Takada Hanpo

Takata Sanae[a] (高田 早苗?, 4 aprel 1860, Tokio3 dekabr 1938)Yaponiya pedaqoqu və siyasətçisi. Vaseda Universitetinin qurucularından biridir.

Takata Sanae
yap. 高田早苗
Doğum tarixi 4 aprel 1860(1860-04-04)
Doğum yeri
Vəfat tarixi 3 dekabr 1938(1938-12-03) (78 yaşında)
Dəfn yeri
  • Somey qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti politoloq, jurnalist, siyasətçi
Mükafatları I dərəcəli "Müqəddəs xəzinə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Takata Sanae 4 aprel 1860-cı ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. Gəmi evi sahibi olan Takata Koheyin üçüncü oğlu idi.[1][2] 1881-ci ildə Azusa Ono ilə birlikdə "Otokay"ı yaratmışdır. 1882-ci ildə Tokio Universitetini bitirmiş, universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur.[3] 1882-ci ildə Ono vasitəsilə Okuma Şiqenobu ilə tanış olmuş və 1882-ci ildə Konstitusional İslahat Partiyasının yaradılmasında iştirak etmişdir.[2]

Okuma Şiqenobu ilə birlikdə Vaseda Universitetinin əsasını qoyan şəxslərdən biri olmuş,[3] burada konstitusiya haqqında mühazirələr vermişdir.[1] 1887-ci ildə "Yomiuri Shimbun" qəzetinin baş redaktoru olmuş, Ozaki KoyoKoda Rohan kimi yazıçılarla əməkdaşlıq etmişdir.[3] 1889-cu ildə nəşr olunmuş "Belletristikanın tədqiqi" (Biciqaku) əsəri Yaponiyada belletristika haqqında ilk işlərdən biridir.[4]

Takata birincisi 1891-ci ildə olmaqla 6 dəfə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilmiş, Saytama prefekturasını təmsil etmişdir. 1915-ci ildə Yaponiya Perlər Palatasına seçilmişdir.[3] Xarici İşlər Naziriliyinin Ticarət Bürosunun baş direktoru və Təhsil Nazirliyinin müşaviri vəzifələrini tutmuş,[2] Okuma kabinetində (1914–1916) Yaponiyanın təhsil naziri kimi fəaliyyət göstərmişdir. Takata pedaqoq kimi tanınmışdır. Başda Vaseda Universiteti olmaqla, özəl universitet menecmenti üzrə işlər görmüşdür. O, 1907-ci ildə universitetin provostu, 1921-ci ildə üçüncü müşaviri təyin olunmuşdur.[3] 1928-ci ildə Yaponiya İmperator Akademiyasına qəbul edilmişdir.[2]

  1. Bəzən Takada Sanae yazılır.
  1. 1 2 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 1548
  2. 1 2 3 4 "Takata Sanae". Portraits of Modern Japanese Historical Figures (ingiliscə). Milli Diet Kitabxanası. 2024-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2024.
  3. 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan. səh. 310
  4. Ueda, Atsuka. "Bungakuron and 'literature' in the making". Japan Forum (ingiliscə). 20 (1). mart 2008: 34. doi:10.1080/09555800701796842. İstifadə tarixi: 19 avqust 2024.