınaraq Cənubi Asiyanın (Hindistan yarımadası), xüsusən Şimali Hindistanın (Moğol İmperiyası ), Orta Asiya, Tarım hövzəsi (Şimal-Qərbi Çin) və Qərbi Asiyanın (Orta Şərq) böyük hissəsinin hakim və elit təbəqələrinin üstünlük təşkil edən mədəniyyətinə çevrildi.[7]
Çingiz xanın dövründən əvvəl türk xalqları və monqollar bir-biri ilə söz mübadiləsi aparırdılar, türk dilləri monqol dilindən daha fəal idi.