İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Təvaf namazı — 2 rəkətdir və sübh namazı kimi qılınır. Kəbəni 7 dəfə təvaf edəndən sonra qılınır. Müstəhəbdir ki, Fatihə surəsindən sonra birinci rəkətdə Kafirun surəsi, ikinci rəkətdə isə İxlas surəsi oxunsun.
Cəmiyyətin izdihamı halında mümkün olan tərzdə "İbrahim məqamı" arxasında namaz qılmaq lazımdır. Müstəhəb olan təvafın namazını Məscidül-Həramın hər bir yerində qılmaq kifayət edir.
Təvaf namazını unudub onu qılmadığını səy əsnasında xatırlayan şəxs, səy əməlini dayandırıb təvaf namazını yerinə yetirməli və namazı yerinə yetirdikdən sonra qayıdaraq səy əməlini dayandırdığı yerdən davam etdirməlidir. Təvaf namazını qılmadığını səy əməlindən sonra xatırlayan şəxs, dərhal onu yerinə yetirməlidir.
Təvaf namazını qılmadığını Məkkə şəhərindən xaric olduqdan sonra xatırlayan şəxs üçün Məkkəyə qayıtmaq çətin olduqda, mümkün olan hər bir yerdə onu yerinə yetirməlidir.
Təvaf namazının qiraəti (oxunuşu) sair namazlar kimi imkan daxilində düzgün oxunulmalı və başqa namazları qıldığı oxunuşa kifayətlənməlidir və onun bu barədə ayrı bir şəxsi naib seçməyə ehtiyac yoxdur.