Tez gəl — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının müəllifi Xanım İsmayılqızıdır. Mahnı Aygün Kazımovanın "Sevdim" albomuna daxildir. Klip Aygün Kazımovanın müəllifliyi ilə Sankt-Peterburqda lentə alınmışdır. Klipdə Aygün Kazımovanın estetik cərrahiyə zamanı görüntüləri lentə alınmışdır.[1][2]Klipin rejissoru Ülviyyə Könüldür.
sinql | |
Tez gəl | |
---|---|
İfaçı | Aygün Kazımova |
Albom | Sevdim |
Yayımlanıb | 2001 |
Janr | pop |
Dil | azərbaycanca |
Müddət | 04:02 |
Bəstəkar | Xanım İsmayılqızı |
Sözlərin müəllifi | Xanım İsmayılqızı |
Prodüser | Aygün Kazımova |
"Tez gəl" adlı lirik bir mahnı tapdıq. Ardınca da estetik əməliyyat olunmağa qərar verdim. Olduqca ağır bir əməliyyat seçdim. Hətta seçdiyim mahnıya çəkdirəcəyim klipdə əməliyyat prosesindən kadrların salınmasını istədim. Prodüserimi çağırdım, dedim ki, yaradıcı qrupumu topla, Sankt-Peterburqa gedirik.
8 saat davam edən estetik əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim. Əməliyyatdan sonra işçilərim yeni ölçülərimə heyranlıqla baxırdılar. Bakıya gələndən sonra mətbuat konfransı keçirdim. Haqqımda "Aygün daha bizi təəccübləndirmir" deyə, yazan jurnalist qız da mətbuat konfransında idi. İşıqlar söndürüldü, klipin nümayişinə başlandı. Əvvəlcə heç kim nə baş verdiyini anlamadı. Klip başa çatdı, zalda əyləşənlərdən səs çıxmadı. İşıqlar yandırıldı, baxdım ki, kimi ağlayır, kiminin isə hətta ürəyi gedib... Heç kim danışmır. Bununla da hamı şok oldu"Aygün Kazımovanın Türkiyənin "Hürriyet" qəzetinə verdiyi müsahibəsi zamanı estetik əməliyyatları və klip haqqında[3][4]