Takata Sanae[a] (高田 早苗?, 4 aprel 1860, Tokio – 3 dekabr 1938) – Yaponiya pedaqoqu və siyasətçisi. Vaseda Universitetinin qurucularından biridir.
Takata Sanae | |
---|---|
yap. 高田早苗 | |
Doğum tarixi | 4 aprel 1860 |
Doğum yeri | |
Vəfat tarixi | 3 dekabr 1938 (78 yaşında) |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | politoloq, jurnalist, siyasətçi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Takata Sanae 4 aprel 1860-cı ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. Gəmi evi sahibi olan Takata Koheyin üçüncü oğlu idi.[1][2] 1881-ci ildə Azusa Ono ilə birlikdə "Otokay"ı yaratmışdır. 1882-ci ildə Tokio Universitetini bitirmiş, universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur.[3] 1882-ci ildə Ono vasitəsilə Okuma Şiqenobu ilə tanış olmuş və 1882-ci ildə Konstitusional İslahat Partiyasının yaradılmasında iştirak etmişdir.[2]
Okuma Şiqenobu ilə birlikdə Vaseda Universitetinin əsasını qoyan şəxslərdən biri olmuş,[3] burada konstitusiya haqqında mühazirələr vermişdir.[1] 1887-ci ildə "Yomiuri Shimbun" qəzetinin baş redaktoru olmuş, Ozaki Koyo və Koda Rohan kimi yazıçılarla əməkdaşlıq etmişdir.[3] 1889-cu ildə nəşr olunmuş "Belletristikanın tədqiqi" (Biciqaku) əsəri Yaponiyada belletristika haqqında ilk işlərdən biridir.[4]
Takata birincisi 1891-ci ildə olmaqla 6 dəfə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilmiş, Saytama prefekturasını təmsil etmişdir. 1915-ci ildə Yaponiya Perlər Palatasına seçilmişdir.[3] Xarici İşlər Naziriliyinin Ticarət Bürosunun baş direktoru və Təhsil Nazirliyinin müşaviri vəzifələrini tutmuş,[2] Okuma kabinetində (1914–1916) Yaponiyanın təhsil naziri kimi fəaliyyət göstərmişdir. Takata pedaqoq kimi tanınmışdır. Başda Vaseda Universiteti olmaqla, özəl universitet menecmenti üzrə işlər görmüşdür. O, 1907-ci ildə universitetin provostu, 1921-ci ildə üçüncü müşaviri təyin olunmuşdur.[3] 1928-ci ildə Yaponiya İmperator Akademiyasına qəbul edilmişdir.[2]