A. Mamavariani adına Tbilisi Dövlət Filarmoniyası (gürc. თბილისის საკონცერტო დარბაზი) — Gürcüstan Respublikasının Tbilisi şəhərində konsert kompleksi. Şəhərin görməli və istirahət məkanlarından biri.[1][2][3] 2014-cü ildə Filarmoniyaya bəstəkar Aleksey Maçavarianinin adı verilmişdir.
A.Maçavariani adına Tbilisi Dövlət Filarmoniyası | |
---|---|
gürc. თბილისის საკონცერტო დარბაზი | |
Yerləşməsi | |
41°42′27″ şm. e. 44°47′08″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Yerləşir | Tbilisi şəhəri |
Ünvan | Tbilisi şəhəri Merab Kostava küçəsi, ev 36/1 |
Tarixi | |
Əsası qoyulub | 1905 |
Açılıb | 1971 |
Filarmoniya binası | |
Memarlıq üslubu | neoklassisizm, modernizm |
Memar | İvan Çxenkeli |
Tikilib | 1971 |
Təmir olunub | 2001 |
Digər məlumatlar | |
Sayt | bashgf.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Gürcüstanda Filarmoniyanın əsasının qoyulduğu günü, 1905-ci ildə, Tiflisdə Gürcüstan Filarmoniyasının rəsmi olaraq təsis edildiyi vaxt hesab etmək olar. Cəmiyyətin təşkilində Gürcüstanın aparıcı musiqiçiləri və ictimai xadimləri — Zəkəriyyə Paliaşvili, İa Karqareteli, Andrey Karaşvili, Filimon Koridze, Nikolay Sulxanişvili, Zakariya Çxikvadze, V. Karbelaşvili, İ. Çidjavadze, N. Kartvelişvili, P. Mirianaşvili və P. Mirianaşvili və başqaları fəal iştirak etmişdilər.[4] N. Sulxanişvili cəmiyyətin ilk sədri təyin olmuşdu.
Filarmoniya yarandıqdan az sonra "Gürcü dilində operaların səhnələşdirilməsi cəmiyyəti" ilə birləşərək gürcü milli musiqi əsərlərinin toplanmasında, onların populyarlaşdırılmasında fəal iştirak etdi. Bu da tədricən milli gürcü operasının yaradılmasına zəmin yaratdı. 1908-ci ildə cəmiyyət Tiflis Musiqi Məktəbini açdı. Cəmiyyətin dəvəti ilə məktəbə Z. Paliaşvili rəhbərlik edirdi. Məktəbdə məşhur musiqiçilər V. Amirajibi, A. Karaşvili, Q. Natradze, P. Paliaşvili, M. Qabaşvili, A. Tulaşvili və başqaları dərs deməyə başlamışlar.
Z. Paliaşvilinin rəhbərlik etdiyi Gürcüstan Filarmoniyası bütün ictimai tədbirlərdə fəal iştirak edərək gürcü milli mədəniyyətinin inkişafında mühüm rol oynamağa başladı.
1935-ci ildən Filarmoniyaya Vladimir Xetaqurov, 1939–1942-ci illərdə Vladimir Kavsadzde, 1954–1958-ci illərdə Qriqori Kokeladze, 1974-cü ildən Sulxan Nasidze rəhbərlik edib. Bəstəkarlar Filarmoniya ilə aktiv əməkdaşlıq edirdilər. Belə ki, "Tbiliso" mahnısının müəllifi Revaz Laqidze, Georgi Tsabadze və başqaları Filarmoniyayanın daimi tərəfdaşları idilər.
Filarmoniyada sonralar geniş populyarlıq qazanmış musiqi kollektivləri də təşkil edildi — "Orera" (1961) və "İveria". O cümlədən, məşhur — Vaxtanq Kikabidze və Nani Breqvadze (1959), Diana Qurtskaya (1988) Filarmoniyayanın işçiləri olmuşdu.
Filarmoniyanın konsert zalı 1971-ci ildə memar İvan Çxenkeli tərəfindən tikilmişdir.[5]. XXI əsrin əvvəllərində zal əsaslı təmir edilmişdir.[6]
XXI əsrin əvvəllərində Gürcüstan hökuməti Filarmoniyaya dövlət statusu vermişdir.[7]
2001-ci ildə Filarmoniyanın binası yaxınlığında "Ulduzlar Xiyabanı" təşkil edildi. "Ulduzlar Xiyabanı"na adı həkk olunanlar arasında Gürcüstan Milli Baletinin yaradıcısı Nino Ramişvili, məşhur müğənni Nani Breqvadze, skripkaçı Liana İsakadze, bəstəkar Bidzina Kvernadze,[8] rəssamlar Eter Kakulia, Teymuraz Tsiklauri,[9][10] Giorgi Xutsişvili,[11] Gizo Nişnianidze (yazıçılardan birincisi)[12] və başqalarının isimləri vardır. Bundan əlavə burada "Orera" və "İveriya" kimi vokal və instrumental ansamblların adları da var.
2014-cü ildə Filarmoniyaya bəstəkar Aleksi Maçavarianinin adı verilmişdir.[13]
Filarmoniyanın konsert zalının 2500 yerlik əsas zalı və 750 yerlik kiçik zalı var. Filarmoniyanın dairəvi foyesi binanın daxili hissəsini ətrafdakı şəhər memarlığı ilə birləşdirir.
Filarmoniyanın qarşısında bürüncdən hazırlanmış "İlham pərisi" heykəli (heykəltaraş M. Berdzenişvili, memar İ. Çxenkeli) qoyulmuşdur.[14]
Həmçinin burda Georgi Çabadzenin büstü də vardır.[15]