Thích Quanq Dık (釋廣德, 1897 – 11 iyun 1963, Sayqon, Cənubi Vyetnam) — 11 iyun 1963-cü ildə Sayqonda yol kəsişməsində özünü yandıraraq ölən Vyetnam Mahayana Buddist rahib idi. Dık ABŞ-ın dəstəklədiyi Cənubi Vyetnam hökumətinin qatı roma katoliki olan Nqo Din Zyem tərəfindən buddistlərə edilən təqiblərə qarşı çıxırdı. Onun özünü yandırması ilə bağlı fotoşəkillər bütün dünyada yayılaraq Diem hökumətinin siyasətinə diqqət çəkdi. Con Kennedi bir fotoşəkil haqqında dedi: "Tarixdə heç bir şəkli dünyada bu qədər emosiya yaratmamışdır." Malkolm Braun rahibin ölümünü əks etdirən fotoya görə "İlin Dünya Mətbuat Fotosu" mükafatını qazanıb.
Thik Quanq Dık | |
---|---|
vyet. Thích Quảng Đức | |
Doğum tarixi | |
Doğum yeri | Hoi Khanh, Amman, Fransız Hind-Çini |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | Özünü yandırma |
Fəaliyyəti | bhikşu |
Vikianbarda əlaqəli mediafayllar |
Quanq Dıkın bu hərəkəti Din üzərində beynəlxalq təzyiqi artırdı və onu Buddistləri sakitləşdirmək niyyəti ilə islahatlar elan etməyə vadar etdi. Lakin vəd edilən islahatlar həyata keçirilmədi və bu, mübahisənin pisləşməsinə səbəb oldu. Etirazlar davam edərkən, Dının qardaşı Niqo Dinh Nhuya sadiq Xüsusi Təyinatlı Qüvvələri Cənubi Vyetnamda Buddist paqodalarına basqınlar edilmiş və bunun nəticəsi kimi yeni ölümlərə və dağıntılar baş vermişdir. Buna cavab olaraq, bir neçə Buddist rahib Quanq Dıkdan nümunə götürərək özlərini də yandırdılar. Nəhayət, ABŞ-ın dəstəklədiyi hərbi çevriliş nəticəsində 2 noyabr 1963-cü il tarixində prezident Diem qiyamçılar tərəfindən öldürülmüşdü
Quanq Dıkın həyatı haqqında məlumatlar Buddist təşkilatları tərəfindən yayılan məlumatlardan əldə edilir. O, mərkəzi Vyetnamın Khan Noa əyalətinin Vạn Ninh rayonundakı Hoi Khanh kəndində anadan olub. Doğulandan sonra ona Lam Van Tuk adı verilmişdi Yeddi yaşında Buddizmi öyrənmək üçün əmisinin yanına getdi. Əmisi və eyni zamanda ruhani müəllimi olan Thík Hoang Tam onu oğul kimi böyütmüşdü. 15 yaşında o, samanera (öyrənən) andını içdi və 20 yaşında Thík Quanq Dık dharma adı ilə rahib təyin edildi. Təyinatdan sonra o, Ninh Hoa yaxınlığındakı dağa getdi və üç il tək Buddizmi tətbiq edən zahid həyatı yaşamağa söz verdi. O, sonrakı illərdə dağdakı sığınacaq yerində Thien Lok paqodasını açmaq üçün geri qayıtdı.
Özü-özünə tətbiq etdiyi təcrid başa çatdıqdan sonra o, dharmanı təbliğ etmək məqsədilə mərkəzi Vyetnama səfər etdi. İki ildən sonra Nha Trang yaxınlığındakı Sac Tu Thien An paqodasında zahidlik həyatı sürməyə başladı. 1932-ci ildə o, doğma Khánh Hoa əyalətində rahiblərin müfəttişi olmamışdan əvvəl Ninh Hoadakı Buddist Dərnəyinin müfəttişi təyin edildi. Mərkəzi Vyetnamda bu dövrdə 14 məbədin tikintisinə cavabdeh idi.[1] 1934-cü ildə o, Vyetnamın cənubuna köçdü və Buddist təlimlərini yaymaqla əyalətləri səfər etdi. Cənubi Vyetnamda olduğu müddətdə o, iki il Kambocada da Theravada Buddist təlimlərini daha dərindən öyrəndi.
Kambocadan qayıtdıqdan sonra o, cənubda yaşadığı müddətdə daha 17 yeni məbədin tikintisinə nəzarət etdi. Tikintisinə cavabdeh olduğu 31 yeni məbədin sonuncusu Sayqonun kənarındakı Gia Anh əyalətinin Phú Nhuận rayonundakı Quan The Am paqodası idi.[1] Məbədin dayandığı küçə daha sonra 1975-ci ildə Quanq Dık küçəsi adlandırıldı. Məbədin tikintisi mərhələsindən sonra Quanq Dık Vyetnam Rahibləri İcmasının Mərasim Ayinləri üzrə Panelin sədri və Buddist Araşdırmalar Assosiasiyasının ilkin yerləşdiyi yeri olan Fuok Hoa paqodasının abbatı vəzifəsinə təyin edildi. Assoasiyanın ofisi Sayqonun əsas paqodası olan Xá Lợi Paqodasına köçürüldükdə Quanq Dık tutduğu vəzifədən istefa verdi.[2]
Dini tərkibinə görə əhalinin 70–90 faizi buddist olduğu təxmin etdiyi bir ölkədə Prezident Diem katolik azlığına aid idi və ayrı-seçkilik siyasəti yürüdürdü. Dövlət qulluğunda və hərbi vəzifələrdə katoliklərə üstünlük verilirdi, həmçinin onlara torpaqların ayrılması, biznesin qurulması və vergi sahəsində bir çox güzəştlər verilirdi. Diem bir dəfə yüksək rütbəli zabitə zabitin buddist ailədən olduğunu unudaraq dedi: "Katolik zabitlərinizi vacib yerlərə qoyun. Onlara etibar etmək olar". Vyetnam Respublikası Ordusunda bir çox zabitlər hərbi karyeralarını inkişaf etdirmək üçün katolik məzhəbini qəbul etməyə məcbur olurdular. Bundan əlavə, kənd özünümüdafiə dəstələrinə odlu silahların paylanması zamanı yalnız katoliklərinə ilk növbədə üstünlük verilirdi. Orduda olan Buddist əsilli hərbçilərin katolik məzhəbini qəbul etmədiyi təqdirdə hər hansı karyera yüksəlişinə imtina olunurdu.
Bəzi katolik dini xadimləri özlərinin şəxsi ordularına malik idilər. Hökumətin göz yumduğu bəzi ərazilərdə məcburən dinin dəyişdirilməsi, talanlar və paqodaların sökülməsi baş verirdi.[3] Bəzi Buddist kəndləri yardım almaq və ya Diệm rejimi tərəfindən zorla köçürülməmək üçün kütləvi dinlərini dəyişirdilər.[4] Fransızlar tərəfindən Buddizmə tətbiq edilən və ictimai Buddist fəaliyyətlərini həyata keçirmək istəyənlərin rəsmi icazə almasını tələb edən "özəl" status Diem tərəfindən ləğv edilmədi.[5] Katoliklər də hökumətin bütün vətəndaşları yerinə yetirməyə məcbur etdiyi mükəlləfiyyət əməyindən de-fakto azad edilmişdi. Amerika Birləşmiş Ştatları tərəfindən göndərilən yardım Diem rejimi tərəfindən əsasən katoliklərin çoxluq təşkil etdiyi kəndlərə şəkildə paylanırdı.[6]
Katolik kilsəsi ölkənin ən böyük torpaq mülkiyyətçisi idi və əmlakın əldə edilməsində xüsusi güzəştlərdən istifadə edirdi. Katolik kilsəsinə məxsus torpaqlar torpaq islahatından azad edilmişdi.[7] Ağ və qızıl Vatikan bayrağı müntəzəm olaraq Cənubi Vyetnamdakı bütün böyük ictimai tədbirlərdə dalğalanırdı.
Buddistlərin narazılığı mayın əvvəlində Qautama Buddanın doğum günü olan Vesakda Hue şəhərində Buddist bayrağının dalğalanmasının qadağan edilməsindən sonra yaranıb. Bir neçə gün əvvəl katoliklər Diemin böyük qardaşı Hue arxiyepiskopu Ngo Dınh Thụk üçün keçirilən bayram tədbirində Vatikan bayrağını dalğalandırmağa təşviq edilmişdilər. Buddistlərin böyük bir izdihamı Buddistlərin müqəddəs Vesak günündə Buddist bayraqlarını dalğalandıraraq və hökumət yayım stansiyasına yürüş edərək hökumətə meydan oxuyaraq qadağaya etiraz ediblər. Hökumət qüvvələri etirazçılara atəş açmış və nəticədə, 9 nəfər həlak oldu. Diệm-in məsuliyyəti öz üzərinə götürməkdən imtina etdi. O, ölümlərdə Vyet Konq-u günahlandırdı.
10 iyun 1963-cü ildə ABŞ müxbirlərinə xəbər verildi ki, ertəsi gün səhər Kambocanın Sayqondakı səfirliyinin qarşısındakı yolda "vacib bir şey" baş verəcək.[9] Jurnalistlərin çoxu mesaja məhəl qoymadılar, çünki buddist böhranı o vaxt bir aydan çox davam edirdi və ertəsi gün The New York Times- dan David Halberstam və Associated Press (AP) agentliyinin Sayqon bürosunun rəhbəri Malkolm Braun da daxil olmaqla yalnız bir neçə jurnalist gəldi. Quanq Dık yaxınlıqdakı paqodada başlayan yürüşün içtirakçısı kimi ora gəldi. Təxminən 350 rahib və rahibə bu yürüşdə iştirak etdi. Onlar Diệm hökumətini və onun buddistlərə qarşı siyasətini pisləyib, ondan dini bərabərlik vədlərini yerinə yetirməsini tələb ediblər.
Hadisə Prezident Sarayından bir neçə məhəllə cənub-qərbdə və Van Duyet küçəsinin kəsişməsində baş verib. Quanq Dık digər iki rahiblə birlikdə maşından çıxdı. Biri yola yastıq qoydu, ikincisi isə baqajı açıb beş qallonluq benzin qabını çıxardı. Yürüş iştirakçıları onun ətrafında dairə qurarkən Quanq Dık yastıqda ənənəvi Buddist meditativ lotus mövqeyində oturdu. Bir həmkarı benzin qabının içindəkiləri Quanq Dık-in başı üzərindən boşaltdı. Quanq Dık Nam mô A Di Đà Phật (" Amitabha Buddhaya hörmət")sözlərini oxudu . Bundan sonra kibriti yandıraraq və üstünə atdı. Alov onun paltarını və bədənini yandırmağa başladı və yanan bədənindən qara yağlı tüstü çıxırdı.
Quanq Dıkin özünü yandırmazdan əvvəl söylədiyi son sözləri onun tərk etdiyi məktubda sənədləşdirilmişdir:
"Gözlərimi yummazdan və Buddanı görməzdən əvvəl mən Prezident Nqo Din Zyemdən hörmətlə xahiş edirəm ki, ölkə xalqına mərhəmət göstərsin və vətənin gücünü əbədi olaraq qorumaq üçün dini bərabərliyi həyata keçirsin. Mən hörmətli, möhtərəm sanqa üzvlərinə və adi Buddistlərə səslənirəm. Buddizmin müdafiəsi üçün qurbanlar vermək üçün birləşin.".
David Halberstam yazırdı:
"Oraya yenidən baxmaq lazım idi, amma bir dəfə kifayət etdi. Alov adamın üzərində yandı, yavaş-yavaş quruyub büzüşdü, başı qaraldı və kömürə döndü. Yanan insan əti qoxusu gəlirdi, insanlar təəccüblü dərəcədə tez yanır. Arxamda yığılan vyetnamlıların hıçqırıqlarını eşitdim. Şokda olduğum üçün ağlaya bilmirdim, çaşqınlıqdan nə yaza bilirdim, nə də sual verə bilirdim, mat qaldığım üçün düşünə də bilmirdim… O, nə bir əzələ hərəkət etdirdi, nə yanan zaman səs çıxartdı. Onun açıq-aşkar özünü idarə etməsi ətrafdakı hönkür-hönkür ağlayan insanlardan fərqlənirdi."
Tamaşaçılar əsasən sükut içində qaldılar, lakin bəziləri fəryad etdi və bir neçəsi dua etməyə başladı. Rahiblərin və rahibələrin çoxu, eləcə də şoka düşən bəzi insanlar yanan rahibə səcdə etdilər. Hətta toplaşan izdihamı idarə etmək əmri alan bəzi polislər də onun qarşısında səcdə etdilər.[10]
İngilis və Vyetnam dillərində bir rahib mikrofona təkrarladı: "Buddist keşiş özünü yandıraraq öldürür. Buddist keşiş şəhid olur." Təxminən 10 dəqiqədən sonra Quanq Dıkın cəsədi tamamilə yandırıldı və nəticədə o, arxaya doğru aşdı. Yanğın söndükdən sonra bir qrup rahib tüstülənən cənazəni sarı paltarla örtüb onu götürüb tabuta sığdırmağa çalışsa da, bədəni oraya yerləşdirə bilmədi. Onu Sayqonun mərkəzində yerləşən Xa Loi paqodasına aparan zaman qollarından biri tabutdan düşmüşdü.
Təxminən günorta saat 13:30-da 1000-ə yaxın rahib yığıncaq keçirmək üçün içəri toplaşmışdı, kənarda isə Buddist tərəfdarı olan tələbələrin böyük bir izdihamı onun ətrafında insan səddi yaratmışdı. Yığıncaq tezliklə başa çatdı və 100 rahibdən başqa hamısı yavaş-yavaş kompleksi tərk etdi. Təxminən 1000 rahib, sadə insanların müşayiəti ilə kremasiya yerinə qayıtdı. Polis yaxınlıqda qaldı. Saat 18:00 radələrində otuz rahibə və altı rahib küçədə dua mərasimi keçirdikləri üçün həbs edildi.[11]
Özünü yandırandan sonra ABŞ, pozulmuş müqavilə ilə bağlı danışıqları yenidən başlamaq üçün Diem-ə daha çox təzyiq göstərdi. Diệm Buddist böhranını müzakirə etmək üçün fövqəladə iclası 11 iyun saat 11:30-a təyin etdi . Quanq Dıkın ölümündən sonra Diem görüşü ləğv etdi və nazirləri ilə təkbətək görüşdü. ABŞ-ın Cənubi Vyetnamdakı səfiri vəzifəsini icra edən Villiam Truehart, Diem'in dövlət katibi Nguyen Dınh Thuan vəziyyətin "təhlükəli şəkildə qırılma nöqtəsinə yaxın olduğunu" və Diemin Buddistlərin beş bəndlik manifestinə müsbət cavab verəcəyini gözlədiyini bildirdi. Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Din Rusk Sayqon səfirliyinə xəbərdarlıq etdi ki, əgər bu baş verməsə, Ağ Ev artıq bu rejimlə "özünün hər hansı əlaqəsinin olmadığını" açıq şəkildə elan edəcək.[12] Birgə Kommunike və Buddistlərə güzəştlər iyunun 16-da imzalandı.[13]
Dəfn mərasimi üçün 15 iyun təyin edildi və həmin gün 4000 insan Xá Lợi paqodasının qarşısında toplandı, yalnız mərasim təxirə salındı. İyunun 19-da onun qalıqları yenidən kremasiya və dəfn mərasimi üçün Xa Lợi'dən şəhərdən 16 kilometr (9.9 mil) cənubdakı qəbiristanlığa aparıldı. Birgə Kommunikenin imzalanmasından sonra Buddist liderlər və polis arasında razılaşmaya əsasən dəfn mərasimində təxminən 500 rahiblə məhdudlaşdırıldı.[13]
O dövrdə Cənubi Vyetnamın birinci xanımı hesab edilən (Dın subay olduğu üçün) Madam Nhu (Buddizmdən olan katolik dinini qəbul etmiş və Diemin kiçik qardaşı və baş məsləhətçisi Nqo Dinh Nhunun arvadı) "başqa bir rahibin barbekyu şousuna baxacağı halda yalnı ona əl çalacağını" söylədi. Həmin ayın sonunda Dın hökuməti Quanq Dıkın intihar edərək ölməyə məcbur edilməzdən əvvəl narkotik aldığını iddia etdi.[14] Rejim həmçinin Braunu Quanq Dıka özünü yandırmaq üçün rüşvət verməkdə ittiham edib.[15]