Tahsin Yazıcı

Tahsin Yazıcı (1892-ci il Monastır, Osmanlı İmperiyası – 11 fevral 1970-ci il Ankara, Türkiyə) — Türkiyə ordusunun general-mayorusiyasətçisi.

Tahsin Yazıcı
türk. Tahsin Yazıcı
Briqada generalı Tahsin Yazıcı General-leytenant Uolton Valkerdən "Gümüş Ulduz" alarkən (15 dekabr 1950)
Briqada generalı Tahsin Yazıcı General-leytenant Uolton Valkerdən "Gümüş Ulduz" alarkən (15 dekabr 1950)
Şəxsi məlumatlar
Doğum tarixi 1892
Doğum yeri
Vəfat tarixi 11 fevral 1970(1970-02-11)[1]
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Qoşun növü Tank taboru
Xidmət illəri 1912-ci ildən
Rütbəsi general
Komandanlıq edib
Döyüşlər Birinci Dünya müharibəsi
Çanaqqala müharibəsi
Türkiyə İstiqlaliyyət müharibəsi
Koreya müharibəsi
Təltifləri "Məcidiyyə" ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tahsin Yazıcı 1892-ci ildə Osmanlı İmperiyası, Monastrda, Əli Bəy və Qənimət Xanımın ailəsində anadan olmuşdur. 1909-cu il noyabrın 1-də Osmanlı Hərbi məktəbinə qəbul edilmişdir. 1912-ci il martın 1-də oranı ikinci leytenant rütbəsində bitirmişdir.

Tahsin Yazıcı 1929-cu ildə Nezahat (1904-1996) adlı xanımla ailə qurmuşdur. Bu nigahdan onun Ahmet Bali (1931) adlı oğlu olmuşdur.

Hərbi xidmətdə

[redaktə | mənbəni redaktə et]

1912-ci ildən hərbi xidmətə başlamışdır. Birinci Dünya müharibəsində iştirak etmişdir. T.Yazıcı Çanaqqala müharibəsi iştirakçısı olmuşdur. 1916-cı il martın 1-də leytenant rütbəsi almışdır. Türkiyə İstiqlaliyyət müharibəsində zabit kimi fərqlənmişdir. Yazıcı 1920-ci il oktyabrın 10-da kapitan rütbəsinə yüksəldilmişdir.

1925-ci ildə Yazıcı Şeyx Səid üsyanının yatırılmasında iştirak etmişdir. 1931-ci ildə kavaleriya işini öyrənmək üçün Fransaya göndərilmişdir. 1927-ci ildə vətənə döndükdən sonra kavaleriya məktəbində dərs deməyə başlamışdır. 1931-ci il avqustun 30-da mayor rütbəsi almışdır. 1935-ci ildə ilk türk tank taborunun komandiri təyin olunmuşdur. 1937-ci ildə Yazıcı yenidən kavaleriya məktəbində dərs deməyə başlamışdır. 1938-ci il avqustun 30-da polkovnik-leytenant rütbəsi almışdır. 1943-cü ilin eyni günündə polkovnik rütbəsinə layiq görülmüşdür. 1943-1946-cı illərdə Türkiyə Baş Qərargahında ADC şöbəsinin rəhbəri kimi xidmət etmişdir.[2]

1949-cu ildə briqada generalı rütbəsinə yüksəlmişdir.

Koreya müharibəsində iştirak

[redaktə | mənbəni redaktə et]

Tahsin Yazıcının hərbçi kimi karyerasının ən yadda qalan və pik nöqtəsi Koreya müharibəsində iştirakdır. O bu müharibəyə BMT mandatı ilə göndərilən Türk Briqadasına komandanlıq etmişdir.[3] Bu məqsədlə hətta Tahsin Yazıçı özünün briqada generalı rütbəsinin aşağı salınmasına da razı olmuşdur.

Tahsin Yazıcının komandanlıq etdiyi Türk Briqadası Koreya yarımadasına gəldikdə onun daha çox ehtiyat qüvvə kimi istifadəsi planlaşdırılırdı. Briqada Tequ yaxınlığında düşərgə qurdu və ABŞ ordusunun 8-ci Piyada Diviziyasının tərkibinə daxil edildi. Yazıcının komandanı olduğu Briqada 8-ci Diviziyanın ehtiyat qüvvəsi kimi arxada yerləşdirilsə də, 1950-ci ilin noyabrın 26-da ÇinŞimali Koreyalıların geniş həcmli hücumu və cəbhənin yarılması ilə birbaşa döyüşlərin mərkəzinə düşdü. Kanuni döyüşündə Yazıcının briqadası müdafiənin önündə cinahda yerləşdiyindən çinlilərin hücumunun əsas zərbəsini qəbul etdi. Yazıcının komandanlıq etdiyi briqada qəhrəmanlıqla döyüşərək çinliləri darmadağın edərək amerikalıları mühasirəyə düşməkdən xilas etdilər.

1952-ci il dekabrın 15-də göstərdiyi qəhrəmanlığa görə T.Yazıcı ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Mükafatı Yazıcıya ABŞ 8-ci ordusunun komandanı general-leytenant Uolton Uoker təqdim etmişdir.[4]

Mülki həyat və həbsi

[redaktə | mənbəni redaktə et]

Tahsin Yazıcı 1951-ci ildə Türkiyəyə geri döndü. 1952-ci ildə o, ordudan ehtiyata buraxıldı. Briqada generalı rütbəsində istefaya çıxan Yazıçı siyasətə qatıldı. 1954-1960-cı illər arasında general X və XI çağırış Türkiyə Böyük Millət Məclisinə Demokrat Partiyasının İstanbuldan nümayəndəsi kimi deputat seçildi.

Yazıçı 1956-1959-cu illərdə Türkiyənin İsraildə səfiri olmuşdur.

Demokrat Partiyası iqtidarına qarşı edilən 1960-cı il 27 may hərbi çevrilişindən sonra həbs edilənlər arasında Tahsin Yazıcı da var idi. Yasıadada Demokrat Partiyası mənsublarına qarşı qurulan məhkəmənin hökmü ilə Yazıcıya 5 il həbs cəzası verildi. Lakin bir müddət sonra verilən aministiya ilə azadlığa buraxıldı.

Tahsin Yazıcı 1970-ci il fevralın 11-də Ankarada vəfat etmişdir.

  1. Library of Congress Authorities (ing.). Library of Congress.
  2. Kâzım Öztürk, Türk Parlamento Tarihi Araştırma Grubu, Türk Parlamento Tarihi T.B.M.B. X. Dönem 1954–1957 – X. Dönem Milletvekillerin Özgeçmişleri, II.Cilt, Türkiye Büyük Millet Meclisi Vakfı Yayınları, Ankara, 1995, ISBN 9757291250, p. 450. Arxivləşdirilib 2022-08-26 at the Wayback Machine
  3. The Korean War: An Encyclopedia, Ed. Stanley Sandler, (Taylor & Francis, 1995), 338.
  4. Dec. 15: Lt. Gen. Walton H. Walker, commander of the US Eighth Army in Korea, decorated the commander of the Turkish Brigade, Gen. Tahsin Yazici, and 15 officers and men of the brigade with Silver and Bronze Star medals for gallantry., The Middle East Journal, Vol. 5, Middle East Institute, 1951, p. 213..