Mavritaniya İslam Respublikası

Mavritaniya (ərəb. موریتانیا; fr. Mauritanie) və ya rəsmi adı ilə Mavritaniya İslam Respublikası (ərəb. الجمهوریة الإسلامیة الموریتانیة; fr. République Islamique de Mauritanie) — Şimali Afrikada dövlət. Mavritaniya Afrikanın şimal-qərbində yerləşir. Şimalda və şimal-qərbdə Qərbi Sahara (qismən tanınan), şimal-şərqdə Əlcəzair, şərqdə və cənub-şərqdə Mali, cənub-qərbdə Seneqalla həmsərhəddir. Qərbdə isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Naukşot, ümumi sahəsi 1,030,000 kvadrat kilometr, əhalisinin sayı 4 milyon nəfərdən çoxdur.

Mavritaniya
مهوری اسلامی موريتانيا
République islamique de Mauritanie
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
"شرف إخاء عدل"
"Şərəflik, Qardaşlıq, Ədalətlik"
Himn: 
نشيد وطني موريتاني
(azərb. "Mavritaniya dövlət himni"‎)
Tarixi
 • Müstəqillik elan edilməsi 28 noyabr 1960
Rəsmi dilləri
Paytaxt Nuakşot- 958.399 min sakin (2013-cü il)
İdarəetmə forması Prezident respublikası
Prezident Məhəmməd Ould Ghazouani [1.VIII.2019 ~]
Baş Nazir Moctar Ould Diay [2.VIII.2024 ~]
Sahəsi Dünyada 28-ci
 • Ümumi 1.030.000 km²
 • Su sahəsi (%) 0,03
Əhalisi
 • Əhali 4,649,658 (2020) Birləşmiş Millətlər nəfər (127-ci)
 • Sıxlıq 5 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 5,235 milyard USD dollar
İİİ (2018) 0.527
İnternet domeni .mr
ISO kodu MR
BOK kodu MTN
Telefon kodu +222
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mavritaniyalı qız

Mavritaniya bayrağı yaşıl rəng üzərində qızılı sarı rəngli üfüqi aypara və 5 guşəli ulduzdan ibarətdir. Yaşıl və qızılı sarı rəng Pan-Afrika (Pan-yunanca birlik, bütünlük, tam) rəngləri olaraq qəbul edilir. Yaşıl rəng islamı təmsil edir, sarı rəng isə Sahara çölünün qumlarını təmsil edir. Aypara və ulduz da Mavritaniyanın əsas dini olan islama işarədir.

Mavritaniya 4 ölkə ilə həmsərhəddir: Qərbi Saxara, Seneqal, ƏlcəzairMali.

Ölkənin adı olan ''mūrītāniyya'' Bərbəri köklərə sahib olan keçmiş zamanlarda Bərbəri krallıq olan ''Mauretania''' ya da adını verən morolardan gəlir. ''Maure'' adının Fenikece bir söz olan ''mahurim'' (Azərbaycan dilində: qərbin adamı) Sözündən gəldiyi təxmin edilir. 1904-cü ildə Mavritaniyanın bir hissəsi, 1946-cı ildə isə bütünlüklə Fransanın idarəsinə keçmiş, 1958-ci ildə isə Fransa cəmiyyətinin avtonom respublikası statusu almışdır. 1960-cı il, 28 noyabr tarixində ölkə Fransanın əsarətindən qurtularaq müstəqillik əldə edib.

4.5 milyon nəfərdir. Köləliyin ən gec ləğv olunduğu ölkə Mavritaniya İslam Respublikasıdır. Köləlik 1981-ci ildə ləğv olunub, kölə sahibi olmağa görə cəza nəzərdə tutan qanun 2007-ci ildə qəbul edilib. Rəsmən ləğv olunsa da praktikada köləlik davam edir, ölkə əhalisinin 10 ilə 20%-nin kölə olduğu düşünülür. Əsas kölə sahibləri ölkənin elit təbəqəsini təşkil edən ərəblərdir, kölə hədiyyə etmək böyük hörmət jesti sayılır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Mavritaniyanın pul vahidi uqiyadır. Hazırda Mavritaniya iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr sırasına daxildir. İxracatda əsas yeri balıq və balıq məhsulları, qızıl, dəmir filizi, mis konsentratı tutur. Çin, Fransa, İspaniya, İtaliya, Niderland, TürkiyəBelçika kimi ölkələrlə ticarət əlaqələri var.

Nigeriya