Türkiyə Respublikasında ümumi seçkilər (2018)

2018-ci ildə Türkiyə Respublikasında ümumi seçkilərTürkiyə Respublikasında həm prezident postu, həm də parlament üçün keçirilməsi nəzərdə tutulan III rəsmi ümumilli seçki. Növbədənkənar seçkilər 3 noyabr 2019-cu ildə keçiriləcəkdi, ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 18 aprel 2018-ci ildə verdiyi qərar ilə seçkilər 24 iyun 2018-ci ildə keçirilmişdir. Prezident seçkiləri mütləq əksəriyyət sistemi ilə keçiriləcək. Birinci seçkilər 24 iyunda, ikinci seçkilərsə, zəruridirsə, 8 iyulda keçiriləcək. Parlament seçkiləri Türkiyə Böyük Millət Məclisinə 600 millət vəkili seçmək üçün keçiriləcək.

 Türkiyə Bu məqalə Türkiyə Respublikasında ümumi seçkilər (2018) məqalələr silsiləsinə aiddir.
Bazar günü, 24 iyun 2018

Sorğular · Seçki sistemi
Fəallıq: 86.22% (1.04%)

Partiya
Namizəd
%
AKP Rəcəb Tayyib Ərdoğan 52.59
CHP Məhərrəm İncə 30.64
HDP Səlahəddin Dəmirdaş 8.40
İYİ Maral Ağşənər 7.29
Səadət Temel Karamollaoğlu 0.89
Vətən Doğu Pərinçək 0.20

Türkiyənin 81 illərinə görə nəticələr
     Ərdoğan (63)        İncə (8)        Dəmirdaş (10)
Böyük Millət Məclisindəki 600 yer
Tərk edən üzvlər · Seçilən üzvlər
İttifaq/Partiya
Səslər
%
Deputatlar
Cümhur İttifaqı 26,900,095 53.66 344
Millət İttifaqı 17,013,319 33.94 189
HDP 5,865,997 11.70 67
Digərləri 351,028 0.70 0
Ümumi
600

Türkiyənin illərinə görə deputatların paylanması

İllərdə (yuxarı) və ilçələrdə (aşağı) əksəriyyətə görə nəticələr
     AKP,      CHP,      HDP
Noyabr 2015 seçkiləri

Konstitusiya referendumu

[redaktə | mənbəni redaktə et]

İqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP və ya AK Parti) və Rəcəb Tayyib Ərdoğan Türkiyənin Dövlət Quruluşunu parlament sistemindən icraedici prezidentlik sisteminə dəyişdirəcək bir siyasəti dəstəkləyirdi.[1] Milliyətçi Hərəkat Partiyasının (MHP) dəstəyi ilə hökumət parlamentdə referendum həyata keçirmə qərarını qəbul edə bilmişdi. Qəbul edilən qərara görə referendum 16 aprel 2017-ci ildə keçiriləcəkdi.[2]

İrəli sürülən konstitusiya dəyişiklikləri təklifinə görə parlament və prezident seçkiləri hər beş ildən bir eyni gündə keçiriləcəkdi. Böyük Millət Məclisindəki ümumi millət vəkillərinin sayının 550-dən 600-ə yüksəldilməsinə baxmayaraq, parlamentin qanunverici qüvvələri olduqca azaldılmışdı. Türkiyə Respublikası Prezidenti postu ölkəni fərman sistemi ilə idarə etmək hüququnu əldə edəcəkdi və həm dövlətin, həm də hökumətin başçısı olacaqdı.[3] Dəyişikliklərin tərəfkeşləri yeni sistemin hökumət sistemini daha səmərəli edəcəyini, tədqidçiləri isə prezidəntə həddindən artıq çox səlahiyyət verəcəyini və parlamenti səlahiyyətsiz buraxacağını iddia edirdi.[4][5]

Rəsmi mənbələrə görə lonstitusiyasında dəyişikliklərin edilməsi barədə keçirilən referendum 51-49% nisbəti və qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Buna baxmayaraq, seçki qaydalarına referendumun son dəqiqələrində Ali Seçki Komitəsi tərəfindən əlavə edilən dəyişiklər yoxlanılmamış bülletenləri də referendumun nəticəsinə yerləşdirməyə icazə vermişdir. Müxalifət bu qərarın referenduma 1.5 milyon əlavə seçki bülletenini yerləşdiyini iddia edirdi.[6] Siyasi müxalifət qərarın alınmasının qeyri-qanuni olduğunu irəli sürmüşdür. Bu tənbehlər referendumun beynəlxalq standartlar səviyyəsində keçirilmədiyini iddia edən bir neçə xarici müşahidəçi təşkilat tərəfindən dəstəklənmişdi.[7] Nə olursa olsun, sonradan həyata keçirilən hüquqi etirazların hamısı müvəffəqiyyətsiz olmuşdur.[8]

Növbədənkənar seçki

[redaktə | mənbəni redaktə et]

Prezident və parlament seçkilərinin iki il sonra keçirilməsinin planlaşdırılmasına baxmayaraq, bir çox müşahidəçi təşkilat hökumətin 2017-ci il referendumundan sonra növbədənkənar bir seçki keçirilməsi üçün hazırlaşdığını iddia etmişdir.[9][10] Bu, müşahidəçilərin iddialarına görə, icraedici prezidentlik sisteminin həyata keçirilməsi prosesinin sürətləndirilməsi və müxalifət hərəkatlarının populyarlığını azaltmaq üçün edilmişdi.[11] 2017-ci ilin oktyabr ayında müxalifət lideri Kamal Kılıçdaroğlu növbədənkənar seçkilərin keçirilməsini tələb etmiş, lakin hökumət bu tələbə cavab verməmişdir.[12] İYİ Partiyanın rəhbəri Maral Ağşənər hökumətin 15 iyul 2018-ci ildə, 2016-cı ildə baş verə dövlət çevrilişinə cəhdin ikinci ildönümündə növbədənkənar seçkilər keçirmək istədiyini iddia etmişdir.[13] Partiya ilk adi konqresini 10 dekabr 2017-ci ildə, ilk qeyri-adi konqresini isə 1 aprel 2018-ci ildə keçirmişdir. Aylarla davam edən müxtəlif spekulyasiyalara baxmayaraq, hökumət tez-tez seçkiləri nəzərdə tutulmuş tarixdə keçicəyini bəyan etmişdir.[14]

17 aprel 2018-ci ildə Milliyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı seçkilərin 26 avqust 2018-ci ildə keçirilməsini tələb etmişdir.[15] Baxçalı qüvvədə olan prezidentin – Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsini dəstəklədiyini əvvəlcədən açıqlamışdı.[16] Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AK Parti) MHP ilə Cümhur İttifaqı adlı bir ittifaq quracağını açıqlamışdı.[17] Baxçalı növbədənkənar seçkilərin keçilməsini tələb etdikdən sonra, 18 apreldə Ərdoğanla bir görüş keçirmişdir. Bu görüşdən sonra, Ərdoğan AK Parti və MHP partiyalarının davam etməkdə olan siyasi və iqtisadi qeyri-müəyyənliyi həll etmək üçün növbədənkənar seçkiləri keçirmək qərarını aldıqlarını açıqlamışdır. Beləliklə, Ərdoğan növbədənkənar seçkilərin 24 iyun 2018-ci ildə keçiriləcəyini açıqlamışdır.[18]

Prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki bülletenlərindəki görünmə sırasına görə prezidentliyə namizədlərin rəsmi siyahısı[19]
I II III IV V VI
Məhərrəm İncə Meral Akşener Rəcəb Tayyib Ərdoğan (qüvvədə) Səlahəddin Dəmirdaş Təməl Qaramollaoğlu Doğu Pərinçək
CHP
(Millət İttifaqı)
İYİ Partiya
(Millət İttifaqı)
AK Partiya
(Cümhur İttifaqı)
HDP
(İttifaqsız)
Səadət
(Millət İttifaqı)
Vətən
(İttifaqsız)
r • m  24 iyun 2018-ci il Türkiyədə keçirilən prezident seçkilərinin nəticələri
Namizəd Partiya Səslər
# % ±
Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) 26,325,188 52.59 +0.80
Məhərrəm İncə Cümhuriyyət Xalq Partiyası (CHP) 15,336,861 30.64 İlk
Səlahəddin Dəmirdaş Xalqların Demokratik Partiyası (HDP) 4,205,243 8.40 -1.36
Maral Ağşənər İYİ Partiya (İYİ) 3,649,253 7.29 İlk
Təməl Qaramollaoğlu Səadət Partiyası (SP) 443,774 0.89 İlk
Doğu Pərinçək Vətən Partiyası (VP) 98,930 0.20 İlk
Yanlış/boş səslər 1,129,275 0.22
Ümumi 51,188,524 100.00
Qeyd olunmuş seçicilər/fəallıq 59,354,840 86.22 +1.04
Mənbə: Hürriyət

Parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]
Bülleten № Koalisiya Partiya İdeologiya Rəhbər
I Cümhur İttifaqı AK Parti Ədalət və İnkişaf Partiyası
Adalet ve Kalkınma Partisi
Sosial mühafizəkarlıq Rəcəb Tayyib Ərdoğan
II MHP Milliyətçi Hərəkat Partiyası
Milliyetçi Hareket Partisi
Türk millətçiliyi Dövlət Baxçalı
III Yoxdur HÜDAPAR Hür Mübarizə Partiyası
Hür Dava Partisi
Panislamizm Mehmet Yavuz
IV VP Vətən Partiyası
Vatan Partisi
Solçu millətçilik Doğu Pərinçək
V HDP Xalqların Demokratik Partiyası
Halkların Demokratik Partisi
Azlıq hüquqları Pərvin Buldan
Səzai Təməlli
VI Millət İttifaqı CHP Cümhuriyyət Xalq Partiyası
Cumhuriyet Halk Partisi
Atatürkçülük Kamal Kılıçdaroğlu
VII SP Səadət Partiyası
Saadet Partisi
İslamçılıq Təməl Qaramollaoğlu
VIII İYİ İYİ Partiya
İyi Parti
Liberal mühafizəkarlıq Meral Akşener
r • m  24 iyun 2018-ci il Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri
İttifaq Partiya Səslər Yerlər
# % ± # ± %
Cümhur İttifaqı
Cumhur İttifakı
Ədalət və İnkişaf Partiyası
Adalet ve Kalkınma Partisi
21,335,579 42.56 -6.94 295 -22 49.17
Milliyətçi Hərəkat Partiyası
Milliyetçi Hareket Partisi
5,564,517 11.10 -0.80 49 +9 8.17
Cümhur İttifaqı ümumi 26,900,096 53.66 -7.74 344 -13 57.33
Millət İttifaqı
Millet İttifakı
Cümhuriyyət Xalq Partiyası
Cumhuriyet Halk Partisi
11,348,899 22.64 -2.68 146 +12 24.33
İYİ Partiya
İyi Parti
4,990,710 9.96 İlk dəfə 43 İlk dəfə 7.17
Səadət Partiyası
Saadet Partisi
673,731 1.34 +0.66 0 ±0 0.00
Millət İttifaqı ümumi 17,013,340 33.94 +7.94 189 +55 31.50
Xalqların Demokratik Partiyası
Halkların Demokratik Partisi
5,866,309 11.70 +0.94 67 +8 11.17
Azad Səbəb Partiyası
Hür Dava Partisi
157,612 0.31 +0.31 0 ±0 0.00
Vətən Partiyası
Vatan Partisi
117,779 0.23 -0.02 0 ±0 0.00
Yanlış/boş səslər 0 0.00
Ümumi 51,183,729 100.00 600 +50 100.00
Qeyd olunmuş seçicilər/fəallıq 59,354,840 86.23 +1.05
Mənbə: Anadolu Agentliyi
  1. "AKP'den başkanlık açıklaması: Nisan ayında referanduma". www.birgun.net. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  2. "YSK Başkanı açıkladı: Referandum 16 Nisanda". posta.com.tr. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  3. "Anayasa Değişikliği Teklifi'nin Karşılaştırmalı ve Açıklamalı Metni". TÜRKİYE BAROLAR BİRLİĞİ - ANAYASA DEĞİŞİKLİĞİ TEKLİFİ'NİN KARŞILAŞTIRMALI VE AÇIKLAMALI METNİ. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  4. "Büyük ve güçlü Türkiye'ye "evet'". yenihaberden.com. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  5. "CHP 10 MADDEDE ANLATTI: NEDEN HAYIR?". chp.org.tr. 2018-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  6. Saçnez, Raf; Yüksəkqaş, Burxan. "Erdogan claims victory in Turkish referendum but result swiftly challenged by opposition". www.telegraph.co.uk. 16 aprel 2017. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  7. "AKPM referandum raporunu açıkladı 'YSK kararı yasaya aykırı'". habererk.com. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  8. "Uyum Yasaları Neler Getiriyor?". bianet.org. 2018-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  9. "Ankara'da erken seçim iddiaları..." posta.com.tr. 2018-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  10. Sayın, Ayşə. "2018'de Türkiye: Erken seçim mi, seçime hazırlık yılı mı?". bbc.com. 19 aprel 2018. 2018-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  11. "Kulislerde dolaşan erken seçim ve Afrin iddiası Ankara'yı hareketlendirdi". Mynet.com. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  12. "Kılıçdaroğlu erken seçim dedi". yenicaggazetesi.com.tr. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  13. "Meral Akşener'den Erken Seçim Tarihi: 15 Temmuz 2018". haberler.com. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  14. "Hükümetten en net erken seçim yalanlaması: Erdoğan 'Yok' diyor, o kadar - Diken". diken.com.tr. 6 mart 2018. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  15. "Devlet Bahçeli neden 26 Ağustos tarihini seçti?". sozcu.com.tr. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.
  16. "Bahçeli: Erdoğan'ı destekliyoruz". turkiyegazetesi.com.tr. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.
  17. "Devlet Bahçeli: Cumhur ittifakı 2019'da tarih yazacak - Aydınlık". aydınlık.com. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  18. "Erdoğan açıkladı... Erken seçim tarihi belli oldu". hurriyet.com.tr. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  19. "Pusuladaki sıralama belli oldu: İnce ilk sırada". Cümhuriyyət. 14 may 2018. 14 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]