Toy — 2005-ci il istehsalı Həsən Əliyevin rejissoru olduğu Azərbaycan komediya filmi.[1]
Toy | |
---|---|
Janr | komediya |
Rejissor | Həsən Əliyev |
Ssenari müəllifləri | Həsən Əliyev, Ramin Hacıyev, Elnur Hüseynov |
Baş rollarda |
Ramiz Hüseynzadə-Ramiz Xuraman Əlizadə-Gümüş Leyla Əmirova-Leyli Fərda Xudaverdiyev-Daşdəmir Elnur Hüseynov-İnqilab Elməddin Cəfərov — Taleh |
Operator | Fikrət Əsgərov |
İlk baxış tarixi | 16 mart 2005, Bakı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 99 dəq. |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2005 |
Texniki məlumatlar | videofilm |
Rəng | rəngli |
Çəkiliş yeri |
Bakı Xaçmaz, Pərdiqıran kəndi |
Baş qəhrəman Ramiz (Ramiz Hüseynzadə) bir qıza aşiq olur. Qızın evinin yerini öyrənmək üçün ona dostu (Elməddin Cəfərov) kömək edir. Dost axtarışda olanda isə, Ramiz xəyala dalır. Xəyalında ağlına gəlir ki, dostu qızın evini səhv öyrənib və o istədiyi qızın qonşusugilə gedəsi olur. Təsadüfən bu evdə də gənc, ancaq çox kobud, ağırçəkili bir qız (Xuraman Əlizadə) yaşayır. Qızın ailəsi də bu qıza bir elçi düşsün deyə Allaha yalvarır. İş elə gətirir ki, Ramiz səhvən bu qızın evinə elçi düşür. Qızı ona dərhal verirlər. Gənc "hə" sözü ağızdan çıxandan sonra görür ki, bu qız istədiyi qız yox, başqasıdır. Gənc çox and-aman edir ki, evlənmək istəmirəm, amma qulaq asan olmur. Toy baş tutur. Toyda isə bəydən başqa hamı sevincli olur. Elə bu dəmdə dostunun səsinə xəyallardan ayrılan Ramiz, evlənməkdən imtina edir.