Nəzihə Muhiddin (türk. Nezihe Muhiddin Tepedelengil; d. 1889, İstanbul, Osmanlı İmperiyası – 10 fevral 1958, İstanbul, Türkiyə) — osmanlı-türk aktivist, jurnalist, yazar, qadın hüquqları müdafiəçisi.
Nəzihə Muhiddin | |
---|---|
türk. Nezihe Muhiddin Tepedelengil | |
Şəxsi məlumatlar | |
Doğum adı | Nezihe Muhiddin |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Türkiyə |
Dəfn yeri | |
Fəaliyyəti | aktivist, yazıçı, jurnalist, qadın hüquqları fəalı[d], siyasətçi, sufrajist |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Nəzihə Muhiddin 1889-cu ildə İstanbulda, Üsküdar ilçəsinin Kandilli səmtində Zəhra xanım ilə prokuror və cəza hakimi Muhiddin bəyin ailəsində dünyaya gəlmişdir[1]. Evdə xüsusi təhsil alaraq, fars, ərəb, alman və fransız dillərini öyrənmişdir. İlk gənclik illərindən etibarən siyasi və ictimai məsələlərə, qadın hüquqlarına həssas biri kimi formalaşmışdır[2]. Dayısının qızı Naqiyə xanım ilə anasının ədəbiyyat və ictimai problemlərlə bağlı apardıqları müzakirələr, Naqiyə xanımın evdə təşkil etdiyi toplantılar onun sonrakı baxışlarının formalaşmasında baza rolunu oynamışdır[3].
1909-cu ildə Maarif Nəzarətinin imtahanından keçərək Qız İdadi Məktəbində fənn dərsi müəllimi kimi işə başlamışdır[4].
Sonradan İttihad və Tərəqqi Qız Sənaye Məktəbinə müdir olmuş; gimnastika, dil, piano, dərzilik dərslərindən müəllimlik etmişdir. Daha sonra Səlcuq Hatun Sultanisi, Qız Həyat Məktəbi və İzmir Hilal Sultanisidə müdir olmuşdur. Müharibə zamanı məktəbini toxuculuq evinə çevirmiş, İlk Müalicə Xəstəxanasında şagirdləri ilə tibb bacısı olmuşdur[5].
Nəzihə Muhiddin XX əsrdə Osmanlı Dövlətində qadını cəmiyyət həyatına daxil etmə, respublika rejiminin elanından sonra isə qadınların siyasi hüquqlarının tanınmasını təmin etmək üçün mübarizə aparmış qadın hərəkatının öncüllərindən biridir. O, hələ Cümhuriyyət Xalq Partiyası belə qurulmadan Qadınlar Xalq Firqəsi (QHF) adlı siyasi partiyanın quruluş işlərini tamamlayaraq Türkiyədəki ilk siyasi partiyanın qurucusu olmuşdur. Lakin "1909-cu il tarixli seçki qanuna görə qadınların siyasətdə təmsil olunmasının mümkün olmaması" səbəbiylə partiya quruluşu üçün valilik tərəfindən fəaliyyət icazəsi verilməmişdi. Sonradan bu təşkilat "Türk Qadınlar Birliyi" adlı dərnəyə çevrilmişdir.
Yazıçı kimi o, 20 roman, 300-ə qədər hekayə, pyes, ssenari, operetta qələmə almışdır.
Əsərləri:
10 fevral 1958-ci ildə İstanbulda bir ruhi xəstəxanada vəfat etmişdir.