Revaz İliç Laqidze (gürc. რევაზ ილიას ძე ლაღიძე; 10 iyul 1921[1], Baqdati[d], İmereti – 16 oktyabr 1981[1], Tbilisi) — Sovet, gürcü bəstəkarı, müəllimi. Gürcüstan SSR xalq artisti (1961), Gürcüstan SSR əməkdar mədəniyyət xadimi (1958).
Revaz İliç Laqidze | |
---|---|
gürc. რევაზ ილიას ძე ლაღიძე | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 10 iyul 1921[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 1981[1] (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | gürcü |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, film bəstəkarı |
Musiqi aləti | skripka |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Revaz Laqidze 1921 -ci il iyulun 10-da Rusiya imperiyasının Kutaisi quberniyasının Bağdati kəndində anadan olub.
1948-ci ildə Laqidze Tiflis Konservatoriyasının bəstəkarlıq sinfini bitirib. Bəstəkarlıq fakültəsində məşhur gücü bəstəkarı Andrey Balançivadzenin kursununda təhsil alıb.[2] Revaz Laqidze yaradıcılıq fəaliyyətinə 1940-cı ildə başlayıb. Onun kinoda ilk iş 1951-ci ildə “On bir zirvəyə fırtına” sənədli filmi olub.[3]
Revaz Laqidze Tbilisi Filarmoniyasının simfonik orkestrlərində (1941-1945), sonra isə Gürcüstan Radiosunda (1945-1949) skripka ifaçısı kimi çalışıb. O, musiqi fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olub. Laqidze 1962-ci ildən Tiflis Pedaqoji İnstitutunun musiqi kafedrasına rəhbərlik etməyə başlamışdır.
1964-cü ildən isə Revaz Laqidze Tiflis Konservatoriyasında dərs demişdir.
Revaz Laqidzenin yaradıcılığında mahnı janrı mühüm yer tuturdu. Bəstəkar şair Pyotr Qruzinski ilə əməkdaşlıq edərək məşhur “Tbiliso” mahnısını yazmışdır. Melodiya 1959-cu ildə ekranlara çıxmış film üçün Qruzinskinin sözlərinə bəstələnmişdir. Film Tbilisi şəhərinin 1500 illiyinə həsr olunmuşdur. "Tbiliso" ifadəsi "Tbilisi" sözünün çağırış formasında səslənməsidir. Şəhərə müraciət mənasını əks etdirir. 1974-cü ildə "Melodiya" ümumittifaq qramafonyazma müəssisəsi "Tbiliso" mahnısının da daxil olduğu "Orera" gürcü vokal-instrumental ansamblının kompozisiyalarından ibarət iki böyük disk istehsal etmişdir.[4] "Tbiliso" mahnısı dərhal ümumittifaq hitə çevrildi. 1976-cı ildə Nani Breqvadze "Mahnı-76" ümumittifaq festivalında onunla debüt etdi.
Laqidze musiqili komediyalar, simfonik və kamera instrumental əsərləri üzərində də işləmişdir. O, həmçinin piano parçaları, romanslar, tamaşalar və filmlər üçün musiqilər də bəstələyib.
"Lela" operasını Medea Amiranaşvili, Zurab Anjaparidze, Tariel Çiçinadze, Jemal Mdivani, Şota Çankvetadze, Elza Garsevanişvilinin iştirakı ilə yazmışdır. Operanın premyerası 1973-cü ildə baş tutmuşdur.
Revaz Laqidze 1981-ci il oktyabrın 16-da vəfat etmişdir.