Tohoku zəlzələsi

Martın 11-də ümumdünya vaxtı ilə saat 05:46-da (YSV ilə saat 14:46-da) Yaponiyada 8,9 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı Miyaqi prefekturası sahillərindən 130 kilometr uzaqlıqda Sakit Okeanda yerləşib. Yaponiya Geologiya Xidməti bundan əvvəl zəlzələnin gücünün 7,9 bal olduğu, 4–6 metr hündürlükdə sunami dalğalarının gözləndiyini bildirmişdi. Bölgədə hələ də ardıcıl təkanlar davam edir.

Senday zəlzələsi və sunami
Tarix
  • 14:46:23 JST (05:46:23 UTC) 11 mart 2011
Maqnituda 9,0[1]-9,1[2] Mw
Hiposentrin dərinliyi 32 km
Episentrin yeri 38°19′19″ şm. e. 142°22′08″ ş. u.
Əhatəsi Zəlzələ və sunami:
Yaponiya
Sunami:
Rusiya[3]
Quam
Yeni Zelandiya
Filippin
İndoneziya[4]
ABŞ
Kanada
Çili
Meksika
Peru
Ekvador
Sunami 40,5 m-ə qədər
Ölənlər
  • 19.759 (8 yanvar 2016)[7]
Xəsarət alanlar ölü: 15 883
yaralı: 6143
itkin: 2681 [5]
İqtisadi zərər təxm. 309 mlrd USD[6]
Afterşoklar > 890 (57-si 6.0 MW baldan yuxarı)
Xəritədə yeri
Tohoku zəlzələsi və sunamisi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sunami

Yaponiyanın şimal-şərq sahillərini sunami vurub. Senday liman şəhərində dalğanın hündürlüyü 10 metrə çatıb.

Tokio və ətrafındakı yaşayış məntəqələrində ən azı 4 milyon ailənin elektrik enerjisi ilə təminatı dayanıb. Tokioda və Miyaqi prefekturasında çoxlu sayda zərərçəkənlər var, onların dəqiq sayı açıqlanmır. Tokioda metro və yüksəksürətli elektrik qatarlarının hərəkəti dayandırılıb. Miyaqi və Fukusima prefekturalarında 4 atom elektrik stansiyasının fəaliyyəti avtomatik dayandırılıb. Takaxaqi şəhərində ən azı bir nəfərin öldüyü, 8 nəfərin itkin düşdüyü bildirilir. Yaponiya hökuməti xarici yardımları qəbul etməyə hazır olduğunu bəyan edib. Bu arada Çibu prefekturasında neft emalı zavodunun yandığı barədə də məlumat yayılıb. Yanğının hündürlüyü 30 metrə çatır.

Sunami qurbanlarının sayı

[redaktə | mənbəni redaktə et]

Rəsmi məlumata əsasən, zəlzələ nəticəsində 18 mindən artıq insan ölüb, 2 mindən çox adam isə itkin düşüb. İnsan tələfatı əsasən sunami baş verən ərazilərdə qeydə alınır. Zəlzələ və sunamidən daha çox Miyagi, İvate və Fukusima prefekturaları zərər çəkib. Altı prefekturada isə güclü yanğınlar qeydə alınıb. Senday şəhərinə də güclü ziyan dəyib. Senday beynəlxalq hava limanı su altında qalıb, Sanriku şəhərində isə suyun səviyyəsi üçmərtəbəli binaları keçib. Bu şəhərdə dəniz limanı tamamilə dağılıb.

Fukuşima atom elektrik stansiyası

[redaktə | mənbəni redaktə et]

Martın 11-də baş verən 9 ballıq zəlzələdən sonra Fukuşima prefekturasındakı "Fukuşima-1" AES-də reaktorlardan birinin soyutma sistemi sıradan çıxıb, ətrafa hidrogen şüalanması yayılıb. Ardınca daha iki reaktorun soyutma sistemi sıradan çıxıb. Həddən artıq qızma nəticəsində stansiyanın işlənmiş nüvə yanacağı saxlanan anbarında partlayış olub, bununla da atmosferə radiasiya yayılmağa başlayıb. BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi bəyan edib ki, vəziyyət kritikdir və belə davam etsə stansiyanın reaktoru da partlayayəni əsl nüvə partlayışı baş verə bilər. Bildirilir ki, hazırda stansiyanın 6 reaktorunun hamısında vəziyyət kritikdir.

  1. Short Sharp Science: Japan’s quake updated to magnitude 9.0 Arxivləşdirilib 2011-03-13 at the Wayback Machine — New Scientist (ing.)
  2. "Tsunami warning center raises magnitude of Japan quake to 9.1". Honolulu Star-Advertiser. 2012-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 March 2011. (ing.)
  3. "Kuril adalarında dalğanın hündürlüyü 3 metrə çatdı". 2015-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-05.
  4. "Indonesia issues tsunami warning after 8.9-magnitude quake hits Japan". 2011-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-05.
  5. "Yaponiya dövlət polisinin 5 sentyabr 2012 tarixli məruzəsi" (pdf) (English). 2012-02-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-02-05.
  6. "Yaponiayadakı zəlzələnin iqtisadi zərərini 309 milyard dollar qiymətləndirdilər". 2015-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-05.
  7. https://web.archive.org/web/20220827123449/https://www.fdma.go.jp/disaster/higashinihon/items/162.pdf.