Bu məqalə azərbaycanlı prodüser və aparıcı haqqındadır. Azərbaycanlı diplomat üçün Tarik Əliyev səhifəsinə baxın. |
Tarix Əliyev (tam adı ilə: Tarix Tahir oğlu Əliyev; d. 6 iyun 1979, Bakı) və ya bilinən ləqəbi ilə Tolik — Azərbaycanlı prodüser[1][2], təşkilatçı, televiziya aparıcısı.
Tolik | |
---|---|
Tarix Tahir oğlu Əliyev | |
Ləqəbi | Tolik |
Doğum tarixi | 6 iyun 1979 (45 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | musiqi prodüseri, prodüser, aparıcı, televiziya aparıcısı |
Fəaliyyət illəri | 2007-ci ildən |
Partiyası | |
tarixaliyev.az |
Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub.[3]
Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir.
1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir.
Bir dəfə[3], 1998-ci ildə[4] ailəli olub[5], 1 il sonra isə boşanıb.[6]
2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporunın təşkil etdiyi tədbirlərdə iştirak edib.
2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür.[3]
Tolik ləqəbi ilə tanınan Tarix Əliyev ilk olaraq azərbaycanlı müğənni, Azərbaycanın xalq artistı Röya Ayxanla əməkdaşlıq edib.[7][8][9] Röya ilə çalışdığı müddət ərzində Röyanın Bakıda "Şəfa" stadionunda[10], Dənizkənarı Milli Park — Bulvarda, Heydər Əliyev adına Sarayda, Gəncə şəhərində və Azərbaycanın digər bölgələrində konsertlərini təşkil edib. 6 illik birgə fəaliyyətdən sonra tərəflər yollarını ayırıblar.[3]
Bundan sonra azərbaycanlı tanınmış müğənni Rəqsanə İsmayılova ilə bir çox layihələr təşkil edir və məhz Rəqsanənin məşhurlaşmasında Tolikin çox böyük rolu olub.[3]
Daha sonra Sevda Yəhyayeva[11][12], Sevil-Sevinc Səfərova bacıları[13], Natavan Həbibi[14][15][16], İlhamə Quliyeva[17] və başqa bir çox Azərbaycan müğənniləri ilə bir çox layihələr həyata keçirib.[18] S. Yəhyayevanın Yaşıl Teatrdakı, Elton Hüseynəliyev və S. Yəhyayevanın H. Əliyev sarayındakı konsertlərinin təşkilatçısı olub.[3]
Fasilələrlə Azərbaycanın xalq artisti Aygün Kazımova ilə çalışıb. A. Kazımova ilə də bir çox layihəyə imza atıb.[19] Belə ki, xalq artistinin Tofiq Bəhramov adına Respublika Stadionundakı konsertinin təşkilatçısı olub.[20]
Hal-hazırda Elton Hüseynəliyev ilə çalışır.[3]
2010-cu ilin mayında "Maşın" realiti şousunun "Lider" telekanalında yayımlanmış "Transformer" adlandırılan 10-cu "sürəti"ndə iştirak edib.[21]
2013-cü ildə Yunanıstanın Saloniki şəhərində Avropa Gənclər Forumunun baş assambleyasının beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri "2016 — Avropa Gənclər Şəhəri" seçilib. Bu tədbirin açılış konserti ilə bədii hissənin təşkilatçısı və prodüserlik vəzifəsini icra edib.[22][23][24]
2017-ci ildə Qazaxıstanın Aktau şəhərində Azərbaycanın baş konsulunun Azərbaycan və Qazaxıstan dövlətlərarası diplomatik əlaqələr münasibətilə təşkil etdiyi konsertin təşkilatçısı olub və həmin konserti təşkilinə görə fəxri diploma layiq görülüb.
2017-ci ildə Gəncə şəhərinin Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert aparan artist kimi fəaliyyət göstərib.[22][23][24][25]
Gəncədə Heydər Əliyevin doğum günü münasibətilə baş tutmuş konsertin təşkilatçısı olub. Həmin konsertdə Türkiyənin tanınmış müğənniləri Fərhad Köçər, Mustafa Ceceli və Hadisə çıxış edib.[22][23][24]
Müxtəlif vaxtlarda Gəncədə bir çox konsertlərin təşkilatçısı olub. Təşkil olunan həmin konsertlərin fəxri qonaqları tanınmış rumın müğənni Aleksandra Stan və b. olub.[22][23][24]
2017-ci ildə Lider TV-də yayımlanan "Bu bizik, Toliklə" musiqili proqramının layihə rəhbəri və aparıcısı olub.[26][27][28][29] 2018-ci ilin yanvar ayından Xəzər TV-də yayımlanan "Hər Şey Daxil" verlişinin layihə rəhbəri[30][31] və aparıcısıdır.[32][33][34][35]
6 fevral 2019-cu ildən Tarix Aliyev adlı rəsmi YouTube kanalı vasitəsilə yayımlanan “Tarix Əliyev ilə Səmimi” verilişinin[36] layihə rəhbəri və aparıcısıdır. 2020-ci ilin mart ayında canlı efirdə müğənni Mətanət Əsədova və bəstəkar-müğənni Elza Seyidcahan arasında mübahisə nəticəsində, Xəzər TV-nin rəhbəri Murad Dadaşov Tarix Əliyevin aparıcılıq etdiyi "Hər Şey Daxil" proqramının bağlanması əmrini vermişdir.[37] Daha sonra Tarix Əliyev 21 dekabr 2020-ci ildə Dalğa TV-də "Günə bir şou" adlı programında aparıcılıq etməyə başlamışdır.[38]
2021-ci ildən MTV-də işləyir. 2022-ci ildən “Ümid ilə gəl”[39][40], hazırda isə “Tarixin bir günü” verilişinin aparıcısıdır.[41]
Mənbə[42]