Teuçejsk rayonu

Teuçejsk rayonu (adıq Теуцожь район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ponejukay auludur.

Teuçejsk rayonu
Gerb
Gerb

44°53′06″ şm. e. 39°23′24″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1929
Sahəsi
  • 710 km²
Əhalisi
Əhalisi
  • 22.196 nəf. (2023)[1]
Rəsmi sayt
Teuçejsk rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teuçejsk rayonu Adıgey Respublikasının şimal-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 697.97 km²-dir. Bura 1 şəhər və 6 kənd yaşayış məntəqəsi daxildir.

Aşağıdakı ərazilərlə həmsərhəddir: şimal-şərqdə Krasnoqvardeysk rayonu, şərqdə Beloreçensk rayonu, cənubda Qoryaçı Klyuç rayonu, qərbdə Taxtamukaysk rayonu, şimaldan Krasnodar su anbarı ilə ayrılan Krasnodar şəhər dairəsi ilə. Qərbdən, şimaldan və şərqdən bir yarım halqada olan rayon Adıgeysk şəhərini əhatə edir.

Rayon respublikanın düzənlik zonasında yerləşir. Ərazisi şimalda bir qədər parçalanmış və zəif dalğalıdır. Tədricən cənubdan təpəli əraziyə çevrilir. Cənub-şərqdən şimal-qərbə qədər hündürlükdə ümumi bir azalma var. Bölgənin torpaq örtüyündə qara torpaq ən geniş yayılmışdır.

Rayonun əsas su yolu bölgədəki Krasnodar su anbarını meydana gətirən Kuban çayıdır. Rayon ərazisindən axan digər çaylar:Pşiş, Marta, Apças, Psekups, Çetuk və başqaları. Tlyustenxabl qəsəbəsi və Tuğurqa aulunda təmizləyici qurğular var.

Rayonda iqlim rütubətli və mülayimdir, Qara dənizə yaxınlığı nəzərə çarpacaq dərəcədə təsirlidir. Havanın orta temperaturu iyulda + 24.0 ° C-dən yanvarda 0 ° C-ə qədər dəyişir. Ən yüksək temperatur avqustun əvvəllərində, ən aşağı isə yanvarın sonu və ya fevralın əvvəlində müşahidə olunur. Orta illik yağıntının miqdarı təxminən 700 mm-dir. Ən çox yağıntı yayda düşür.

5 avqust 1924-cü ildə, Cənub-Şərq diyarının Adıgey (Çerkes) Muxtar Vilayətinin ləğv edilmiş Psekupski rayonu ərazisinin bir hissəsində, mərkəzi Ponejukay aulu olan Cicixabl rayonu təşkil edilir. Əvvəlcə bura 6 kənd məclisi daxil idi: Assokolay, Qabukay, Cicihabl, Kuro-Ternovski, Ponejukay və Şabanoxabl. 1925-ci ildə Cicixabl rayonu Ponejukay adlandırılır. 7 fevral 1929-cu ildə ləğv edilmiş Taxtamukaysk ərazisi rayona birləşdirilir və rayon Psekupski adlandırılır. 28 dekabr 1934-cü ildə rayon keçmiş Ponejukay adı ilə keçmiş sərhədlərində bərpa edilir. 15 iyul 1940 Ponejukay rayonu Adıgey xalq şairi - Tsuq Teuçejin şərəfinə Teuçejsk adlandırıldı. 5 dekabr 1956-cı il tarixdən 5 avqust 1957-ci ilədək rayon ləğv edildi və ərazisi Taxtamukaysk rayonunun bir hissəsi oldu. 1 fevral 1963-cü ildə ləğv edilmiş Oktyabrski rayonunun ərazisi Teuçejsk rayonunun bir hissəsi olur və Oktyabrski kəndi rayonun mərkəzi olaraq təyin edilir. 27 iyul 1976-cı ildə rayonun tərkibinə daxil olmayan regional tabeli Teuçejsk şəhəri yeni bir rayon mərkəzi olur. 25 aprel 1983-cü ildə Oktyabrski rayonu Teuçejsk rayonundan ayrıldı və ərazisi bərpa edilir. 1993-cü ildə kənd şuralarının fəaliyyəti dayandırılır və kənd idarələrinin əraziləri kənd rayonlarına çevrilir. 2000-ci ildə Teuçejsk rayonunun inzibati mərkəzi yenidən Ponejukay kəndinə köçürülür. 2005-ci ildə rayonda bütün kənd dairələri ləğv edildi. 1 şəhər və 6 kənd yaşayış məntəqəsi statusu ilə 7 bələdiyyə quruldu.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[2]:

xalq say,
nəf.
ümumi
əhaliyə olan nisbət, %
adıqlar 13 383 64,83 %
ruslar 5 626 27,25 %
ermənilər 230 1,11 %
azərbaycanlılar 216 1,05 %
digərləri 592 2,87 %
milliyətini bildirməyənlər 596 2,89 %
ümumi 20 643 100,0 %

Rayon iqtisadiyyatında əsas rolu sənaye və kənd təsərrüfatı tutur[3].

Sənaye aparıcı bir sahədir. 1 yanvar 2018-ci il tarixinə rayonda 4 böyük, 1 orta, 7 kiçik və 2 mikro müəssisə fəaliyyət göstərir.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Əkin sahələrinin strukturunda sənaye bitkiləri əhəmiyyətli sahələr tutur. Bu qrup bitrkilərdə çeşidlilik və müvafiq olaraq ümumi məhsul durmadan artır. Həmçinin ərazidə düyü bitkilərinin becərilməsi üçün ayrılan sahə də vardır.

Rayonda 340 hektar bağ salınmışdır ki, bunun da 309 hektarı damcı suvarma ilə suvarılan intensiv tipli bağlardır.

Rayonda baş verən hadisələri təqdis edən "Teuçejsk xəbərləri" adlı regional qəzet nəşr olunur[4]. Qəzet həftədə iki dəfə dərc olunur.

Rayonun rəsmi saytı var.

Məşhur sosial şəbəkələrdə rayon administrasiyasının rəsmi səhifələri vardır.

  1. https://23.rosstat.gov.ru/storage/mediabank/%D0%A7%D0%B8%D1%81%D0%BB%D0%B5%D0%BD%D0%BD%D0%BE%D1%81%D1%82%D1%8C%20%D0%BF%D0%BE%D1%81%D1%82%D0%BE%D1%8F%D0%BD%D0%BD%D0%BE%D0%B3%D0%BE%20%D0%BD%D0%B0%D1%81%D0%B5%D0%BB%D0%B5%D0%BD%D0%B8%D1%8F%20%D0%BF%D0%BE%20%D0%9C%D0%9E%20%D0%B8%20%D0%BD%D0%B0%D1%81%D0%B5%D0%BB%D0%B5%D0%BD%D0%BD%D1%8B%D0%BC%20%D0%BF%D1%83%D0%BD%D0%BA%D1%82%D0%B0%D0%BC%20%D0%BD%D0%B0%201%20%D1%8F%D0%BD%D0%B2%D0%B0%D1%80%D1%8F%202012-2023%20%D0%B3%D0%BE%D0%B4%D0%BE%D0%B2.rar (rus.).
  2. "Всероссийская перепись населения 2010 года. Численность населения Республики Адыгея. Том 4. Национальный состав" (PDF). 2013-11-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-11.
  3. "Теучежский район: Экономика". 2019-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-01.
  4. "Теучежские вести". 2019-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-01.