Elxani hökmdarlarının siyahısı

Elxanilər sülaləsi — Azərbaycanda 1256-1357-ci illərdə iqtidarda olmuş monqol xanədanı. Borucigin sülaləsinin bir qoludur. Bu sülaləyə bəzi ədəbiyyatda Hülakülər sülaləsi də deyilir. Bu sülalənin ilk nümayəndəsi Hülakü xan olmuşdur.

Elxani hökmdarlarının siyahısı
Ölkə
Hissəsidir Çingizlilər
Banisi Hülakü xan
Sonuncu hökmdar Loğman xan
Əsası qoyulub 1256
Soyun kəsilməsi 1357
Milliyyət Monqol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan sülalələri

Hülakü xan xristianlığa maraq göstərsə də ölümünə yaxın buddizmi qəbul etmişdir.[1] Abaqa xan buddist idi. Əhməd Təkudar xan doğulduqdan sonra vəftiz edilsə də daha sonra İslamı qəbul etmişdir.[2] Arqun xan vəftiz edilsə də buddist idi.[3] Baydu xan xristianlığa maraq göstərsə də, ondan müsəlman kimi davranmaq tələb edilirdi.[4][5] Sultan Mahmud Qazan xan buddist kimi yetişdirilsə də daha sonra İslamı qəbul etmişdir.[6] Sultan Məhəmməd Xudabəndə Olcaytu xan vəftiz edilsədə daha sonra əvvəl buddizmi, sonra isə İslamı qəbul etmişdir.[7]

  1. Hildinger, Erik (1997). Warriors of the Steppe: A Military History of Central Asia, 500 B.C. to 1700 A.D. Da Capo Press. ISBN 0-306-81065-4.
  2. Runciman, Steven (1987 (first published in 1952-1954)). A History of the Crusades 3. Penguin Books. ISBN 978-0-14-013705-7.
  3. Mantran, Robert (Fossier, Robert, ed.) "A Turkish or Mongolian Islam" in The Cambridge Illustrated History of the Middle Ages: 1250-1520, p. 298
  4. Atwood, Christopher P. (2004). The Encyclopedia of Mongolia and the Mongol Empire. Facts on File, Inc. ISBN 0-8160-4671-9.
  5. Jackson, Peter (2005). The Mongols and the West, 1221-1410. Longman. ISBN 0-582-36896-0.
  6. Richard Foltz, Religions of the Silk Road, Palgrave Macmillan, 2nd edition, 2010, p. 120 ISBN 978-0-230-62125-1
  7. Histoire de l'Empire Mongol, Jean-Paul Roux, p.408

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]