Tofiq Məhəmməd oğlu Hüseynzadə (20 sentyabr 1946, Sarıyaqub, Basarkeçər rayonu – 13 noyabr 2006, Bakı) — Azərbaycan alimi, filoloq, şair, jurnalist və publisist. SSRİ Jurnalistlər Birliyinin üzvü (1987). Tofiq Hüseynzadə Səfəvilərin dövlət xadimi, mütəfəkkir, sufi şeyxi, övliya, sufi şair, pir, "Ocaq" sahibi, böyük elm və din xadimi Miskin Abdalın (1430–1535) oğlu Şadmanın nəslindəndir.
Tofiq Hüseynzadə | |
---|---|
Tofiq Məhəmməd oğlu Hüseynzadə | |
| |
Doğum tarixi | 20 sentyabr 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 13 noyabr 2006 (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Uşağı |
|
Atası | Məhəmməd |
Elm sahələri | filologiya, folklorşünaslıq, jurnalistika, publisistika |
İş yeri | |
Təhsili | |
Tanınır | Filoloq |
Tofiq Hüseynzadə 20 sentyabr 1946-cı il tarixdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər (1969-cu ildən Vardenis) rayonunun Sarıyaqub (keçmiş Zərgərli) kəndində doğulmuşdur.[1]
Tarixdə Miskin Abdal kimi tanınmış, Şah İsmayıl Xətainin mürşidi, Səfəvilərin görkəmli ideoloqu, dövlət xadimi və böyük Övliyası, hərbi sərkərdə, sufi şair, mütəfəkkir (filosof), Ozandan Aşığa (Haqq Aşiqliyinə), qopuzdan saza keçidin banisi, "Baş Divani", "Osmanlı Divanisi" ve sair çoxsaylı sufi-təsəvvüf musiqi bəstələrinin — Aşıq havalarının müəllifi, müqəddəs Ocaq-Pir sahibi Seyyid Hüseyn Məhəmməd oğlunun (1430–1535) oğlu Şadmanın nəslindəndir.[2]
Sovet hakimiyyəti illərində Ermənistanda müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci il Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası zamanı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və fəaliyyətini burada davam etdirmişdir.[3]
Xalq şairi Xəlil Rza Ulutürk ilə yaxın dostluq əlaqələri olmuşdur.[4]
Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya üzrə ali təhsil almışdır (1965–1971). Daha sonralar təhsilini AMEA-nın Folklor İnstitutu nəzdində davam etdirmişdir.
5 övladı və 10 nəvəsi vardır.
Avropa Uroloqlar Assosasiyasının üzvü, uroloq, tibb elmləri doktoru Rafiq Hüseynzadənin atası, Azərbaycanlı şair, həkim-onkoloq Rafiq Hüseynzadənin qardaşıdır.
Tofiq Hüseynzadə 2006-cı ilin noyabr ayının 13-də vəfat etmişdir.[5] Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur.
T. Hüseynzadə 1970-ci ildən Qazax rayonunun Barxudarlı kəndində müəllimlik fəaliyyətinə başlamış, daha sonra isə Basarkeçər rayonunun Sarıyaqub kəndində müəllimlik fəaliyyətini davam etdirmişdir. 1979-cu ilin noyabr ayından Basarkeçər rayon qəzetində ("Vardenis") ədəbi işçi, 1986-cı ilin noyabr ayından isə kənd təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1987-ci ildən keçmiş SSRİ Jurnalistlər Birliyinin üzvlüyünə qəbul edilmişdir.[6]
Sonralar isə filologiya sahəsi üzrə AMEA-da işləmişdir.
"Yeni Azərbaycan", "Millət", "Haqq yolu" və sair qəzetlərində jurnalist kimi fəaliyyət göstərmiş, Göyçə folkloru və sair tarixi mövzularda araşdırmaları ilə bağlı çap olunan müxtəlif səpkili məqalələri və şeirləri ilə Azərbaycan mətbuatında yaxşı tanınmış, mərkəzi televiziya və radioda çıxışlar etmişdir.[4]
Səfəvilər dövrünün mütəffəkiri, həmçinin də öz ulu babası olan Miskin Abdal irsini araşdırmış, 2005-ci ildə Səfəvilərin böyük övliyası — Miskin Abdal kitabını nəşr etdirmişdir[7]. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun dissertantı olaraq "Aşıq deyişmələrinin poetikası" mövzusunda dissertasiya işini 2005-ci ildə başa çatdırmış, ölümü həmin işin müdafiəsini etməyə imkan verməmişdir.[4][8]
Tofiq Məhəmməd oğlu Hüseynzadənin üç cildlik Xəyal cığırı adlı kitabında böyük və zəngin şeriyyət dünyası, hekayələri, hikmətli kəlamları və ulu babası Hüseyn Məhəmməd oğlunun daşıdığı yüksək ilahi-ruhani təsəvvüf məqam və dərəcələrini simvolizə edən "Miskin" və "Abdal" anlayışlarının ədəbiyyatımızda ilk dəfə əsaslandırılmış elmi izahına həsr edilmiş elmi-tədqiqat əsəri "Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri" əks olunub.[9][10]
1) Sazım-sözüm, Bakı, 1973, s.12-13
2) Azərbaycan Ədəbiyyatı İnciləri/ Bayatı, Qoşma, Təcnis, Bakı, 1988, s. 70,181,534.
3) Zəki İslam, "El şairi Miskin Abdal", Günaydın qəzeti, №27-28, 28-30 aprel və 1-4 may 1998-ci il.
4) Hüseyn İsmayılov, "Miskin Abdalın şəxsiyyəti və taleyi", Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, VIII kitab, Bakı, "Səda", 1999, səh.100-119.
5) Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, №1, 2000-ci il. səh.68.; http://www.musigi-dunya.az/Magazine2/articles/16/162.html
6) Hüseyn İsmayılov "Göyçə aşıqları və el şairləri", Səda-2006. səh.63-116
7) Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010. səh.14-24; http://anl.az/el/x/xm_mssd.pdf
8) Miskin Abdal
9) (Maşallah Xudubəyli "Sazlı-Sözlü Göyçə") "Sazlı-sözlü Göyçə (II kitab)" (#bad_url) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.
10) Hüseyn İsmayılov "Miskin Abdal", Bakı,2001, https://ia601600.us.archive.org/19/items/huseyn-ismayilov-miskin-abdal-2001/H%C3%BCseyn%20%C4%B0smay%C4%B1lov%20-%20Miskin%20Abdal%20%20-%202001.pdf
11) Tofiq Hüseynzadə "Səfəvilərin böyük övliyası Miskin Abdal", Bakı, 2005; https://www.academia.edu/40616613/Miskin_Abdal;
12) Tofiq Hüseynzadə "Miskin Abdal - Qeyb Ərəni, Təsəvvüf Piri", Bakı, 2018; https://ia601605.us.archive.org/19/items/tofiq-huseynzad-miskin-abdal-qeyb-rni-tsvvuf-piri-2005-2018-nsr-ili/Tofiq%20H%C3%BCseynzad%C9%99%20Miskin%20Abdal%20-%20Qeyb%20%C6%8Fr%C9%99ni%2C%20T%C9%99s%C9%99vv%C3%BCf%20Piri%202005%20%282018%20n%C9%99%C5%9Fr%20ili%29.pdf
13) Mahmud Allahmanlı "Miskin Abdal - Səfəvilərin böyük ideoloqu, sufi şeyxi", Bakı, 2018; http://www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf http://www.elibrary.az/docs/BOOKS/A22197.pd[ölü keçid];
http://shirvan.cls.az/front/files/libraries/2474/books/612254978.pdf Arxivləşdirilib 2020-02-18 at the Wayback Machine
14) Niftalı Göyçəli "Miskin Abdal və Səfəvilər", Bakı, 2018. https://ia902602.us.archive.org/10/items/niftali-goycli-yusifov-miskin-abdal-v-sfvilr-2018/Niftal%C4%B1%20G%C3%B6y%C3%A7%C9%99li%20%28Yusifov%29%20Miskin%20Abdal%20v%C9%99%20S%C9%99f%C9%99vil%C9%99r%20-%202018.pdf
http://davam.az/53374-niftal-gylinin-miskin-abdal-v-sfvilr-kitab-apdan-xb-yeni-nr.html
15) Tofiq Hüseynzadə, "Xəyal cığırı (Şeirləri, hekayələri, "Miskin Abdal - Qeyb Ərəni, Təsəvvüf Piri" əsəri") 3 cildlik kitabı, Bakı 2018, https://ia902607.us.archive.org/5/items/tofiq-huseynzad-seirlri-hekaylri-miskin-abdal-qeyb-rni-tsvvuf-piri-sri-3-cildd-2005-2018-nsr-ili/Tofiq%20H%C3%BCseynzad%C9%99%20%C5%9Eeirl%C9%99ri%2C%20Hekay%C9%99l%C9%99ri%2C%20Miskin%20Abdal%20-%20Qeyb%20%C6%8Fr%C9%99ni%2C%20T%C9%99s%C9%99vv%C3%BCf%20Piri%20%C9%99s%C9%99ri%203%20Cildd%C9%99%2C%202005%20%282018%20n%C9%99%C5%9Fr%20ili%29.pdf
http://shirvan.cls.az/front/files/libraries/2474/books/508499672.pdf"http://www.ebooks.az/view/wtaWYev2.pdf Arxivləşdirilib 2020-02-19 at the Wayback Machine"
16) Tofiq Hüseynzadə, "Aşıq deyişmələrinin poetikası" dissertasiya işi, monoqrafiya (2005), Bakı, 2017, http://elibrary.bsu.edu.az/files/books_ay/N_74.pdf
17) "Xalq qəzeti" qəzeti "Miskin Abdal ocağının söz xiridarları: Tofiq və Rafiq Hüseynzadələr"; http://www.anl.az/down/meqale/xalqqazeti/2018/may/590817.pdf
18) "Respublika" qəzeti "Miskin Abdal ocağının nümayəndəsi: Rafiq Hüseynzadə"; http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/21888-yeni-naeshrlaer-miskin-abdal-odzaghinin-numayaendaesi[ölü keçid]
19) "Miskin Abdal ve Senuber" destanı; http://www.millifolklor.com/PdfViewer.aspx?Sayi=39&Sayfa=83
20) "Miskin Abdalın kəramətləri"; http://araz.az/index.php/tarikh/6631-miskin-abdalin-k-ram-tl-ri-moedzuez-l-ri
21) Miskin Abdalın kəramətləri (möcüzələri); http://goyce.az/news.php?id=1261
22) Miskin Abdal-Səfəvilərin böyük ideoloqu, sufi şeyxi";http://goyce.az/news.php?id=1291
23)http://www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf;http://www.elibrary.az/docs/BOOKS/A22197.pd[ölü keçid];
24) Niftalı Göyçəli "Miskin Abdal və Səfəvilər", Bakı, 2018. http://davam.az/53374-niftal-gylinin-miskin-abdal-v-sfvilr-kitab-apdan-xb-yeni-nr.html
25) Miskin Abdal Türkçe Vikipedi; https://tr.wikipedia.org/wiki/Miskin_Abdal;
26) Miskin Abdalın şeirləri;https://www.azadliq.org/amp/24911320.html;
27) Niftalı Göyçəli "Miskin Abdalın poetikası - I yazı"; http://davam.az/55288-mskn-abdal-hseyn-poetkas.html;
28) Təranə Vahid "Ruhun memarı - Miskin Abdal"; http://www.anl.az/down/meqale/medeniyyet/2011/noyabr/211739.htm;
29) Miskin Abdal (türkçe) "Namert ile yoldaş olma"; https://www.sevilensarkisozleri.com/miskin-abdal-namerd-ile-yoldas-olma-basin-sarki-sozleri-471096;
30) Miskin Abdal; http://goyce.az/news.php?id=263;
31) Miskin Abdal (şarkı sözleri); https://sarki.bikuple.net/miskin-abdal-sarki-sozleri-11647 Arxivləşdirilib 2020-02-21 at the Wayback Machine;
32) Həqq M.; http://anl.az/down/medeniyyet2007/mart/medeniyyet2007_mart_279.htm;
33) Mahmud Əyyublu "Həmişə inləyib qəmli nəğməsi";http://www.anl.az/down/meqale/palitra/2018/oktyabr/612100.htm
34) Miskin Abdal (Türkçe bilgi); https://www.turkcebilgi.com/miskin_abdal;
35) Miskin Abdal şiirleri (Türkçe);https://edebiyatvesanatakademisi.com/konular/miskin-abdal-azerbaycan-asik-xvi-yuzyil/739;
36) Miskin Abdal; http://goyce.az/news.php?id=342;
37) Rafiq Hüseynzadə -Miskin Abdal ocağının nümayəndəsi; http://goyce.az/news.php?id=793;
38) Miskin Abdal haqqında; https://haqqinda.az/Q%C9%99rbi+Az%C9%99rbaycan/48919-Miskin+Abdal.html;
39)http://www.anl.az/down/meqale/palitra/2018/noyabr/619323.htm;
40) Miskin Abdal "Dünya, səndə nəyim qaldı" şeiri; https://az.wikisource.org/wiki/D%C3%BCnya,_s%C9%99nd%C9%99_n%C9%99yim_qald%C4%B1;
41) Professor Mahmud Allahmanlı "Miskin Abdal-Səfəvilərin böyük övliyası" məqaləsi; http://www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf;http://www.elibrary.az/docs/BOOKS/A22197.pd[ölü keçid];
42) Səkinə Qafarova "Miskin Abdal"; https://www.ensiklopediya.az/az/miskin-abdal
43) Miskin Abdal rus dilində wikipediada;https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D1%81%D0%BA%D0%B8%D0%BD_%D0%90%D0%B1%D0%B4%D0%B0%D0%BB;
44) Qədir Aslan "Miskin Abdal - Qeyb Ərəni, Təsəvvüf Piri"(Respublika qəzeti); http://www.anl.az/down/meqale/respublika/2019/mart/639723(meqale).pdf;
45) Nigar Nagiyeva "1990’dan günümüze Türkiye ve Azerbaycan edebiyatlarının karşılıklı etkileşimi";https://books.google.az/books?id=n-xdDwAAQBAJ&pg=PA260&lpg=PA260&dq=miskin+abdal&source=bl&ots=yiT1Fd_wBh&sig=ACfU3U09XcN0J5DhVvT5BmpE0c7_-C34jw&hl=ru&sa=X&ved=2ahUKEwidgavtxuLnAhVrzMQBHQoTBQI4PBDoATAEegQIBhAB;
46) Tofiq Hacıyev "Azərbaycan ədəbi dilinin tarixi";https://books.google.az/books?id=79zJDQAAQBAJ&pg=PA242&lpg=PA242&dq=miskin+abdal&source=bl&ots=vGrylSouVf&sig=ACfU3U1kvjDzb2-kclivnAA7cUOfjAoH_Q&hl=ru&sa=X&ved=2ahUKEwidgavtxuLnAhVrzMQBHQoTBQI4PBDoATADegQIBRAB;
47) Naile Asker “Aşık Nesip’te sufizm”;https://dergipark.org.tr/tr/download/article-file/787664;
48) Tofiq HÜSEYNZADƏ "Tanrı miskini, Haqq carçısı"; http://goyce.az/news.php?id=621;
49) Qüdrət Piriyev (2017-10-15). "Aşıq deyişmələrinin poetikası" (azərb.). Xalq qəzeti. https://web.archive.org/web/20180514145422/http://www.xalqqazeti.com/pdf/xalqqazeti.pdf?5911 2018-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-14;
50) Tofiq HÜSEYNZADƏ "Abdal təsəvvüfün əsası kimi" (Miskin Abdal haqqında) http://goyce.az/news.php?id=956;
51) Miskin Abdalın şarkı sözleri (Türkçe);https://sarkisozu.xyz/miskin-abdal/sarkilari/
52) Miskin Abdal wikimənbə (şeirləri); https://az.wikisource.org/wiki/M%C3%BC%C9%99llif:Miskin_Abdal