Tefik Bıyıklıoğlu

Mehmet Tefik Bıyıklıoğlu (1 yanvar 1891, Çanaqqala24 noyabr 1961, Ankara; türk. Tevfik Bıyıklıoğlu) — Türkiyə siyasətçisi, diplomatı,[1][2] Türk Tarix Qurumunun ilk prezidenti və qurucu üzvü.[3]

Mehmet Tefik Bıyıklıoğlu
türk. Mehmet Tevfik Bıyıklıoğlu
bayraq
Türkiyə prezidenti katibliyinin rəhbəri
bayraq2
4 noyabr1928 – 4 mart 1932
ƏvvəlkiYusif Hikmət Bayur
SonrakıƏrcümən Əkrəm Talu
bayraq
Türkiyə Respublikasının RSFSR-də səfiri
bayraq2
1927 – 1928
ƏvvəlkiZəkayi Apaydın
SonrakıHüseyn Yusif Çınar
bayraq
Türkiyə Tarix Qurumu rəhbəri
bayraq2
14 aprel 1931 – 8 aprel 1932
ƏvvəlkiPost yaradılmışdır
SonrakıYusif Akçura
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1891(1891-01-01)
Doğum yeri
Vəfat tarixi 24 noyabr 1961(1961-11-24) (70 yaşında)
Vəfat yeri
Partiya Cümhuriyyət Xalq Partiyası
Təhsili Türkiyə Quru Qoşunları Hərbi Məktəbi
İxtisası hərbçi, tarixçi
Fəaliyyəti Hərbçi, diplomat, dövlət quluqçusu
Hərbi xidmət
Xidmət illəri 1905-1926
Mənsubiyyəti Osmanlı imperiyası
Türkiyə Türkiyə
Qoşun növü quru qoşunları
Rəhbərlik edib Türkiyə İstiqlaliyyət müharibəsində Qərb Cəbhəsinin Əməliyyatlar Şöbəsinin Müdiri
Döyüşlər İtaliya-Osmanlı müharibəsi
Birinci Dünya müharibəsi
Türkiyə İstiqlaliyyət müharibəsi
Rütbəsi miralay

Təltifləri "Hərb" medalı (Osmanlı imperiyası)
"Ləyaqət" medalı (Osmanlı imperiyası)
"Dəmir xaç" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tefik Bıyıklıoğlu 1905-ci ildə Hərbi Məktəbə daxil olub. 1908-ci ildə artilleriya zabiti rütbəsi ilə məktəbi yüksək nəticələrlə bitirdi. 1911-ci ildə İtaliya-Osmanlı müharibəsində iştirak edib. 1914-cü ildə Hərbi Akademiyanı yüksək nəticələrlə başa vurub. Bıyıklıoğlu 1915-ci ildə peşəkar zabit oldu. Birinci Dünya müharibəsində müxtəlif vəzifələrdə xidmət edib. 1920-ci ilin iyulunda Anadoluya gedib Türkiyə İstiqlaliyyət müharibəsi qatıldı. Qərb Cəbhəsinin Əməliyyatlar Şöbəsinin Müdiri vəzifəsinə təyin edildi. O, bu vəzifəni müharibənin sonuna qədər davam etdirdi. O, 1923-cü ildə qazandığı nailiyyətlərə görə kaymakam rütbəsinə yüksəlib. Dövlət xidmətində naliyyətlərinə görə “Qırmızı zolaqlı İstiqlal” medalı ilə təltif edilib. Lozanna Sülh Konfransında iştirak edən nümayəndə heyətində hərbi məsləhətçi vəzifəsində çalışıb.

1924-cü il martın 18-də Baş Qərargahda Baş katib vəzifəsinə təyin edildi. 1924-cü il mayın 1-də o, Baş Qərargahın Baş Katibliyi rəhbəri vəzifəsində qalmaq şərti ilə Prezident Katibliyinin rəhbəri vəzifəsinə təyin edildi. 1926-cı ildə Miralay rütbəsi aldıqdan sonra hərbi xidmətdən təqaüdə çıxdı. 1927-ci il noyabrın 9-dək Prezident Katibliyinin rəhbəri vəzifəsini davam etdirdi. Bu vəzifəsindən sonra Moskva şəhərinə TÜrkiyə Respublikasının səfiri vəzifəsinə təyin olundu. 4 noyabr 1928-ci ildə ikinci dəfə Prezidentliyin Baş katibi vəzifəsinə təyin edildi. 1932-ci il martın 4-də bu vəzifədə fəaliyyəti başa çatdı.

Türk Tarix Qurumunun ilk prezidenti oldu.

1961-ci il noyabrın 24-də vəfat edib.

  • Hindistan tarixi (türk. Hint Tarihi), 1931.
  • Trakiyada Milli mübarizə (türk. Trakya'da Milli Mücadele), 2 cild, 1956.
  • Atatürk Anadoluda (türk. Atatürk Anadolu'da), 1959,
  • Türk İstiqlaliyyət Müharibəsi (türk. Türk İstiklâl Harbi), 2 cild, 1962.
  1. "M. Tevfik Bıyıklıoğlu". www.biyografya.com. 2023-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-06.
  2. "Tevfik BIYIKLIOĞLU". kaynakca.hacettepe.edu.tr. 2023-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-06.
  3. Walter F. Weiker. Political Tutelage and Democracy in Turkey: The Free Party and Its Aftermath. E.J. Brill. 1973. ISBN 90-04-03818-3. 2023-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]