Yad (roman)

Yad (fr. L'Étranger) – Fransa yazıçı Alber Kamü tərəfindən yazılmış roman.

Yad
L'Étranger
Gallimard-ın yayımladığı ilk nəşrin üz qapağı
Gallimard-ın yayımladığı ilk nəşrin üz qapağı
Müəllif Alber Kamü
Janr fəlsəfi roman
Orijinalın dili fransızca
Ölkə
Orijinalın nəşr ili 1942
Nəşriyyat Gallimard
Səhifə 159
Əvvəlki Sisifos
Sonrakı Taun (1947)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir.

Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını verilmir.

Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Alber Kamü üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır.

Buradakı yadlaşma Kamünün məşhur "absurd" fəlsəfəsindən doğur.

Qəhrəmanın dediyi "hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (…)

İnsan madam ki öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur", – sözləri, müasir nihilizmin absurd anlayışı əsasında araşdırılmasıdır.

Azərbaycan dilinə tərcümələr

[redaktə | mənbəni redaktə et]

Alber Kamünün "Yad" romanı Qanun Nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir (ISBN 2000110844639).[1] İran Azərbaycanında urmiyalı yazıçı Hüseyn Vahidi[2] tərəfindən 2016-cı ilin ilk aylarında "Yabançı" (az-əbcəd. یابانچی‎) adı ilə Azərbaycan dilinə tərcümə edilmişdir.[3][4]

  1. "Yad". alinino.az. 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.
  2. ""Sevgi Yolçuları" Urmiyanın kitab bazarında". Voice of America. 16 yan 2013. 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.
  3. "Arxivlənmiş surət". 2016-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-12.
  4. "Arxivlənmiş surət". 2016-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-12.