Thor: Ragnarok (Original Motion Picture Soundtrack) — 2017-ci ildə Marvel Studios tərəfindən çıxarılmış "Tor: Raqnarök" filminin Mark Mazersbo tərəfindən yazılmış film musiqiləri albomudur. Albom Hollywood Records tərəfindən 20 oktyabr 2017-ci ildə dijital, 10 noyabr 2017-ci ildə isə fiziki olaraq çıxarılmışdır.[1]
Thor: Ragnarok (Original Motion Picture Soundtrack) | ||||
---|---|---|---|---|
Mark Mazersbo tərəfindən ifa olunmuş film musiqisi albomu | ||||
Növü | film musiqisi albomu | |||
Yayımlanma tarixi | 20 oktyabr 2017 | |||
Janr | film musiqisi | |||
Müddət | 72:52 | |||
Leybl | Hollywood Records, Marvel Music | |||
Prodüser | Hans Zimmer, Ramin Cavadi | |||
Mark Mazersbo albomlarının xronologiyası | ||||
|
2016-cı ilin avqustunda film musiqisinin yazılması Mark Mazersboya həvalə edilmişdir.[2][3] YouTube-dakı “Every Frame a Painting” kanalında əvvəlki MKK filmlərinin musiqisini tənqid edən videodan ilhamlanan Mazersbo “Raqnarök”ün musiqisinin fərqlənməsinə çalışmışdır.[4] Film musiqiləri “Abbey Road Studios”da yazılmışdır.[5] Sintezləşdirilmiş film musiqisi Jan Mişel Jarrın işlərindən ilhamlanmışdır.[6] Mazersbo "Devo” qrupunun musiqilərində olduğu kimi sintezator klaviaturası və orkestr musiqisini birləşdirmişdir. Patrik Doylun “Tor”, Brayan Taylerin “Tor: Qaranlıq dünya” və “Qisasçılar: Altron dövrü”, Co Harnellin “İnanılmaz Halk” filmi üçün yazdığı "The Lonely Man" teması da filmdə istifadə olunmuşdur.[7] Əgər “Queen” qrupunun solisti Freddi Merkuri sağ olsaydı rejissor Tayka Vaytiti onladan film musiqisi üzərində işləməyi xahiş edərdi, çünki, “rəngarəng, cəsarətli kosmik macəra” filmi qrupun “hissləri”nə uyğun gəlir.[8] Film musiqisi albomu “Hollywood Records” tərəfindən 20 oktyabr 2017-ci ildə dijital, 10 noyabr 2017-ci ildə isə fziki olaraq çıxarılmışdır.[1]
Musiqilərin hamısı Mark Mazersbo tərəfindən yazılmışdır.[1]
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Ragnarok Suite" | 8:53 |
2. | "Running Short on Options" | 2:46 |
3. | "Thor: Ragnarok" | 1:09 |
4. | "Weird Things Happen" | 1:46 |
5. | "Twilight of the Gods" | 6:14 |
6. | "Hela vs. Asgard" | 4:30 |
7. | "Where am I?" | 1:39 |
8. | "Grandmaster’s Chambers" | 1:18 |
9. | "The Vault" | 3:47 |
10. | "No One Escapes" | 3:01 |
11. | "Arena Fight" | 3:32 |
12. | "Where’s the Sword?" | 4:33 |
13. | "Go" | 1:43 |
14. | "What Heroes Do" | 1:37 |
15. | "Flashback" | 2:59 |
16. | "Parade" | 2:20 |
17. | "The Revolution Has Begun" | 1:47 |
18. | "Sakaar Chase" | 2:12 |
19. | "Devil’s Anus" | 4:52 |
20. | "Asgard Is a People" | 4:20 |
21. | "Where To?" | 2:22 |
22. | "Planet Sakaar" | 2:14 |
23. | "Grandmaster Jam Session" | 3:16 |
Ümumi müddət: | 72:52 |
Əlavə olaraq filmdə "Led Zeppelin" qrupunun "Immigrant song" mahnısı, həmçinin Volter Şorf tərəfindən "Villi Vonka və şokolad fabriki" filmi üçün yazılmış "Main Title" ("Golden Ticket"/"Pure Imagination") musiqisindən istifadə edilmişdir.[7]