Arpa xan

Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336).

Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan
monq. Арпа Кэүн хан
30 noyabr 1335 – 15 may 1336
ƏvvəlkiƏbu Səid Bahadur
SonrakıMusa xan
Şəxsi məlumatlar
Doğum tarixi II minillik
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Sultaniyə
Fəaliyyəti suveren[d]
Atası Səfyan Borucigin
Anası Hacı xatun
Həyat yoldaşı Sultan Satıbəy xatun
Ailəsi Çingizlilər
Dini islam

Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı.

Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.

Hakimiyyətə iddiaçılar

[redaktə | mənbəni redaktə et]

Onun dövründə feodal müharibələri şiddətləndi. Həmdullah Qəzvini yazır ki, "bu dövrdə ölkədə çoxdan gözlənilən fitnə baş qaldırmışdı, dövlət əyanlarının hər birinin iddiası var idi, hər kəs öz nümayəndəsini səltənətə sahib etmək niyyətində idi". Əbu Səidi əvəz etmiş Arpa xanın mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün gördüyü tədbirlər nəticəsiz qaldı. Bir tərəfdən Əbu Səidin övladına hamilə olan Dilşad xatun, bir tərəfdən də Əbu Səidin anası Hacı xatunun qızışdırdığı Əmir Əli Padşah hakimiyyətə təhlükə törədirdi. Əli Padşahın başçılığı ilə mərkəzi hakimiyyətə qarşı çıxmış Oyrat tayfası Arpa xanı 9 may 1336-cı ildə məğlub etdi və 15 may 1336-cı ildə Sultaniyədə edam etdi. Yerinə Baydunun nəvəsi Musa xan gətirildi.[1]

  1. "Arpa xan - Encyclopedia Iranica". 2017-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]