Tom Qerels (21 fevral 1925[1][2] – 11 iyul 2011[1][2], Tuson, Arizona) — alman-amerikan astronomu, Planetariya elminin professoru və Tuksondakı Arizona Üniversitetinin astronomu olmuşdur.
Tom Qerels | |
---|---|
ing. Tom Gehrels | |
Doğum tarixi | 21 fevral 1925[1][2] |
Vəfat tarixi | 11 iyul 2011[1][2] (86 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | astronomiya |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Cerard Koyper |
Vikianbarda əlaqəli mediafayllar |
Qerels 1925-ci ildə 21 fevral tarixində Hollandiyanın Haarlemmermeer şəhərində anadan olmuşdur. II Dünya Müharibəsi dövründə o yeniyetmə olarkən aktiv şəkildə Alman Dirənişçisi olmuşdur. Daha sonralar İngiltərəyə qaçdıqdan sonra o alman qüvvələrinə qarşı mübarizə aparmaq üçün Xüsusi Əməliyyatlar İdarəsinə təşkilatçı kimi göndərilmişdir.Müharibədən sonra o 1951-ci ildə fizika və astronomiya ixtisasını dərəcə ilə bitirdiyi Leiden Üniversitetində iştirak etmişdir. Tom Qerels daha sonra təhsilinə 1956-cı ildə astrofizika və astronomiya ixtisaslarının doktorontura təhsilini əldə etdiyi Çikaqo Üniversitində davam etmişdir. 1960-cı ildə o Qerald Kyupr ilə birlikdə sonrakı 50 ilini keçirmək istədiyi Alizona Üniversitetinə köçmüşdür.
Qerels 1950-ci illərdə asteroidlərin I fotometrik sisteminə başçılıq etmiş, 1960-cı illərdə dalğaboyu planetlərin ulduzlarının qütbləşməsini tapmışdır. O həmçinin Cornelis Johannes van Houten və Ingrid van Houten-Groeneveld ər-arvad komandası ilə birlikdə 4000-dən çox asteroidi(Appollo və Amor asteroidləri də daxil olmaqla) kəşf etmişdir.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |