Böyükşəhər bələdiyyəsi — şəhər mərkəzi birdən çox bələdiyyəyə bölünmüş və sıx vilayətlərdə bələdiyyə xidmətlərini tam şəkildə davam etdirmək və koordinasiyanı təmin etmək üçün qanunla qurulan dövlət idarəsi. 6360 saylı Türkiyə Böyükşəhər Bələdiyyəsi Qanununa görə, 750.000 nəfərdən çox əhalisi olan vilayət bələdiyyələri, böyükşəhər bələdiyyələrinə çevrilir.[2] Orqanları Böyükşəhər Bələdiyyə Başçısı, Böyükşəhər Bələdiyyə Məclisi və Böyükşəhər Bələdiyyə Komitəsidir.[3] Böyük şəhərlər arasında İstanbul əhalisi 15 milyon, Ankara 5 milyon, İzmir 4 milyon və Bursa əhalisi 3 milyonu keçmişdir.[1] Antalya, Adana, Konya, Şanlıurfa və Qaziantepdə isə əhalinin sayı 2 milyondan yuxarıdır. 30 böyükşəhər bələdiyyəsi hüdudlarında yaşayan əhali 64 milyonun üzərindədir. Başqa sözlə, böyük bələdiyyələrin sərhədləri daxilində yaşayan əhali ölkənin ümumi əhalisinin təqribən 78 faizini təşkil edir. Digər 51 vilayətin əhalisinin ümumi əhaliyə nisbəti isə təxminən 22%-dir. 2009-cu ildə, 16 böyük şəhər tabeliyində 146 ilçə bələdiyyəsi mövcud olmuşdur.[4][5] Ən çox ilçə bələdiyyəsinə sahib olan vilayət, 39 ilçəylə İstanbul olmuşdur. İstanbulu 22 ilçə ilə İzmir, 16 ilçə ilə Ankara, 12 ilçə ilə Kocaeli və 10 ilçə ilə Sakarya izləyir. Digər böyük şəhər ilçələrinin sayı isə bu şəkildədir: Bursa 7; Adana, Antalya və Kayseri 5; Diyarbəkir, Mersin və Samsun 4; Konya və Ərzurum 3; Dənizli, Qaziantep, Qəhrəmanmaraş, Əskişəhər, Hatay, Manisa, Şanlıurfa, Van 2.
Böyükşəhər bələdiyyələri 1982-ci il konstitusiyasının 127-ci maddəsinə əsasən "böyük yaşayış məntəqələrində xüsusi idarəetmə formaları qurula bilər" maddəsi əsasında qurulmağa başlamışdır. İlk böyükşəhər bələdiyyələri 1984-cü ilin yanvarında 2972 saylı qanunla qüvvəyə minmiş və mart ayında çıxarılan 195 saylı fərman-qanuna əsasən üç böyük şəhərdə qurulmuşdur. Bu üç şəhər, İstanbul, Ankara və İzmir olmuşdur. 1986-1988-ci illər ərzində daha beş böyükşəhər bələdiyyəsi quruldu. 1986-cı ildə 3306 saylı qanun ilə Bursa, 3391 saylı qanun ilə Qaziantep, 3398 saylı qanun ilə Konya, 3399 saylı qanun ilə Kayseriyə böyükşəhər statusu verilmişdir. Türkiyədə yüksək əhali artımı və şəhərləşmə olduğu üçün şəhər əhalisində böyük artım baş verdi. 1993-cü ilə qədər daha yeddi yeni böyükşəhər bələdiyyəsi quruldu. Bu yeddi böyük şəhər: Antalya, Diyarbəkir, Əskişəhər, Ərzurum, Mersin, Kocaeli və Samsun olmuşdur.[6] 2012-ci ildə çıxarılan 6360 saylı qanunla, böyükşəhər bələdiyyəsi sərhədləri üçün yeni meyarlar təyin edildi.[7] Bu meyarlara əsasən böyük şəhər meyarlarından biri olan əhali sayı 750.000-ə endirildi. Bu qanunla böyük şəhər bələdiyyələrinin məsuliyyət bölgələri vilayət inzibati sərhədlərinə qədər genişləndirilmiş və ona bağlı olan bütün bölgələr böyükşəhər bələdiyyəsi məsuliyyətinə verilmişdir.[8] Dövrün baş naziri Rəcəb Tayyib Ərdoğan, 2011-ci ilin may ayında Qəhrəmanmaraşda baş tutan mitinqində 750.000-dən çox əhalisi olan böyük şəhərlərin inşası haqqında qanun layihəsi hazırladıqlarını bildirdi. 12 noyabr 2012 tarixində Böyükşəhər Qanun layihəsi Baş Məclisdə qəbul edilmişdir. Bu qəbul edilən qanun layihəsilə birlikdə Şanlıurfa, Hatay, Manisa, Balıkəsir, Qəhrəmanmaraş, Van, Aydın, Dənizli, Təkirdağ, Muğla, Mardin, Malatya, Trabzon və Ordu böyükşəhər statusu əldə etmişdir.[9]
Mersin şəhəri İçel vilayətinin mərkəzi olmuşdur. 2002-ci ildə çıxarılan 4764 saylı qanunla İçel əvəzinə Mersin vilayət adı istifadə edilməyə başlandı.[10] Bu səbəbdən də böyük şəhərin adı Mersin Böyükşəhər Bələdiyyəsidir. İzmit şəhəri Kocaeli vilayətinin mərkəzi olmuşdur.[11] Yeni şəhər bölgələrinin qurulması ilə əlaqədar 5747 saylı qanunda böyük şəhərin adı Kocaeli Böyükşəhər Bələdiyyəsi olaraq dəyişdirilmişdir.[12] Adapazarı şəhəri Sakarya şəhərinin mərkəzi olmuşdur. Yeni şəhər ərazilərinin yaradılması ilə əlaqədar 5747 saylı qanunda böyük şəhərin adı Sakarya Böyükşəhər Bələdiyyəsi olaraq dəyişdirilmişdir.[13][14]
№ | Gerb | Ad | Orijinal adı | Şəhər | Yaranma tarixi | Əhali | Ərazi | Bələdiyyə sədri |
---|---|---|---|---|---|---|---|---|
1 | Adana Böyükşəhər Bələdiyyəsi | türk. Adana Büyükşehir Belediyesi | Adana | 1986[15] | 2.237.940 | 13,844 km² | Zeydan Karalar[16] | |
2 | Ankara Böyükşəhər Bələdiyyəsi | türk. Ankara Büyükşehir Belediyesi | Ankara | 1984[17] | 5.639.076 | 25.632 km² | Mansur Yavaş[18] | |
3 | Antalya Böyükşəhər Bələdiyyəsi | türk. Antalya Büyükşehir Belediyesi | Antalya | 1993[19] | 2.511.700 | 20.909 km² | Mühittin Böcek[20] | |
4 | Aydın Böyükşəhər Bələdiyyəsi | türk. Aydın Büyükşehir Belediyesi | Aydın | 2012[21] | 1.110.972 | 8.116 km² | Özləm Çərçioğlu[22] | |
5 | Balıkəsir Böyükşəhər Bələdiyyəsi | türk. Balıkesir Büyükşehir Belediyesi | Balıkəsir | 2014[23] | 1.228.620 | 14.272 km² | Yücəl Yılmaz[24] | |
6 | Bursa Böyükşəhər Bələdiyyəsi | türk. Bursa Büyükşehir Belediyesi | Bursa | 1987[25] | 3.056.120 | 10.882 km² | Əlinur Aktaş[26] | |
7 | Dənizli Böyükşəhər Bələdiyyəsi | türk. Denizli Büyükşehir Belediyesi | Dənizli | 2012[27] | 1.037.208 | 798 km² | Osman Zolan[28] | |
8 | Diyarbəkir Böyükşəhər Bələdiyyəsi | türk. Diyarbakır Büyükşehir Belediyesi | Diyarbəkir | 1993[29] | 1.756.356 | 15.272 km² | Münir Qaraloğlu[30] | |
9 | Ərzurum Böyükşəhər Bələdiyyəsi | türk. Erzurum Büyükşehir Belediyesi | Ərzurum | 1993[31] | 762.062 | 25.355 km² | Mehmet Sekmən[32] | |
10 | Əskişəhər Böyükşəhər Bələdiyyəsi | türk. Eskişehir Büyükşehir Belediyesi | Əskişəhər | 1993[33] | 887.475 | 13.925 km² | Yılmaz Böyükərşən[34] | |
11 | Qaziantep Böyükşəhər Bələdiyyəsi | türk. Gaziantep Büyükşehir Belediyesi | Qaziantep | 1987[35] | 2.069.364 | 6.803 km² | Fatma Şahin[36] | |
12 | Hatay Böyükşəhər Bələdiyyəsi | türk. Hatay Büyükşehir Belediyesi | Hatay | 2012[37] | 1.628.894 | 5.524 km² | Lütfi Savaş[38] | |
13 | İstanbul Böyükşəhər Bələdiyyəsi | türk. İstanbul Büyükşehir Belediyesi | İstanbul | 1984[39] | 15.519.267 | 5.461 km² | Əkrəm İmamoğlu[40] | |
14 | İzmir Böyükşəhər Bələdiyyəsi | türk. İzmir Büyükşehir Belediyesi | İzmir | 1984[41] | 4.367.251 | 11.891 km² | Tunç Soyər[42] | |
15 | Maraş Böyükşəhər Bələdiyyəsi | türk. Kahramanmaraş Büyükşehir Belediyesi | Qəhrəmanmaraş | 2012[43] | 1.154.102 | 14.525 km² | Xeyrəddin Güngör[44] | |
16 | Kayseri Böyükşəhər Bələdiyyəsi | türk. Kayseri Büyükşehir Belediyesi | Kayseri | 1988[45] | 1.407.409 | 17.170 km² | Məmduh Böyükqılınc[46] | |
17 | Kocaeli Böyükşəhər Bələdiyyəsi | türk. Kocaeli Büyükşehir Belediyesi | Kocaeli | 1993[47] | 1.953.035 | 3.397 km² | Tahir Böyükaxar[48] | |
18 | Konya Böyükşəhər Bələdiyyəsi | türk. Konya Büyükşehir Belediyesi | Konya | 1987[49] | 2.232.374 | 40.001 km² | İbrahim Altay[50] | |
19 | Malatya Böyükşəhər Bələdiyyəsi | türk. Malatya Büyükşehir Belediyesi | Malatya | 2012[51] | 800.165 | 12.146 km² | Səlahaddin Gürkan[52] | |
20 | Manisa Böyükşəhər Bələdiyyəsi | türk. Manisa Büyükşehir Belediyesi | Manisa | 2012[53] | 1.440.611 | 13.339 km² | Cengiz Ergün[54] | |
21 | Mardin Böyükşəhər Bələdiyyəsi | türk. Mardin Büyükşehir Belediyesi | Mardin | 2012[55] | 838.778 | 8.858 km² | Mahmud Dəmirdaş[56] | |
22 | Mərsin Böyükşəhər Bələdiyyəsi | türk. Mersin Büyükşehir Belediyesi | Mersin | 1993[57] | 1.840.425 | 15.620 km² | Vahab Seçər[58] | |
23 | Muğla Böyükşəhər Bələdiyyəsi | türk. Muğla Büyükşehir Belediyesi | Muğla | 2012[59] | 983.142 | 12.654 km² | Osman Gürün[60] | |
24 | Ordu Böyükşəhər Bələdiyyəsi | türk. Ordu Büyükşehir Belediyesi | Ordu | 2013[61] | 771.932 | 5.952 km² | Hilmi Gülər[62] | |
25 | Sakarya Böyükşəhər Bələdiyyəsi | türk. Sakarya Büyükşehir Belediyesi | Sakarya | 2000[63] | 1.029.650 | 4.878 km² | Əkrəm Yücə[64] | |
26 | Samsun Böyükşəhər Bələdiyyəsi | türk. Samsun Büyükşehir Belediyesi | Samsun | 1993[65] | 1.348.542 | 9.725 km² | Mustafa Dəmir[66] | |
27 | Şanlıurfa Böyükşəhər Bələdiyyəsi | türk. Şanlıurfa Büyükşehir Belediyesi | Şanlıurfa | 2012[67] | 2.073.614 | 19.541 km² | Zeynəl Bəyazgül[68] | |
28 | Təkirdağ Böyükşəhər Bələdiyyəsi | türk. Tekirdağ Büyükşehir Belediyesi | Təkirdağ | 2012[69] | 1.055.412 | 6.339 km² | Qədir Albayraq[70] | |
29 | Trabzon Böyükşəhər Bələdiyyəsi | türk. Trabzon Büyükşehir Belediyesi | Trabzon | 2012[71] | 807.903 | 4.662 km² | Murad Zorluoğlu[72] | |
30 | Van Böyükşəhər Bələdiyyəsi | türk. Van Büyükşehir Belediyesi | Van | 2012[73] | 1.136.757 | 21.334 km² | Mehmet Emin Bilməz[74] |