Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor 2: Zülmət aləmi" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir. Filmin çəkilişləri Avstraliyanın Brisben və Sidney şəhərlərində, həmçinin Village Roadshow Studiosda aparılmış və 2016-cı ilin oktyabrında tamamlanmışdır.
"Tor: Raqnarok"un premyerası 10 oktyabr2017-ci ildə Los-Ancelesdə keçirilmiş, ABŞ-də 3 noyabr 2017-ci ildə 3D, IMAX və və IMAX 3D formatlarında çıxarılmışdır. Film, tənqidçilər tərəfindən əsasən müsbət qiymətləndirilmiş, Tor trilogiyasının ən yaxşı filmi olması vurğulanmış, Vaititinin rejissorluğu, aktyor heyətinin işi, yumor və musiqisi yüksək qiymətləndirilmişdir.
Xəbərdarlıq:Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.
Sokoviya döyüşündən[Qeyd 1] iki il sonra TorSonsuzluq daşlarının uğursuz axtarışını davam etdirərkən od demonu Surtur tərəfindən Muspelheymdə əsir edilir. Surtur bildirir ki, Torun atası Odin çoxdan Asqardı tərk edib və buna görə də peyğəmbərlikdə deyilən Raqnarökün baş verməsinə az qalıb və Surtur tacını Odinin xəzinəsində saxlanan əbədi alovla birləşdirən kimi bu hadisə baş verəcək. Tor Surturu məğlub edərək tacını əlindən alır, beləliklə də Raqnaröka mane olduğunu düşünür.
Asqarda qayıdan Tor qardaşı Lokinin özünü Odin kimi təqdim etdiyini aşkara çıxarır. Tor Lokini Odinin tapılmasında ona kömək etməyə məcbur edir, Yerdə Doktor Strencin köməkliyi ilə onlar Odinin Norveçdə olduğunu müəyyənləşdirirlər. Odin danışır ki, ömrünün sonuna az qalıb və onun ölümündən sonra ilk övladı olan və çoxdan həbsdə saxlanan Hela saxlandığı yerdən çıxmaq imkanı qazanacaq. Hela Asqard ordusuna rəhbərlik edərək doqquz aləmin fəth edilməsində Odinə kömək etmiş, lakin, sonradan Odin Helanın böyük ambisiyalarından qorxaraq onu həbsə atmışdır. Bundan sonra Odin ölür və hənsdən azad olmuş Hela peyda olur. Hela Torun çəkici Myolneri məhv edir, qardaşlar Bifröst körpüsü vasitəsiylə Asqarda qayıtmağa çalışarkən Hela onları izləyir və ölmələri üçün ikisini də körpüdən açıq kosmosa atır. Asqarda gələn Hela onun ordusu və Üç Döyüşçüsünü məhv edir; əvvəllər onunla birlikdə döyüşmüş ölüləri, o cümlədən, nəhən canavarı Fenrisi dirildir; Asqardalı Skurqu öz cəlladı təyin edir. O, Bifröst körpüsünü Asqard imperiyasının genişləndirilməsi üçün istifadə etməyi planlaşdırır, lakin Heymdall körpünü idarə edən qılıncı gizlincə oğurlayır və Asqarda sakinləri ilə birlikdə gizlədir.
Tor, qaçqınlar və cinayətkarların məskunlaşdığı zibil planeti Sakaara düşür. Burada o, “Skrapper 142” adlı baş ovçusu tərəfindən tutularaq planetin hökmdarı Qrandmasterin təşkil etdiyi qladiator döyüşlərinə gətirilir. Burada o, Lokinin artıq Qrandmasterlə yaxınlaşdığını öyrənir. Tor öyrənir ki, “Skrapper 142” qədim zamanlarda Asqardı Heladan qoruyarkən qəhrəmancasına ölmüş əfsanəvi qadın döyüşçülər qvardiyası Valkiriyaların sağ qalmış son döyüşçüsüdür. Tor Qrandmasterin təşkil etdiyi Çempionlar yarışmasında iştiraka məcbur olur və köhnə dostu Halkla qarşılaşır. Tor demək olar ki, Halka qalib gəlir, lakin, Qrandmaster döyüşü pozaraq Halkın qalib gəlməsini təmin edir. Tor Halk və 142-ni Asqardın xilas edilməsində ona kömək etməyə razı salmaq istəyir. Tezliklə Tor həbsdə saxlanıldığı saraydan qaça bilir və Halkın sürdüyü Quinjeti tapır. Halk Torun ardınca təyyarəyə gəlir və burada Nataşa Romanovanın video yazısı onu Sokoviya hadisələrindən sonra ilk dəfə Brüs Bennerə çevrilməyə məcbur edir.
Qrandmaster Loki və 142-yə Tor və Halkı tapmağı tapşırır, Loki isə 142-yə yoldaşlarının Helanın əlindən ölməsini göstərərək həmin ağrıları bir daha yaşadır. Tora kömək etməyə qərar verən 142 Lokini əsir götürür ki, məqsədini izah edə bildin. Loki, dəstəyə Qrandmasterin gəmilərindən birini qaçırmaq imkanı verir. Daha sonra onlar digər qladiatorları da azad edirlər və Korqla Mikin rəhbərliyi altında qladiatorlar Qrandmasterə qarşı üsyan edirlər. Loki qardaşını sataraq Qrandmasterdən mükafat almaq istəsə də, Tor onun tələsinə düşməyərək planı pozur, əlləri bağlanmış Lokini qısa zamanda Korq və Mik tapır. Tor, Benner və 142 portal vasitəsiylə Hela və onun ölülər ordusunun Heymdal və sakinlərə hücum etdiyi Asqarda çatır. Fenrislə döyüşən Benner yenidən Halka çevrilir, Tor və 142 isə Skurq və ölülər ordusu ilə mübarizə aparır. Loki və qladiatorlar kömək üçün Asqarda gəlirlər. Sakinlər Lokinin böyük gəmisinə minməyə başlayırlar. Hela ilə döyüşən Tor bir gözünü itirir və bu zaman Odini görür. Odin Tora başa salır ki, Raqnarök Helanın qarşısını ala bilər. Helanın başı qarışıq olduğu müddətdə Loki Serturun tacını tapır və əbədi odla birləşdirir. Surtur yenidən doğulur, Asqardı və Helanı məhv edir.
Tor və digərləri asqarlılarla birlikdə Qrandmasterin gəmisində qaçaraq xilas olurlar. Hökmdar olan Tor xalqını Yerə gətirməyə qərar verir. Titrlər arası kadrlarda onların gəmisi böyük bir gəmi ilə qarşılaşır.[Qeyd 2] Qrandmaster üsyançılar tərəfindən ələ keçirilir.
Skandinav mifologiyasına əsasən Asqardın vəliəhd şahzadəsi Sonsuzluq daşlarını axtaran “tənha silahlı” Tordur.[8][10]Toru daha əvvəl dörd filmdə canlandırmış Hemsvort personajdan “bir qədər yorulmuşdu” və buna görə də riskə gedərək təcrübə etmək istəyirdi: filmdə personajın saçları qısa, geyimi fərqlidir, o döyüş baltası Myölneri və bir gözünü itirir.[11] Taika Vaytiti qeyd edir ki, personajın “təmizlənməsi” filmin sonunda onun qaçqına çevrilməsinə də imkan verir.[12]“Tətil” (2015) və “Ruh ovçuları” (2016) filmlərindəki kimi Vaytiti də Hemsvortun komedik istedadını daha çox istifadə etmək istəyirdi[13] və onun personajı üzərində işləyərkən Kurt Rasselin“Kiçik Çində böyük problem” filmində yaratdığı Cek Börton personajından ilhamlanmışdır.[14]
Torun ögey qardaşıdır.[15][16] Hidlston Lokinin ətrafa münasibətinin necə dəyişməsi ilə maraqlanaraq qeyd edir ki, “o həmişə hiyləgərdir.” Buna görə də o, nankorluq etmək üçün yeni yollar axtarır.[17]“Tor 2: Zülmət aləmi” filminin sonundan etibarən Asqardı idarə edən Loki rolunu canlandıran Hidlston qeyd edir ki, Loki "vaxtının böyük hissəsini özünü tanıtmağa sərf edir, hakimiyyəti möhkəmləndirmək üçün bir iş görmür.”'[18]' O, həm də əlavə edir ki, Torun onunla maraqlanmayacağı fikri Lokini narahat edir..."Qardaşım məni sevmir, ona nifrət edirəm”[19].
Odinin ilk övladı və ölüm ilahəsidir,[20]skandinav mifologiyasındakı İlahə Hel obrazına əsaslanır.[16][21][22] Ssenari müaəllifi Erik Pirson Helanın Torun bacısı olması ideyasını heç kimə açıqlamamış, hətta, icraçı prodüser Bred Uinderbaum üçün hazırlanmış qaralama versiyada da bu ideya yer almamışdır. Lokidən fərqli olaraq Helanın Torun qohumu kimi göstərilməsi, mifologiya və komikslərdə olduğu kimi onların son qarşıdurmasına ciddi təsir göstərmişdir. Bu dəyişikliyi edən Pirson hiss edir ki, Hela “nə deyilməsində asılı olmayaraq Asqardı idarə etməli olan bir personaja çevrildi”.[23] Keyt Blanşett qeyd edir ki, hərəkət tutulması kostyumunda rol oynamaq adi kostyumda oynamaqdan daha çətindir, “çünki xüsusilə gücün gəldiyi zamanda böyük rol oynayan baş geyimini hiss etmirsən.”[24] Hela personajının dizaynı Ceyson Aaronun “Thor: God of Thunder” adlı komiksindən götürülmüşdür. Həmin komiksdəki Qorr adlı personajın sonsuz sayda silahlar törətmək bacarığı isə Helanın həmin bacarığının yaradılmasına ilhamlandırmışdır.[25] Blanşet kaskadyor Zoi Bell, Hemsvortun şəxsi məşqçisi Lyuk Zoççi lə birlikdə çalışmış və kapoeyra öyrənmişdir.[11][20]
Hər şeyi görən və eşidən, Bifröst körpüsündə Asqardın keşiyini çəkən Heymdal personajı eyni adlı tanrı personajı əsasında yaradılmışdır. Lokinin hakimiyyəti zamanı o, özünü qurban verir.[16][26][27] Helanın Asqardı ələ keçirməsindən sonra o, köməksiz əhaliyə gizlənməyə kömək edir. Heymdalın personaj tağını təsvir edən Uinderbaum qeyd edir ki, “o, mürəkkəb dövlət işlərindən uzaqlaşaraq dağlara çəkilmiş, əsl qəhrəman kimi film boyu bu dağlarda zalımları cəzalandıraraq mübarizə aparır.”[27]
Sakaar planetini idarə edən[13]Kainatın böyüklərindən biridir.[18][28] Kiçik canlıları ələ salmaqla əylənərək vaxt keçirir.[16][29] Qoldblum personajı “hedonist, həzz axtarıcısı, dadlardan və qoxulardan həzz alan biri” kimi təsvir edir. O, həm də bildirir ki, özünəməxsus obraz yaratması üçün Vaytiti aktyora improvizasiya imkanı vermişdir. Komikslərdən fərqli olaraq filmdə Qrandmaster mavi dərili deyil[30]; Vaytiti bunu izah edərək deyir ki, Qoldblum artıq 1988-ci ildə çıxarılmış “Yer qızları rahat əlçatandır” filmində mavi dərili personajı canlandırmışdır buna görə də rejissor təkrara yol vermək və aktyoru qrim altında gizlətmək istəməmişdir.[31] Qrandmaster “Qalaktika keşikçiləri” filmində təqdim edilmiş və Benisio del Toro tərəfindən canlandırılmış Kolleksiyaçının doğma qardaşıdır. Prodüser Kevin Fayqi gələcək filmlərdən birində iki qardaşı bir yerdə görməyin maraqlı ola biləcəyini qeyd etmişdir.[32]
Sərt, çox içən asqardlı baş ovçusudur;[13]skandinav mifologiyasında bir zamanlar Valkiriya olmuş Brunhilda adlı personaja əsasən yaradılmışdır;[33] Sakaarda “Skrapper 142” adı ilə yaşayaraq Qrandmasterə xidmət edir.[27] Tompson qeyd edir ki, komikslərdə personajn müxtəlif versiyalarının təsvir edilməsi “film versiyasınnın yaradılması zamanı bizə hərəkət azadlığı verirdi.”[25] Vaytiti əmin olmaq istəyirdi ki, biz darıxdırıcı və gözəl qadın personajı yaratmırıq[34], Fayqi isə bildirmişdi ki, Marvel Tor üçün Ceyn Fosterdən daha layiqli sevgi marağı tapmaq istəyir.[35] Kreyq Kayli və Kristofer Yostun film üçün hazırladığı ilkin qaralama ssenarisində Tor və Valkiriya arasında daha romantik münasibət nəzərdə tutulmuşdu. Pirson film üzərində işləməyə başladıqda bu süjet xəttindən uzaqlaşaraq personajlar arasında qarşılıqlı hörmət münasibətinə üstünlük vermişdir. “O, kədərini içki butulkaları ilə boğmağa çalışır və mən fikirləşdim ki, bu komiks filmlərində tez-tez görmədiyimiz bir haldır” deyə Pirson qeyd edir.[23] Tompson rola hazırlaşarkən Linda Hemilton tərəfindən “Terminator 2: Axirət günü” filmində yaradılmış Sara Konnor personajından ilhamlanmış[34], qəhrəmanın uzun müddət Asqardda olmadığını göstərmək üçün Asqard ləhcəsindən fərqlənən ləhcənin yaradılması üçün Endryu Cek adlı ləhcə mütəxəssisi ilə çalışmışdır.[36] Tompsonun gələcək MKK filmlərində də Valkiriya rolunu canlandıracaq.[16][37]
Heymdalın yoxluğunda Bilförst körpüsünü qoruyan Asqard döyüşçüsüdür[16][29]; Helanın Asqardı ələ keçirdiyini görüb ona qulluq etməyə başlayır.[24][26] Rol üçün hazırlaşan Urban başını keçəl qırxmağa razılaşmış, paltar altında qalmasına baxmayaraq idman edərək əzələli forma almağa çalışmışdır.[38] Urban qeyd edir ki, Skruc “iblislə müqavilə bağlayır”, onun çirkli işlərini görür.[26]
Dahi alim, qamma şüalanması nəticəsində əsəbləşdikdə və ya narahat olduqda yaşıl bədheybətə çevrilir. Halk Sakaarda uğurlu və məşhur qladiatora çevrilir.[13][39] Bir neçə il Benneri arxa plana keçirərək “perma Halk” vəziyyətində olduğuna görə söz bazası toplayır və danışmağa başlayır[18]; Halkın danışması məsələsi Vaytiti və Marvel arasında “böyük danışıqlara” səbəb olmuşdu, çünki, bu personajın gələcək inkişafına hesablanmışdı.[40] Raqnarökda Halkın sonradan üçüncü və dördüncü Qisasçılar filmində davam etdirilən inkişafına start verilir.[41] Ruffalo hiss edir ki, “əvvəlki Qisasçılar filmlərindən fərqli olaraq Halk yaşıl qəzəb maşını deyil və daha çox xarakterik xüsusiyyətə malikdir. O, özünəməxsus lovğalıq nümayiş etdirir.”[13] Ruffalonun öz səhnələrini tamamlamasından sonra Vaytiti Halk üçün əlavə hərəkət tutulması kadrları çəkmişdir.[42]
Asqard kralı, Torun atası, Lokinin ögey atasıdır; Skandinav mifologiyasındakıeyni adlı personaj əsasında yaradılmışdır.[16] Personaj filmdə Yerə qovulmuşdur, əvvəlcədən onun Nyu-Yorkda evsiz vəziyyətdə təsvir ediləcəyi planlaşdırılsa da, sonradan personajın öləcəyini nəzərə alan Vaytiti bunun komik yox tragik olmasını düşünmüşdür. Personajın keçmişinə hörmət göstərmək üçün məkan Norveçə dəyişdirilmişdir.[43] Hopkinsə əvvəl yaradılmış obrazın dəyişdirilərək komik personaj yaradılması söyləndikdə, onun necə improvizasiya etməsi Vaytitini heyrətləndirmişdir.[42]
Bunlardan əlavə, Tadanobu Asana, Rey Stivenson və Zaxari Levi müvafiq olaraq Üç döyüşçü dəstəsinə aid olan Hoqun, Volstaqq və Fendrall obrazlarını canlandırmışdır.[27][44] Onlar filmin əvvəlində öldürülürlər, Fayqi bu hadisəni “zadəganların sonu” adlandırır.[45]Benedikt Kamberbetç“Doktor Strenc” filmində canllandırdığı Stefan Strenc rolu ilə qayıdır.[46] Vaytitinin əvvəlki filmlərində də rol almış Reyçel Haus, Qrandmasterin cangüdəni olan Topaz obrazını canlandırır.[24][47] Vaytiti özü isə Torla dostlaşan gladiator Korqu canlandırır.[48][49] Hərəkət tutması üsulu qayalardan yığılmış obrazı oynayan Vaytiti Polineziyalıların tələffüzündən istifadə edərək personaja yüngül danışıq tərzi vermişdir.[50] Mifoloji personaj olan Surtr əsasında yaradılmış Surtur adlı personaj da hərəkət tutulması üsulu ilə canlandırılmış, personajın səsləndirilməsini isə Klensi Braun həyata keçirmişdir.[51] Torun yaradıcısı Sten Li kameo rolu alaraq Sakaarda Torun saçlarını kəsmişdir.[52]“Tor 2: Zülmət aləmi” filmində baş vermiş hadisələri canlandıran Asqard aktyorları rolunda da üç kameo görünür: daha əvvəl “Vəhşi ovu” filmində Vaytiti ilə birlikdə çalışmış Sem Neyl Odin[53][54] , Krisin qardaşı Lyuk Hemsvort Tor[54], Mett Deymon isə Lokini[54] canlandıran aktyor rolunu oynamışlar.
“Mən fikirləşirəm ki, kütləyə çatdırmaq istədiyim əsas hiss və insanların kinoteatrı tərk edərkən yaşadıqları hiss sevinc hissi olmalıdır...Hərdən mən dayanıram və fikirləşirəm ki, çəkdiyim filmdə Tor, Doktor Strenc, İnanılmaz Halk və Loki var və onların hər biri çox qəribədir... "Vətəndaş müharibəsi” – bu sadəcə insanlar və insan problemləridir... Bizim məxluqlar və varlıqlar isə həqiqətən də tamamilə fərqli personajlardır.”
“Tor 2: Zülmət aləmi” filminin təbliğat işləri zamanı müsahibə verən Kris Hemsvort başqa bir Tor filmi və iki Qisasçılar filmi üçün də müqavilə imzaladığını bildirmiş, insanların istədiyi müddətcə böyük məmnuniyyətlə Tor obrazını canlandıracağını elan etmişdi.[56]Kevin Fayqi isə öz növbəsində əlavə etmişdi ki, “Zülmət aləmi”nin sonunda göstərilən elementlərdən yığılmış bir “hekayəni təsvir etmək” ideyası var idi.[57]2014-cü ilin yanvar ayında Marvel Kreyq Kayli və Kristofer Yostun üçüncü Tor filmi üçün ssenari yazacağını, Kevin Fayqinin isə yenidən prodüserlik edəcəyini açıqlamışdır;[58] iyulun sonunda hekayə təsvir edilmişdir.[59] 2014-cü ilin oktyabrında “Qisasçılar: Altron dövrü”ndən danışan Hemsvort deyir ki, onun növbəti filmi növbəti illərdə ekrana çıxacaq.[60]
28 oktyabr2014-cü ildə Fayqi filmin “Tor: Raqnarök” adlandırılacağını, 28 iyul2017-ci ildə çıxarılacağını, Kris Hemsvort və Tom Hidlstonun öz rollarına qayıdacağını elan edir.[8][15] Fayqi filmin MKK-nın üçüncü fazasının mühüm hissəsi adlandırır və əlavə edir ki, filmdə hadisələr “Altron dövrü”ndən sonra baş verəcək.[8] O, həmçinin əlavə edir ki, Raqnarök sözü film kontekstində də “hər şeyin sonu” anlamını ifadə edəcək[61] və insanların filmin adının onun məzmununda baş verənləri tam əks etdirmədiyini düşünəcəyinə ümid edirlər.[62] 2015-ci ilin fevralında Marvel filmin çıxış tarixini 3 noyabr 2017-ci ilə dəyişir.[63] Apreldə Fayqi filmin qaralama versiyasınıın tezliklə hazır olacağını[64], bir ay sonra isə əlavə ssenari müəllifləri, aktyor heyətinin adının yayın sonlarına kimi açıqlanacağını[65] , çəkilişlərə 2016-cı ilin iyununda başlanacağını bildirir.[66]“Zülmət aləmi” filminin rejissoru Alan Teylor rejissor kürsüsünə geri qayıtmayacağını deyərək əlavə edir ki, “Marvellə iş təcrübəsi çox ağır idi, mənə əvvəlcə çəkiliş zamanı tamamilə sərbəstlik verildi, post-prodakşn zamanı isə o, tamamilə başqa bir filmə çevrildi. Buna görə də mən, bu təcrübəni bir daha təkrarlamaq istəmirəm və heç kimə də arzu etmirəm.”[67] 2015 San-Diyeqo Beynəlxalq Komik-Kon zamanı Ceymi Aleksandr filmin vacib hissəsində Sif rolunu təkrar canlandıracağını bildirir.[68][69]
2015-ci ilin oktyabrında Taika Vaytiti“Tor: Raqnarök”un rejissorluq kürsüsünə əyləşmək üçün studiya ilə danışıqlara başlayır. Ruben Fleyşer, Rob Letterman və Rouson Marşall Työrber də filmlə maraqlanan rejissorlar arasında olmuşdur.[70] Namizəd rejissorlara film üçün nəzərdə tutulmuş on ideya təqdim edən Marvel onlardan filmin necə olması ilə bağlı daha aydın təsvirlə qayıtmağı xahiş edir.[71] Vaytiti “Kiçik Çində böyük problem”[72] filminin kadrlarından və Led Zeppelin qrupunun “Immigrant Song” mahnısından[73] istifadə edərək şouril video hazırlayır.[71][74] Bu Marvelin qaçmağa çalışdığı bir təcrübə idi, çünki, “əksər hallarda pis nəticə verirdi”, lakin, Vaytitinin şourili yüksək qiymətləndirilir[71], Fayqi istifadə edilən musiqidən rejissorun nə etmək istədiyini hiss edir[73]; sonradan həmin musiqi filmdə və onun treylerində istifadə olunur. 2012-ci ildə “incəsənətin gəlirlərə qurban verilməsinə görə böyük filmə marağım qalmayıb” deməsindən sonra, nəyə görə yenidən rejissor kürsüsünə qayıtmağa razılaşmasını izah edən Vaytiti bildirir ki, “Marvek Kino Kainatında özümü qonaq kimi hiss eləsəm də istədiyimi etməkdə müstəqil idim.”[75] Bir neçə ay sonra Vaytitinin filmin rejissoru olacağı rəsmən təsdiqlənir.[76][77][78]
Hemsvort Marveldən onun yaşadığı Avstraliyada çəkilişlər aparmağın mümkün olması məsələsini soruşduqda, studiya məsələni araşdırmağa söz verir.[79] Oktyabrda Avstaliyanın Xarici İşlər Naziri Culi Bişop filmin çəkilişlərinin ölkənin Kvinslend ştatında[80], Oksenford, Qold-Kostda yerləşən “Village Roadshow Studios” da daxil olmaqla müxtəlif yerlərdə aparılacağını bildirmişdir. Kvinslend başçısı Annastasiya Palasçukun sözlərinə görə filmin Kvinslend ərazisində çəkilişlərinə $100 milyon xərclənmiş və 750 yerli sakin işlə təmin edilmişdir.[81]
Oktyabrda MKK gələcək filmlərində Halk obrazını canlandırması üçün aktyor Mark Ruffalo ilə danışıqlar yekunlaşdırılmış[39], qısa müddət sonra isə onun filmdə rol alacağı elan edilmişdir.[82] Halk sonuncu dəfə “Altron dövrü” filminin sonunda Quinjetlə uçarkən görünmüş, onun növbəti dəfə Saturn yanında uçmasının təsvir edilməsi planlaşdırılmışdır. Fayqi bildirilir ki, bu, dəyişikliyin edilməsinin səbəbi odur ki, Halkın taleyini ikimənalı buraxmaq və studiyanın “Halk planeti” komiks xətti üzərində işləməsi haqqında şaiyələrə son qoymaq istəyirdik, çünki o zaman həmin süjetin eklanlaşdırılması planlaşdırılmamışdı.ref name="HulkAgeOfUltron" /> İcraçı prodüser Bred Underbaumun sözlərinə görə, Halkın filmə əlavə edilməsi ideyası film üzərində işlərin erkən mərhələsində meydana gəlmiş, istehsal qrupu “Halk planeti”nin süjet xəttini nəzərdən keçirərək hiss edir ki, Halkın Tor franşizasına inteqrasiya edilməsinin “problemli olmayacaq” və qladiator oyunları isə Tor üçün əlavə çətinlik yarada bilər.[83] Fayqi daha sonra izah edir ki, erkən müzakirələr əvvəlki Tor filmlərinə oxşamayan bir film yaradılması ətrafında aparılır, Loki ilə münasibətlərlə paralel Hela, Valkiriya, Balder və Beta Rey Bil kimi personajların da istifadəsi düşünülürdü, lakin, “biz fikirləşdik ki, bizə nəsə daha böyük bir mövzu lazımdır”. Bu müzakirələr kosmosa yola salınan Tora gətirib çıxardı və zarafatla onu “Tor planeti” adlandırdıq, beləcə, Halk filmə əlavə edildi.[84]
Noyabrda Hemsvort bildirdi ki, əvvəlki, xüsusilə ikinci Tor filmi ilə müqaysiədə daha yüngül tonlu “Qalaktika keşikçiləri” filmi kimi bir film istəyir. Hemsvort deyir: “Mən hiss edirəm ki, ilk Tor filmində mümkün olandan daha az gülməli məqamlar və yumor vardır. Təəssüf ki, ikinci Tor filmində də biz buna nail olmamışdıq. Biz zadəgan filmi çəkdik, Şekspirsayağı səhnələr canlandırdıq. Düşünürəm ki, irəli getmək və başqa bir şey sınaqdan keçirmək vaxtı çatıb”.[85] Həmin ayın sonunda əvvəlki filmlərdə Erik Selviq qobrazını canlandırmış Stellan Skarsqard bildirir ki, Marvelə lazım olduğu zaman yenidən çəkilişdə iştirak üçün müqaviləsi olsa da, onun personajna ehtiyac olacağına əmin deyil.[86] Bir müddət sonra aktyor, “Tor: Raqnarök” filmində rol almayacağını təsdiq etmişdir.[87] 2015-ci ilin dekabrında ssenari üzərində işləməsi üçün Stefani Folsom cəlb edilmiş, Keyt Blanşett isə müqavilə imzalayaraq aktyor heyətinə qatılmışdır.[21][88] Həmin dövrdə Hemsvort deyir ki, personaj və filmin “əvvəldən təxmin edilən” olmaması üçün “məqsədli şəkildə gözlənilməz ssenari dönüşünə yol verilməsi, qarışıq ssenari hazırlanması qərara alınmışdır...Məncə biz filmdə böyük macəra və əyləncə ideyasına qayıtmaq istəyirik.”[89] Fayqi “Raqnarök”da hadisələrin əsasən kosmosda baş verəcəyini və çox az Yer səhnələrinin çəkiləcəyini bildirmişdir.[62][90] Bir müddət sonra o, fikrini daha da genişləndirərək 80-90% səhnələrin kosmosda yer alacağını 3 səhnənin isə yerlə bağlı olmasını demişdir.[91] Filmdə izlədiyimiz doqquz aləmdən başqa müxtəlif rəng tonu və coğrafi yerləşməyə malik çoxsaylı planetlər də görünür.[92]
2016-cı ilin yanvarında filmin pre-prodakşn işlərinin başlamasından[81][93] sonra, Ruffalo onu “roud-muvi” kimi təsvir edir və qeyd edir ki, çəkilişlər Sidneydə keçiriləcək.[94] Vaytiti isə bildirir ki, o, bir qədər ssenari üzərində işləyərək əsasən yumor əlavə edib[95], həmçinin Erik Pirson da film üzərində işə başlayır. Pirson hiss edir ki, film üzərində işə başlamaq ona çoxlu başağrısı gətirəcək, çünki, filmdə Hela rolunu canlandıran Keyt Blanşett (layihədə iştirakını rəsmən bir ay sonra təsdiq etmişdir)[96], Halk, Valkiriya, Skruc və sair həll edilməli məsələlər var idi, “onlar butün bu detalları qabağıma tökərək dedilər ki, buyur pazlı yığ”. Ona həmçinin tapşırılmışdır ki, əvvəlki Tor filmləri və Vaytitiyə fikir vermədən filmi komik, “Toru isə ən yaxşı personaj etmək” üçün çalışsın.[97] Martın əvvəllərində Ceymi Aleksandr bildirir ki, “Kor zona” serialının çəkiliş cədvəli ilə toqquşma yarandığına görə[98] ola bilsin ki, çəkilişlərdə iştirak edə bilməyəcək.[99] Sonradan aktirsa bunun düzgün olmadığını bildirməsə də[29][100], yekun nəticədə o, filmdə rol almamış və bunu serialdakı məşğulluğu ilə izah etmişdir.[101]
Apreldə Tessa Tompson Valkiriya rolu ilə filmin aktyor heyətinə qatılmış[16][37], əvvəlki Tor filmlərində Ceyn Foster rolunu canlandırmış Natali Portmanın isə həmin rola qayıtmayacağı elan edilmişdir.[92][102] Marvel ssenarislərin heç birindən yerdən olan personajlardan hansınınsa ssenariyə əlavə edilməsini tələb etməmiş[103], Fayqi isə bildirmişdir ki, Foster və Tor filmlər arasında ayrılmışdılar.[35] Mayda Marvel Blanşett və Tompsonun rolunu təsdiqləmiş, həmçinin Ceff Qoldblumun Qrandmaster, Karl Urbanın isə Skruc rollarını canlandıracağını elan etmişdir. Həmin elanda həm də İdris Elba və Entoni Hopkinsin əvvəlki filmlərdə canlandırdığı Heymdall və Odin rollarına qayıdacağı bildirilmişdir.[16] İyunun əvvəllərində Palasçuk və Marvel Studios təmsilçisi Devid Qrant filmin çəkilişlərinin 4 iyul 2016-cı ildə başlayacağını[104], “Weta Workshop”un isə film üçün rekvizitləri hazırlayacağını elan etmişdir.[38] “Doktor Strenc” filmi üçün yaradılmış dekorasiyalar sökülməmi Vaytiti Tor və Doktor Strencin görüşdüyü səhnələri çəkmişdi. Marvel və Doktor Strenc filminin rejissoru Skott Derrikson Benedikt Kambebetçin personajını MKK-na qoşan bu səhnəni mükəmməl hesab etdiklərinə görə, onu həm də titrlər arası səhnə kimi “Doktor Strenc” filminə əlavə etmişlər.[46][105][106]
Vaytiti kosmik səyahət səhnələrinin yazılması zamanı, “Agent Karter” teleserialının ikinci mövsümündə də məsləhətlərindən istifadə edilmiş nəzəri fikzik Klifford Consonla məsləhətləşmiş və ona ssenarinin ilkin qaralama variantını oxumağa imkan vermişdir. Conson Vaytitiyə bəzi ideyalar vermişdir ki, bunlar da klassik Tor heyətinə işarə ola bilərdi.[107] Komik rəssamı və Torun yaradıcılarından biri olan Cek Kirbi Vaytitinin əsas vizual ilham mənbələrindən biri olmuşdur.[108] Uinderbaum, Volt Simonsonun “Raqnarök” hekayəsini “həm vizual, həm də nəqli yumor elementlərinin yaradılmasında ilham mənbəyi”, Ceyson Aaronun “Thor: God of Thunder ” komiksini isə Helanın dizaynı və bacarıqlarının formalaşdırılmasında istifadə edilən əsas qaynaq adlandırır.[25] Vaytiti qeyd edir ki, “Halk Planeti” hekayə xəttinin baş verdiyi[108] Uinderbaumun “kainatın tualeti” kimi təsvir etdiyi Sakaar planeti “film və onun qəhrəmanları üçün ən mühüm irəliləyiş idi”.[83] Filmdə həm də Surtur tərəfindən idarə edilən doqquz aləmdən biri olan Muspelheym görünür. Quruluşçu rəssam Den Henna bu aləmi, sakinlərinin istifadə etməsi üçün ölən ulduzların enerjisini çəkən Dayson sferası kimi təsvir edir.[109] Asqardı əvvəlki filmlərlə müqayisədə daha canlı göstərmək istəyən Henna ona praktiki görünməsi üçün kiçik tikililər də əlavə edir. Sakaarın qladiator arenası üçün Qədim Roma arenalarından ilhamlansa da, bəzi yad planet elementləri də əlavə etmişdir. Biz çoxsaylı konsepsiyalarla oynasaq da, sonda arenanın insanların ayaq üstə durduğu tribunalarla əhatə olunduğu variant ətrafında dayandıq.[110]
Vaytiti qeyd edir ki, film franşizada yenilənmələr edir və deyir: “Filmdə etdiyimiz bir çox şeylər əslində köhnə franşizanı sökərək onu yenidən yaratmağa imkan verir. Hər kəsin öz personajına yeni bir yanaşma və baxışı var, buna görə də, bu, ilk Tor filminə oxşayır.”[13] O, əlavə edir ki, digər Tor filmlərini görüb və onları bəyənir, lakin, “müstəqil film yaratmaq istəyir, çünki, bu yalnız bir dəfə baş verəcək. Mən onu Marvelin mənim baxışımla olan filmi etmək istəyirdim.”[14] “Raqnarök”də hadisələr “Tor 2: Zülmət aləmi” filmindən dörd il, “Qisasçılar: Altron dövrü” filmindən iki il sonra[8][111] , təxminən “Kapitan Amerika: Vətəndaş müharibəsi” və “Hörümçək-adam: Evə qayıdış” filmləri ilə eyni vaxtda baş verir.[10]“Tor: Raqnarök”ün hadisələri “Qisasçılar: Sonsuzluq savaşı”nə gətirib çıxarır[13], buna görə də, Hemsvort çəkilişlərə başlamazdan əvvəl “Sonsuzluq savaşı”nin rejissoru olan Russo qardaşlarına müraciət edərək filmin ssenarisini oxumaq üçün verməyi xahiş etmiş və filmlərin necə əlaqələndiriləcəyini bilmək istəmişdir. O, bildirir ki, “Raqnarök” “sözsüz ki, sonrakı filmlə gözəl uyğunluq təşkil edir”[10], Uinderbaum isə filmin MKK-na təsirini “Kapitan Amerika: Qış əsgəri” filmi ilə müqayisə edərək deyir ki, ““Qış əsgəri” Q.A.L.X.A.N-la etdiyi kimi, “Raqnarök” da, Asqardla bağlı daha əvvəl formalaşdırılmış ideyaları sındıracaq.”[10]
Filmin çəkilişlərinə 4 iyul2016-cı ildə[104][112]“Varlıq haqqında hesabat” (ing.Creature Report)[4][113] işçi adı altında Oksenford, Qold-Kost, Kvinslend, Avstraliyada[81]“Village Roadshow Studios”-a məxsus doqquz studiyada başlamışdır.[114] Əlavə çəkilişlər Kvinslend ərazisindəki[81]Tomborin Milli Parkında aparılmışdır.[27] 22-25 avqustda Nyu-York şəhərində baş verən hadisələr[115]Birsbeyn mərkəzi biznes rayonunda[30][113][116] aparılmışdır. Xavyer Aqirresarobe operator, Den Henna isə quruluşçu-rəssam işini həyata keçirmişdir.[112][117] Aqirresarobe film üzərində iş prosesini “məmnunluq və məyusluğun nadir kombinasiyası” kimi təsvir edir, bildirir ki, hər nə qədər rejissor və vizual effektlər üzrə supervayzerdən asılı olsa da, “bu qədər böyük texniki təcrübə keçdiyinə görə çox xoşbəxtdir.”[118]
İyulun sonlarında Vaytiti bildirir ki, filmin ssenarisində dəyişikliklər edilmişdir və onun necə tamamlanacağı dəqiq bilinmir, lakin, Tor və Halk arasında yoldaşlıq münasibətlərinin olacağı dəqiqdir.[75] Rejissor qeyd edir ki, film 70-80-ci illər ruhunda elmi-fantastika olmaqla əvvəlki MKK filmlərindən fərqlənəcək və daha çox “Kiçik Çində böyük problem” filminə yaxın olacaq.[72] Tor və Halkın iştirak etdiyi yol aspektlərinin yazılmasında əsas ilham mənbəyi “48”, “Uinteyl və mən” və “Təyyarə, qatar və avtomobillə” filmləri olmuşdur.[13] Vaytiti həm də film üzərində çalışan hər bir departament işçilərinə işə başlamazdan əvvəl “Fleş Qordon” filminə baxmağı tapşırmışdır.[119] 2016 San-Diyeqo Komik-Kon Festivalında təqdim edilən konsept-art nümunələrindən filmdə Surtur və Fenris Canavarının da rol alacağı məlum olmuşdur.[120][121]
Avqust ayında dekorların qurulmasında iştirak edən yüzə qədər işçiyə yaxın vaxtda işlərin yekunlaşdırılacağı xəbər verildi və işçilər buna etiraz edərək bildirirlər ki, onlara işlərin oktyabr-noyabr aylarına kimi davam edəcəyi bildirilmiş, həmçinin Yeni Zellandiyadan gələn işçilərlə müqayisədə yerli işçilərin daha çox işlədildiklərini qeyd etmişlər. Etirazlara cavab verən başçı Palasçuk bildirir ki, işlərin yekunlaşdırılmasının səbəbi dekor işlərinin tamamlanmasıdır və aktyorların çəkilişlərə başlamasından sonra yeni iş yerləri yaranacaq.[122] Film üçün quraşdırılmış dekorasiyalar, o cümlədən Sakaar planeti və Qrandmasterin ordakı sarayı, Asqard əvvəlki Tor filmlərinə uyğun hazırlanmışdır.ref name="PressKit" /> Özü də etnik mənşəcə maori olan Vaytiti, bütün departamentlərə daha çox yerli sakinləri işə cəlb etməyi tapşıraraq qeyd edir ki, “siz ölkəyə gələrək onun iqtisadiyyatına kömək edir və iş yerləri yaradırsız, lakin, bizim əsas borcumuz daha az imkanlı olan yerli sakinlər üçün şəraitin yaradılmasıdır.” O, əlavə edir ki, yerli insanlarla işləyərkən ailə mühiti yaranır və özünü daha rahat hiss edirsən. Yerli əhalinin işə cəlb edilməsi, həm də aborigenlərin film sənayesinə cəlb edilməsini qarşıya məqsəd qoymuş “Screen Australia”nın təşəbbüsü olmuşdur.
2016-cı il sentyabrın ortalarında mətbuata açıqlanan konsept art nümunələrindən filmdə Midqard ilanının da görünəcəyi[123], həmçinin əvvəlki filmlərdə Toru müşayət etmiş Sif və Üç döyüşçünün də yer alacağı müəyyən olur.[36] Ayın sonuna yaxın “Vəhşi ovu” filmində Vaytiti ilə birlikdə işləmiş Sem Neyllin də filmdə rol alacağını bildirir.[53] Qısa müddət sonra Vaytiti hərəkət tutma texnologiyası[48] vasitəsiylə filmdə Korq adlı personajı canlandıracağını elan edir.[124] Oktyabrın ortalarında Vaytiti bildirir ki, filmin çəkilməsində yeni nəsil texnologiyaya malik kameralardan istifadə ediləcək, həmçinin qeyd edir ki Con Kristofer Raylinin canlandırdığı Nova korpusundan Romann Dey personajını da filmdə görməyə şad olardı.[125] Rejissor qeyd edir ki, filmdə Miek adlı personaja da yer veriləcək[126], lakin o danışmadığı, kibernetik ayaq və əllərə malik olan varlıq olduğuna görə heç bir aktyor tərəfindən canlandırılmayacaq.[48] Əsas çəkilişlər 28 oktyabr2016-cı ildə başa çatdırılır. Əlavə çəkilişlər AvstraliyanınDerk-Hartoq adası və Yeni Zellandiyanın Cənub adası ərazisində aparılır.[27]Quinjetin əvvəlki "Qisasçılar" filmi üçün qurulmuş inteyer dekoru çəkilişlər edilməsi üçün Avstraliyaya gətirilir.[4] Vaytitinin sözlərinə görə filmdəki dialoqların 80 faizi filmin ümumi tonu nəzərə alınmaqla aktyorların improvizasiyası əsasında yaradılmışdır.[127]
2017-ci ilin yanvarında bəlli oldu ki, filmin titrlətində “Raqnarök”un ssenari ideyasının müəəlifi kimi Kayli, Yist və Folsom qeyd edilsə də ssenari müəllifi kimi yalnız Pirson qeyd ediləcək.[128] 2017-ci ilin sentyabrında yenidən dəyişiklik edilmiş, bu dəfə Prison ssenari müəllifi kimi göstərilsə də, Kayli və Yost da yazarlar heyətinin tərkibində göstərilmişdir. Folsom filmin Marvel tərəfindən belə heyətlə təqdim edilməsindən bəhs edərkən bildirir ki, Amerika Yazıçılar Gildiyası hələ titrlərdə kimin adının qeyd ediləcəyinə qərar verməmişdir.[129] Daha sonra Folsom bildirir ki, Marvel onun da adını yazarlar heyətində göstərmək istəsə də, Yazıçılar Gildiyası buna imkan verməmişdir, belə ki, gildiyanın qanununa görə bir ssenari üçün bir nəfər əsas, iki nəfər isə köməkçi yazar heyəti göstərilə bilər; lakin, sonradan Pirson, Kayli və Yostun “Raqnarök” hekayəsi üzərində birlikdə çalışması qeyd edilmişdir. Folsom daha sonra qeyd edir ki, o, bu gildiyanın qəərarından şikayət etmiş, Marvel isə onun şikayətini dəstəkləmişdir.[130] Ayın sonunda yazı yenidən dəyişdirilmiş və Pirson, Kayli və Yost ssenari müəllifi kimi göstərilmişdir.[101][131]
2017-ci ilin fevralında daha əvvəl də Vaytiti ilə birlikdə işləmiş Reyçel Haus filmdə kiçik rol aldığını açıqlamışdır.[47] Filmin əlavə çəkilişləri 2017-ci ilin iyulunda üç həftə ərzində Atlantada keçirilmiş[132][133], bu zaman həm də titrlər arası səhnələr çəkilmişdir.[134] Titrlər arası səhnələrdən birində qəhrəmanlar, üçüncü və dördüncü Qisasçılar filmlərinin əsas mənfi personajı olması gözlənilən Tanosun “Sanctuary II” adlı gəmisi ilə qarşılaşırlar.[9] Digər titrlər arası səhnə isə Qrandmasterlə əlaqəlidir. Qoldblum və Vaytiti səhnənin bir neçə variantını çəkmişdilər ki, həmin variantlardan birində də Sakaar milli himni səsləndirilmişdir.[135] Atlantada həm də Asqard aktyorlarının “Tor 2: Zülmət aləmi” filmində baş verən hadisələr əsasında tamaşa göstərmələri səhnəsi çəkilmişdi. Məlum oldu ki, Neyl həmin tamaşada Odini, Krisin qardaşı Lyuk Hemsvort isə Toru canlandırmışdır.[136] Ardıcıllığı şərh edən Vaytiti bildirir ki, “Əgər mən Loki olsam və Asqardı idarə etsəydim özüm haqqında pyes yazar, daha sonra hər kəsi onu izləməyə məcbur edərdim, beləcə özümü məşhurlaşdırardım." Lokini canlandıran aktyor rolu üçün o, həqiqətən də gülməli birini axtarırdı, bu zaman Kris Hemsvort Mett Deymonun namizədliyini təklif edir.[54] Həmin zaman Nyu-Yorkda olan Deymon kameo rolunda çəkilmək üçün Atlantaya uçur.[136]
Tor və Lokinin Odini tapması və Helanın Myölniri məhv etməsi səhnələri də yenidən çəkilmiş və məkan dəyişdirilmişdir. Əvvəlcə həmin səhnənin Nyu-York döngələrindən birində baş verməsi planlaşdırılsa da, Vaytiti belə qərara gəlir ki, ətraf mühit izləyicilərin fikrini hisslərin ardıcıllığından yayındıra bilər və buna görə də həmin səhmələr Norveçə keçirilmişdir.[43] O, hiss edir ki, bu, “filmi daha sanballı göstərməyə kömək edəcək, Odinin hekayə xəttini daha autentik edəcək və izləyiciyi digər hissələri bir bütöv kimi qavranılan filmdən dincəlməyə şərait yaradacaq.”[43] Əlavə çəkilişlərin tamamlanmasına kimi Vaytitinin ilk versiyasında film iki saat qırx dəqiqə davam edirdi, sonradak kəsilərək 90 dəqiqəyə kimi azıldılmış və əlavə çəkkilişlərlə bir qədər artırılacağı düşünülmüşdür. Lakin, 2017 Komik-Kon panelindən sonra filmdən çıxarılmış bir çox zarafatların geri qaytarılmasına qərar verilir və yekun nəticədə film 2 saat 10 dəqiqə davam edir.[119] Coel Neqron və Zene Beyker filmin montaj işlərini həyata keçirmişdir.[4][27] Hansı zarafatların filmdə saxlanması qərarının alınması məsələsini Vaytiti “çox çətin idi..filmin əvvəlində bəzi zarafatlar gülməli olsa da, sonra heç gülməli deyildi” deyə təsvir edir və deyir ki, film, lazım olmayan yerlərdə gülməli alınırdı, sonda belə qərara gəldik ki, zarafatlar filmin bəzi hissələri üzərində təcrübəni davam etdirək.[137]“Raqnarök”dan həm də o bəlli olur ki, “Tor” filmində görünən Sonsuzluq əlcəyi saxta imiş. Fayqi fikri inkişaf etdirərək deyir ki, o, ““Tor” filminə pasxa yumurtası kimi əlavə edilmişdi, çünki, o zaman Marvel bütün personajları bir yerə toplamağa və birinci fazanı yekunlaşdırmağa çalışırdı. Lakin, “Qisasçılar” filminin çıxmasından sonra studiya “Qisasçılar: Sonsuzluq savaşı” planları üzərində işləməyə başlayır və belə qərara gəlinir ki, “Tor”da görünən əlcək həqiqi ola bilməz, buna görə də daxili nəzəriyyə formalaşdrılaraq onun saxta olması qeyd edilir; bu, “Raqnarök”da onun saxta olmasını göstərən səhnənin yaradılmasına gətirib çıxardı.”[136]
Filmin vizual effektləri “Industrial Light & Magic”in San-Fransisko və Vankuverdəki studiyaları tərəfindən[138] “Base FX”, “Animatrik”, “Virtuos”, “Framestore”, “Method Studios”, “Digital Domain”, “Rising Sun Pictures”, “Luma Pictures”, “D Negative”, “lloura”, “Imagine Engine”, “Trixter”, “The Secret Lab”, “Whiskey Tree Inc.”, “Fin Designs + Effects” və “Perception” studiyaları ilə birlikdə işlənmişdir.[27]Previzualizsiya işləri isə “The Third Floor” və “Day for Nite” tərəfindən həyata keçirilmişdir.[27][139]
“Rising Sun Pictures” “Raqnarök” üçün 170-dən çox vizual effekt hazırlamışdı. Onlar, Valkiriyalarla bağlı xatirə səhnəsinin hazırlanmasında iştirak etmiş, səhnənin çəkilməsi üçün hərəkət tutma üsulu və qrafik təsvir birləşdirilmiş, həmçinin, hər saniyədə 900 kadr sürətliyi və lazımlı işıq-kölgə effektlərinin yaradılması üçün xüsusi 360° işıqlandırma sistemindən istifadə edilmişdir. “Rising Sun Pictures” həm də Hela ilə bağlı müxtəlif CGI effektlərinin yaradılmasında iştirak etmiş, onun saçlarının buynuza çevrilməsi və Myölnerin Nyu-Yorkda məhv edilməsi səhnələri üzərində çalışmışdır. Həmin səhnənin yeri Nyu-YorkdanNorveçə dəyişdirildiyində “Rising Sun Pictures” sarayda döyüş səhnələri ilə məşğul olduğuna görə Myölnerin Norveçdə məhv edilməsini “ImageEngine” şirkəti hazırlamışdır.[140]
Əvvəlki filmlərdə Halk rolunu canlandırmış ILM “Raqnarök”da Halkın danışmasına görə, personaja daha çox üz mimikaları əlavə etmişdir. ILM-in vizual effektlər üzrə supervayzeri Çad Veybi qeyd edir ki, “Biz yenidən işə başladıq və Mark [Ruffalo] yeni Meduza yaratmağa başladı. Biz tam hərəkət diapazonundan istifadə edərək Meduza ilə təxminən 90 müxtəlif mimika tuta bildik, bu kitabxana əsasında bütün insani hisslər spektorunu vizual əks etdirmək imkanı qazandıq."[141] Halkın yaradılması üçün yaşıl rənglə boyanmış aktyor personajın hərəkətlərini təkrarlamışdır ki, bu da rəssamlara onun surətinin yaradılmasına kömək etmişdir.[83] Bundan əlavə, Kris Hemsvortla qarşlıqlı səhnələrdə beş fut boyu olan kaskadyor Pol Lov onun qabağında durmuşdur ki, halkın kaskadyorları düzgün ölçü götürə bilsinlər.[141]
“Framestore” əsasən, 263 personaj, maşınlar və digər texnikanın daxil olduğu klimatik döyüş səhnələrinin hazırlanmasına cavabdeh idi. Luma Pictires Korq və Miek personajlarının yer aldığı 8 səhnə üçün 200 çəkiliş həyata keçirmişdir. Filmin açılışında Torun Muspelheymdə Surturla qarşılaşması və sonda nəhəng Surturun yaradılması üçün “Method Studios” 450-dən çox çəkiliş həyata keçirmişdir. “Double Negative” Sakaar planetinin ladşaftını vı zibillik mühitini yaratmışdır.[141]
2016-cı ilin avqustunda film musiqisinin yazılması Mark Mazersboya həvalə edilmişdir.[142][143] Sintezləşdirilmiş film musiqisi Jan Mişel Jarrın işlərindən ilhamlanmışdır.[24] Əgər “Queen” qrupunun solisti Freddi Merkuri sağ olsaydı rejissor Taika Vaytiti onladan film musiqisi üzərində işləməyi xahiş edərdi, çünki, “rəngarəng, cəsarətli kosmik macəra” filmi qrupun “hissləri”nə uyğun gəlir.[144] "Led Zeppelin" qrupunun "Immigrant song" mahnısı, həmçinin Volter Şorf tərəfindən "Villi Vonka və şokolad fabriki" filmi üçün yazılmış "Main Title" ("Golden Ticket"/"Pure Imagination") musiqisi, Patrik Doylun “Tor”, Brayan Taylerin “Tor: aranlıq dünya” və “Qisasçılar: Altron dövrü”, Co Harnellin “İnanılmaz Halk” filmi üçün yazdığı "The Lonely Man" teması da filmdə istifadə olunmuşdur.[27] Film musiqisi albomu “Hollywood Records” tərəfindən 20 oktyabr 2017-ci ildə, fiziki olaraq isə 10 noyabr 2017-ci ildə çıxarılmışdır.[145]
2016 San-Dieqo Komik-Kon Festivalında gladiator geyimli Halkın fiziki modeli təqdim edilmiş[153], konsept art[120] və qaralama animasiya, həmçinin “Team Thor” adlı mokumentari nümayiş etdirilmişdir.[120][154] Vaytiti tərəfindən çəkilmiş həmin videoda Tor və Bennerin “Kapitan Amerika: Vətəndaş müharibəsi” zamanı nə işlə məşğul olması göstərilmişdir. Qısa video bir ay sonra 2016-cı ilin avqustunda “Kapitan Amerika: Vətəndaş müharibəsi” ilə birlikdə[155] onlayn yükləməyə çıxarılmışdır.[154]“Team Thor: Part 2” 2017-ci ilin fevralında “Doktor Strenc”in ev üçün buraxılışı ilə birlikdə çıxarılmışdır.[154][156] CinemaCon 2017 zamanı filmin çəkilişləri və konsept artı göstərilmişdir.[157]
10 aprel 2017-ci ildə filmin ilk tizer treyleri çıxarılmışdır. “Screen Rant”dan Sendi Şafer qeyd edir ki, bu, film üçün “güclü başlanğıcdır”, çünki, “qısa zamanda film üçün yüksək göstəricilər əldə etmiş”, “Immigrant Song” mahnısı isə, filmin atmosferini çatdırmışdır.[158]“The Verge”dən Çaym Qartenberq qeyd edir ki, “ekstravaqant kostyumlar, qəribə makiyajlar və 80-ci illərin parlaq rəngləri ilə bu, Marvelin bu vaxta kimi təqdim etdiyi ən qəribə film ola bilər.”[159]“Nerdist”dən Maykl Arbetyer tizerdən razı qalaraq qeyd edir ki, “Bu vaxta kimi MKK heç bir filmi gözləmə şamını belə yandıra bilməmişd...onlardan heç biri bizim macəra janrına olan marağımızı hiss edə bilməmişdimi?”[160] 24 saat ərzində tizerə 136 milyon dəfə baxılmış, bu nəticə ilə o, “Forsaj 8” (139 milyon) və “O” (197 milyon) filmlərinin nəticələrindən geri qalaraq üçüncü olmuşdur. Treyler Disney və Marvelin əvvəlki treylerlərini, o cümlədən, “Gözəl və bədheybət” (127 milyon) və “Kapitan Amerika: Vətəndaş müharibəsi” (94 milyon) filmlərinin nəticələrini geridə qoyaraq birinci olmuşdur.[161] Treylerdə görünən Torun Halka “iş yoldaşı” deməsi səhnəsi həmin səhnənin çəkilməsi zamanı “Make-A-Wish Foundation” xeyriyyə fondunun təşkilatçılığı ilə çəkiliş meydanında olmuş uşaqlardan birinin təklifi ilə filmə əlavə edilmişdir.[162]
Film üçün hazırlanmış kostyumlar 2017 D23 Expoda nümayiş etdirilmiş[163], həmçinin Vaytiti və aktyor heyətinin filmin təbliğatı ilə məşğul olduğu[18][28] 2017 San-Diyeqo Komik-Konda sərgilənmişdir.[164] Yeni treylerlə birlikdə filmdən eksklüziv kliplər təqdim edilmişdir. “/Film”dən Etan Anderton hiss edir ki, “filmin treylerində komediya və parlaq komiks ekşnının qarışıdırlması parlaq nəticə verib.”[165]“Collider”dan Heyli Futş treylerə vurulduğunu bildirərək qeyd edir ki, “Vaytiti Torun fantastik və axmaq elementlərindən istifadə edərək kino yaradıb.”[166] “io9”-dan Cermeyn Lussier qeyd edir ki, treyler “iki dəqiqə yarım davam edən yumor, dəlilik və möhtəşəmliklə doludur və bu vaxta kimi Marvel tərəfindən təqdim edilmiş ən yaxşı treylerdir.”[167] Filmin posteri də rəğbətlə qarşılanaraq “olduqca təəccüblü”, “qəribə rəngarəng”, “mükəmməl simmetrik”[168] və “şanlı” adlandırılmış, “Collider”dən Mett Qoldberq isə qeyd etmişdir ki, “posterdən bəlli olur ki, bu film əvvəlki iki filmdən tamamilə fərqli olacaq.”[169]“comScore” və onun “PreAct” servisinin verdiyi məlumata görə, “Raqnqrök”un Komik-Kon təqdimatından sonra 17-23 iyul tarixləri arasında sosial mediada filmlə bağlı 264.000 yeni müzakirə başladılmış və “Raqnarök” həmin müddətdə ən çox müzakirə edilən film olmuşdur.[170] Müzakirələr iki həftədən çox davam etdirilmişdir.[171][172]
2017-ci ilin avqustunda Marvel Reno avtomobil istehsalçısı ilə yeni “Kwid” adlı modelin Braziliyada reklamı üçün əməkdaşlığa başlayır. Conatan Qurvitin rejissorluğu ilə San-Pauluda Halk şəhərə düşməyə çalışan kosmik peyki məhv edir. Reklam videosu üçün vizual effektləri isə “Framestore” hazırlamışdır.[173][174] Bundan əlavə avqustda Marvel, “Dolby Laboratories”, “Synchrony Bank”, “American Association for the Advancement of Science” (AAAS), “Broadcom Masters” və “Society for Science & the Public”-lə birlikdə 15-18 yaşlı qızlar arasında "Superpower of STEM Challenge" adlı yarışma başlatdığını elan etmiş, yarışma iştirakçılarından “Do-It-Yourself” adlı original layihə əsasında digər insanlar tərəfindən də istifadə edilməsi mümkün olan və dünyanı bir qədər də təhlükəsiz, sağlam və xoşbəxt etməyə hesablanmış kəşfləri təqdim etmələri xahiş edilmişdir. Yarışmanın beş qalibinə “Walt Disney Studios” turu və “Synchrony Bank”dakı hesabda $500, əsas qalibə isə həm də “Disney Imagineering”lə birlikdə üç günlük Nyu-York turu, gənc insanlardan üç günlük peşəkar video dərsləri almaq imkanı hədiyyə edilmişdir. Qaliblərə həm də layihələrini “Good Morning America” verilişində təqdim etmək imkanı yaradılmışdır.[175]
“comScore” və onun “PreAct” servisinin verdiyi məlumata görə 21 avqustdan etibarən “Raqnarök” bir həftə ərzində yenidən sosial mediada ən çox müzakirə olunan film olmuşdur. Floyd Meyvezer və Konor MakQreqorun boks qarşılaşması ilə eyni gündə çıxarılmış Tor və Halkın döyüş klipi müzakirələrin çoxalmasına təkan vermişdir.[176] “comScore” və onun “PreAct” servisinin verdiyi məlumata görə 25 sentyabrdan 15 oktyabra kimi “Raqnarök” sosial mediada ən çox müzakirə edilən ikinci film olmuşdur.[177][178] Məzmun detallarınn açıqlanması və yeni kliplərin çıxarılması ilə əlaqədar olaraq 16 oktyabrdan etibarən “Raqnarök” yenidən ən çox müzakirə edilən film olmuşdur. Həmin dövrdə “Raqnarök” 1.65 milyon dəfə müzakirə edilmişdir.[179]6 oktyabr 2017-ci ildə “Hollywood Land”dəki “Sunset Showcase” kinoteatrında “Disney California Adventure” tərəfindən filmdən snik-pik nümayiş etdirilmişdir. 3D formatda təqdim edilən video ilə yanaşı həm də filmdə istifadə edilmiş kostyumlar sərgilənmişdir.[180] Filmin ABŞ premyerasından qabaq Hemsvort, Hidlston, Blanşett, Qoldblum, Ruffalo və Rompson Ceyms Kordenin “The Late Late Show with James Corden” verilişinin qonağı olmuşlar.[181] Əlavə təbliğat partnyorları arasında “Red Robin”, “United Healthcare” və “Screenvision Media” yer almışdır.[152]
Rəy aqqreqatoru “Rotten Tomatoes” 310 rəy əsasında filmə 92% təravətli 7.5/10 bal verir. Sayt tənqidçilərinin ortaq rəyində bildirilir ki, “Həyəcanlı, gülməli və hər şeydən əvvəl həyəcanlı olan “Tor: Raqnarök” öz franşizası və Marvel Kinematoqrafiya Kainatı üçün yeni standartlar müəyyən edən rəngarəng kosmik macəra filmidir.”[187]“Metacritic” 50 tənqidçinin rəyi əsasında filmə orta hesabla 73/100 bal verərək rəylərin əsasən müsbət olduğunu bildirir.[188]“CinemaScore”-da keçirilmiş səsvermə nəticəsində izləyicilər A+ — F şkalası üzrə filmi A dərəcəsi ilə qiymətləndirmiş, bu nəticə ilə “Raqnarök” Tor trilogiyasının ən yaxşı filmi və MKK-nın bu dərəcəni almış 12-ci filmi olmuşdur.[152]
“The Hollywood Reporter”dən Şeri Linden deyir ki, “Taika Vaytitinin rejissorluğu ilə ekstravanqard CGI dünyaların toqquşması əvvəlki filmlər, xüsusən “Zülmət aləm” tərəfindən yaradılmış təəssüratı tamamilə dağıdır. Yeraltı dünyalarda yaşayan nəhəng alovlu bədheybətlərə baxmayaraq, hətta əsas personajlar axmaq və gülməli olmaqla Key Blanşett və Ceff Qoldblumun eqidası altında qalırlar.”[182]“TheWrap”dan Alonso Duralde yazır ki, “Həm hiss, həm də döyüş səhnələri o qədər yaxşı işlənmişdir ki, sizin kinoya superqəhrəmanların parlaq eskapizmi və ya sürətli ekşn üçün getmənizdən asılı olmayaraq, əmin olun ki, razı qalacaqsız.”[189]“Rolling Stone”dan Piter Travers filmi ¾ balla qiymətləndirir, “Marvel filmlərinin ən əyləncəlisi” adlandıraraq dəyişən tonu rejisorluğunu qiymətləndirir, yumorun “Qalaktika keşikçiləri” filmi ilə oxşarlığını vurğulayır.[190]“The San Francisco Chronicle”dan Mik LeSalli Hemsvort, Hidlston, Blanşett, Tompson, Qoldblum və Ruffalonun ifasını tərifləyərək, xüsusilə sonuncunun “öz personajı və ifasına əmin olduğuna görə təkrara yol vermir.[191]“Chicago Sun-Times”dan Riçard Roper də filmi qiymətləndirir, aktyor heyətinin işini “əlamətdar” adlandırır və Vaytitinin rejissorluğunun “axmaq, şən və özünə istinad edən” olduğunu bildirir. O, həmçinin döyüş səhnələrində istifadə olunan musiqinin, xüsusilə Led Zeppelinin “Immigrant Song” mahnısının yaxşı uyğunlaşdırıldığını qeyd edir.[192]
“RogerEbert.com”dan Mett zoller Seitz filmi ¾ ulduzla qiymətləndirir, Hemsvortun ifasını isə xüsusilə qeyd edir: “O, qırıb-dağıdarkən Kari Qrant xəcalət çəkir. Qismən düzxətli oynadıqda isə, onun reaksiyalarında yetkinlik hiss olunnur...Film təhlükədə olduqda məhz Hemsvortun xarizması üzərində dayanır və təəssüf ki, bu hal tez-tez baş verir.”[193]“Los Angeles Times”dan Castin Çanq Blanşettin Hela rolunu qiymətləndirərək Malefisenta və Çernaboq kimi personajlarla müqayisə edir, ton baxımından isə “Fleş Qordon”, “Ulduz müharibələri” və “Villi Vonka və Şokolad fabriki” filmlərinə bənzədir.[185]“The Daily Telegraph”dan Robbi Kollin filmi 4/5 balla qiymətləndirir, “Marvelin ən yaxşı filmlərindən biri” adlandırır, Mark Mazersbronun musiqisi və aktyorların ifasını qeyd edir.[186]“Chicago Tribune”dan Maykl Fillips Hidlston və Tompsonun ifasını qeyd edir. O, Vaytitinin rejissorluq stilinin Edqar Raytın“parodik işləri” ilə müqayisə edir.[194]“The Washington Post”dan Maykl O'Sullivan yazır ki, “Vaytiti “Raqnarök”də hərəkət və hisslərin yaxşı balansını nümayiş etdirir, Marvelin rəqibi DC-nin təqdim etdiyi “Ecazkar qadın” filmindən fərqli olaraq cizgi-nuar dramatikliyindən də uzaqdır.”[195]
“Variety”dən Piter Debruc deyir ki, “Raqnarök ona görə Tor filmlərinin ən yaxşısıdır ki, digər filmlər çox axmaqdırlar”, lakin, Qoldblumun ifasını dəyərləndirərərk onu “filmin ən yaxşı hissəsi” adlandırır.[196] “Time” jurnalından Stefani Zaxarek qeyd edir ki, “Tor:Raqnarök böyük kosmik maşınlar və səs-küylü döyüşlərlə o qədər doldurulub ki, filmin ifrat ekstravanqantlığı daha çox narkotik təsiri bağışlayır nəinki, həzz.”[197]“The New York Times”dan Manola Darqis filmin məzmun hekayəsini “maraqsız döyüşlər toplusu” adlandıraraq qeyd edir ki, əvvəlki Tor filmlərindən fərqli olaraq Hemsvort “Raqnarök”da daha xoşbəxt və azad görünür ki, bu da cənab Vaytitinin əsas uğurudur.[198]
“Tor:Rqanarök”ABŞ və Kanadada $315.1 milyon, digər ərazilərdə $538.9 milyon, ümumilikdə isə $854 milyon gəlir əldə etmişdir.[3] 2017-ci ilin sentyabrında “Fandango” tərəfindən aparılmış sorğu nəticəsində “Raqnarök” ilin ən gözlənilən filmi elan edilmişdir.[199] 3 noyabr 2017-ci ildə film IMAX ekranlardan $25.4 milyon toplayaraq noyabr həftəsonu gəlirlərinə görə ən böyük nəticə göstərmiş “Doktor Strenc” filmini geridə qoymuşdur.[152] İlk üç həftəsinin sonunda $650.1 milyon gəlir gətirən film “Tor” ($449.3 milyon) və “Tor 2: Zülmət aləmi” ($644.6 milyon) filmlərinin nəticələrini geridə qoymuşdur.[200][201]“Raqnarök” 2017-ci ilin ən çox gəlir gətirmiş doqquzuncu filmi olmuşdur.[202] “Deadline Hollywood” filmin büdcə və digər xərclərini hesablayaraq $174.2 milyon təmiz gəlir gətirdiyini bildirmiş və bu nəticə ilə 2017-ci ilin ən çox gəlirli blokbasterləri sırasında səkkizinci yerdə qərarlaşdırmışdır.[203]
“Tor:Raqnarök” açılış günündə ABŞ və Kanadada $46.8 milyon (Kanadada Cümə axşamı yayımlarından əldə edilmiş $14.5 milyon da daxil olmaqla) toplamış, həftəsonu gəliri isə $122.7 milyona çatmış, beləliklə film kassa göstəricilərinə görə həftə birincisi, noyabr ayında altıncı ən yaxşı açılış və Tor filmlərinin ən yaxşı açılış nəticəsini əldə etmişdir. IMAX gəlirləri $12.2 milyon olmuş və bu nəticə 2017-ci ilin ikinci ən yaxşı göstəricisi və noyabrın üçüncü ən yaxşı açılışı olmuşdur.[152] Filmin Bazar günü gəliri ($32.1 milyon) yalnız “Aclıq oyunları: Və alov yüksəlsin” filmindən geri qalaraq noyabrın ikinci ən yaxşı bazar günü gəliri olmuşdur.[204][205] Açılış həftəsonunda filmin $100–125 milyon gəlir gətirəcəyi güman edilirdi. İkinci həftəsonunda ümumilikdə $211.6 milyon qazanan “Raqnarök”, “Tor" ($181 milyon) və “Tor 2: Zülmət aləmi” ($206.4 milyon) filmlərinin nəticələrini geridə qoyaraq birinciliyini saxlaya bilmişdir.[206] Üçüncü həftəsonunda “Raqnarök” liderliyini itirərək üçüncü yerə düşmüş[207], dördüncü həftəsonunda dördüncü, beşinci həftəsonunda isə beşinci olmuşdur.[208][209] İstehsal edildiyi ölkədə ümumilikdə $280 milyon gətirəcəyi planlaşdırılsa da[209][210], “Raqnarök” $291.4 milyon gəlirlə bütün ehtimal edilən nəticələri geridə qoymuş[211], beşinci həftəsonunda altıncı, yeddinci həftəsonunda yeddinci, səkkizinci və sonuncu həftəsonunda isə onuncu yerdə qərarlaşmışdır.[212]
ABŞ və Kanadadan kənarda ilk həftəsonunda film 26 ərazidə açılmış və $109.1 milyon gəlirlə ($6 milyon IMAX ekranlardan gəlir də daxil olmaqla) bütün ərazilərdə birinci olmuşdur. Böyük Britaniya açılışı ($16.2 milyon) Ceyms Bond seriyasından olmayan film üçün ən yaxşı açılış nəticəsi olmuşdur. Cənubi Koreya ($15.7 milyon), Avstraliya ($8.4 milyon), Braziliya ($8.1 milyon), İndoneziya ($5.5 milyon), Tayvan ($5.4 milyon), Filippin ($3.8 milyon), Malaziya ($3.5 milyon), Yeni Zellandiya, Vyetnam, Argentina, Kolumbiya, Çili, Bosniya və Herseqovina, Xorvatiya və Cənubi Afrikada film ən yaxşı açılış həftəsonu nəticəsi göstərmiş, Fransada ($7.7 milyon) isə ikinci nəticə əldə edilmişdir. Braziliyada film MKK-nın ən yaxşı üçüncü nəticəsi, Yeni Zellandiyada isə 2017-ci ilin ən böyük açılışı olmuşdur.[213] İkinci həftəsonunda “Raqnarök” 19 ərazidə birinci yerdə açılış etmiş, Çində ($56.3 milyon, 446 IMAX ekrandan $6 milyon da daxil olmaqla), Meksika ($10.8 milyon), Almaniya ($8.9 milyon) və Hindistanda ($5.5 milyon) bütün zamanların ən böyük noyabr açılışı olmuşdur. Bir həftə əvvəl açılmış digər ərazilərdə də film birinciliyini saxlaya bilmişdir. 788 ekrandan $13.2 milyon əldə edən film ən yaxşı noyabr açılışı nəticəsini göstərmişdir.[214] Üçüncü həftəsində film 30-dan çox ölkədə birinciliyini saxlamış, Çexiyada isə ən çox gəlir gətirmiş superqəhrəman filmi olmuşdur.[201] Beşinci həftəsonunda “Raqnarök” Mərkəzi və Şərqi Avropanın ən çox gəlir gətirmiş superqəhrəman filmi olmuşdur.[215] 10 dekabr 2017-ci ilə kimi “Raqnarök” ən böyük gəlir ərazisi olan Çində $112 milyon, Böyük Britaniyada $40.4 milyon, Cənubi Koreyada isə $35.1 milyon gəlir gətirmişdir.[202]
↑ 12Hewitt, Chris. "Set Phase 3 To Stun". Empire. United Kingdom: Bauer Media Group. February 2016. səh. 21. Thor: Ragnarok (October 27, 2017)... For 'Ragnarok' is, according to Norse legend, the end of the world. Not so fast, says Feige. 'I don't think people will read into that title alone what the movie's going to be.' ... 'The film will take place within the cosmos primarily,' confirms Feige, 'which is to say, frankly, very little Earth.'