Türk kadın yolu

Türk Kadın Yolu — 1925–1927-ci illər arasında nəşr olunmuş həftəlik qadın jurnalı. Jurnal Türk Qadınlar Birliyinin nəşri idi. 30 sayı çapdan çıxmış çıxmış jurnalda əsasən Mustafa Kamal Atatürkün təriflərinə və yeni qurulan Cümhuriyyət rejiminin verdiyi üstünlüklərə yer verilirdi.

Türk kadın yolu
Növ Qadın jurnalı • siyasi jurnal
Dövrilik Həftəlik
Nəşriyyat Türk Qadınlar Birliyi
Ümumi tiraj 30
Təsisçi Nəzihə Muhiddin
İlk buraxılışı 1925
Nəşrini dayandırıb 1927
Ölkə  Türkiyə
Dil Osmanlı türkcəsi

Nəzihə Muhiddinin rəhbərliyi altında toplanan qadınlar 1923-cü ilin iyununda qadınların səsvermə hüquqları uğrunda mübarizə aparmaq üçün eyni bir qurum daxilində birləşmək üçün hərəkətə keçdilər. Yeni qurulan respublika rejiminin sinifsiz dövlət siyasəti səbəbi ilə Qadınlar Xalq Partiyasının yaranmasına icaz verilməmiş, bunun yerinə Türk Qadınlar Birliyi yaradılmış və "Türk Kadın Yolu" jurnalı da bunun bir təzahürü kimi ortaya çıxmışdır. Ümumilikdə 16 iyul 1925–1927-ci il tarixləri arasında 30 sayı çapdan çıxmış jurnal iki il ərzində hökumətdən 300 lirə yardım alıb. 1925-ci il sentyabrın 16-da jurnalın çapında istifadə olunacaq 30 min kilo Avropa mənşəli kağızın ölkəyə daxil olması gömrük rüsumundan azad edilmişdir.[1]

Jurnalın ilk iki sayı "Kadın Yolu" adı ilə nəşr olunmuş və jurnalın həftəlik çıxacağı açıqlanmışdır. Jurnalın ümumi məzmunu dünyanın müxtəlif ölkələrindən qadınlarla bağlı xəbərlər, ədəbiyyat xadimlərinin məqalələri, kulinariya mədəniyyəti, müsahibələr, karikaturalar, demokratiyafeminizm kimi müxtəlif sahələrdə olduğu halda, jurnal da dərnəkin fəaliyyətindən də xəbərlər yer alıb. Həmid və Mahdumları mətbəəsində çap olunan jurnalın müəllif heyətində Şüküfe Nihal, Efzayiş Yusuf, Yaşar Nəzihə, Hüseyn Rəhmi, Abdullah Cevdet, Kemalettin Şükrü, Mehmet Şevki, o cümlədən gənc Hatice Refik, Pakize Əhməd, Saadet Esad, Esma Zafir, Muhsine Salih, Enver Behnan, Yaşar Nəbi, Fahrettin Kerim kimi adlar olub.[1]

Jurnalın siyasi diskursunu əsasən Osmanlı imperiyasından "qopmaq" və bəzən də imperiyanın qalıqlarını rədd etmək, köhnə yanaşmaları tənqid etmək, Mustafa Kamalı bu keçid dövrünün qəhrəmanı kimi görmək təşkil edirdi. Odur ki, jurnalda dövrün mənzərəsi çox aydın görünür. Jurnalda respublika inqilabı əsl inqilab kimi göründüyü halda, eyni keyfiyyətə malik olmadığı düşünülən İkinci Məşrutiyyət ilə müqayisə edilirdi. Nəzhihə Muhiddinə görə İkinci Məşrutiyyət kişilərə verdiyi azadlıqları qadınlar üçün yaratmamışdı.[2] Yeni hakim olan Türklük ideologiyasının təzahürünü isə ən çox Enver Behnanın imzası olan yazılarda görmək olar. Onun qadınlarla bağlı yazılarında Behnanın şəhərdən kəndə köçdükcə qadın üzərində hökmranlığın azaldığı vəTürkmənlərYörüklər arasında qadın anlayışının daha dəyərli olduğunu fikrində olduğu görülür.[3]

Jurnalın yazdığına görə, cümhuriyyətin əldə etdiyi nailiyyətlər vərəsəlik, şahidlik, ailə hüququ, ictimai həyat və nikah kimi müxtəlif sahələrdə bərabər mövqelər təqdim etmişdi. Muhuddinin fikrincə, respublika inqilabı "bir vaxtlar Türkiyənin uca səmasında əbədiyyət işığı ilə parlayan ulduz və hilalımızı təqib edən ağır və sıx buludları qoparıb parçalayan" bir keyfiyyətə malik idi. Bu intonasiya onun yazılarında bu ideya böyük bir mübaliğə ilə təqdim edilsə də,[4] Pakize Əhməd də eyni mövqedə idi.[5] Yaşar Nəbi Nayır isə demişdi ki, köhnə adət-ənənələri qoruyub saxlamaq istəyənlər təhsil vasitəsilə yenilikləri dərk edə biləcək bacarıqlara malik olmalıdırlar. Bununla birlikdə, Nayır üçün qərb sivilizasiyasını yanlış şərh edən qrup da təhlükəli idi və onun fikrincə, "müasirliyi düzgün başa düşmək, sivilizasiyanı düzgün şərh etmək lazımdır".[6]

  1. 1 2 Koç, 2018. səh. 592
  2. Koç, 2018. səh. 600
  3. Koç, 2018. səh. 598
  4. Koç, 2018. səh. 601
  5. Koç, 2018. səh. 606
  6. Koç, 2018. səh. 602-603
  • Koç, Duygu. "Öcü Geçmiş, Yüceltilen Bugün Ve Umutlu Gelecek: Türk Kadın Yolu Dergisinde Siyasi Söylem". Tarih Araştırmaları Dergisi (TAD). 39 (67). 2020: 585–609. 10 Nisan 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 Nisan 2020.