Tiran Kələkyan (erm. Տիրան Քէլէկեան; 1862[1][2], Kayseri – 20 oktyabr 1915, Çanqırı) — Osmanlı ermənisi jurnalist, yazıçı və siyasi tarixçi.
Tiran Kelekyan | |
---|---|
q.erm. Տիրան Քէլէկեան | |
Doğum tarixi | 1862[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 1915 |
Vəfat yeri | |
Vəfat səbəbi | erməni soyqırımı |
Fəaliyyəti | jurnalist, yazıçı, universitet müəllimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Tiran Kələkyan 1862-ci ildə Sərraf Qriqor Kələkyan Əfəndinin oğlu olaraq Osmanlı imperiyasında, Kayseridə anadan olmuşdur. O, 1880-ci ildə ticarət məktəbində oxumaq üçün Marselə göndərilmişdir. Kələkyan qayıdandan sonra jurnalist və hüquqşünas olmuşdur. O, erməni əlifbası ilə türkcə çıxan "Mənzumə-i Əfkar" qəzetinin redaktoru, erməni əlifbası ilə türkcə çıxan "Cahan" qəzetini bir il nəşr etdirmiş, eyni zamanda Həmid Vəhbinin "Səadət" qəzetində tərcüməçi, sonra isə redaktor olmuşdur. Kələkyan "Tarik Sabah" və "Cəridə-i Şərqiyyə" qəzetlərində yazıçı və baş redaktor olaraq çalışmış, ardınca 1904-cü ildə Londona köçmüşdür. O, 1908-ci ildə konstitusiyalı monarxiyanın elan edilməsi ilə İstanbula qayıtmışdır.[3] Kələkyan "Sabah" qəzetinin siyasi baş redaktoru olmuş, həmçinin 1909-–-cü illər arasında "Məktəb-i hərbiyyə" və "Məktəb-i mülkiyyə" kimi məktəblərdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir.[4] O, 24 aprel 1915-ci ildə həbs edilərək Çanqırıya göndərilmişdir.[5][6][7] Kələkyan 20 oktyabr 1915-ci ildə bir qrup əsgərin müşayiəti ilə məhkəmə qarşısına çıxarılmaq üçün hərəkət etdiyi zaman Qızılirmaq çayı üzərində yerləşən Çoxgöz körpüsündə öldürülmüşdür.[8] Buna baxmayaraq, Əli Çanqaya onun 1 sentyabr 1918-ci ildə vəfat vəfat etdiyini iddia edir.[3]