Nani Georgiyevna Breqvadze (gürc. ნანი გიორგის ასული ბრეგვაძე; 21 iyul 1936, Tbilisi, Gürcüstan SSR, SSRİ) — sovet və gürcü müğənnisi, pianoçu, pedaqoq. SSRİ xalq artisti (1983).
Nani Breqvadze | |
---|---|
gürc. ნანი ბრეგვაძე | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Nani Georgiyevna Breqvadze |
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, Gürcüstan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ → Gürcüstan |
Milliyyəti | gürcü |
Uşağı |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1963-cü ildən |
Janr | romans |
Musiqi aləti | fortepiano |
Səs tembri |
mezzo-soprano kontralto |
Təhsili |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Nani Breqvadze 21 iyul 1936-cı ildə[1] (digər mənbəyə əsasən, 1938-ci ildə[2]) Tbilisidə anadan olmuşdur.
Musiqiçi ailəsində böyüyüb. Hələ altı yaşı olarkən, qədim rus mahnı və romanslarını ifa edirdi.
Əvvəlcə musiqi məktəbini, sonra isə musiqi texnikumunu bitirib. 1956-cı ildən Gürcüstan Politexnik İnstitutunun özfəaliyyət estrada orkestrində iştirak edib. 1957-ci ildə Moskvada "Mən şamı söndürdüm" (rus. Потушила я свечу) 6-cı Ümumdünya gənclər və tələbələr festivalının laureatı olub.
1963-cü ildə V. Saracişvili adına Tbilisi dövlət konservatoriyasında professor Qayane Maçutadzanin fortepiano sinfini bitirib. Xüsusi vokal təhsili almayıb. 1959–1964-cü illərdə K. Pevznerin rəhbərliyi altında Gürcüstan dövlət filarmoniyasının "Rero" Tbilisi dövlət estrada orkestrində oxumağa başlayıb.
1964-cü ildə Parisdəki Moskva müzik-holluna qastrol səfəri edib. O zaman ilk dəfə olaraq, dünya şöhrətli "Olimpiya" zalında çıxış etmişdir. Qastrollardan sonra onu "Orera" vokal-instrumental ansamblına dəvət edirlər. Breqvadze həmin ansamblda 15 il solist vəzifəsində fəaliyyət göstərir və 80-dən çox ölkədə çıxış edir.
1966-cı ildə ansambla təşrif gətirən Vaxtanq Kikabidze (zərb alətləri, vokal) ilə müğənninin sıx dostluq əlaqələri yaranır.
1980-ci ildə solo karyerasına başlamışdır.
Nani Breqvadze 1960-cı illərdə İzabella Yuryeva, Tamara Sereteli, Keto Caparidzenin ənənələrini dirçəldərək tamaşaçılara rus və qaraçı romanslarını yenidən qaytaran müğənnilərdən biridir.[3]
Oxuduğu əksər mahnı və romanslar yazdırdığı qramplastinkalara daxil edilmişdir: "Oxuyur Nani Breqvadze" (rus. Поет Нани Брегвадзе) (1971), ""Orera" ansamblı" (rus. Ансамбль „Орэра“) (1973), "Romans, romans" (rus. Романс, романс) (1995), "Nyu-York konserti" (rus. Концерт в Нью Йорке) (1997) və başqaları. 2005–2006-cı illərdə Marina Svetayeva və Bella Axmadulinanın sözlərinə yazılmış mahnılar da daxil olmaqla, əvvəllər ifa etmədiyi kompozisiyalardan ibarət disk yazdırmışdır. Vyaçeslav Malejikin şeirləri əsasında silsilə mahnılar oxumuşdur.
1990-cı illərin sonunda "Romansiada" gənc ifaçıların Moskva beynəlxalq müsabiqəsinin münsiflər heyətinin tərkibinə daxil edilmişdir.
1997-ci ildə öz rəhbərliyi altında "Nani" şirkətini yaratmışdır. Şirkətin məqsədi Gürcüstanın sənətə yeni başlamış müğənnilərinə dəstək olmaq, həmçinin ölkədə xarici müğənnilərin çıxışlarını təşkil etməkdir.
"Qadınlar sülh tərəfdarıdır" (rus. Женщины за мир) assosiasiyasının və "Metexi" qadınlar klubunun üzvüdür. "Sovet qadını" cəmiyyətinin üzvü olmuşdur.
2000-ci ildə Gürcüstanda Nani Breqvadzenin xatirə ulduzu qoyulmuşdur.
Pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2002-ci ildən başlayaraq bir neçə il Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi institutunda estrada-caz oxuması kafedrasının müdiri olmuşdur.
2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi zamanı Rusiyada nəzərədə tutulmuş yubiley konsertini ləğv etmişdir.[4]
28 mart 2015-ci ildə Россия К telekanalının "Романтика романса" verilişi müğənniyə həsr edilmişdir. 3 iyun 2015-ci ildə ORT kanalında Yuliya Menşovanın "Наедине со всеми" proqramının qonağı olmuşdur. 21 noyabr 2016-cı ildə isə "Pozner" müəllif proqramı üçün Vladimir Poznerə müsahibə vermişdir.[5]
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1966 | Dağlarda görüş | gürc. შეხვედრა მთაში | mahnı ifaçısı |
1969 | Moskva notlarda | rus. Москва в нотах | mahnı ifaçısı |
1970 | Orera, tam irəli! | gürc. ორერა სრული სვლით! | |
1971 | Sevgilim üçün boyunbağı | gürc. სამკაული ჩემი სატრფოსათვის | Ayşə |
1971 | Əllərinin istisi | gürc. წუთისოფელი | mahnı ifaçısı |
1973 | Vera məhəlləsinin melodiyaları | gürc. ვერის უბნის მელოდიები | Vardonun ifası |
1974 | Gecə səfəri | gürc. ღამის ვიზიტი | mahnı ifaçısı |
1977 | Sahillər[9] | gürc. დათა თუთაშხია | mahnı ifaçısı |
1981 | Əlverişsiz hava üçün təşəkkür | rus. Спасибо за нелётную погоду | mahnı ifaçısı |
1981 | Pəncərələri açın | rus. Распахните окна | mahnı ifaçısı |
1982 | Çağırış qəbul edin, cənablar! | rus. Примите вызов, синьоры! | mahnı ifaçısı |
1983 | Qədim rus nəğmələri | rus. Старинные русские романсы | |
1984 | Dunayevski ilə birlikdə | rus. Вместе с Дунаевским | mahnı ifaçısı |
1985 | Mavi şəhərlər | rus. Голубые города | mahnı ifaçısı |
1987 | Uşaqlıq zamanı | gürc. ხანა ჩვენი ბავშვობისა | |
1991 | Mən xaç Peleyəm! | rus. Я крёстный Пеле! | Maka |
2006 | Sınmış fənərlər küçəsi 8 | rus. Улицы разбитых фонарей 8 | Veronika Jemçujnikova |
2006 | Üç vals | rus. Три вальса | |
2008 | Sofiko | rus. Софико | |
2012 | Ləhcəli məhəbbət | rus. Любовь с акцентом | yubilyar |