Təbuk yürüşü

Təbuk yürüşüTəbuk müharbəsi (ərəb. غزوة تبوك‎) həzrət Məhəmmədin Hicri təqvimi il 9-cu ili RəcəbŞaban aylarındakı sonuncu savaşı idi. Bu Qəzvədə həzrəti Peyğəmbər Romalılarla müharbə etmək məqsədi ilə Təbuk məntəqəsinə səfər etdi. Amma səhabələrdən bəziləri və məxsusən mədinə münafiqləri bu orduda iştirak etməkdən boyun qaçırtdılar və yaxud müsəlmanların qəlbinə qorxu salmağa çalışdılar. Həzrət peyğəmbər səfərə çıxmazdan əvvəl həzrət Əlini mədinədə öz yerinə canişin təyin etdi. İslam qoşunu Romalılarla heç bir münaqişəyə girmədən Təbukda bir neçə gün qaldıqdan sonra, Mədinəyə qayıtdı. Həmçinin Qurani-Kərimdə Təbuk yürüşü barəsində bir neçə ayə nazil olaraq münafiqləri və onların növbəti planlarını ifşa etdi.

Təbuk yürüşünün səbəbi

[redaktə | mənbəni redaktə et]

İlk tarixçilərin əsərlərindən qalan mənbələrin əksəriyyətində Təbuk döyüşü ilə bağlı rəvayətlər nəql olunmuşdur. Ancaq bu rəvayətlərdəki önəmli mövzulardan bəzilərində(Təbuk qəzvəsinin səbəbi kimi) fikir ayrılıqları var[1]. Məşhur bir rəvayətə əsasən, bu səfərdə İslam peyğəmbərinin məqsədi Şam bölgəsində Romalıların hərbi hazırlıq hərəkətlərinə qarşı mübarizə aprmaq idi[2]. Amma bəzi tarixçilər də Təbuk yürüşünün səbəbi olaraq qeyd edirlər ki, Cəfər ibn Əbu Talibin qisasının alınması idi ki, Muutə adlana ərazidə Roma ordusu tərəfində şəhid edilmişdi[3].

Təbukun xəritədəki yeri
Təbuk qəzvəsi
Tarix Hicrətin 9-cu (630) ili
Yer Təbuk bölgəsi
Nəticəsi Müsəlmanlar Romalılarla müharbə etmədən Mədinəyə qayıtdılar
Səbəbi Şam bölgəsindəki Romalıların təxribatlarına və hərbi hazırlıqlarının qarşısını almaq.
İştirak edənlər Müsəlmanlar və Romalılar
Komandirlər Hz. Məhəmməd və Romalılar (Herakles)

Şam barəsində xəbərlərin yayılması

[redaktə | mənbəni redaktə et]

Un və yağ satmaq üçün Mədinəyə gələn nəbatilərin Şam haqqında xəbərləri müsəlmanlara çatdırdıqları və buna görə Mədinə xalqına hər gün Şamdakı hadisələr barədə məlumat verildiyi deyilmişdir. Bir gün, onlardan biri, Yunan imperatoru Heraklesun Mədinəyə hücum etməyə hazırlaşdığını, Lahm, Cuzam, Qassan və Amilə kimi ərəb qəbilələrini də müttəfiqi etdiyini, qoşunun əsas bir hissəsinin Təbukun şimalındakı Bəlqa ərazisində yerləşdiyini və özünün də Homsa gəldiyini xəbər verdi[4][5]. Başqa mənbələrdə bu məsələyə toxunmadan yanlız qed olunub ki, həzrət Peyğəmbər Romalılara müharbə etmək üçün mədinədən çıxmışdı[6]. Yəqubi[7], bu qəzvədə həzrət peyğəmbərin məqsədinin Cəfər ibn Əbi Talibin qisasını almaq olduğunu qeyd edir.

Münafiqlərin mədinədə səyləri

[redaktə | mənbəni redaktə et]

Peyğəmbər Romalılarla müharbə məqsədinin olduğunu bildirdikdən sonra, səhabələrdən bəziləri və məxsusən mədinə münafiqləri bu orduda iştirak etməkdən boyun qaçırtdılar ya da müharibənin nəticəsi barədə müsəlmanların ürəyinə qorxu salmağa çalışdılar[8]. Cəd ibn Qeys və bəziləri məsğərə edərək dedilər:"mən qadın düşkünüyəm, qorxuram Romaya gələm, orada gözəl qadınları görüb günaha düşəm". Allah Taala "Tövbə" surəsinin 49-cu ayəsini nazil edərək buyurdu:Onlardan (münafiqlərdən): "Mənə (döyüşə getməməyə) izin ver, məni fitnəyə salma!"- deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir![9]. Peyğəmbər səhabələrinin bu müharbədə iştirak etmələrinə bu qədər təkid etməsinin səbəbi Romalılardan gözlənilən təhlükədən daha çox mədinədə mövcud olan bəzi problemləri aşkara çıxartmaq idi ki, buna da nail olundu. Müsəlmaları pərakəndə etmək üçün mədinə münafiqlərinin geniş miqiyaslı təbliğatları, Peyğəmbər ordusunun qarşısına Abdullah ibn Ubbanın təşkil etdiyi qüvvələrin çıxması və sonra münafiqlərin mədinəyə qayıtması[10], hətta bir rəvayətə əsasən peğəmbər Təbukdan qayıdarkən O həzrətə sui-qəsdin təşkil olunması[11] .

Ordunun təşkil olunmasındakı çətinliklər

[redaktə | mənbəni redaktə et]

Rəsulullah ordunun hazırlığını sürətləndirməyi əmr etmişdi, Amma həddindən artıq isti, yolun uzunluğu və bəzi səhabələrin fəqir olmaları kimi çətinliklər ordunun sürətli hazırlığını ləngidirdi[12]. Buna görə də bu ordu "Ceyş ul Usr" (çətinlik ordusu) adlandırılırdı[13]. Buna görə də Rəsulullah digər Qəzvələrdən ( savaşlardan) fərqli olaraq bu müharibəyə hazırlaşmaq məqsədini açıq şəkildə bəyan etdi. Rəsulullah əvvəlcə Mədinə yaxınlığındakı Səniyyətul Vəda bölgəsində məskunlaşdı, sonra təxminən 30000 nəfərlik bir ordu ilə Mədinənin şimalına və Romanın sərhəddinə tərəf irəllədi[14].

Mədinədə peyğəmbərin canişini olaraq Hz. Əli

[redaktə | mənbəni redaktə et]

Hz. Peyğəmbər səfərə çıxmazdan öncə Hz. Əlini öz yerində canişin təyin edir[15]. Hz. Əlinin canişin olması fitnə və xaos yaymaq istəyən münafiqlərə mane törətdiyi üçün, Hz. Əli əleyhinə təbliğat aparmağa və Hz. Peyğəmbər, Hz. Əli ilə olmasından narahat olduğu üçün Onu canişin təyin etdiyi şayələrini yaymağa başladılar. Hz. Əli, şayələrin yayılmasının qarşısını almaq və yalan olduğunu sübut etmək üçün Curf bölgəsindəki Allah Rəsulunun yanına getdi və Mədinədəki münafiqlərin yaydığı şayələri bildirdi. Sonra Rəsulullah Hz. Əliyə buyurdu: Sənin mənə olan nisbətin (mənzilətin) Harunun Musaya olan nisbəti kimidir. Ancaq məndən sonra peyğəmbər yoxdur[16].sonralar "Mənzilət hədisi" olaraq bilinən bu hədis Hz. Əlinin ən önəmli ərdəm və fəzilətlərindən biri olaraq hədis qaynaqlarında müxtəlif formalarda nəql edilmişdir[17]. Həmçinin Hz. Əlinin Hz. Peyğəmbərdən sonra Xəlifəİmam olamsına dəlalət edən mühüm nasslardan biri olaraq istinad etmişlər[18]. Mədinə münafiqlərinin sui-qəsd planlarını nəzərə aldıqda, Peyğəmbərin Təbuk yürüşündə Əli ibn Əbu Talibi öz yerinə canişini olaraq təyin etməsi diqqətə layiqdi.

İslam ordusu Təbukda

[redaktə | mənbəni redaktə et]

Bir neçə mənzili geridə qoyandan sonra[19] İslam ordusu təxminən iyirmi gecə Təbukda qaldı[20]ı. Vaqidinin verdiyi məlumata görə, alınan xəbərlərin əsassız olduğu və Rumların müsəlmanlara qarşı müharibəyə hazırlaşmadığı aydın oldu[21]. Ancaq bəzi mənbələrdə Yunan imperatorunun İslam peyğəmbərinə bir nümayəndə göndərdiyi və buna görə də Allah Rəsulunun lütfünə nail olmuşdu[22]. Bu müddət ərzində islam peyğəmbəri Dumətul Cəndəlin hakimi Ukeydir ibn Əbdul Məlik Kindi və eyni şəkildə Əzruh, Cərbə və Eylə halisi ilə cizyə vermə şərti ilə sülh müqaviləsi bağlamışdır[23].

Peyğəmbərin Mədinəyə qayıtması

[redaktə | mənbəni redaktə et]

İslam peyğəmbəri H. 9-cu ili Ramazan ayında mədinəyə qayıtdı[24]. Təbuk yürüşündə iştirak etməyənlərin üzürünü əsas alıb qəlblərində gizlətdikləri şeyləri Allaha həvalə edərək bağışladı və onların adına istiğfar etdi. Ancaq camaata onlardan üçü (Kəb ibn Malik, Mürarə ibn Rəbi və Hilal ibn Üməyyə) ilə ünsiyyətdə olmamalarını əmr etdi. Amma o üç nəfərin tövbə etməsindən sonra Allah Taala Tövbə surəsinin 117–119-cu ayələrini nazil etdi və onları bağışladığını bildirdi[25]. Həmin 3 nəfər tövbə etmək üçün bir-birindən ayrıldılar və 50 gündən sonra Allah onların tövbəsini qəbul etdi[26].

Əqəbədə Peyğəmbərə suiqəst

[redaktə | mənbəni redaktə et]

Təbuk qəzvəsindən qayıdarkən bir qrup münafiq peyğəmbərə sui-qəst etmək istədilər. Allah peyğəmbərinə bu plan barəsində xəbər verdi və Peyğəmbər də Hüzeyfə ibn YəmanƏmmar ibn Yasiri özü ilə apardı. Üzlərini gizlədən münafiqlər Peyğəmbərin dəvəsini yıxmaq istədilər, lakin Hüzeyfə onlarla müharibəyə girəndən sonra qaçdılar[27]. Rəsulullah Hüzeyfə və Əmmara münafiqlərin adlarını (bəzi mənbələrdə on iki nəfər olmaları bildirmişdir) söylədi. Hüzeyfə peyğəmbərdən icazə istədi ki,adam göndərsin münafiqləri öldürsünlər. Peyğəmbər bu təklifiv qəbul etməyib buyurdu: xoşlamıram camaat desin ki, səhabələrinin köməyi ilə qüdrətə sahib olduqdan sonra öz köməkçilərini oldürdü[28].

Təbuk qəzvəsi Quranda

[redaktə | mənbəni redaktə et]

Təbuk qəzvəsi və bu barədə nazil olan ayələr, Münafiqləri tanıdaraq onların bir sonrakı plan və məqsədlarini bildirmiş və İslamın Ərəbistan yarmadasında yayılmasına böyük təsir göstərmişdir[29].

  1. daneşnameye cahane islam;mədxəle təbuk/دانشنامه جهان اسلام؛ مدخل تبوک Arxivləşdirilib 2021-08-05 at the Wayback Machine
  2. Vaqidi,c.3,s.989–990; İbn Səd,c.2,Birinci hissə,s.118–119; Bəlazuri,1959,c.1,s.368./نک: واقدی، ج۳، ص۹۸۹-۹۹۰؛ نیز: ابن سعد، ج۲، قسم ۱، ص۱۱۸-۱۱۹؛ بلاذری، ۱۹۵۹، ج۱، ص۳۶۸
  3. Yəqubi.c.3.s.67/تاریخ‌ یعقوبی،ج۲، ص۶۷
  4. Vaqidi.c.3.s.989–990/واقدی، ج۳، ص۹۸۹-۹۹۰
  5. İbn Səd,c.2. Birinci hissə.s.118–119; Bəlazuri.1959.c.1.s.368/نیز رجوع کنید به ابن سعد، ج۲، قسم۱، ص۱۱۸-۱۱۹؛ بلاذری، ۱۹۵۹، ج۱، ص۳۶۸
  6. Ürvə ibn Züber,s.220; Zuhri,s.106; Təbəri.c.3.s.101 / عروة بن زبیر، ص۲۲۰؛ زهری، ص۱۰۶؛ طبری، ج۳، ص۱۰۱
  7. c.2.s.67 / ج۲، ص۶۷
  8. Ürvə ibn Zübeyr.s.220; Vaqidi.c.3.s.995–996; İbn Hişam.c.4.s.168–169; Təbəri.c.3.s.101–102. / عروة بن زبیر، ص۲۲۰؛ واقدی، ج۳، ص۹۹۵-۹۹۶؛ ابن هشام، ج۴، ص۱۶۸-۱۶۹؛ طبری، ج۳، ص۱۰۱-۱۰۲، ۱۰۸
  9. Əllamə Məclisi, Biharul Ənvar.c.21.s.185 / علامه مجلسی، بحار الانوار،ج ۲۱،ص ۱۸۵
  10. Təbəri.c.3.s.103 / طبری، ج۳، ص۱۰۳
  11. Ürvə ibn Zübeyr.s.221; Təbərisi.c.1.s.245–247 / عروة بن زبیر، ص۲۲۱؛ نیز رجوع کنید به طبرسی، ج۱، ص۲۴۵-۲۴۷
  12. Vaqidi,c.3.s.992;Təbəri.c.3.s.101–102 / واقدی، ج۳، ص۹۹۲؛ طبری، ج۳، ص۱۰۱-۱۰۲
  13. Bəlazuri.1959.c.1.s.368;Ürvə ibn Zübeyr.s.220. bu qəzvəni Qəzvətul usr adlandırıblar / رجوع کنید به بلاذری، ۱۹۵۹، ج۱، ص۳۶۸؛ نیز رجوع کنید به عروة بن زبیر، ص۲۲۰ که این غزوه را غزوة العسر خوانده است
  14. Vaqidi.c.3.s.992, 996, 1002;İbn Səd.c.2. Birinci bölüm.s.199 / واقدی ج۳، ص۹۹۲، ۹۹۶، ۱۰۰۲؛ ابن سعد، ج۲، قسم۱، ص۱۹۹
  15. Məsudi.s.270–271 / نک: مسعودی، ص۲۷۰-۲۷۱
  16. Zuhri.s.111;İbn Hişam.c.4.s.163;Təbəri.c.3.s.103–104 / زهری، ص۱۱۱؛ ابن هشام، ج۴، ص۱۶۳؛ طبری، ج۳، ص۱۰۳- ۱۰۴
  17. Kufi.c.1.s.499–542;İbn Bətriq.s.126 və davamı / مثلاً رجوع کنید به کوفی، ج۱، ص۴۹۹-۵۴۲؛ ابن بطریق، ص۱۲۶ به بعد
  18. Ələmul Hüda.c.3.s.5 və sonrası;Nəsrəddin Tusi.s.230;Cahiz.s.153–160;İbn Teymiyyə.c.7.s.325 və sonrası / علم الهدی، ج۳، ص۵ به بعد؛ نصیرالدین طوسی، ص۲۳۰؛ نیز رجوع کنید به جاحظ، ص۱۵۳-۱۶۰؛ ابن تیمیه، ج۷، ص۳۲۵ به بعد
  19. Vaqidi.c.3.s.999 / رجوع کنید به واقدی، ج۳، ص۹۹۹
  20. Vaqidi.c.3.s.1015;İbn Səd.c.2.Birinci bölüm.s.119–121 / همان، ج۳، ص۱۰۱۵؛ ابن سعد، ج۲، قسم۱، ص۱۱۹، ۱۲۱
  21. Vaqidi.c.3.s.1019 / ج۳، ص۱۰۱۹
  22. Bəlazuri.1959.c.1.s.368;Vaqidi.c.3.s.999 / رجوع کنید به بلاذری، ۱۹۵۹، ج۱، ص۳۶۸؛ قس واقدی، ج۳، ص۹۹۹
  23. Vaqidi.c.3.s.1029–1032;İbn Səd.c.1.İkinci bölüm.s.37;Bəlazuri 1413.s.59–68;Təbəri.c.3.s.108–109 / واقدی، ج۳، ص۱۰۲۹-۱۰۳۲؛ ابن سعد، ج۱، قسم۲، ص۳۷؛ بلاذری، ۱۴۱۳، ص۵۹، ۶۸؛ طبری، ج۳، ص۱۰۸ ۱۰۹
  24. Vaqidi.c.3.s.1056;Yəqubi.c.2.s.68 / واقدی، ج۳، ص۱۰۵۶؛ یعقوبی، ج۲، ص۶۸
  25. Zuhri.s.108–111;Vaqidi.c.3.s.1049–1056;Təbəri.c.3.s.111;İbn Qudamə.s.89–93 / زهری، ص۱۰۸-۱۱۱؛ واقدی، ج۳، ص۱۰۴۹ ۱۰۵۶؛ طبری، ج۳، ص۱۱۱؛ نیز رجوع کنید به ابن قدامه، ص۸۹-۹۳
  26. Məkarim Şirazi.Təfsir Numunə.c.8.s.213 / مکارم شیرازی، تفسیر نمونه، ج ۸ ص۲۱۳
  27. əl-Bidayə vən-Nihayə.c.5.s.19 / البدایة و النهایة، ج۵، ص۱۹
  28. Təbərisi.Məcməul Bəyan.c.5.s.71 / طبرسی، مجمع‌البیان، ج ۵، ص۷۱
  29. daneşnameye cahane islam;mədxəle təbuk/دانشنامه جهان اسلام؛ مدخل تبوک Arxivləşdirilib 2021-08-05 at the Wayback Machine
  • İbn Bətriq, Umdətu Uyunu Sihahul Əxbar fi Mənaqibi İmamul Əbrar, Qum,1407. (ərəb.)
  • İbn Teymiyyə, Minhacus-Sunınin Nəbəvi, Tədqiq, Məhəmməd Rəşad Salim, Hicaz, 1406/1986. (ərəb.)
  • İbn Səd, \ ət Təbəqatul Kubra. (ərəb.)
  • İbn Qudamə, Kitabut-Təvvabin, Tədqiq, corc Məqdisi, Dəməşq, 1961. (ərəb.)
  • İbn Kəsir, əl Bidayə vən-Nihayə, Beyrut, Darul Fikr, 1398-qəməri. (ərəb.)
  • İbn Hişam, əs-Siyərun Nəbəvi, Tədqiq, Mustfa Səqqa, İbrahim Əbyari və Əbdulhəfiz Şələbi, Qahirə, 1355/1936. (ərəb.)
  • Əhməd ibn Yəhya Bəlazuri, Ənsabul Əşraf, Tədqiq, Məhəmməd Həmidullah, Misir, 959-Miladi. (ərəb.)
  • Əhməd ibn Yəhya Bəlazuri, Futuhul buldan, Nəşr, Duhuviyyə, Lidən, 1866, Nəşr, Ofset Frakfurt, 1413/1992. (ərəb.)
  • Əmr ibn Bəhri Cahiz, Tədqiq, Əbdussalam Məhəmməd Harun, Qahirə, 1374/1955. (ərəb.)
  • Məhəmməd ibn Müslüm Zühri, əl Məğazin Nəbəvi, Tədqiq, Süheyl Zəkar, Dəməşq, 1401/1981. (ərəb.)
  • Fəzl ibn Həsən Təbərisi, İlamul Vəra bi Əlamil HUda, Qum, 1417-Q. (ərəb.)
  • Təbəri, Tarix, Beyrut. (ərəb.)
  • Urvə ibn Zübeyr, Məğaziyi Rəsulullah Səllau Ələyhi Vəsəlləm, Ravi-Əbil Əsvəd, Təqiq, Məhəmməd Mustafa Əzəmi, Riyad, 1401/1981. (ərəb.)
  • Əli ibn Hüseyn Ələmul Hüda, əş-Şafi fil İmamə, Tədqiq, Əbduz Zəhra Hüseyni Xətib, Tehran, 1410. (ərəb.)
  • Məhəmməd ibn Süleyman Kufi, Mənaqibul İmam Əmiril Möminin Əli ibn Əbi Talib, Tədqiq, Məhəmməd Baqir Məhmudi, Qum, 1412-Q.
  • Məsudi, ət-Tənbih və əl-Əşraf. (ərəb.)
  • Məhəmməd ibn Məhəmməd Nəsrəddin Tusui, Təcridul Etiqad, Tədqiq, Məhəmməd Cavad Hüseyni Cəlali, Qum, 1407-Q.
  • Məhəmməd ibn Ömər Vaqidi, Kitabul Məğazi Lilvaqidi, Tədqiq, Marsden Johannes, London, 1966-M.
  • Yəqubi, Tarix. (ərəb.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]