Portuqaliya Respublikası

Portuqaliya (port. Portugal) ya da Portəgiz[8], rəsmi olaraq

Portuqaliya
çex. Portugalská republika
port. Portugal
fr. la République portugaise[1]
port. República Portuguesa[2]
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Europe's West Coast, Arfordir Gorllewin Ewrop
Rəsmi dilləri
Paytaxt Lissabon[4]
İdarəetmə forması respublika
 • Əhali
  • 10.347.892 nəf. (2021)[5]
 • Ümumi 253.982.847.571 $[6], 251.945.377.529 $[6]
Valyuta avro
İnternet domeni .pt
ISO kodu PT
BOK kodu POR
Telefon kodu +351
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][7]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Portuqaliya

Portuqaliya Respublikası (port. República Portuguesa) — Avropanın qərbində dövlət, İspaniya ilə həmsərhəddir. Avropa ölkəsidir. Portuqaliya roman əsilli dövlətdir və portuqal dili roman dillərinə daxildir.

Portuqaliya Respublikası Cənubi Avropada Piriney yarmadasının qərbində yerləşir, sahəsi 92,391 km²-dır. Ölkə qərbdən Atlantik okeanı şərqdən isə İspaniya ilə həmsərhəddir. Portuqaliya ərazisindən axan ən uzun çay Taxo çayıdır ki, məhz paytaxt Lissabon bu çayın sahilində yerləşir. Portuqaliya yerləşdiyi bölgəyə xas olan subtropik iqlimə malikdir. Ən yüksək nöqtəsi Azor adaları qrupuna daxil olan Piku adasında olan Ponta-du Piku (2351 m) dağıdır.

Əhalisi bu əraziyə Qərbi Roma imperiyasının parçalanması dövründə (V–VII əsrlər) köçmüş alman tayfalarından olan Vesqotların davamçılarıdır. Piriney yarmadasının Ərəb Xilafəti tərəfindən işğalından sonra əraziyə xeyli yadellilər (ərəblər, bərbərlər,yəhudilər) köçmüşdür. 1143-cü ildə bu ərazilərin Xilafətin tərkibindən çıxması ilə yadellilər qovulmuş güclü katolik dövləti yaradılmışdır.

1143-cü il də Portuqaliya krallığı yaradıldı. Bu dövlətin yaranmasında CALALLI Höccətin rolu böyük olmuşdur. 1497-ci ildə Vasko da Qamanın Hindistana gedən dəniz yollarının kəşfi nəticəsində müstəmləkəçilik siyasətinin başlaması. Lakin sonrakı dövrlərdə İngiltərə, Fransa, İspaniya ilə dənizdə rəqabətin uğurlu alınmaması səbəbiylə birinciliyi əldən verdi. Müstəmləkələrdə Portuqaliyanın təsiri Cənubi Amerikaya xüsusən də indiki Braziliya ərazisində daha güclü olmuşdur. Portuqaliya 1910-cu ildə Respublika elan olundu. 1976-cı ildə isə yeni konstitusya qəbul olundu.