Türklərdə dövlətçilik ənənəsi

Türklərin tarixi.Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" əsərindəki xəritə

Türklərdə dövlətçilik ənənəsi Türklərdə dövlətçilik ənənəsi və ya türklərdə dövlət qurma ənənəsi müxtəlif tarixi mərhələlərdə türklərin müxtəlif coğrafiyalarda, müxtəlif zamanlarda və müxtəlif xüsusiyyətlərdə dövlət qurma ənənəsi kimi başa düşülür. Dünya tarixində 6000-ə qədər etnik birliyin olduğu və onların 200-ə yaxın olan dövlətlərin sərhədləri daxilində tarix səhnəsinə çıxmaları düşünülür. Bu birliklərdən çox azı dövlət qurmağa müvəffəq olmuşdur. Türk tarixinə ümümi olaraq yanaşdıqda türk birliklərinin etnik kökləri baxımından eyni olan dövlətlər ilə mövcudluqlarını davam etdirdikləri nəzərə çarpır. Bu davamlılıq bunu bir ənənə olaraq görməyə gətirib çıxarmış və ən ümumi anlamda türklərdəki azadlıq qavramına əsaslanmışdır.

Tarixi proses[redaktə | mənbəni redaktə et]

Türk dövlətlərinin tarixi quruluşu və dövlətə qarşı düşüncələri Oğuz xan əfsanəsi ilə ilk təəssüratlarını ortaya qoymuşdur. Bu əfsanələrdə aydın şəkildə Dünya hakimliyi və Dünya dövləti qurma utopiyası yer almışdır. II Göytürklərdən qalan Orxon Yazıları da bu kontekstdə çox önəmli yer alır. Bu yazılara görə dövlət tanrının türk kağanlarına bir hədiyyəsidir və ümumi davamlılığın olması dövlətlə bağlıdır.[1] Həmin yazılarda azadlıq şüuru vurğulanmış, türk kağanlarına nəsihətlər verilmiş, dövlətin paytaxtının Ötükən olmasının vacibliyi vurğulanmış və Çinin intriqalarından uzaq dayanmaq lazım olduğuna işarə edilmişdir.[2][3] Yazıların Türklərdə dövlət qurma və müstəqillik məsələsindəki yerə də önəmlidir çünki, yazılarda azadlıqlarından məhrum olan toplumları ölmüş qəbul edən ifadələr mövcuddur və Çin əsarətində olan müddət bu çərçivədə dəyərləndirilir.[4] [5] Törə anlayışı Orxon Yazılarında da keçməkdədir və ümumi mənada törə ədalət anlayışı dövlətin əsasını təşkil edir.[6][7] Bu anlayış türklərin İslamiyyəti qəbul etməsindən sonra xüsusilə QaraxanlılarSəlcuqlar başda olmaqla digər türk birliklərində də davam etmişdir. Bu əsirlərin önəmli əsas əsərlərindən olan Qutadqu-bilikNizamülmülk Siyasətnaməsində dövlətlərin daha da güclənməsi məsələsində məsləhətlər sıralanmışdır.[8] Osmanlı İmperatorluğuna gələn zaman dövlət anlayışının daha da güclənməsi və dövlət mənafeyi üçün bəzi fərqli tətbiqlər gerçəkləşdirilmişdir. I Səlimdən sonra Osmanlı padşahlarının dini xarakter daşıyan xəlifəlik ünvanını alması dövlətin dindən daha önəmli olması ənənəsinə kölgə salmışdır. Osmanlıya görə dövlət ağılla hərəkət etməli və hədəflərinə uyğun formada idarə olunmalıdır.[9]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Abbasova. Türk kültürü ve medeniyeti. Sultanahmet, İstanbul: 2. baskı. 2007. ISBN 9756553375.
  2. Konur. "Orhun Yazıtlarında Sosyal ve Siyasi Mesajlar" (PDF). 2016-10-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-19.
  3. "3. Uluslararası Türkiyat Araştırmaları Sempozyumu" (PDF). Hacettepe Üniversitesi. 2017-03-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-19.
  4. Türk Milli Kültürü. Ötüken Neşriyat.
  5. Çiller, Yavuz (2016): Türk Siyaset Hayatında Devlet ve Hikmet-i Hükümet Geleneği, Mustafa Kemal Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, c.13, say.16, s. 416-430
  6. Devlet Ana. İstanbul: İthaki Yayınları. 2009. səh. 432. ISBN 9752731332.
  7. Karakaş. "İlk ve Orta Zamanlarda Türklerde Devlet, Ülke ve Millet Fikri".[ölü keçid]
  8. Türkiye tarihi. İstanbul. 2005. ISBN 9754065632.
  9. Türköne, M. (1997). Derin devlet. Doğu Batı Dergisi, c.1, s.1, s.47