|
Bu məqalə azərbaycanlı diplomat haqqındadır. Azərbaycanlı prodüser və aparıcı üçün Tolik səhifəsinə baxın.
|
Tarik Əliyev (tam adı: Tarik İsmayıl oğlu Əliyev) — Azərbaycan diplomatı.
Tarik Əliyev |
---|
Tarik İsmayıl oğlu Əliyev |
Fəaliyyəti |
diplomat |
Atası |
İsmayıl |
Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Fransa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[1] Elə həmin gün ona Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilmişdir.[2]
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə iqamətgahı Paris şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.[3]
Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2010-cu il tarixli Sərəncamı ilə hər iki ölkədən – Fransa və Monakodakı vəzifəsindən geri çağırılmışdır.[4]
O, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[5] Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə eyni zamanda Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi təyin edilmişdir.[6]
31 oktyabr 2012-ci il tarixli Sərəncama əsasən, iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Tunis Respublikasında,[7] 11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən, eyni zamanda Portuqaliya Respublikasında, Seneqal Respublikasında və Qambiya Respublikasında,[8] 16 yanvar 2013-cü il tarixli Sərəncama əsasən isə, eyni zamanda Mavritaniya İslam Respublikasında,[9] 27 fevral 2013-cü il tarixli Sərəncama əsasən isə, eyni zamanda Mali Respublikasında[10] fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.
Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2016-cı il tarixli Sərəncamı ilə Tunis Respublikasındakı vəzifəsindən geri çağırılmışdır.[11]
- ↑ T. İ. Əliyevin Azərbaycan Respublikasının Fransa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında[ölü keçid] Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2004-cü il, 404 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ T. İ. Əliyevə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilməsi haqqında[ölü keçid] Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2004-cü il, 403 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ Azərbaycan Respublikasının Fransa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri T.İ.Əliyevin iqamətgahı Paris şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Monako Knyazlığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında[ölü keçid] Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2008-ci il tarixli, 2893 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ T.İ.Əliyevin Azərbaycan Respublikasının Fransa Respublikasında və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında[ölü keçid] Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2010-cu il tarixli, 675 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ T.İ.Əliyevin Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2415 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri T.İ.Əliyevin eyni zamanda Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi təyin edilməsi haqqında[ölü keçid] Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2012-ci il tarixli, 2450 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri T.İ.Əliyevin iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında[ölü keçid] Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2012-ci il tarixli, 2506 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri T.İ.Əliyevin iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Portuqaliya Respublikasında, Seneqal Respublikasında və Qambiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2012-ci il tarixli, 2587 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli səfiri T.İ. Əliyevin iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mavritaniya İslam Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2019-04-05 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli, 2662 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri T.İ.Əliyevin iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mali Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2013-cü il tarixli, 2746 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ T.İ.Əliyevin Azərbaycan Respublikasının Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Arxivləşdirilib 2018-10-20 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2016-cı il tarixli, 2567 nömrəli Sərəncamı. e-qanun.az (az.)