Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri.[1]
Heydər Əliyev adına İdman-Konsert Kompleksi | |
---|---|
Heydər Əliyev adına İdman-Konsert Kompleksi | |
40°23′30″ şm. e. 49°49′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Nəsimi rayonu |
Şəhər | Bakı |
Yerləşir | Abşeron |
Tikilmə tarixi | 1977 - 1990 |
Aidiyyatı | Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi |
Memar |
Yuzef Qədimov Tələt Xanlarov Tahir Abdullayev |
Memarlıq quruluşu | Modern |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir.
Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir.
Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur.[1]
İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib. Kompleksdə həmçinin 200-dən çox beynəlxalq sərgi, yerli və xarici ifaçıların iştirakı ilə konsert keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2004-cü ilin mart ayında İdman-Konsert Kompleksinə Ümummilli lider Heydər Əliyevin adı verilib.
Gənclər və İdman Nazirliyinin qərarı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksi 2009-cu ilin yekunlarına görə ilin ən yaxşı idman qurğusu elan edilib.
Kompleksin struktur mühəndisi G.İ.Belidir.[2]
2009-cu ildə kompleks qeyri-müəyyən müddətə təxirə salınan Üçüncü Avroviziya Rəqs Müsabiqəsi[3] üçün də seçilib.[4]
Bakıda keçirilmiş I Avropa Oyunları ərəfəsində əvvəlcə 2014-15-ci illərdə yenidən qurulmuş[5], bu vaxt və 2017-ci ildə yenə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında bir müddət Heydər Əliyev adına İdman Arenası[6][7][8] adlandırılıb.