Tofiq Şahmur oğlu Cahangirov (10 dekabr 1963, Novruzlu, Saatlı rayonu) — kardioloq, tibb elmləri doktoru[1], professor, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri (2017-2019)[2], Azərbaycan Kardiologiya jurnalının redaktoru[3], C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Arterial Hipertenziya" şöbəsinin rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının müdiri Professor Tofiq Cahangirov 30 Noyabr 2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. [4]
Tofiq Cahangirov | |
---|---|
Doğum tarixi | 10 dekabr 1963 (60 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kardiologiya |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Arterial Hipertenziya" şöbəsinin rəhbəri, ADHTİ-nin Kardiologiya kafedrasının professoru |
Təhsili |
Azərbaycan Tibb Universiteti Moskva Elmi-Tədqiqat Kardiologiya İnstitutu Moskva Dövlət Tibbi-Stomatoloji Universiteti |
Üzvlüyü |
|
Mükafatları | Tərəqqi medalı |
Tofiq Cahangirov 10 dekabr 1963–cu ildə ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1981-ci ildə Saatlı rayon Səməd Vurğun adına 1 saylı orta məktəbi bitirmiş və həmin ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1987-ci ildə həmin institutun müalicə-profilaktika fakültəsini bitirmişdir.
1993-cü ildə Rusiya Fedarasiyası A.L Myasnikov adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi olmuşdur. 2006-cı ildə Rusiya Federasiyası Moskva Dövlət Tibbi-Stomatoloji Universitetində doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru olmuşdur. 1994-1997-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun klinikasının baş həkimi olmuşdur. 1997-ci ildən 2019-ci ilə kimi Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun «Ürək Çatışmazlığı» şöbəsində böyük elmi işçi, 2019-cu ildən hal-hazıra kimi «Arterial Hipertenziya» şöbəsinin rəhbəri, 2011-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının professorudur.
Kardiologiya sahəsində 100 elmi iş, eyni zamanda monoqrafiyalar, tədris vəsaiti, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur. 3 monoqrafiyanın, 1 klinik protokolun və 1 dərsliyin müəllifidir.