Türk (türklərin əfsanəvi əcdadı)

Türktürklərin əfsanəvi əcdadı, bəzi mənbələrə görə Bibliyadakı Yafətin oğlu, Nuhun nəvəsi. Türkün Yafətin nəslindən gəlməsi erkən dövr müsəlman etnogenealogiyalarında qeyd edilir. Əbulqazi Bahadır xanın "Şəcərəyi türk" əsərinə görə Türk Yafətin səkkiz oğlundan biridir və Yafət Türkü öz yerinə seçərək digər oğullarına onu hökmdar kimi tanımağı və ona tabe olmağı əmr edir. Əfsanəyə görə oğuz türklərinin əcdadı Oğuz xan Türkün nəslindəndir.

Türk
Mifologiya Türk mifologiyası
Yer Türküstan
Adının izahı ərəb. Ət-türk
Cinsi kişi[d]
Atası Yafət
Əlaqəli personajlar Oğuz xan, Alaş xan

Tarixi mənbələrdə qeyd edilməsi

[redaktə | mənbəni redaktə et]

Orta əsrlərdə

[redaktə | mənbəni redaktə et]
Peyğəmbərlərin və kralların tarixi. Təbəri

Hələ VIII əsrə aid ərəb dilində yazılmış əsərlərdə görülən ilk müsəlman etnogenealogiyalarında türklər slavyanlarYəcuc və Məcuc xalqları ilə birlikdə Yafət nəslinə aid edilir.[1] Təbəri (IX–X əsrlər) Yafətin nəslindən gələnlər arasında ət-Türkün adını çəkir, digər bir yerdə isə ibn İshaqa?! (VIII əsr) istinad edərək təkrar onun adını çəkir.[2] X əsr yaşamış Məsudi "oğlaq altında", yəni şimalda yaşayan Yafət nəslinin nümayəndələri haqqında yazırdı; onların arasında ət-Türk də var idi. X əsrə aid anonim müəllif tərəfindən yazılmış "Müxtəsər əl-əcaib" əsəri Yafətin nəslindən gələnlərə ət-Türkü də aid edirdi.[3] Anonim müəllif tərəfindən farsca yazılmış "Mücmal-ət-təvarix" əsəri (XII əsr) türklərin Yafətin nəslindən olduğu qeyd edilir, soy başlarının arasında Türkün də adını çəkir. Tarix, ilahiyyat və tibb mövzusunda ərəbcə əsərlər yazmış İsgəndəriyyə patriarxı II Evtixiy və ya daha çox tanındığı adı ilə Səid ibn Batrik[ing.] (X əsr) də Ət-Türkü Yafətin nəslindən gələnlər arasında çəkir.[4]

Rusiya tarixçisi Tatyana Kalininaya[rus.] görə türklərin əminliklə Yafətin nəslinə aid edilməsi, çox güman ki, ərəb müəlliflərin özlərinin çıxartdığı nəticədir.[5]

Х əsrdə İtaliyada yazılmış "İosipponun kitabı"nda Yafətin nəvəsi Foqarmanın[ing.] 10 oğlunun adı çəkilir; onlardan birinin adı da Türkdür. "Ən qədim dövrdən bəri tatarların tarixi" kitabına görə burada xəzərlərdən ayrılıb, macarlara qoşulan türk tayfası kəbərlər nəzərdə tutulur.[6]

XVII əsrdə yaşamış Əbulqazi Bahadır xan "Şəcərəyi türk" əsərində yazır ki, tufandan sonra Nuhun üç oğlu — Ham, Sam və Yafət və üç qızı sağ qalır. Yafət atasının buyruğuna əməl edərək VolqaYaik çaylarının sahilində məskunlaşır. Yafətin səkkiz oğlu var idi: Türk, Xəzər, Səhləb, Rus, Min, Çin, Keymari və Tarix. Əbulqaziyə görə Yafət Türkü öz yerinə seçdi və digər oğullarına onu hökmdar kimi tanımağı və ona tabe olmağı əmr etdi.[7] Qırğızıstan tarixçisi Anvarkev Mokivə[qırğ.] görə Əbulqazinin əsərində türk xalqlarının əfsanəvi əcdadları Türk və Oğuz xan vahid nəsil ağacına əlaqələndirilib və bu obrazlar vasitəsilə qırğızların mənşəyi ilk dəfə Yafətlə əlaqələndirilib.[8]

XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində Yafətin oğlu Türk haqqında belə yazırdı[9]:

" Yafəsin böyük oğlu və vəliəhdi olub, ədalətli və rəiyyətpərvər bir padişah idi. Bütün Yafəs nəslinin qəbilələri bunun adı ilə - türk adlanırlar. Atasının vəfatından sonra, özü üçün Türküstanda isti və soyuq bulaqlı bir çox otlaqlar seçmişdir. Əvvəlcə ağac, qamış və otdan özü üçün qərargah və daha sonra heyvanat dərisindən çadır və otaq düzəltdirmişdir. Bu yer Suluq adlanır, «Zəfərnamə»də isə Suluqay şəklində qeyd edilmişdir. "

Rus tədqiqatçısı Qriqori Qrumm-Qrjimayloya[ing.] görə Türk Xəzər dənizindən Koreya körfəzinə qədər olan ərazidə məskunlaşan tayfaların əcdadı hesab edilir. Türkün yeddinci nəslində əkizlər dünyaya gəlir: Tatar və Monqol. Əbulqaziyə görə Tatar və Monqolun atası İlixan Türküstanı iki hissəyə bölür. Türküstanın şərq hissəsi Tatarın, qərb hissəsi Monqolun olur. Monqolun üçüncü nəslində atası Qaraxan olan və Orta Asiyanın ilk istilaçısı Oğuz xan dünyaya gəlir.[7]

  1. Калинина, 2001, с. 96.
  2. Калинина, 2001, с. 92.
  3. Калинина, 2001, с. 93.
  4. Калинина Т. М. Арабские средневековые учёные о конткатах хазар и славян // Восточная Европа в древности и средневековье. — М., 1999. — С. 59.
  5. Калинина, 2001, с. 97.
  6. История татар с древнейших времен / Под ред. М. А. Усманова. — Казань: Рухият, 2002. — Т. I. — С. 303. — 551 с.
  7. 1 2 Файзрахманов Г. Л. Древние тюрки в Сибири и Центральной Азии. — Казань: Мастер Лайн, 2000. — С. 89. — 188 с. — ISBN 5-93139-069-3.
  8. Мокеев А. М. Исламская концепция истории кыргызского народа // Исламская цивилизация в Центральной Азии. — Астана, 2007. — Сентябрь. — С. 288.
  9. Оразаев Г. М.-Р. Исторические сочинения Дагестана: на тюркских языках: тексты, комментарии. — Махачкала: Эпоха, 2003. — С. 87. — 332 с.
  • Калинина Т. М. Восточноевропейские народы в ряду генеалогических легенд средневековых арабских сочинений // Восточная Европа в древности и средневековье. — М., 2001.