Marvel Kinematoqrafiya Kainatı (ing. Marvel Cinematic Universe, qısaca MCU) filmləri Marvel Comics-in cizgi romanlarına əsaslanan və Marvel Studios tərəfindən hazırlanan Amerika istehsalı superqəhrəman filmləri seriyasıdır. MCU bütün filmlərin toplandığı ümumi fantastika dünyasıdır.[1][2] Filmlər 2007-ci ildən başlayaraq çəkilməyə davam edir. Bu müddət ərzində Marvel Studios ümumilikdə iyimi üç film hazırlamışdır. Gələcəkdə çıxacaq ən az on beş film isə hazırlanma mərhələlərindədir. Kinematoqrafiya kainatı dünya üzrə 22,5 milyard dollardan çox gəlir əldə edərək tarixin ən çox qazanan film seriyası olmuşdur. Bu maliyyə nəticəsinə inflyasiyasız hesabla tarixin ən çox gəlir əldə edən ikinci filmi olan Qisasçılar: Final da daxildir.[3][4][5] 2021-ci ildən etibarən ən çox gəlir əldə edən ilk iyirmi beş filmin səkkizi Marvel Studios-a aiddir.[6]
Marvel Kinematoqrafiya Kainatı filmləri | |
---|---|
Marvel Cinematic Universe films | |
Janr | döyüş filmi, elmi-fantastika filmi, superqəhrəman filmi |
Prodüserlər |
|
Baş rolda | Marvel Kinematoqrafiya Kainatı aktyorları |
İstehsalçılar |
|
Distribütorlar |
|
İlk baxış tarixi | 2008-indi |
Müddət | 3000+ dəqiqə |
Büdcə |
Ümumi (27 film): $5,223 - 5,332 milyard |
Gəlir |
Ümumi (27 film): |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
Rəng | rəngli |
Vikianbarda əlaqəli mediafayllar |
Kevin Fayqi bütün seriyada, Avi Arad ilk iki filmdə, Qale Anne Hard İnanılmaz Halk-da, Emi Paskal Hörümçək-adam filmlərində, Setefen Broussard Qarışqa-adam və Eşşək arısı filmində və Conatan Skuartz isə Şanq-Çi və on üzük əfsanəsi filmində prodüserlik vəzifəsini öz üzərlərinə götürmüşlər. Filmlərin ssenaristləri və rejissorları müxtəlif şəxslər olur. Filmlər əsasən geniş aktyor heyətinə sahibdir: Robert Dauni, Kris Evans, Mark Ruffalo, Kris Hemsvort, Skarlet Yohansson və Ceremi Renner də daxil olmaqla bir çox aktyor və aktrisa seriyada yer almaq üçün uzun müddətli müqavilələr imzalamışdır.[7][8][9][10][11]
Marvel Studios filmlərini "Dönəm" adlı qruplar formasında yayımlayır.[12][13] Seriyadakı ilk dönəmin ilk filmi Paramount Pictures-in distribütori olduğu Dəmir adam-dır (2008). Paramount həmçinin Dəmir adam 2 (2010), Tor (2011) və Kapitan Amerika: Birinci qisasçı (2011); Universal Pictures isə İnanılmaz Halk (2011) filminə distribütorlik etmişdir. The Walt Disney Studios Motion Pictures filmlərə distribütorlik etməyə Qisasçılar (2012) ilə başlamışdır. Bununla da birinci dönəm bitmişdir.[13] İkinci dönəm; Dəmir adam 3 (2013), Tor: Qaranlıq dünya (2013), Kapitan Amerika: Qış əsgəri (2014), Qalaktika mühafizəçiləri (2014), Qisasçılar: Altron dövrü (2015) və Qarışqa-adam filmindən (2015) ibarətdir.[13]
Kapitan Amerika: Vətəndaş müharibəsi (2016) üçüncü dönəmin ilk filmidir. Dönəmi Doktor Strenc (2016), Qalaktika mühafizəçiləri 2 (2017), Hörümçək-adam: Evə qayıdış (2017), Tor: Raqnarok (2017), Qara pantera (2018), Qisasçılar: Sonsuzluq savaşı (2018), Qarışqa-adam və Eşşək arısı (2018), Kapitan Marvel (2019), Qisasçılar: Final (2019) və Hörümçək-adam: Evdən uzaqda (2019) filmləri davam etdirir. İlk üç dönəm ümumilikdə "The Infinity Saga" olaraq tanınır. Hörümçək-adam filmlərinin müəllif hüquqları, maliyyəsi və distribütorliyi Sony Pictures-ə aiddir.[14]
Dördüncü dönəmin filmlərinin Qara dul (2021), Şanq-Çi və on üzük əfasənəsi (2021), Əbədilər (2021), Hörümçək-adam: Evə yol yoxdur (2021), Doktor Strenc: Dəlilik multikainatında (2022), Tor: Sevgi və İldırım (2022), Qara pantera: Əbədi Vakanda (2022), Marvellər (2023), Qarışqa-adam və Eşşək arısı: Quantumania (2023), Qalaktika mühafizəçiləri 3 (2023) və İnanılmaz Dörtlük filmləri olacağı açıqlanmışdır.[15][16] Bu dönəmdə kinoteatr filmlərindən əlavə Disney+ üçün hazırlanacaq on iki televiziya serialı və bir xüsusi televiziya proqramı mövcuddur.[17][18] Əlavə olaraq 2023-cü il üçün daha iki film hazırlanma mərhələsindədir.[19][20]
Birinci dönəmdən üçüncü dönəmə qədər olan filmlər ümumilikdə "The Infinity Saga" adlanır. Infinity Saga filmlərinin əsas mövzusu sonsuzluq daşlarının toplanması və Qisasçılar komandasının Tanosa qarşı olan savşıdır.[21]
Birinci dönəm[22] | ||||||
Sıra | Azərbaycanca adı | Orijinal adı | Rejissor | Ssenarist(lər) | Prodüser(lər) | İlk baxış |
---|---|---|---|---|---|---|
1 | Dəmir Adam | Iron Man | Con Favreau | Mett Hollouey, Art Markum, Mark Ferqus və Hauk Ostbi | Evi Ared ve Kevin Fayqi | ABŞ
2 may 2008 |
2 | İnanılmaz Halk | The Incredible Hulk | Luis Leterrier | Zek Penn, Edüard Norton və Luis Leterrier | Evi Arad, Qale Anne Hard və Kevin Fayqi | ABŞ
13 iyun 2008 |
3 | Dəmir adam 2 | Iron Man 2 | Con Favreau | Castin Terouks | Kevin Fayqi | ABŞ
7 may 2010 |
4 | Tor | Thor | Kennet Branaq | Mark Protoseviç, Aşley Miller və Zek Stentz | ABŞ
6 may 2011 | |
5 | Kapitan Amerika: Birinci qisasçı | Captain America: The First Avenger | Coe Conston | Kristofer Markus və Stefen Makfili | ABŞ
22 may 2011 | |
6 | Qisasçılar | The Avengers | Coss Uhedon | Zek Penn və Coss Uhedon | ABŞ
4 may 2012 |
Silah istehsal edən Stark lndustries-i atası Houard Starkdan miras alan Antoni "Toni" Stark "Ceriko" adlı yeni raketini nümayiş etdirmək üçün dostu və hərbi əlaqə zabiti Polkovnik-leytenant Ceyms Rouds ilə birlikdə müharibənin davam etdiyi Əfqanıstana gəlir. Raketin Amerika Birləşmiş Ştatları Ordusunun komandirlərinə göstərilməsindən sonra, Starkın da içində olduğu konvoy pusquya düşürülür və Stark hücum edənlər tərəfindən istifadə edilən, öz şirkətinə aid raketlə ciddi formada yaralanır. "Ten Rings" (On Üzük") adlı terrorist qrupu tərəfindən tutulub mağarada həbs edilir. Onunla birlikdə həbs olunmuş Doktor Yinsen Starkı yaralayan qəlpə parçalarının ürəyinə çatmağının və onu öldürməyinin qarşısını almaq üçün Starkın sinəsinə elektromaqnit yerləşdirir. "Ten Rings"-in lideri Raza terroristlər üçün Ceriko raketi inşa etməsinin qarşılığında Starka azadlıq təklif edir, amma o və Yinsen elektromaqnitini güclə təmin etmək üçün qövs reaktoru adı verilən kiçik və güclü elektrik generatoru hazırlayıb qaçmaq üçün prototip zireh inşa edirlər. Əsirlikdən xilas olan Stark satılan silahların ardınca getmək üçün zirehini daha çox təkmilləşdirməyə və istifadə etməyə qərar verir.[23]
2006-cı ilin aprel ayında Marvel Dəmir adam-a prodüserlik etmək üçün Con Favreauyu işə gətirdi.[24] Ardınca Art Maktum-Mett Hollouey ilə Mark Ferqus-Hauk Ostbiyə ayrı olaraq iki ssenari yazıdırıldı və Favreau hər iki layihəni bir ssenaridə birləşdirdi. Sonda hazır olan ssenariyə Con Avqust tərəfindən də bir neçə əlavə və düzəltmə edildi. Robert Dauni Marvel daxilindəki dissident fikirlərə baxmayaraq 2006-cı ilin sentyabr ayında baş rolda yer aldı. Əsas çəkilişlər 12 mart 2007-ci ildə başladı. Starkın Əfqanıstandakı əsirliyində keçirilən ilk bir neçə həftə Kaliforniyanın İnyo qraflığında çəkildi. Həmçinin Edüards Hava Bazası və Nevada ştatının Las-Veqas şəhərində yerləşən Caesars Palace adlı otel çəkilişlər üçün istifadə edildi. Dəmir adam-ın premyerası 14 aprel 2008-ci ildə Sidneydəki Qreater Union salonunda keçirildi.[25] 30 apreldə beynəlxalq formada, 2 mayda ABŞ-də ilk baxışı baş tutdu.
Film Qisasçıları qurmaq hədəfi ilə Starka yaxınlaşan Niki Furi rolundakı Samuel Ceksonun yer aldığı "post-credits" səhnəsi ilə sona çatmışdır. Favreau səhnənin Qisasçılar üçün hazırlıq mərhələsi olduğunu açıqlamışdır.[26]
General Taddeus "Tunderbolt" Ross insanları qamma şüalanmasına qarşı immunizasiya etməyi məqsəd qoyduğunu deyərək sınaq üçün qızı Bettinin iş yoldaşı və sevgilisi Dr. Robert Brüs Benner ilə görüşür. Rossun yenidən yaratmağı düşündüyü II Dünya Müharibəsi dövrü "super əsgər" proqramının bir hissəsi olan sınaq uğursuz olur, amma qamma şüalanmasına məruz qalan Bennerin ürək döyüntü surəti 200-ü keçir və qısa müddətli Halka çevrilir. Halk laborotoriyanı və ətrafını məhv edir. İçəridəki bir neçə adamı öldürür və generalla Bettini bayırdakı digər insanlarla birlikdə yaralayır. Benner ABŞ ordusundan və xüsusilə Halkı silahlandırmaq istəyən Rossdan qaçmağa çalışır.[27]
2006-cı ilin yanvar ayında rejissor Anq Lii 2003-cü il istehsalı Halkın davam filmi üçün lazım olan son təslimat tarixini qarşılaya bilmədi. Buna görə Marvel personajın film haqlarını Universal Pictures-dən geri aldı. Ardınca yeni davam filmi ilə irəliləmək əvəzinə İnanılmaz Halkı yenidən başlatmaq üçün rejissor Luis Leterrierə təklif göndərdi. Leterrier ilk başda iş yoldaşı Liiyə olan hörmətinə görə təklifi rədd etdi, amma daha sonra yenidən dəyərləndirib müqaviləni imzaladı. Ssenari 2003-cü il filmi üçün də qaralama hazırlayan Zek Penn tərəfindən yazıldı. 2007-ci ilin aprel ayında Edvard Nortonun Benneri canlandıracağı açıqlandı. Çəkilişlər 9 iyul 2007-ci ildə başladı və əsasən Torontoda davam etdi. Nyu-York və Rio-de-Janeyroda da əlavə çəkilişlər aparıldı. Qala gecəsi 8 iyun 2008-ci ildə Qibson amfiteatrında keçirildi və film 13 iyunda ilk baxışa çıxarıldı.[28] 112 dəqiqəlik müddətlə kinematoqrafiya kainatında hazırlanmış ən qısa film oldu.[29]
Film Dəmir adamda gerçəkləşən hadisələrdən altı ay sonra baş verən Dəmir adam 2 və Tor ilə eyni müddətdə irəliləyirdi. Robert Dauni filmin sonunda göstərilən "post-credits" səhnəsində Toni Stark rolunu qısa müddətinə təkrar oynamışdır. Robert Dauni bu səhnə üçün "Superqəhrəmanlarımız haqqında fikir alqı-satqısı edirdik Bu əsasən mənim ona (Uilliam Hartın rolu general Rossa) yaxınlaşdığım səhnə oldu. Biz birlikdə bir növ şərikliyə girməyi düşünə bilərik. Bu, gözəl bir şeydir, elə deyilmi? Çox şey demək istəmirəm, amma onu tapanda bərbad vəziyyətdə idi." açıqlamasını vermişdir.[30]
Toni Stark Dəmir adam olduğunu deyəndən sonra ABŞ hökuməti Starkdan sahib olduğu texnologiyanı hökumətə verməyini istəyir. Bu arada Rusiya mətbuatı da Starkın açıqlamasını gündənə gətirib. Alim İvan Vanko xəbəri görür və köhnə qan davasından intiqam almaq üçün Toninin hazırladığına oxşayan miniatür qövs reaktoru hazırlamağa qərar verir.[31]
2008-ci ilin may ayında Dəmir adamın yaymlanmasının ardınca Marvel Studios Dəmir adam 2 davam filmini istehsal etdiyini açıqladı. Favreau rejissor olaraq geri qayıtdı və Casti Terouks Favreau və Douninin orijinal ssenarisinə əsaslanan davam ssenarisi yazmaq üçün ssenaristlik işinə geri qayıtdı. 2008-ci ilin oktyabr ayında Dauni rolunu yenidən canladırmaq üçün geriyə qayıdaraq dörd filmlik müqavilə imzaladı. Don Çidl Cems Rouds rolu üçün Terrense Houardın əvəzinə aktyor heyətinə qatıldı. Samuel Cekson Dəmir adamın "post-credits" səhnəsində yer aldığına görə Nik Furi rolunu yenidən canlandırmaq üçün doqquz filmlik müqavilə imzaladı. Skarlet Yohansson Qara dul rolunu ilk dəfə bu filmdə oynadı. Əsas çəkilişlər 6 aprel 2009-cu ildə Pasadenada yerləşən Pasadena Mason məbədində başladı. Çəkilişlərin çox hissəsi Manhetten sahilində yerləşən Reliq studiolarında aparıldı. Dəmir adam 2 filminin premyerası 26 aprel 2010-cu ildə Los-Ancelesdə El Capitan Theatre-də baş tutdu. Film 7 mayda ABŞ-də ilk baxışa çıxarıldı.
Film Dəmir adamda gerçəkləşən hadisələrdən altı ay sonra başlayıb İnanılmaz Halk və Torla eyni müddətdə irəliləyir.[32] Prodüserlər filmdəki səhnəyə Kapitan Amerikanın qalxanını əlavə edərək digər Marvel filmlərinə istinad etməyə davam etdilər.[33] "Post-credits" səhnədə Torla əlaqəli olan, Nyu-Meksiko ştatındakı kraterdə kəşf edilmiş Mjölnirin (Torun çəkici) qısa görüntüsü yer alır.[34]
Odin oğlu Torun savaş anında etdiyi arsız səhvə görə ilahi güclərini əlindən alır və Dünyaya sürgün edir. Bu anda ögey qardaşı Loki Asqard taxtını ələ keçirməyi planlayarkən, Tor da ilahi gücə layiq olduğunu sübut etmək və çəkici Mjölniri geri almaq üçün planlar hazırlayır.[35]
Mark Protoseviç personajın film haqlarının Sony Pictures-dən geri alınmasının ardınca 2006-cı ilin aprel ayında ssenari hazırlamaq üçün işə qayıdır. Marvel 2007-ci ilin avqust ayında filmə rejissorluq etməyi üçün Mettyu Vauqnla razılaşır, amma 2008-ci ilin may ayında Mettyu Vauqn layihədən ayrılır. 2008-ci ilin sentyabr ayında Kennet Brana Vauqnun əvəzinə keçmək üçün görüşlərə başlayır. 2009-cu ilin may ayında Kris Hemsvort baş rolu canlandırmaq üçün müqavilə imzalayır. Tom Hiddlston da Torun qardaşı Lokini canlandırmaq üçün hazrılıqlara başlayır. Hər iki aktyor uzun müddətli müqavilələr imzalayırlar. Tor filminin dünya premyerası 17 aprel 2011-ci ildə Sidneydə yerləşən Event Cinemas Theatre-də, ABŞ premyerası isə 2 mayda Los-Ancelesdə yerləşən El Capitan Theatre-də baş tutdu. Film 6 may 2011-ci ildə ABŞ-də ilk baxışa çıxarıldı.
Film İnanılmaz Halk və Dəmir adam 2 filmlərində gerçəkləşən hadisələrlə eyni anda irəliləyir. Dəmir adam və Dəmir adam 2-də S.H.I.E.L.D. işçisi olaraq görünən Klark Qreq agent Fil Koulson rolunu Torda təkrar oynamışdır. O rolu haqqında "Agent Koulson cizgi hekayələrində elə də yer almayan adamlardan biri idi və Dəmir adamda çox kiçik rolu var idi. Mən çox şanslıyam ki, bu personajı genişləndirmək və kinematoqrafiya kainatına daha çox daxil etmək üçün məni seçdilər." açıqlamasını etmişdir. Qisasçılarda Şahingöz olaraq yer almaq üçün müqavilə imzalayan Ceremi Renner bu filmdə cameo rolda oynayaraq kiematoqrafiya kaninatında ilk dəfə yer almışdır.[36] Film Erik Selviq və Niki Furinin Tesserakt haqqındakı mübahisəsini izləyən Lokinin yer aldığı "post-credits" səhnəsi ilə başa çatır.[37] Bu səhnədə 6 Sonsuzluq daşından birincisi olan Kosmos daşı kinematoqrafiya kainatında ilk dəfə görünmüşdür. Səhnə Qisasçıların rejissoru Coss Uedon tərəfindən hazırlanmışdır. Selviqi canlandıran Stellan Skarsqard Torun ssenarisini ilk dəfə oxuyanda bu səhnəyə daxil olmadığını və Qisasçılarda oynamağı qəbul etdikdən sonra əlavə səhifələr göndərildiyini açıqlamışdır.
Steven Qrant "Stiv" Rocers 1943-cü ildə Nyu-York şəhərində müxtəlif sağlamlıq problemləri və fiziki qüsurlarla anadan olmuşdur. Bu səbəblə II Dünya müharibəsi üçün əsgər seçkilərində qəbul edilmir. Ən yaxın dostu Buki Barners ilə gələcəyin texnologiyaları sərgisinə qatıldıqları vaxtda əsgər olmaq üçün təkrar şansını yoxlamağı qərar alır. Müharibəyə qoşulmaq istəyini eşidən Dr. Avraham Erskine Rocersin əsgər olmağına icazə verir. Ardınca Erskine polkovnik Çester Filips və ingilis agenti Peqqi Karterin başçısı olduğu "super əsgər" layihəsinin hissəsi olaraq Strateji Elmi Qoruğa gətirilir. İlk əvvəl polkovnik Filips Erskinenin Rocersin layihə üçün düzgün əsgər olmağı fikrini inkar edir, amma Rocersin digər əsgərləri xilas etmək üçün sınaq məqsədi ilə atılan saxta əl qumbarasının üstünə tullandığını gördükdən sonra razı olur. Layihə uğurla həyata keçir və Rocers fiziki cəhətdən super əsgərə çevrilərək "Hidra" olaraq tanınan nasist elm şöbəsinin müdirü Red Skull ilə savaşır.[38]
Marvel 2006-cı ilin aprel ayında Kapitan Amerikanın ssenarisini yazmaq üçün ilk olaraq Devid Selfi seçdi. Coe Yohnston 2008-ci ilin noyabr ayında rejissorluq üçün müqavilə imzaladı. Rejissor məlum olduqdan sonra yeni ssenari yazmaq üçün Kristofer Markus və Stefen Makfili işə gətirildi. 2010-cu ilin mart ayında Kris Evans Kapitan Amerika roluna, Huqo Ueavinq isə Red Skull roluna seçildi. Filmin premyerası 19 iyul 2011 tarixində Los-Ancelesdə yerləşən El Capitan Theatre-də baş tutdu. 22 iyulda ABŞ-də, 27 iyulda isə dünya üzrə ilk baxışa çıxarıldı.
"Post-credits" səhnə Niki Furinin Stiv Rocers ilə birlikdə qısa dialoqu və Qisasçıların qısa tanıtımından ibarətdir.[39]
S. H. I. E. L. D.-in başçısı Nikolas Cosef "Nik" Furi Torun Dünyanı məğlub etməyi planlayan qardaşı Loki ilə savaşmaq üçün super qəhrəmanları: Dəmir adamı, Toru, Kapitan Amerikanı, Halkı, Qara dulu və Şahingözü bir yerə toplayır.[40]
İnanılmaz Halkın ssenaristi Zak Penn 2007-ci ilin iyun ayında Qisasçıların ssenarisini yazmaq üçün işə götürüldü. 2010-cu ilin aprel ayında Coss Uedon filmin rejissoru olmaq və Pennin ssenarisini yenidən düzəltmək üçün Marvel-lə müqavilə imzaladı. Edvard Nortonun Brüs Benner / Halk rolunu yenidən canlandırmayacağı açıqlandı. Bu rol üçün 2010-cu ilin iyul ayında Mark Ruffalo seçildi. Douni, Evans, Hemsvort, Yohansson, Renner, Hiddlston və Cekson Marvel Kineamtoqrafiya Kainatının əvvəlki filmlərində canlandırdıqları rolları yenidən canlandırdılar. Çəkilişlər 2011-ci ilin aprel ayında Albukerkedə başladı. Ardınca avqust ayında Klivlenddə və sentyabr ayında Nyu-York şəhərində davam etdi. Qala gecəsi 11 aprel 2012-ci ildə Los-Ancelesdə yerləşən El Capitan Theahte-də keçirildi. Film 4 mayda ABŞ-də ilk baxışa çıxarıldı.
Uedon qəhrəmanların solo filmlərindəki dəstəkləyici rollara Qisasçılarda yer verməyi düşünmürdü. "Bir komanda üçün ehtiyacınız olan izolyasiyanı yaratmaq istəyirsinizsə, personajları dəstək sistemlərindən ayırmalısınız." açıqlamasını vermişdir.[41] Amma sonra Dəmir adam və Dəmir adam 2-də Pepper Pottsu canlandıran Qvinet Peltrou Dauninin israrı ilə filmə daxil oldu. "The Infinity Saga" hekayəsinin başlıca düşməni olan Tanos Damion Poitier tərəfindən canlandırıldığı "post-credits" səhnəsində kinematoqrafiya kainatında ilk dəfə görünmüşdür.[42] Sonsuzluq daşlarının ikincisi olan Zehin daşı (Lokinin əsası) da ilk dəfə bu filmdə ortaya çıxmışdır.
İkinci dönəm[22] | ||||||
Sıra | Azərbaycanca adı | Orijinal adı | Rejissor(lar) | Ssenarist(lər) | Prodüser(lər) | İlk baxış |
---|---|---|---|---|---|---|
7 | Dəmir adam 3 | Iron Man 3 | Şane Blak | Şane Blak və Dreu Pearsi | Kevin Fayqi | ABŞ
3 may 2013 |
8 | Tor: Qaranlıq dünya | Thor: The Dark World | Alan Taylor | Don Payni, Robert Rodat, Kristofer Markus və Stefen Makfili | Kennet Brana və Kevin Fayqi | ABŞ
8 noyabr 2013 |
9 | Kapitan Amerika: Qış əsgəri | Captain America: The Winter Soldier | Antoni Russo və Coe Russo | Kristofer Markus və Stefen Fili | Kevin Fayqi | ABŞ
4 aprel 2014 |
10 | Qalaktika mühafizəçiləri | Guardians of the Galaxy | Cames Qann | Cames Qann və Nikole Perlman | ABŞ
1 avqust 2014 | |
11 | Qisasçılar: Altron dövrü | Avengers: Age of Ultron | Coss Uedon | ABŞ
1 may 2015 | ||
12 | Qarışqa-adam | Ant-Man | Peyton Rid | Adam Makkay, Paul Rudd, Edqar Uriqt və Coe Korniş | ABŞ
17 iyul 2015 |
2012-ci ildə baş verən Nyu-York müharibəsindən bəri streslə mübarizə aparan Stark bir sıra sirli partlamanın izinə düşür və terrorist Mandarin ilə qarşı-qarşıya gəlir.[43]
Marvel və Disney 2010-cu ilin sonlarında üçüncü Dəmir adam filmini istehsal etdiklərini açıqladılar. 2011-ci ilin fevral ayında Dəmir adam 3 filminin rejissorluğu üçün Şane Blak işə gətirildi. Blak filmin ssnearisini Dreu Pearsi ilə birlikdə yazdı. Robert Dauni, Qvinet Peltrou və Don Çidl Dəmir adam 2-dəki rollarını yenidən canlandırdılar. Həmçinin Quy Pearsi və Ben Kinqsley Aldrik Killian və Revor Slatteri rollarını canlandırmaq üçün heyətə qatıldılar. Çəkilişlər 2012-ci ilin may ayında Şimali Karolina əyalətində başladı. Həmçinin Cənubi Florida, Çin və Los-Ancelesdə əlavə çəkilişlər aparıldı. Filmin premyerası 2013-cü il 14 apreldə Parisdə yerləşən Le Grand Rex-də və 24 apreldə Los-Ancelesdə yerləşən El Capitan Theatre-də baş tutdu. Dünya üzrə 25 apreldə, ABŞ-də isə 3 mayda ilk baxışa çıxarıldı.
Filmdəki hadisələr 2012-ci ildəki Qisasçılarda baş verən hadisələrdən sonra, 25 dekabr 2012 tarixində baş verir.[44] Toni Stark Nyu-York savaşından sonra posttravmatik stress pozuntusu bənzəri simptomlar yaşayır. Rejissor Blak vəziyyət haqqında "Bu Qisasçılardan aşağı hiss etməklə əlaqəli narahatlıq ola bilər, amma həmçinin reallığa uyğun olmayan hadisələr də onu kiçik hiss etdirir. Filmdə bildirildiyi kimi çəkicli nəhəng adam göydən düşəndən sonra qaydalar dəyişdi. Burada məşğul olduğumuz şey budur." açıqlamasını etmişdir. "Post-credits" səhnədə Brus Benner və Toni Stark arasında dialoq vardır.[45]
Tor və astrofizik Ceyn Foster dünyaları təsadüfi olaraq bir-birinə birləşdirən portalın ortaya çıxmağa başlamasının nəticəsində bir yerə gəlirlər. Malekit və Qara elf ordusunun minlərlə il sonra geri qayıtdıqlarının fərqinə vararlar və Aeter kimi tanınan silahı axtarmağa başlayarlar. Tor onları dayandırmaq üçün qardaşı Loki ilə güclərini birləşdirməyə qərar verir.[46]
Torun davam filmi ilk əvvəl 2011-ci ilin iyun ayında Kris Hemsvortun Tor rolunu yenidən canlandıracağını açıqlaması ilə aydın olmuşdur. Alan Taylorun rejissor olacağı isə iyun ayında açıqlanmışdır. Filmin adının Tor: Qaranlıq dünya olması 2012-ci ilin iyul ayında San Diego Comic-Con International-da açıqlandı. Kristofer Ekklston bir ay sonra Malekit rolu üçün işə gətirildi. Əsas çəkilişlər 2012-ci ilin sentyabr ayında Suerreyin Bourni Uod ərazisində başladı. Əlavə çəkilişlər İslandiya və Londonda davam etdi. Qala gecəsi 22 oktyabr 2013-cü ildə Londonda yerləşən Odeon Leicester mərkəzində baş tutdu. Film ABŞ-də 8 noyabr 2013-cü ildə ilk baxışa çıxarıldı.
Filmdəki hadisələr Qisasçılarda baş verən hadisələrdən bir il sonra gerçəkləşir. Kris Evans Lokinin Torla zarafat edərkən Kapitan Amerikaya çevrildiyi səhnədə qısa rol almışdır. Qalaktika mühafizəçilərinin rejissoru Cems Qunn Benisio del Toronun canlandırdığı Collector (Kolleksiyaçı) rolunun yer aldığı "post-credits" səhnəsini hazırlamışdır.[47] Sonsuzluq daşlarının üçüncüsü olan Həqiqət daşı bu filmdə Aeter adı verilən tünd qırmızı maye olaraq ilk dəfə kinematoqrafiya kainatında görünmüşdür.[48]
Nyu-York savaşından təxminən 2 il sonra Nik Furi ilə birlikdə S. H. I. E. L. D. üçün işləyən Stiv Rocers "Winter Soldier" (Qış əsgəri) ləqəbi ilə tanınan suiqəsdçini tapmaq üçün Nataşa Romanova və Sem Uilson ilə birlikdə işə başlayırlar.[49]
2011-ci ildə çəkilən Kapitan Amerika: Birinci qisasçı-nın davam filmi 2012-ci ilin aprel ayında açıqlandı. Russo qardaşları iyun ayında rejissor olaraq işə gətirildilər. Filmin adının Kapitan Amerika: Qış əsgəri olması iyul ayında açıqlandı. Kris Evans, Samuel Cekson və Skarlet Yohansson kinematoqrafiya kainatındakı rollarını yenidən canlandırdılar. Əvvəlki filmdə Baki Barners rolunu canlandıran Sebastian Sten "Qış əsgəri" olaraq geri qayıtdı. Çəkilişlər 2013-cü ilin aprel ayında Kaliforniya ştatının Manhetten sahilində başladı. Həmçinin Vaşinqton və Ohayoda əlavə çəkilişlər aparıldı. Filmin qala gecəsi 13 mart 2014-cü ildə Los-Ancelesdə baş tutdu. Dünya üzrə 26 martda, ABŞ üzrə isə 4 apreldə ilk baxışa çıxarıldı.Qisasçılar filminin rejissoru Coss Uedon Altron dövrü ilə əlaqəli olan Beron Uolfqanq von Struker (Tomas Kretsçmen), Doktor List (Henri Qudmen), Quicksilver (Earon Taylor-Conson) və Skarlet Uitçin (Elizabet Olsen) yer aldığı "post-credits" səhnəsini hazırlamışdır.
Piter Ceson Quill / Star Lordla birlikdə Qamora, Raket, Dreks və Qrutun yer aldığı komanda güclü kürəni Ronandan uzaqlaşdırmağa çalışırlar.[50]
Nikole Perlmen 2009-cu ildə əsas hekəyəyə əsaslanan hekayə yazmağa başladı. Marvel Studios 2012-ci ilin iyul ayında Qalaktika mühafizəçiləri filmi istehsal etdiklərini açıqlamasının ardınca rejissor Cems Qunn və Perlmen ssenari üçün ortaq işləməyə başladılar. 2013-cü ilin fevral ayında Kris Prettin Piter Quill / Star-Lord olaraq başrolda yer alacağı açıqlandı. Film Shepperton studiolarında və Londonda 2013-cü il iyul–oktyabr ayları aralığında çəkildi. Çəkilişlər 7 iyul 2014-cü ildə bitdi. Filmin premyerası 21 iyul 2014-cü ildə Hollivudda baş tutdu. 31 iyulda Birləşmiş Krallıqda, 1 avqustda isə ABŞ-də bazara çıxarıldı.
Dördüncü Sonsuzluq daşı olan Güc daşı kinematoqrafiya kainatında ilk dəfə bu filmdə görünmüşdür. Qunn Qisasçılar: Sonsuzluq savaşı filmi ilə əlaqəli olacağını bildirərək "post-credits" səhnədə Sonsuzluq daşları ilə əlaqəsi olan Kolleksiyaçı roluna yer vermişdir.[51]
Qisasçılar komandası — Toni Stark, Stiv Rocers, Brus Benner, Nataşa Romanova və Klint Barton Şərqi Avropa ölkəsi olan Sakoviada daha əvvəl Lokinin istifadə etdiyi əsanı istifadə edərək insanlar üzərində sınaqlar edən Beron Uolfqanq von Struker tərəfindən idarə olunan Hidra təsisinə basqın edirlər. Strukerin fövqəlbəşər sürətə sahib Pietro və telepatiya bacarıqlarına sahib Vanda Maksimov layihələri ilə qarşılaşırlar. Benner ilə birlikdə əsanın içində süni intellekt kəşf edirlər və özlərinə aid olan "Altron" qlobal müdafiə proqramını tamamlamaq üçün əsanı gizli şəkildə istifadə etməyə qərar verirlər. Gözlənilməz dərəcədə həssas olan Altron Dünyanı xilas etmək üçün insanları yox etmək lazım olduğuna inanır və ilk olaraq Starkın süni intellektini məhv edir. C. A. R. V. I. S. və Qisasçılara qərargahlarında hücum etdikdən sonra əsa ilə birlikdə qaçan Altron primitiv bədənini inkişaf etdirmək üçün Strukerin Sakoviadakı bazasında yerləşən mənbələri, robot ordusu yaratmaq üçün isə əsanı istifadə edir. Altron Strukeri öldürdükdən sonra valideynlərinin ölümündə Starkı günahlandıran Maksimov ekizlərini yanına alır.[52]
Qisaçıların davamı Disney tərəfindən 2012-ci ilin may ayında, ilk filmin çıxarılmasından qısa müddət sonra elan edildi. 2012-ci ilin avqust ayında Coss Uedon ssenarist və rejissor olaraq geri qayıtmaq üçün müqavilə imzaladı. 2013-cü ilin iyun ayında Dauni Dəmir adam rolunu ikinci və üçüncü Qisasçılar filmlərində yenidən canlandırmaq üçün müqavilə imzaladı. Uedon 20 iyul 2013-cü ildə San Diego Comic-Con International-da filmin adının Qisasçılar: Altron dövrü olacağını açıqladı. 2013-cü ilin avqust ayında Cems Spaderin Altronu canlandıracağı açıqlandı. Filmin çəkilişləri 11 fevral 2014-cü ildə CAR-ın Yohannesburq şəhərində başladı. Əsas çəkilişlər 2014-cü ilin mart ayında İngiltərənin Surrey şəhərindəki Shepperton studiolarında başladı. İtaliya və Cənubi Koreyada əlavə çəkilişlər aparıldı. Çəkilişlər 6 avqust 2014-cü ildə bitdi. Dünya premyerası 13 aprel 2015-ci ildə Los-Ancelesdə baş tutdu. Film 1 mayda ABŞ-də dünya üzrə bazara çıxarıldı.
Film Lokinin əsasındakı daşın Sonsuzluq daşlarından biri olan Zehin daşı olduğunu təsdiqləmişdir. "Post-credits" səhnədə Sonsuzluq daşlarını istifadə etmək üçün lazım olan əlcəklə birlikdə Tanosun qısa görüntüsü yer almışdır.[53] Həmçinin film Qara pantera ilə əlaqəli olaraq Vibranium elementinə və Vakandaya istinadlar təşkil edir. Beləcə Qara panteranın solo filmi kinematoqrafiya kainatında əvvəlcədən təqdim edilmişdir. Əlavə olaraq Endi Serkis Qara panteranın ənənəvi düşməni olan Ulisses Klaue rolunu[54] canlandırmışdır.
Oğru Skot Eduard Qarışqa-adam texnologiyası ilə əlaqədar alim Dr. Henk Pim-ə kömək etmək və Dünyanı müdafiə etmək üçün plan hazırlamağa qərar verir.[55]
Qarışqa-adam filminin istehsalı 2006-cı ilin aprel ayında Eduard Uriqtin Coe Korniş ilə rejissorluq və ortaq ssenaristlik etməsi ilə başladı. Uriqt və Korniş 2011-ci ilin aprel ayında ssenarinin üç qaralamasını bitirdi. Uriqt 2012-ci ilin iyul ayında film üçün sınaq çəkilişi etdi. İlk istehsal Uriqtin Dünyanın sonu filmini bitirə bilməsi üçün uzadıldıqdan sonra 2013-cü ilin oktyabr ayında başladı. Əsas çəkilişlər Paul Ruddun Lenq rolunu canlandırmağının dəqiqləşməsi ilə 2013-cü ilin dekabr ayında başladı. Uriqt 2014-cü ilin may ayında fikir müxtəlifliklərini irəli çıxararaq layihədən ayrıldı, amma yenə də Korniş ilə ssenari və hekayə üstündə müxtəlif işlərdə yer aldı. Sonrakı ay Uriqtin əvəzinə Peyton Rid gətirildi. Adam Makkey Rudd ilə birlikdə ssenariyə töhfə vermək üçün işə alındı. Çəkilişlər 2014-cü ilin avqust–dekabr ayları aralığında San-Fransiko və Atlantada baş tutdu. Feici 2013-cü ilin yanvar ayında Qarışqa-adamın Kinematoqrafiya Kainatının Üçüncü dönəmindəki ilk film olacağını açıqlamışdır, amma 2014-cü ilin oktyabr ayında filmin İkinci dönəmdəki son film olacağı ortaya çıxdı. Qarışqa-adamın dünya premyerası 29 iyun 2015-ci ildə Los-Ancelesdə baş tutdu. Film 14 iyulda Fransada, 17 iyulda isə ABŞ-də ilk baxışa çıxarıldı.
Film Qisasçılar: Altron dövründə gerçəkləşən hadisələrdən bir neçə ay sonra baş verir. Skott Lenq Altron dövründə yer alan Nyu-York ştatının Apsteyt ərazisində yerləşən Qisasçıların yeni qərargahına sızmağa çalışarkən Antoni Makkienin canlandırdığı Sem Uilson / Falkon ilə qısa müddətli mübarizə aparmışdır. Makkey və Rudd Kapitan Amerika: Qış əsgəri filmini izlədikdən sonra öz filmlərinə Falkon rolunu əlavə etməyə qərar verdiklərini açıqladılar.[56] Filmin sonundakı "post-credits" səhnədə 2016-cı il istehsalı Kapitan Amerika: Vətəndaş müharibəsinin mövzusu ilə əlaqəli olaraq Sem Uilson / Falkon, Stiv Rocers / Kapitan Amerika və Baki Berners / Qış əsgəri arasında keçən üçlü dialoqa yer verilmişdir.[57]
Üçüncü dönəm[22][58] | ||||||
Sıra | Azərbaycanca adı | Orijinal adı | Rejissor(lar) | Ssenarist(lər) | Prodüser | İlk baxış |
---|---|---|---|---|---|---|
13 | Kapitan Amerika: Vətəndaş müharibəsi | Captain America: Civil War | Antoni Russo və Coe Russo | Kristofer Markus və Stefen Makfili | Kevin Fayqi | ABŞ
6 may 2016 |
14 | Doktor Strenc | Doctor Strange | Skott Derrikson | Skot Derrikson, Robert Karqill və Con Spaits | ABŞ
4 noyabr 2016 | |
15 | Qalaktika mühafizəçiləri 2 | Guardians of the Galaxy Vol. 2 | Cems Qunn | ABŞ
5 may 2017 | ||
16 | Hörümçək-adam: Evə qayıdış | Spider-Man: Homecoming | Con Vatts | Con Vatts, Conatan Qoldstein, Con Fransis Deley, Kristofer Ford, Kris Makkenna və Erik Sommers | Kevin Fayqi və Emi Paskal | ABŞ
7 iyul 2017 |
17 | Tor: Raqnarok | Thor: Ragnarok | Taika Vaititi | Kristofer Yost, Kreiq Kayli və Stefani Folsom | Kevin Fayqi | ABŞ
3 noyabr 2017 |
18 | Qara pantera | Black Panther | Rian Kuqler | Coe Robert Kole və Rian Kuqler | ABŞ
13 fevral 2018 | |
19 | Qisasçılar: Sonsuzluq savaşı | Avengers: Infinity War | Antoni Russo və Coe Russo | Kristofer Markus və Stefen Makfili | ABŞ
27 aprel 2018 | |
20 | Qarışqa-adam və Eşşək arısı | Ant-Man and the Wasp | Peyton Rid | Kris Makkenna, Erik Sommers, Andreu Berrer, Paul Rudd və Qabriel Ferrari | ABŞ
6 may 2018 | |
21 | Kapitan Marvel | Captain Marvel | Anna Boden və Rian Flek | Meq Lifauvi, Nikole Perlmen və Ceneva Robertson | ABŞ
8 mart 2019 | |
22 | Qisasçılar: Final | Avengers: Endgame | Antoni Russo və Coe Russo | Kristofer Markus və Stefen Makfili | ABŞ
26 aprel 2019 | |
23 | Hörümçək-adam: Evdən uzaqda | Spider-Man: Far From Home | Con Vatts | Kris Makkenna və Erik Sommer | Kevin Fayqi və Emi Paskal | ABŞ
2 iyul 2019 |
Sakoviada Altronun Qisasçılar tərəfindən məğlub edilməsindən təxminən bir il sonra Stiv Rocers, Nataşa Romanova, Sem Uilson və Vanda Maksimova Brok Rumovun labarotoriyadan bioloji silah oğurlamasının qarşısını almaq üçün Laqosda əməliyyat hazırlayırlar. Tutulan Rumlov özünü partladaraq Rocersi öldürmək istəyir, amma düyməyə basmamış Maksimova telekinez bacarıqlarını istifadə edərək partlamanı başqa istiqamətə çevirir. Bununla da yaxınlıqda yerləşən binada yaşayan bir neçə Vakandalı insanı yanlışlıqla öldürür. Hadisə mətbuatda ciddi təsir göstərir. Həmin anda ABŞ Dövlət Departamentindən Taddeus Ross Qisasçılara BMT-nin hazırladığı Sakovia müqaviləsini təqdim edir. Toni Stark Altronun yaranmasında və Sakoviada səbəb olduğu dağınıtlarda iştirakına görə dövlət nəzarəti altında qalmağın tərəfindədir. Komandanın digər lideri[59][60] Stiv Rocers isə siyasətçilərdən daha çox şəxsi mühakiməsinə güvəndiyini bildirərək sövdələşməni rədd edir. Filmin əsas mövzusu 2006-cı ildə məhdud sayda nəşr edilən Vətəndaş müharibəsi komiksinə əsaslanır.[61]
2014-cü ilin yanvar ayında Antoni və Coe Russo üçüncü Kapitan Amerika filminə rejissorluq etmək üçün yenidən müqavilə imzaladılar. İlk iki filmdə olduğu kimi Kris Evans Kapitan Amerika roluna, Kevin Fayqi prodüserliyə, Kristofer Markus və Stefen Makfili isə ssenari yazmağa davam etdilər. 2014-cü ilin oktyabr ayında filmin adının rəsmi olaraq Kapitan Amerika: Vətəndaş müharibəsi olduğu açıqlandı. Filmdə Robert Dauninin də Toni Stark / Dəmir adam olacağı bilindi. Üçüncü dönəmin ilk filmi olan Kapitan Amerika: Vətəndaş müharibəsinin çəkilişləri 2015-ci ilin aprel ayında Atlantada başladı və 2015-ci ilin avqust ayında bitdi. Filmin premyerası 12 aprel 2016-cı ildə Hollivudda baş tutdu. 27 apreldə dünya üzrə, 6 mayda isə ABŞ üzrə ilk baxışa çıxarıldı.
Filmdə 2017-ci ildə solo filmi çıxan Tom Holland (Piter Parker / Hörümçək-adam) və 2018-ci ildə solo filmi çıxan Çadvik Bosemen (Tiçalla / Qara pantera) kinematoqrafiya kainatında ilk dəfə təqdim edilmişdir. Uilliam Hart 2008-ci il istehsalı İnanılmaz Halkda canlandırdığı Tunderbolt Ross rolunu ABŞ Dövlər Departamentinin başçısı olaraq filmdə yenidən canlandırmışdır.[62] Russo qardaşları Qara panteranın Stiv Rocers və Baki Bernersə Vakandaya sığınmalarına icazə verdiyi "post-credits" səhnə üçün Vakandanın görünüşü və dizaynı mövzusunda Qara panteranın rejissoru Rian Kuqlerdən kömək aldığını açıqlamışdır.[63]
Nyu-York şəhərində yaşayan uğurlu, varlı və təkəbbürlü neyrocərrah Stefen Vinsent Strenc avtomobil qəzası keçirir və əllərindəki sinirlər ciddi şəkildə zədələnir. Qəzanın nəticəsində cərrahlıq edə bilməyəcək vəziyyətə düşür. Strenc beldən aşağısının iflic olmasına baxmayaraq ayaqlarını inanılmaz şəkildə yenidən istifadə edə bilən Conatan Panqborn adlı xəstə haqqında məlumatlar öyrənir. Tibetdə yaşan və bütün yaraları sağalda bilən "Ancient One" adlı sehrbazın olması onun üçün yeni ümüd mənbəyi olur.[64]
2010-cu ilin iyun ayında Tomas Dean Donnelli və Yoşua Oppeneimer Doktor Strenc komiksinə aid film ssenarisi yazmaq üçün işə gətirildilər. Fayqi 2013-cü ilin yanvar ayında Doktor Strenc filminin Üçüncü dönəmin hissəsi olacağını təsdiqlədi. 2014-cü ilin iyun ayında rejissorluğa Skott Derrikson seçildi. 2014-cü ilin dekabr ayında Benedikt Kamberbetçin Strenc rolunu canlandıracağı, Con Speitsin isə ssnearist olacağı açıqlandı. 2015-ci ilin dekabr ayında Robert Karqillin filmdə ortaq ssenarist olduğunu açıqlandı. Aprel ayında isə Skott Derriksonun ssenaridə üçüncü şəxs olacağı açıqlandı. İlk çəkiliş mərhələsi 2014-cü ilin iyun ayında başladı. Əsas çəkilişlər isə 2015-ci ildə Nepalda başladı və çəkiliş 2016-cı ilin aprel ayında Nyu-Yorkda sona çatdı. Doktor Strencin premyerası 13 oktyabr 2016-cı ildə Honkonqda baş tutdu. Film 25 oktyabr 2016-cı ildə Birləşmiş Krallıqda, 4 noyabrda isə ABŞ-də ilk baxışa çıxarıldı.
Derrikson filmdəki hadisələrin "təxminən" bir il davam etdiyini və "MCU-nun qalan hissəsinə uyğun olaraq" bitdiyini açıqladı.[65] Həmçinin Doktor Strenc zamanı manipulyasiya edə bilən mistik əşya "Eye of Agamotto"-nu (Aqamottonun gözü) kinematoqrafiya kainatında ilk dəfə göstərdi və bu əşyanın Sonsuzluq daşlarının beşincisi olan Zaman daşı olduğu ortaya çıxdı. "Post-credits" səhnədə Tor: Raqnarokun mövzusu ilə əlaqəli olaraq Strenc və Torun uzun müddətdir itkin düşmüş Odin haqqında danışdıqları dialoq vardır. Səhnə Tor: Raqnarokun rejissoru Taika Vaititi tərəfindən çəkilmişdir.[66]
Qalaktika mühafizəçiləri kainatda səyahət edərək qalaktikanı qorumaq adlı fərqli macəraya başlayırlar. Komanda Piter Quillin atası haqqında daha çox məlumat əldə etməsinə və yeni düşmənlərlə savaşmasına kömək edir.[67]
2014-cü ilin iyul ayında Qalaktika mühafizəçilərinin köməkçi ssenaristi Nikole Perlmenin Ceyms Qunnun davam filminə ssnaristlik və rejissorluq etmək üçün geri qayıdacağı açıqlandı.[68][69] Kris Prett Piter Quill / Star-Lord roluna komandanın digər üzvləri ilə birlikdə geri qayıtdı. Aktyor heyətinə Mantis rolu ilə Pom Klementieff və Eqo rolu ilə Kurt Russell də qatıldı. Filmin adının 2015-ci ilin iyun ayında Qalaktika mühafizəçiləri 2 olduğu açıqlandı.[70] Çəkilişlər 2016-cı ilin fevral ayında Atlantanın Pinevud ərazisində başladı və 2016-cı ilin iyun ayında başa çatdı. Filmin premyerası 10 aprel 2017-ci ildə Tokioda baş tutdu. Film 5 may 2017-ci ildə ABŞ-də ilk baxışa çıxarıldı.
Filmdəki hadisələr 2014-cü ildə gerçəkləşən Qalaktika mühafizəçilərindəki hadisələrdən iki-üç ay sonra baş verir.[71] "Post-credits" səhnədə Adam Varlok rolu kinematoqrafiya kainatında ilk dəfə göstərilmişdir.[72] Qunn Varlokun gələcəkdəki Qalaktika mühafizəçiləi filmlərində də görünəcəyini və Marvel Kinematoqrafiya Kainatının kosmik tərəfinin "olduqca vacib hissəsi" olacağını bildirdi.[73]
Məktəbli Piter Bejamin Parker superqəhrəman olduğunu kəşf etməyə başlamışdır. 2016-cı ildə Qisasçılar komandası ilə yaşadığı təcrübədən sonra Toni Starkın nəzarətində xalası ilə yaşadığı məhəlləyə geri qayıdır. Normal yaşama geri qayıtmağa cəhd etsədə "məhəllənizin dost canlısı Hörümçək-adamı"ndan dah çoxu olduğunu Starka sübut etmək istəyir.[74]
9 fevral 2015-ci ildə Sony Pictures və Marvel Studios Kevin Fayqi və Emi Paskalın ortaq prodüseri olduğu Hörümçək-adam filminin çıxarılacağını elan etdi. Həmçinin Sony Pictures-in filmin haqlarına sahib olmağa, filmi bazara çıxarmağa, distribütorliyinə və son idarəsini əlində saxlamağına davam edəcəyini açıqladı.[75] Fayqi 2015-ci ilin aprel ayında başrolun Piter Parker olacağını təsdiqlədi və Marvelin ən az 2014-cü ilin oktyabr ayından bəri (Üçüncü dönəmin filmlərinin siyahısını açıqladıqları vaxt) MCU-ya Hörümçək-adamı əlavə etmək üçün çalışdıqlarını açıqladı. Fayqi həmçinin "Hörümçək-adam Üçüncü dönəm planlarımızda həmişə var idi. Müqavilə müsbət və ya mənfi şəkildə gedə bilərdi. Bu səbəblə rəsmi müqavilə imzalanana qədər heç bir şey açıqlamadıq." açıqlamasını etmişdir.[76] 2015-ci ilin iyun ayında Tom Holland Hörümçək-adam roluna, Con Uatts isə rejissorluğa gətirildi.[77] Sonrakı ay Con Fransis Daley və Yonathan Qoldsteinin ssenari üçün işə gətirildikləri açıqlandı.[78] Ssneari üçün Uatts, Kristofer Ford, Kris Makkenna və Erik Sommers də əlavə işlərdə iştirak etdilər. 2016-cı ilin aprel ayında filmin adının Hörümçək-adam: Evə qayıdış olduğu açıqlandı.[79] Çəkilişlər 2016-cı ilin iyun ayında Atlantanın Pinevud ərazisində başladı və 2016-cı ilin oktyabr ayında başa çatdı. Hörümçək-adam: Evə qayıdışın premyerası 28 iyun 2017-ci ildə Hollivudda baş tutdu. Film Birləşmiş Krallıqda 5 iyulda, ABŞ-də isə 7 iyulda ilk baxışa çıxarıldı.
Fayqi 2016-cı ilin aprel ayında əvvəlki MCU filmlərindəki personajların bu filmdə görünəcəyini açıqladı. Qısa müddət sonra Robert Dauninin Toni Stark / Dəmir adam rolu ilə filmin heyətinə qatıldığı açıqlandı.[80] Con Favreau Heppi Hoqan, Qvinet Peltrou Pipper Potts və Kris Evans Stiv Rocers / Kapitan Amerika rollarını yenidən canlandırdılar.[81][82][83]
Mjollnir olmadan başqa planetdə əsir qalan Tor bacısı Helanı və yaxınaşan Raqnaroku dayandırmaq üçün Asqarda vaxtında qayıtmağa çalışır.[84]
Marvel 2014-cü ilin yanvar ayında yeni Tor filmini istehsal etdiyini və film üçün Kreiq Kayli və Kristofer Yostu ssnarisliyə işə gətirdiyini açıqladı.[85] 2014-cü ilin oktyabr ayında filmin adının Tor: Raqnarok olduğu dəqiqləşdi. 2015-ci ilin oktyabr ayında Taiki Vaititi Tor:Raqnarokun rejissorluğu üçün müqavilə imzaladı. Hemsvort, Hiddlston, Elba və Hopkins Tor, Loki, Heimdall və Odin rollarını yenidən canlandırdılar. Əlavə olaraq Keyt Blanşett Hela rolu ilə heyətə qatıldı. İngilis rok qrupu Led Zeppelinin Skandinav mifalogiyası mövzusu haqqında olan "Immigrant Song" adlı mahnısı filmdə istifadə edildi.[86] Çəkilişlər 2016-cı ilin iyul ayında Avstraliyanın Village Roadshow studialarında başladı və 2016-cı ilin sonunda başa çatdı. Tor: Raqnarokun premyerası 10 oktyabr 2017-ci ildə Los-Anecelesdə baş tutdu. Film dünya üzrə 24 oktyabr 2017-ci ildə Birləşmiş-Krallıqda, ardınca 3 noyabr 2017-ci ildə ABŞ-də ilk baxışa çıxarıldı.
Filmdəki hadisələr 2013-cü ildə çəkilən Tor: Qaranlıq dünyada gerçəkləşən hadisələrdən dörd il sonra, Qisasçılar: Altron dövründəki hadisələrdən isə iki il sonra, Kapitan Amerika: Vətəndaş müharibəsi və Hörümçək-adam: Evə qayıdış filmləri ilə təxmini olaraq eyni anda gerçəkləşir.[87] Mark Ruffalo və Benedikt Kamberbetç Brus Benner / Halk və Stefen Strenc / Doktro Strenc rollarını təkrar canlandırdılar.[66] "Post-credits" səhnədə Qisasçılar: Sonsuzluq savaşı filmi ilə əlaqəli olan Tanosun kosmik gəmisi "Sanctuary II" kinematoqrafiya kainatında ilk dəfə görünmüşdür.[88][89]
Atasının ölümündən sonra Vakanda kralı olan Tiçalla haqqı olan taxta sahib çıxmaq üçün təcrid olunmuş şəkildə yaşayan və texnologiya cəhətdən irəlidə olan xalqına krallıq etmək üçün geri qayıdır. Tiçallanın əsl kral olub, olmadığı Vakandanın və bütün dünyanın taleyini təhlükə qarşısında qoyan böyük müharibəyə girəndə bilinəcək. Xəyanət və təhlükələr ilə qarşı-qarşıya qalan kral düşmənləri məğlub etmək və xalqının təhlükəsizliyini təmin etmək üçün müttəfiqləri ilə birlikdə bütün gücünü istifadə etməyə qərar veirir.[90]
Sənədli film prodüseri olan Mark Bailey ilk əvvəl 2011-ci ilin yanvarında Qara pantera rolu üzrə ssenari yazmaq üçün işə gətirildi. 2014-cü ilin oktyabr ayında film rəsmi olaraq açıqlandı və Çadvik Bosemenın Tiçalla / Qara pantera rolunu canlandıracağı elan olundu. 2016-cı ilin yanvarında Rian Kuqlerin rejissor olacağı, bir ay sonra isə Coe Robert Kolenin ssenarist olacağı Marvel tərəfindən açıqlandı. Fayqi 2016-cı ilin aprelində rejissor Kuqlerin filmin ssenarisində iştirak etdiyini bildirdi. Çəkilişlər 2017-ci ilin yanvarında Atlantada yerləşən Screen Gems studiolarında başladı və 2017-ci ilin aprelində başa çatdı. Qara panteranın premyerası 29 oktyabr 2018-ci ildə Los-Ancelesdə baş tutdu. Film 16 fevral 2018-ci ildə ABŞ-də ilk baxışa çıxarıldı.
Filmdəki hadisələr Kapitan Amerika: Vətəndaş müharibəsində gerçəkləşən hadisələrdən bir həftə sonra baş verir.[91] Florense Kasumba, Endi Serkis, Martin Frimen və Con Kani əvvəlki MCU filmlərində canlandırdıqları Eyo, Ulisses Klaue, Everett Ross və Tiçaka rollarını yenidən canlandırdılar.[92] "Post-credits" səhnədə Sebastian Stenın canlandırdığı Baki Berners rolu ilə Şurinin arasında olan dialoq vardır.[93]
Qisasçılar Tanosun bütün Sonsuzluq daşarını toplamağının qarşısını almaq üçün Qalaktika mühafizəçiləri ilə güclərini birləşdirir.[94]
Film 2014-cü ilin oktyabr ayında Qisasçılar: Sonsuzluq savaşı — hissə 1 olaraq elan edildi.[95] Marvel 2015-ci ilin aprel ayında Anotni və Coe Russonun filmin rejissoru olacağını, may ayında isə Kristofer Markus və Stefen Makfilinin ssenarini yazacağını açıqladı.[96][97] Marvel 2016-cı ilin iyulunda filmin adının sadəcə Qisasçılar: Sonsuzluq savaşı olaraq qısaldıldığını açıqladı.[98] Coş Brolin Tanos rolunu yenidən canlandırdı.[99][100] Digər MCU filmlərdə yer alan aktyorlar da həmin rollarını yenidən canlandırdılar. Çəkilişlər 2017-ci ilin yanvarında Atlantada başladı[101][102] və 2017-ci ilin iyuluna qədər davam etdi.[103] Əlavə çəkilişlər Şotlandiyada aparıldı.[104] Qisasçılar: Sonsuzluq savaşının premyerası 23 aprel 2018-ci ildə Los-Ancelesdə baş tutdu.[105] Film 27 aprel 2018-ci ildə dünya üzrə bazara çıxarıldı.[106]
Filmdəki hadisələr Kapitan Amerika: Vətəndaş müharibəsindəki hadisələrdən iki il sonra baş verir.[107] "Post-credits" səhnədə Nik Furinin Kapitan Marvel nişanı olan cihaza təhlükə siqnalı göndərməsi göstərilir.[108]
Skott Lenq ata vəzifəsi ilə Qarışqa-adam arasındakı tarazlığı saxlamağa çalışır. Bu vaxtda da Hopi van Dayni və Dr. Henk Pim Skotta yeni tapşırıq təqdim edirlər.[109]
Qarışqa-adam və Eşşək arısı ilk dəfə 2015-ci ilin oktyabrında elan edildi. Peyton Ridin 2015-ci ilin noyabrında etdiyi açıqlama ilə ilk filmdə olduğu kimi bu filmdə də rejissor olacağı və Paul Rudd və Evancelin Lillinin Skott Lenq / Qarışqa-adam və Hopi van Dayni / Eşşək arısı rollarını yenidən canlandıracaqları təsdiqləndi. 2015-ci ilin dekabrında Andreu Berrer, Qabriel Ferrari və Ruddun filmin ssenarisində yer alacaqları açıqlandı. 2017-ci ilin avqustunda Kris Makkenna və Erik Sommersin də ssenariyə töhfə verdikləri ortaya çıxdı. 2017-ci ilin fevralında Mişel Douqlasın Henk Pim rolunu yenidən canlandıracağı açıqlandı. 2017-ci ilin iyul ayında Mişelle Pfeifferin də Ceynt van Dayni rolu ilə heyətə qatılacağı açıqlandı. Çəkilişlər 2017-ci ilin avqustunda Atlantada başladı. Əlavə çəkilişlər San-Fransiskoda aparıldı və 2017-ci ilin noyabrında başa çatdı. Stefen Broussard filmin prodüserliyini öz üzərinə götürdü. Qarışqa-adam və Eşşək arısının premyerası 2018-ci il 25 iyunda Hollivudda baş tutdu. Film 6 iyul 2018-ci ildə ABŞ-də bazara çıxarıldı.
Filmdəki hadisələr Kapitan Amerika: Vətəndaş müharibəsindən iki il sonra və Qisasçılar: Sonsuzluq savaşı ilə təxminən eyni vaxtda baş verir.[110][111] "Post-credits" səhnədə Hopi van Dayni, Henk Pim və Ceynt van Dayninin Sonsuzluq savaşında gerçəkləşən hadisələrin nəticəsində parçalanıb toz olmaları yer alır.[112]
Dünya iki yad planetin arasındakı qalaktikalararası münaqişənin mərkəzində qaldıqdan sonra Kerol Denvers qalaktikanın ən güclü qəhrəmanlarından biri olan Kapitan Marvelə çevrilir.[113]
2013-cü ilin mayında The Hollywood Reporter Marvelin Xanım Marvel ssenarisi hazırladığını elan etdi.[114] 2014-cü ilin oktyabrında Marvel filmin adının Kapitan Marvel olacağını və başrol personajın Kerol Denver olacağını açıqladı.[95] 2015-ci ilin aprelində Nikole Perlmen və Meq Lifauvinin ssenarist olduqları açıqlandı.[115] 2016 San Diego Comic-Conda Bri Larsonun Kerol Denvers rolunu canlandıracağı təsdqiləndi.[116] Samuel Cekson, Dcimon Hounsou, Li Pasi və Klark Qreqq müvafiq olaraq Nik Furi, Korat, Ronen the Accuser və Fil Koulson rollarını yenidən canlandırdılar.[117][118] Filmdə həmçinin Stiv Rocers rolunda Kris Evans, Nataşa Romanova rolunda Skarlet Yohansson, Ceyms Rouds rolunda Don Çidl və Brus Benner rolunda Mark Ruffalo yer alır. 2017-ci ilin aprelində Anna Boden və Rian Flek rejissor olaraq işə gətirildi.[119] İlkin mərhələ çəkilişlər 2018-ci ilin yanvarında,[120][121] əsas çəkilişlər isə martda Los-Ancelesdə başladı[122] və iyulda başa çatdı.[123] Film 8 mart 2019-cu ildə ilk baxışa çıxarıldı.[124]
Filmdəki hadisələr 1995-ci ildə baş verir.[125] "Post-credits" səhnədə filmin üçüncü pərdəsində Qusinin Furinin masasındakı Tesseraktı udduqdan sonra onu requrgitasiya etdiyi göstərilir.[126]
Qisasçılar: Sonsuzluq savaşı filmində Tanosun etdiyi hərəkət nəticəsində kainatdakı həyatın yarısı məhv olduqdan sonra, qalan Qisasçılar və onların müttəfiqləri son bir mövqedə insanları geri qaytarmaq üçün yenidən toplaşmalıdırlar.[127]
Filmin adı 2014-cü ilin oktyabrında Qisasçılar: Sonsuzluq savaşı — bölüm 2 olaraq elan edildi.[95] 2015-ci ilin aprelində Antoni və Coe Russonun rejissor olacağı və mayda Kristofer Markus və Stefen Makfilinin ssenarini yazacağı açıqlandı.[96][96] Marvel 2016-cı ilin iyulunda filmin adının dəyişəcəyini açıqladı[98] və filmin adı 2018-ci ilin dekabrında Qisasçılar: Final olaraq dəyişdi.[128] Coş Brolin Tanos rolunu yenidən canlandırdı.[99][100] Digər MCU filmlərdə yer alan aktyorlar da həmin rollarını yenidən canlandırdılar. Çəkilişlər 2017-ci ilin avqustunda Atlantada başladı[129] və 2018-ci ilin yanvarında başa çatdı.[130] Film 26 aprel 2019-cu ildə ilk baxışa çıxarıldı.[128]
Filmdəki hadisələr Sonsuzluq savaşında gerçəkləşən hadisələrdən üç həftə sonra, 5 il irəli getmədən əvvəl başlayır.[131] "Post-credits" səhnə yoxdur.[132] Amma filmdə ilk MCU filminə geri qayıdış olaraq jenerikin sonunda döyülən Dəmir adam kostyumunun səsi və Hörümçək-adam: Evdən uzaqda üçün tizer fraqmanı vardır.[133] Filmdə Robert Dauni və Kris Evans rollarını sonuncu dəfə canlandırmışdılar.[134][135]
Piter Parker dostları ilə birlikdə Avropaya məktəb səyahətinə çıxır. Xaricidə olarkən, Elementallerlə savaşmaq üçün Qvintin Bek ilə komanda qurmağı üçün Nik Furi tərəfindən işə gətirilir.[136][137]
Sony Pictures 2016-cı ilin dekabrında Hörümçək-adam: Evə qayıdışın davam filmini planladı.[138] Bir il sonra Vattsın filmə rejissorluq etmək üçün geri qayıdacağı təsdiqləndi.[139] İlk filmin ssenaristlərindən olan Kris Makkenna və Erik Sommers ssenarini yazmaq üçün geri qayıtdılar.[140] Holland 2018-ci ilin iyun ayının sonlarında filmin adını Hörümçək-adam: Evdən uzaqda olaraq açıqladı.[141] Çəkilişlər 2018-ci ilin iyulunda İngiltərədə başladı[142] və Çexiya, Venesiya[143] və Nyu-York şəhərində[144] davam etdi. Çəkilişlər 2018-ci ilin oktyabrında bitdi.[145] Hörümçək-adam: Evdən uzaqdanın qala gecəsi 26 iyun 2019-cu ildə Hollivudda baş tutdu.[146] Film 2 iyul 2019-cu ildə ABŞ-də ilk baxışa çıxarıldı.[147]
Filmdəki hadisələr Qisasçılar: Finaldan səkkiz ay sonra baş verir.[148] Cekson və Kobie Smulders əvvəlki MCU filmlərindəki kimi müvafiq olaraq Nik Furi və Maria Hill rollarını yenidən canlandırırlar.[149] "Post-credits" səhnədə Talos rolunda Ben Mendelson və Soren rolunda Şaron Blinn Kapitan Marvel filmindəki rollarını təkrar canlandırdılar.[150]
Dördüncü dönəm[16][151] | ||||||
Sıra | Azərbaycanca adı | Orijinal adı | Rejissor | Ssenarist(lər) | Prodüser(lər) | İlk baxış |
---|---|---|---|---|---|---|
24 | Qara dul | Black Widow | Keyt Şortland[152] | Erik Pearson[153] | Kevin Fayqi | ABŞ
9 iyul 2021[154] |
25 | Şanq-Çi və On halqa əfsanəsi | Shang-Chi and the Legend of the Ten Rings | Destin Daniel Kretton[155] | Devid Kallahem, Destin Daniel Kretton və Andreu Lenhem[156] | Kevin Fayqi və Yonathan Skuartz | ABŞ
3 sentyabr 2021[154] |
26 | Əbədilər | Eternals | Kloi Zao[157] | Metyu Firpo və Rian Firpo[158] | Kevin Fayqi | ABŞ
5 noyabr 2021[159] |
27 | Hörümçək-adam: Evə yol yoxdur | Spider-Man: No Way Home | Con Vatts[160] | Kris Makkenna və Erik Sommers[161] | Kevin Fayqi və Emi Paskal | ABŞ
17 dekabr 2021[162] |
28 | Doktor Strenc: Dəlilik multikainatında | Doctor Strange in the Multiverse of Madness | Sem Raimi[163] | Mişel Ualdron və Ceyd Helley Bertlett[164][165] | Kevin Fayqi | ABŞ
6 may 2022[166] |
29 | Tor: Sevgi və ildırım | Thor: Love and Thunder | Taiki Vaititi[167] | Taika Waititi ve Jennifer Kaytin Robinson[168][169] | ABŞ
8 iyul 2022[170] | |
30 | Qara pantera: Əbədi Vakanda | Black Panther: Wakanda Forever | Rian Kuqler[171] | ABŞ
11 noyabr 2022[172] | ||
31 | Marvellər | The Marvels | Nia Dakosta[173] | Meqan Makdonnell[174] | ABŞ
17 fevral 2023[175] | |
32 | Qarışqa-adam və Eşşək arısı: Quantumania | Ant-Man and the Wasp: Quantumania | Peyton Rid[176] | Ceff Loviniss[177] | ABŞ
28 iyul 2023[178] | |
33 | Qalaktika mühafizəçiləri 3 | Guardians of the Galaxy Vol. 3 | Cems Qunn[177] | ABŞ
23 may 2023[179] | ||
34 | İnanılmaz Dörtlük | Fantastic Four | Con Vatts[180] | Elan olunacaq | Elan olunacaq |
Nataşa Romanova özünü tənha hiss edir və keçmişi ilə əlaqəli sui-qəsd nəzəriyyəsi ilə üzləşir. Onu yıxmaq üçün heç nədən imtina etməyəcək güc tərəfindən izlənilən Romanova cəsus olaraq keçmişi ilə və Qisasçı olmadan çox əvvəl geridə qalan qırıq münasibətlərlə mübarizə etmək məcburiyyətindədir.[181][182]
Kevin Fayqi Qisasçılar: Altron dövründə Nataşa Romanova / Qara dul rolunun sevildiyini görüb bu rol üçün solo film hazırlamağı düşündüyünü dedi.[183] 2018-ci ilin yanvarında ssenari üçün Cek Skaeffer, iyulda isə Keyt Şortland rejissorluq üçün işə gətirildi.[184] Ned Benson fevral ayında ssenarini yenidən yazdı.[185] Çəkilişlər 2019-cu ilin mayında başladı[186][187] və oktyabra qədər Norveç, Birləşmiş Krallıq, Budapeşt, Mərakeş və Gürcüstanda davam etdi.[188][189] Qara dulun premyerası 29 iyun 2021-ci ildə London, Los-Anceles, Melburn və Nyu-Yorkda baş tutdu.[190][191] Film 9 iyul 2021-ci ildə ABŞ-də ilk baxışa çıxarıldı.[192]
"Post-credits" səhnədə Falkon və Qış əsgəri serialından Valentina Alleqra de Fontaini rolu ilə tanınan Culia Luis-Dreyfus filmdə Şahingöz serialındakı Yelena rolu ilə yer alır.[193]
Şanq-Çi gizli On halqa təşkilatına qoşulduqda, geridə qoyduğunu düşündüyü keçmişi ilə üzləşməyə məcbur olur.[194]
Marvel Studios 2018-ci ilin dekabrında ssenari üçün Deyv Kallahem[195], 2019-cu ilin martında rejissorluq üçün Destin Daniel Kretton işə gətirildi.[196] Çəkilişlər 2020-ci ilin fevralında başladı[197][198], amma COVID-19 pandemiyası səbəbi ilə martda dayandırıldı.[199] Çəkilişlər avqustda yenidən başladı və oktyabrda başa çatdı.[200][201] Şanq-Çi və on halqa əfsanəsinin premyerası 16 avqust 2021-ci ildə Los-Ancelesdə baş tutdu.[202] Film 3 sentyabr 2021-ci ildə ABŞ-də ilk baxışa çıxarıldı.[203]
Şanq-Çi və on halqa əfsanəsindəki hadisələr Qisasçılar: Finaldakı hadisələrdən sonra baş verir.[204] "Post-credits" səhnədə Mark Ruffalo (Halk) və Bri Larson (Kapitan Marvel) yer alır.
Əhalinin yarısının geri qayıtması "ortaya çıxmağı" alovladıqdan sonra, Əbədilər — 7 min ildən çox müddət ərzində Dünyada gizli yaşayan Göylər tərəfindən yaradılmış ölməz yad irq bəşəriyyəti düşmənləri olan Deviantlardan qorumaq üçün yenidən birləşirlər.[205][206]
Marvel Studios 2018-ci ilin əvvəllərində ssenarisini Kaz Firpo və Rian Firponun yazdığı Əbədilər filmini istehsal etməyə başlamışdı.[207][208] Sentyabr ayının sonlarında Kloi Zao filmin rejissoru olmaq üçün işə gətirildi.[209] Həmçinin Petrik Burleiq Firpos ilə birlikdə filmin ssenaristi oldu.[210][211] Çəkilişlər 2019-cu ilin iyulundan 2020-ci ilin fevralına qədər əsasən İngiltərədə aparıldı.[212] Əbədilərin premyerası 18 oktyabr 2021-ci ildə Los-Ancelesdə baş tutdu.[213] Film 5 noyabrda ABŞ-də ilk baxışa çıxarıldı.[214]
Əbədilərdəki hadisələr Falkon və Qış əsgəri və Hörümçək-adam: Evdən uzaqda ilə eyni vaxtda, Qisasçılar: Finaldan isə 6–8 ay sonra baş verir.[215] "Post-credits" səhnədə Maherşala Əli Bleydin səsi olaraq yer alır.[216]
Piter Parkerin həyatı gizliliyinin Misterio tərəfindən açıqlanmasından sonra alt-üst olur. Hər şeyi düzətmək üçün Stefen Strencdən kömək istəyir, amma işlər daha da təhlükəli vəziyyətə çevrilir. Beləliklə Hörümçək-adamın digər versiyaları bir yerlə toplanırlar.[217][218]
2019-cu ilin avqustuna qədər Kris Makkenna və Erik Sommers ssenari üçün işə başladılar.[219] 2020-ci ilin iyununa qədər rejissorluğa Con Vatts,[220] başrola isə Tom Holland geri qayıtdı.[221] Çəkilişlər 2020-ci ilin oktyabrında Nyu-York şəhərində başladı[222] və həmin ayın sonunda Atlantada yerləşən Trilith studiosuna köçürüldü.[223] Çəkilişlər mart ayının sonlarında başa çatdı.[224] Filmin adı 2021-ci ilin fevralında rəsmi olaraq açıqlandı.[225] Hörümçək-adam: Evə yol yoxdurun premyerası 13 dekabr 2021-ci ildə Los-Ancelesdə baş tutdu.[226] Film 17 dekabr 2021-ci ildə ABŞ-də ilk baxışa çıxarıldı.[225]
Filmdəki hadisələr Hörümçək-adam: Evdən uzaqdadakı hadisələrin ardınca başlayır.[227] "Mid-credits" səhnədə Eddie Brok / Venom yer alır.[228]
Dr. Stefen Strenc həm keçmiş həm də yeni mistik tərəfdaşlarının köməyi ilə sirli düşmənlə savaşmaq üçün multikainata gedir.[229]
2018-ci ilin dekabrında Doktor Strencin rejissoru və köməkçi ssenaristi Skott Derrikson Benedikt Kamberbetçin başrolda yer alacağı davam filminə rejissorluq etmək üçün müqavilə imzaladı.[230] Filmin adı 2019 San Diego Comic-Conda rəsmi olaraq açıqlandı.[231] Ceyd Berlett oktyabrda ssenari yazmaq üçün işə gətirildi.[232] 2020-ci ilin yanvarında Derrikson rejissor olaraq işindən ayrıldı.[233] Sonrakı ay Sem Raimi rejissorluq üçün müqavilə imzaladı.[234] 2020-ci ilin aprelində Loki serialının baş ssenaristi Mişel Ualdron filmin ssenarisini yazmaq üçün heyətə qatıldı.[235] Çəkilişlər 2020-ci ilin noyabrında Londonda başladı.[236] Amma COVID-19 pandemiyası səbəbi ilə 2021-ci ilin yanvarında dayandırıldı.[237] Çəkilişlər martda yenidən başladı[237] və 2021-ci ilin aprelində Somersetdə başa çatdı.[238] Doktor Strenc: Dəlilik multikainatındanın 6 may 2022-ci ildə ilk baxışa çıxarılması planlanır.[239]
Filmdəki hadisələr Hörümçək-adam: Evə yol yoxdur və Lokinin ilk mövsümündən sonra baş verir.[240][241]
Taiki Vaititi 2019-cu ilin iyuluna qədər dördüncü Tor filmini hazırlamaq üçün müqavilə imzaladı.[242] Filmin adı 2019 San Diego Comic-Conda rəsmi olaraq elan edildi.[243] 2020-ci ilin fevralında Cennifer Kaytin Robinson Vaititi ilə birlikdə ssenarini yazmaq üçün heyətə qatıldı.[244] Çəkilişlər 2021-ci ilin yanvarının sonlarında Avstraliyada başladı[245] və iyunda başa çatdı.[246] Tor: Sevgi və ildırımın 8 iyul 2022-ci ildə ilk baxışa çıxarılması planlanır.[239]
Filmdə Qalaktika mühafizəçilərindən Kris Prett, Pom Klementieff, Dave Baustusta, Karen Qillan və Vin Dizel rollarını yenidən canlandırılacaq.[247]
Rian Kuqler 2018-ci ilin oktyabrına qədər Qara panteranın davam filmini hazırlamaq üçün müqavilə imzaladı.[248] Coe Robert Kole Kuqler ilə birlikdə ssenari yazmaq üçün geri qayıtdı.[249] Fayqi filmin adını 2019-cu ilin ortalarında Qara pantera II olaraq adlandırdı.[17] Qara panteranın başrolu 2020-ci ilin avqustunda Çadvik Bodemenin xərçəngdən ölməsindən[250] sonra başrol Tiçalla dəyişdi.[251] Filmin hazırkı adı 2021-ci ilin mayında açıqlandı.[252] Çəkilişlər 2021-ci ilin iyununun sonlarında Atlantada yerləşən Trilith studiolarında başladı[253] və 2021-ci ilin noyabrının əvvəllərində dayandırıldı.[254] Çəkilişlər 2022-ci ilin yanvarında yenidən başladı.[255] Çəkilişlər həmçinin Massaçusets[256] və Corciya[257] ştatlarında aparıldı. Qara pantera: Əbədi Vakandanın 11 noyabr 2022-ci ildə bazara çıxarılması planlanır.[239]
Filmdə Dominique Torni Riri Uilliams / Dəmir-ürək olaraq görünəcək.[258]
Fayqi 2019-cu ilin iyulunda San Diego Comic-Conda Kapitan Marvelin davam filmini hazırladıqlarını təsdiqlədi.[259] Meqan Makdonnel ssenarini yazdı.[260] Filmin adı 2020-ci ilin dekabrında Kapitan Marvel 2 adı ilə açıqlandı.[261] Hal-hazırkı adı isə 2021-ci ilin mayında açıqlandı.[252] Əsas çəkilişlər 2021-ci ilin avqustunda Bakqinhemşirdə yerləşən Pinewood studiolarında başladı.[262] Marvellərin 17 fevral 2023-cü ildə ilk baxışa çıxarılması planlanır.[239]
Üçüncü Qalaktika mühafizəçiləri filmi 2016-cı ilin aprelində Marvel Studios tərəfindən planlandı.[263] Ceyms Qunn rejissorluq və ssenaristlik üçün geri qayıtdı.[264] Fayqi 2019-cu ilin iyulunda San Diego Comic-Conda rəsmi olaraq filmi hazırladıqlarını açıqladı.[265] Çəkilişlər 2021-ci ilin noyabrında Atlantada başladı.[266] Çəkilişlərin 2022-ci ilin aprelinə başa çatması gözlənilir.[267] Qalaktika mühafizəçiləri 3-ün 5 may 2023-cü ildə ilk baxışa çıxarılması planlanır.[252]
Qarışqa-adam və Eşşək arısı filmi çıxarılmadan əvvəl üçüncü Qarışqa-adam filminin çəkilməsi gözlənilirdi.[268] Peyton Rid 2019-cu ilin noyabrına qədər rejissor olaraq geri qayıtdı. Ceff Loviness ssenarini 2020-ci ilin aprelinə qədər yazdı. İlkin çəkilişlər 2021-ci ilin fevralında Türkiyədə başladı.[269] Əsas çəkilişlər isə iyulun sonlarında Bakqinhemşirdə yerləşən Pinewood studiolarında başladı[270] və noyabrda başa çatdı.[271] Qarışqa-adam və Eşşək arısı: Quantumanianın 28 iyul 2023-cü ildə ilk baxışa çıxarılması planlanır.[239]
Fayqi 2019-cu ilin iyulunda San Diego Comic-Conda Marvel Studiosun MCU üçün İnanılmaz Dörtlük filmi hazırladığını açıqladı.[272] Con Vatss 2020-ci ilin dekabrında rejissor elan edildi.[273][274]
Marvel Studios personajın film haqlarını yenidən aldıqdan sonra 2013-cü il maya qədər Bleyd filmi üçün ssenariyə sahib idi. Uesley Snipesin 2015-ci ildə Marvel Studios ilə yenidən rol almaq ehtimalı mübahisəli mövzu olmuşdur, amma daha sonra Meherşala Əli 2019 San Diego Comic-Conda Erik Bruks / Bleyd olaraq təqdim edildi.[275]
Disneyin 21st Century Fox-u satın almağının 2017-ci ilin dekabrında açıqlanmasından sonra Disney-in CEO-su Bob İqer Dedpulun Disney altında MCU ilə birləşəcəyini və Rian Reynoldsun İks-adamlar film seriyasındakı Dedpul rolunu yenidən canlandırmağını gözlədiyini dedi. 2019-cu ilin oktyabrında Dedpul və Dedpul 2 filmlərinin ssenaristləri Rett Risi və Paul Uernik üçüncü filmin istehsalına başlamaq üçün Marvel Studios-dan təsdiq cavabı gözlədiklərini açıqladılar. Marvel və Disney Dedpulu kinematoqrafiya kainatına PG-13 olaraq birləşdirməyi düşünsələr də, Risi "Dedpul yaratdığımız R dərəcəli kainatda yaşayacaq və düşünürəmki, onu MCU-ya daxil etməyimizə icazə veriləcək." açıqlamasını etdi. Reynolds 2019-cu ilin dekabrında Marvel Studios-un üçüncü Dedpul filminin istehsal mərhələsində olduğunu təsdiqlədi. Marvel Studios 2020-ci ilin noyabrında filmin ssenarisini yazmaq üçün Uendi Molineuks və Lizzie Molineuks-Locelini işə gətirdi. Həmçinin Reynoldsun filmin istehsalında yer alacağı və filmin R dərəcədə yayımlanacağı da açıqlandı.[276]
Marvel Studios-un 2019 San Diego Comic-Condakı 4-cü dönəm planlarının müzakirə edildiyi paneldə Fayqi studionun mutantlar (İks-adamlar da daxil) haqqında filmlər hazırladıqlarını təsdiqlədi. Bu filmlərin adlarında "İks-adamlar" olub olmayacağı soruşulduqda, Fayqi "İks-adamlar" və "mutant" terminlərinin bir-birinin yerinə keçə biləcəyini qəbul etdi, amma MCU-nun tərzinin 20th Century Fox-dan olduqca fərqli olduğunu da bildirdi.[277][278]
2021-ci ilin aprelində daha əvvəl Disney+ serialı olan Falkon və Qış əsgərinin hazırlanmasında yer almış Malkolm Spellmen və Delan Musson tərəfindən yazılan ssenari ilə dördüncü Kapitan Amerika filminin istehsal mərhələsində olduğu açıqlandı.[279]
Aşağıdakı cədvəl Marvel Kinematoqrafiya Kainatı filmlərinin xronoloji ardıcıllığını göstərir.[280][281]
İl | Ad | İst. |
---|---|---|
1943–1945 | Birinci qisasçı | [282] |
1946 | Agent Karter | [283] |
1995 | Kapitan Marvel | [284] |
2010 | Dəmir adam | [285] |
2011 | Dəmir adam 2 | [285] |
İnanılmaz Halk | [285] | |
Gülməli bir şey… | [286] | |
Tor | [287] | |
Məsləhətçi | [287] | |
2012 | Qisasçılar | [288] |
Maddə 47 | [289] | |
Dəmir adam 3 | [290] | |
2013 | Hamı kralı salamlasın | [291] |
Qaranlıq dünya | [288] | |
2014 | Qış əsgəri | [290] |
Qalaktika mühafizəçiləri | [71] | |
Qalaktika mühafizəçiləri 2 | [292] | |
2015 | Altron dövrü | [282] |
Qarışqa-adam | [293] | |
2016 | Vətəndaş müharibəsi | [294] |
Qara dul | [295] | |
Qara pantera | [296] | |
Evə qayıdış | [297] | |
Doktor Strenc | [296][298] | |
2017 | Raqnarok | [87][299] |
2018 | Qarışqa-adam və Eşşək arısı | [300] |
Sonsuzluq savaşı | [107] | |
2023 | Final | [131] |
UandaVision | [301] | |
2024 | Falcon və Qış əsgəri | [302] |
Şanq-Çi | [303] | |
Əbədilər | [215][304] | |
Evdən uzaqda | [227] | |
Evə yol yoxdur | [148] | |
Şahingöz | [305] |
Aşağıdakı cədvəl Marvel Kinematoqrafiya Kainatının ən az iki fərqli dönəmində və iki filmin başrolunda yer almış və ya alacaq aktyorları göstərir.
<ref>
teqi; auto16
adlı istinad üçün mətn göstərilməyib