Tatyana Omelçenko

Tatyana Omelçenko (23 aprel 1994, Krivoy Roq) — 2007–2016-cı illərdə Ukraynanı, 2016-cı ildən isə Azərbaycanı təmsil edən qadın güləşçi.[1]

Tatyana Omelçenko
Şəxsi məlumatlar
Tam adı Tatyana Omelçenko
Vətəndaşlığı Ukrayna Ukrayna
Azərbaycan Azərbaycan
Doğum tarixi (30 yaş)
Doğum yeri Krivoy Roq, Ukrayna
Boyu 166 sm. (5 ft 6in)
İdman növü Güləş
Karyera illəri 2007—2022
Məşqçisi Grigori Şepilev

Tatyana Omelçenko birinci uğuruna 2010-cu ildə Bosniya və Herseqovinada baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib olmaqla imza atdı.[1] 2012-ci ildə Kiyev şəhərində beynəlxalq turniri gümüş medalla başa vuran Tatyana Omelçenko həmin il Belarusda A. Medvdedin xatirəsinə həsr olunan beynəlxalq turnirin bürünc medalına sahib oldu.[1] Daha sonra Tatyana Omelçenko 2014-cü ildə Fransada Paris Qran-Prisinin qalibi oldu.[1]

2015-ci ildə Tatyana Omelçenko Polşada U23 Avropa Çempionatını bürünc medalla başa vurdu.[1] Bir il sonra, 2016-cı ilin yanvarında Tatyana Omelçenko Kiyev şəhərində beynəlxalq turnirin bürünc medalına sahib oldu.[1] Həmin turnirdən sonra Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Tatyana Omelçenko Azərbaycan yığmasının heyətinə cəlb edildi.[1] Həmin ilin martında Tatyana Omelçenko Bolqarıstanda U23 Avropa Çempionatının qalibi oldu, noyabrda isə Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vurdu.[1]

Tatyana Omelçenko 2017-ci ildə birinci uğuruna martda Kiyev şəhərində beynəlxalq turnirin qalibi olmaqla imza atdı.[1] May ayında Tatyana Omelçenko əvvəl Serbiyada baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu, sonra isə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.[1] Noyabrda Tatyana Omelçenko həm də Polşada U23 Dünya Çempionatını bürünc medalla başa vurdu.[1]

2018-ci ildə də Tatyana Omelçenko əvvəl fevralda Kiyev şəhərində beynəlxalq turnirin qalibi oldu, sonra isə mayda Rusiyada Avropa Çempionatının bürünc medalına sahib oldu.[1] Tatyana Omelçenko həm də həmin ilin sentyabrında Belarusda A. Medved beynəlxalq turnirini gümüş medalla başa vurdu.[1] 2019-cu ildə isə Tatyana Omelçenko apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında ardıcıl olaraq üçüncü dəfə bürünc medalın sahibi oldu, sentyabrda isə Qazaxıstanın Astana şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu.[1]

Tatyana Omelçenko 2020-ci ilin yanvarında İstanbul şəhərində Yaşar Doğu beynəlxalq turnirinin gümüş medalına, fevralda isə Roma şəhərində Avropa Çempionatının bürünc medalına sahib oldu.[1] 2021-ci ildə isə Tatyana Omelçenko martda Macarıstanın Budapeşt şəhərində Avropa Olimpiya Təsnifat Turnirini bürünc medalla başa vurdu və olimpiya lisenziyasını əldə edə bilmədi.[1]

2022-ci ilin avqustunda Konya şəhərində İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olan Tatyana Omelçenko sentyabrda Belqrad şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu.[1] 2022-ci ildə idmanla vidalaşdı.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 International Wrestling Database. "TATYANA OMELCHENKO". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2022.