Təbriz zəlzələsi (1780)

Təbriz zəlzələsi - 1780-ci ilin 8 yanvar tarixində yerli vaxtla 01:15-də baş vermişdir. Rixter şkalası ilə 7.7 bal gücündə olmuş, Merkalli şkalası ilə isə IX dərəcə intensivliyində hiss olunmuşdur.[1]Zəlzələ nəticəsində təxminən 50 min nəfər ölmüşdür.[2]

Təbriz zəlzələsi
Tarix
Maqnituda 7.7 M
Hiposentrin dərinliyi 20 km
Episentrin yeri
  • 38°12′ şm. e. 46°00′ ş. u.HGYO
Xəsarət alanlar 50 min
Xəritədə yeri
Təbriz zəlzələsi xəritədə

Tektonik yerdəyişmələr

[redaktə | mənbəni redaktə et]

Təbriz şəhəri tektonik baxımdan aktiv regionda yerləşmişdir. Təbriz şəhəri Ərəb plitəsi ilə Avrasiya plitəsinin qovuşduğu yerdə salınmışdır. Cənub-şərqi seqmentlərin hərəkəti nəticəsində 1721-ci il zəlzələsi, şimal-qərbi seqmentlərin hərəkəti nəticəsində isə 1780-ci il zəlzələsi baş vermişdir.[3][4]

Zəlzələ güclü foreşokla başlamışdır. Mainşok isə çox güniş ərazini əhatə etmiş, hətta 700 km məsafədə olan Sivasda belə hiss edilmişdir. Yer səthinin yerdəyişməsi 60 km ərazidə baş vermişdi.

O dövrün mənbələrində yazılana görə, şəhərdəki bütün tikililər zəlzələ nəticəsində məhv olmuşdur. Dağıntılar nəinki şəhərdə, həmçinni şəhər ətrafı yerlərdə də güclü olmuşdur. Dağıntının bu dərəcədə güclü olmasının səbəblərindən biri də 1721-ci ildə baş vermiş zəlzələnin şəhərin infrastrukturunu xeyli zəiflətməsi idi.

Mənbələr zəlzələ nəticəsində həyatını itirənlərin sayı barədə müxtəlif rəqəmlər göstərir. Bu rəqəmlər 40 mindən 200 minə qədər dəyişir. 50 minin reallığa daha yaxın olduğu ehtimal edilir.

  1. Ambraseys N.N.; Melville C.P. A History of Persian Earthquakes. Cambridge University Press. 2005. 54–55, 160. ISBN 9780521021876. 2018-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  2. "Comments for the Significant Earthquake" (İngiliscə). National Centers for Environmental Information. 2008. 2016-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.
  3. Djamour Y.; Vernant P.; Nankali H.R.; Tavakoli F. "NW Iran-eastern Turkey present-day kinematics: Results from the Iranian permanent GPS network" (PDF). Earth and Planetary Science Letters. 307 (1–2). 2011: 27–34. doi:10.1016/j.epsl.2011.04.029.
  4. Hessami K.; Pantosti D.; Tabassi H.; Shabanian E.; Abbassi M.R.; Feghhi K.; Solaymani S. "Paleoearthquakes and slip rates of the North Tabriz Fault, NW Iran: preliminary results" (PDF). Annals of Geophysics. 46 (5). 2003: 903–915. doi:10.4401/ag-3461. 2022-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-11.